Yaxşıdır
Ay ağalar, qulaq asın dərdimə,
Hər sözün erkəyi, sağı yaxşıdır.
Həştərxan dönsədə, İrəm bağına,
Şamaxının toz - torpağı yaxşıdır.
Bir nainsaf soldurubdu gülümü,
Yandırıban çölə töküb külümü,
Gecə - gündüz gözləyirəm ölümü,
Belə dostdan kəfən yağı yaxşıdır.
"Dinmə" deyib bağlayıbdır dilimi,
Sındırıbdır qələm tutan əlimi,
Dal eyləyib əlif olan belimi,
Belə gündən yesəm ağı yaxşıdır.
Nayıb bu sözləri deyər acıdan,
Bir kəsim yox gələ, qardaş-bacıdan,
Vədə xilaf, bimürvəz Hacıdan.
Mütrib Əli, ləvənd Tağı yaxşıdır.
Bayatılar
Əzizim qarlı dağlar,
Başı qubarlı dağlar,
Bülbülə məkan idi
Alıbdır sarı dağlar.
Hər sözü bənd elədim.
Quzu kimi mələdim
Qanmazın dərdin çəkdim,
Kökəldi, vərəmlədim.
Mətləb fələk yazandı,
Nə gəlsə, qəzadandır,
Filologiya məsələləri – №7, 2013
310
Aya, günə bənd oldum,
Bilmədim, aldadandır.
Gözəllərin tacıyam,
Saf məhəbbət acıyam,
Nə mal, nə zər istərəm,
Vəfanın möhtacıyam
Çobanam qoyuna mən,
Dözərəm oyuna mən,
Ölü olsam dirilləm.
Girsəydim qoynuna mən.
Gül çiçəklər solmasa,
Bülbül batarmı yasa,
İnsan yüz il yaşardı,
Dərdi-səri olmasa.
Ağladan dərdi məni
O, dərd əritdi məni,
Bu həyat quzu kimi.
Qovurub əritdi məni.
Əzizim dəli qoyun,
Ovşara gəli qoyun,
Dərd məni bənd eləyib
Adımı dəli qoyun.
Naşısan, püxtələş sən,
Qaynayıb aşa düş sən,
Ayağına sürünnəm
Sən məni başa düşsən.
Ədəbiyyat
1. Abbasov. İ. "Müqəddimə, Azərbaycan aşıqları və el şairləri, (s. B. 1983)
2. Azərbaycanın aşıq və şair qadınları .( Tərtib edən, Ə. Cəfərzadə). Bakı,1991
3. Azərbaycan aşıqları və el şairləri, I cild. Bakı, 1984
4. Şirvanın el şairləri (top. tərtib edən T.Qəni) Bakı, 2007
Ш.Хаквердиева
Народная поэтесса Найиб Ширвани
Резюме
В этой статье впервые говориться о жизни и творчестве, а также о перио-
де творчества провинциальной поэтессы Найиб Ширвани, о тематике ее сти-
Filologiya məsələləri – №7, 2013
311
хотворений, о стилистических особенностях. Впервые показываются при-
меры творчества поэтессы, которые состоят из одной гошмы и девять баяты.
SH.Hakverdieva
Popular poetess Nayib Shirvani
Summary
This article first time be spoken about the life and work as well as the period
of creativity provincial poetess Nayib Shirvani, about the subject her poems, also
about the stylistic features. For the first time are shown examples of creativity
poetess, which consist of one goshma and nine bayati.
Rəyçi: Elxan Məmmədli
filologiya elmləri namizədi
Filologiya məsələləri – №7, 2013
312
YAŞAR QASIMOV
Filologiya elmləri üzrə fəlsəfə doktoru
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
yashargasimov@mail.ru
YENİ POETİK KONFLİKTİN RƏMZİ İFADƏSİ
Açar sözlər: “Aslan öyrədən”, “Pələng arzusu”, rəmzi obraz, obrazın məna tutumu,
“Erkin Vahidov, Fikrət Qoca, altmışıncılar.
Ключевые слова: «Дрессировшик», «Мечта тигра», символический образ,
семантика образа, Эркин Вахидов, Фикрат Годжа, шестидесятники
Key words: “Trainer”, “The Dream of a tiger”, symbolic image, semantics of
image, Erkin Vahidov, Fikrat Goja, the poets of the sixties.
Hər bir dövr poeziyasının təkrarsızlığını təyin edən mühüm xüsusiyyətlər
mövcuddur. Bu özünəməxsus cəhətlər əksərən lirik qəhrəman və bədii ideal kimi
mühüm estetik kateqoriyaların mahiyyətində əks edir. Təbii ki, hər bir qəhrəman və
ideal isə özünü bədii konflikt və ifadə vasitələri kontekstində nümayiş etdirir. De-
məli, konkret bir dövr poeziyasının qayəvi-fəlsəfi əsasları və estetik pafosunu bədii
konflikt və inikas üsulunun xarakterinə əsasən müəyyən etmək olar.
60-cı illər şairlər nəslinin yaradıcılığına nəzər salarkən, yeni lirik qəhrəmanın
mövcud reallığa orijinal münasibəti diqqəti cəlb edir. Xüsusən, onların lirikasında
poetik konfliktin yeni estetiki məzmunu bu dövr poeziyası haqqında dərindən dü-
şünməyə vadar edir. Altmışıncıların ilk lirikası bu cəhətdən tədqiqatçı üçün geniş
meydan və məkan verir. Xüsusən, E.Vahidov, A.Aripov və R.Pərfinin ilk lirikasın-
da özünəməxsus bir konfliktin uğurla bədii cəhətdən reallaşdığını görürük. Bu ta-
mamilə yeni məzmuna malik bir konflikt idi; lirik qəhrəman idealının daşıyıcısı
olan insan və bu idealdan uzaq adamlar, başqa sözlə, lirik “mən”lə müəyyən bir dai-
rə, dəstə, müəyyən bir mühit arasındakı bədii ziddiyyət lirik təsvirin mərkəzində da-
yanır. Bu xüsusiyyət, söz sənətimizdə insanı anlamaq və ifadə etmək, həyat həqiqət-
lərinin bədii həqiqətlərə çevrilməsi prosesində irəli atılmış bir addım idi. Bədii
təfəkkürün real zəminə və həyata, konkret insan münasibətlərinə yaxınlaşmasında
ciddi bir dönüş kimi dəyərləndirilməlidir.
İctimai gerçəkliyin dərindən təhlili poeziyanın insani münasibətlərin yeni və
indiyə kimi naməlum olan cəhətlərini kəşf etməsinə yol açdı. Lirik qəhrəman həyata
özünməxsus tərzdə yanaşdı və öz mühitindən, müasirləri həyatından yeni-yeni prob-
lemləri tapdı. Şair təbiətən ictimai gerçəklikdəki öz bədii idealına uyğun olmayan
hadisə və nəsnələri görməyə, göstərməyə can atır. O öz daxilində və ruhi aləmində
yalnız söz adamlarına xas olan incə bir həssaslıqla ətrafdakı aləmin namütanisibliyi-
ni, dünyanın nizamsız və intizamsız düzümünü göstərməyə ehtiyac hiss edir. Həqiqi
poeziya bu əsas vəzifəsini müxtəlif yollar və üsullar vasitəsilə, o cümlədən, öz qayə
və idealının daşıyıcısı – rəmzi olan obrazlar, yəni ideal-obrazlar və ya rəmz-obraz-
ların həyat tərzini, taleyi və qismətini bədii şəkildə canlandırmaqla yerinə yetirir.
Xüsusi qeyd etməliyik ki, altmışıncıların yaradıcılığı və ilk növbədə E.Vahidov,
A.Aripov və R.Pərfinin şeiriyyəti ədəbiyyatda uzun müddət hökmranlıq etmiş
konfliktsizlik “nəzəriyyəsi”nə müxalif olan estetik hadisə, yəni bədii əks münasibət
Filologiya məsələləri – №7, 2013
313
kimi meydana çıxmışdı. Elə bu səbəbdən də yaradıcılıqlarnın lap əvvəlində həyat-
dakı əkslikləri və ziddiyyətləri göstərmək onları daha çox maraqlandırırdı. Gənc
şairlər gerçəklikdən aldqları və seçdikləri konkret, təsirli ziddiyyətləri ümumiləşmiş
poetik təzadlara çevirir, bununla həyatın təbii və mürəkkəb obrazını yaratmağa nail
olurdular. Bu tipli şeirlərdə müəlliflər bir-birinə əks olan tərəflərin – müsbət və
mənfi qütblərin daxili münasibətinə xüsusi vurğu verirdilər. Onları ümumiləşdiril-
miş adlarla adlandırmaq və rəmzləşdirmə vasitəsilə poetik məna dairəsini genişlən-
dirməyə nail olurdular.
Özbək altmışıncılarının parlaq nümayəndəsi Erkin Vahidovun “Aslan öyrə-
dən” şeiri ilə də Fikrət Qocanın “Pələng arzusu” şeirlərini qısaca müqayisə etsək,
fikrimiz aydınlaşar. Qeyd edək ki, pələng də, aslan da faciəvi rəmzlərdir. Onların
taleyi faciəsində əsas rol oynayıb. “Aslan öyrədən” şeirində böyük qüdrət və güc
sahibinin acınacaqlı vəziyyəti təsirli şəkildə əks etdirilib. Təlimçinin əlində tutduğu
alovlu həlqədən aslan dəfələrlə keçir, öz sahibinin tələblərini yerinə yetirdiyinə görə
tamaşaçılar onu alqışlayır. Amma aslan öz tragik taleyi ilə barışmaq istəmir. Onun
ürəyindən qara qanlar axır. Müəllif öz qəhrəmanının daxili monoloqu vasitəsilə
faciəvi taleyini bütün dəhşətləri ilə gözlərimiz önündə canlandırır:
“ – Aciz adam! Bəsdir, başım üzrə qamçı oynatma!
Köksümdəki yatan qürur hissin oyatma!
Həddini aşma!
Öz başını özün yeyərsən,
Səni parça-parça etsəm, neylərsən!
Baxsana, bu pəncələri köksünə vursam,
Şöhrətpərəst ürəyini çəkib çıxarsam,
Parıldayan bədənindən qanlar fışqırsa,
Səni qurtara bilməz mənim əlimdən
Sənə əl çalan nadan adamlar.
İtil, get, alovlu halqanın içindən
bir də tullanmaram,
Zəhləmi tökmə, bəsdir, yalvarma,
Bilirsənmi, mən kiməm, sən kimsən, ey biçarə!
Mən ormanlar şahıyam,
Əsir olmağıma baxma,
Sən isə bir oyunbaz axmaq!
Şöhrətdən məst, öz halını bilməyən bəsir!
Namərd tale eyləmiş gör məni kimə əsir!”
(1, 92-93)
Bir vaxtlar heyvanlar dünyasının padşahı sayılan güc sahibi səhnədə
oyunbazlıq etdiyinə görə sevilir. Filosof şair aslanın dili ilə XX yüzilin iyrənc insan
münasibətlərini, riyakarlıq və mənəvi rəzalətlərini ifşa edir. Dünyanı və insanlığı
aslan şücaətini və mənliyini, aslan qürurunu və əzəmətini xilas etməyə çağırır:
“Halal gücə zaval vermiş, Hiyləyə qüdrət, Məni bu cür əsir edən Dünyaya lənət! Ey
napak köksünü gərib, Özünü hamıya qalib göstərib, Şir zatını bir oyunbaz əlinə
verib, Mərd halına zövqlə gülən gədələr, Lənət sizə, Tamaşaçı nadan bəndələr.” (1,
93).
Filologiya məsələləri – №7, 2013
314
F.Qocanın “Pələng arzusu” şeirində də vəziyyət təxminən oxşardır. Amma
“Pələng arzusu” şeirində tragizm daha kəskin və dərindir. Şeir belə başlanır:
“Təlimçi pələngi eylədi oyuncaq.
İşarə eləsən uzanacaq, atılacaq,
dal ayaqları üstə qalxıb oynayacaq...”
(2, 196).
Pələngin faciəsi elə bu tərcümeyi-haldan qaynaqlanır. Amma onların sonrakı
taleyi fərqlidir. Çünki pələngin tərcümeyi-halı təlim meydançasında tamamlanmır:
“Pələng oldu oyuncaq.
Qaytarıb atdı cəngəlliyə, yaşa deyə.
Gövdədə pələnglərdən yekə,
səsdə pələnglərdən heybətli, dişləri iti,
pəncəsi nəhəng pələng.
Meşənin şahı oldu.
Pələnglərin pənahı oldu.
Nərəsindən titrədi göy-yer
heyvanlar nədi,
yüz illik ağaclar titrədi tir-tir”.
(2, 196).
Göründüyü kimi, pələng taleyinin dinamikasında ciddi fərqlər mövcuddur.
Pələng obrazının faciəsində ikinci bir qat meydana çıxır. Əgər onun tərcümeyi-halı
başlandığı kimi də yekunlansaydı, onda biz aslanın qismətinə oxşayan bir tale ilə
qarşılaşmış olardıq. Amma “Aslan öyrədən” şeirindəki rəmzi obrazdan fərqli olaraq
“Pələng arzusu”nda obrazın taleyində güclü bir dönüş baş verir ki, bu da nəticədə
surətin və ümumilikdə şeirin poetik-məntiqi vurğsunu dəyişir. Pələngin arzu etdiyi
və təbii həyat tərzinə qayıdışı onu nəinki faciədən xilas etmir, əksinə, daha dəhşətli
bir faciə ilə üz-üzə qoyur:
“Amma ürəyini güvə kimi yedi bir qəm:
nə ola təlimçini bir də görəm,
işarə eləyə atılam, uzanam,
dal ayaqlarım üstə qalxıb rəqs eləyəm”.
(2, 196).
F.Qocanın rəmzi obrazları bir tərəfdən dərin psixoloji-rəmzi ovqatı ilə, ikinci
tərəfdən isə obrazın daxili dramatizmi ilə daha çox diqqəti cəlb edir. İndicə
nəzərdən keçirdiyimiz pələng rəmzinin E.Vahidovun “Aslan öyrədən” şeirindəki
aslan obrazı ilə də müqayisəsi də bunu bir daha təsdiq edir.
E.Vahidovun “Aslan öyrədən” və F.Qocanın “Pələng arzusu” şeirləri 60-70-ci
illər özbək və Azərbaycan lirikasının klassik nümunələridir. Özbəkistan və
Azərbaycan gerçəkliyinin mahiyyətindən doğulmuş bu tragik-simvolik obrazlar
bədii cəhətdən bir-birindən xeyli fərqlənsə də, ictimai-fəlsəfi tutumuna və siqlətinə
görə son dərəcə həmahəngdirlər. Milli qürur və ləyaqətin ayaqlar altında tapdandığı
amansız zamanların övladları olan bu obrazlar öz bətnində bir çox sirləri və gizlin-
ləri hifz edib yaşatmaqdadırlar. Aydın olur ki, Özbəkistanın və Azərbaycanın xalq
Filologiya məsələləri – №7, 2013
315
şairləri təkcə öz dövrlərinin və mühitlərinin rəzil həqiqətlərini kəşf etməklə kifayət-
lənməmiş, həm də Şərqin ən qədim və məğrur rəmzi obrazlarından birinin yeni hə-
yatını və taleyini bədiiləşdirməyə nail olmuşlar. Bu mənada E.Vahidov və
F.Qocanın hər birinin öz milli söz sənətinə cəsarətlə gətirdiyi yeni obrazlar bədii
orijinallığı ilə yanaşı, eyni zamanda, ədəbi-tarixi əhəmiyyətə malikdir. F.Qocanın
və E.Vahidovun “Pələng arzusu” və “Aslan öyrədən” şeirləri yaşadıqları və sakini
olduqları özünəməxsus zamanın milli-bədii təfəkkürdəki silinməz izləri kimi real-
laşmışlar. Onların mənsub olduqları pleyadanın digər istedadlı nümayəndələrinin
əsərləri və şeirimizə gətirdikləri rəmzi obrazlar da yuxarıda söylədiklərimizi qəti
şəkildə təsdiq edir.
Özbək və Azərbaycan altımışıncılarının yaradıcılığının müqayisəli ədəbiy-
yatşünaslıq müstəvisində nəzərdən keçirilməsi, ümumən, nəslin poetik dünyası-
nı və simasını aydın surətdə təsəvvür etməyə imkan verir. Xüsusən, gənc şair-
lərin poetik rəmzlərinin qarşılıqlı surətdə araşdırılması zamanın bədii təfəkkürdə
inikasının estetik özünəməxsusluğunu müşahidə və təyin etməyə münbit şərait
yaradır.
Beləliklə, yuxarıdakı təhlillərdən aşağıdakı mühüm nəticələrə gələ bilərik;
poeziyada rəmzi obrazlar heç vaxt təsadüfən yaranmır. Xüsusən, cəfakeş və ağır
şəraitdə yaşayan xalqların bədii yaradıcılığında poetik rəmzlər ağlın və təfəkkürün
mürəkkəb oyunları kimi doğulmur. Əksinə, həyat və cəmiyyət haqqında açıq söylə-
mək mümkün olmayan həqiqətləri ifadə etməyin yeganə çarəsi, bəlkə də son əlacın-
dan biri kimi, bədii sözün həqiqətə sədaqət saxlaması prosesində sonuncu imkanı
kimi reallaşır. Altmışıncıların cəsarətli poetik axtarışlarının nəticəsi olan özünəməx-
sus rəmzi obrazlar silsiləsi bizim nöqteyi-nəzərimizi parlaq şəkildə ifadə edir.
Ədəbiyyat
1.
Vohidov E. Saylanma. İkki cildlik. II cild. Toşkent, Adabiyot va sanat naşriyotı,
1986. – 550 s.
2.
Qoca F. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004. – 248 s.
Яшар Гасымов
Символическая выражения нового поэтического конфликта
Резюме
В статье «Символическая выражения нового поэтического конфликта»
анализируется некоторые стихотворения двух представителей шестидесятни-
ков, народных поэтов Эркин Вахидова и Фикрат Годжа. В особенности дела-
ется акцент на своеобразию и созвучностью поэтического стилья с шестидеся-
тниками видных мастера слов. В плоскости сравнительного анализа стихотво-
рений «Дрессировшик» и «Мечта тигра» исследуется процесс создания эсте-
тического образа времени и действительности.
Filologiya məsələləri – №7, 2013
316
Yashar Gasimov
Symbolical expression of the new poetic conflict
Summary
In the article “Symbolical expression of the new poetic conflict” is analysed
the bright poem of two national poets Erkin Vahidov and Fikrat Goja. Especially,
shown originality and harmony of poetic style of the poet with the generation of the
60
th
years’ poets. On the basis of comparative investigation of two poems “Trainer”
and “The Dream of a tiger” is researched the process of making the aesthetic image
of time and reality.
Rəyçi: Nizaməddin Şəmsizadə
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №7, 2013
317
GÜLŞƏN AĞABƏY
filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Müəllimlər İnstitutu Quba
filialının kafedra müdiri
gulshen _71@mail.ru
CÜMHURiYYƏT DÖVRÜ POEZİYASINDA AZƏRBAYCANÇILIQ
İDEALLARI
Açar sözlər: poeziya, cümhuriyyət, azərbaycançılıq, istiqlal
Key words: poetry, republic, Azerbaijaniery, independence
Ключевые слова: поэзия, республика, азербайджанство, независимость
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan poeziyasının keyfiyyət
baxımından dəyişməsində və inkişafında, şübhəsiz, ictimai-siyasi proseslərin rolu
böyük olmuşdur. Belə ki, regionda baş verən hadisələr Azərbaycan xalqının milli
mücadilə verməsini şərtləndirdiyindən poeziya da axtarışlarını bu istiqamətə yönəlt-
miş, istiqlalçılıq və vətənçilik motivləri yeni bir mərhələyə daxil olmuşdur. Azər-
baycanın milli müstəqilliyini qazanmasında ictimai, siyasi publisistika ilə yanaşı
poeziyanın da rolunu qeyd etmək lazımdır. Çünki Cümhuriyyətin qurulması ərəfəsi
və eləcə də Cümhuriyyət dönəmində hadisələrə çevik və adekvat cavab verən janr-
ların içərisində publisistika ilə yanaşı poeziya da olmuşdur. Əsrin əvvəllərindən
başlayaraq poeziyanın mövzu və problematikasında türkçülük,turançılıq, müasirlik,
islamçılıq,vətənçilik idealları və ideyaları sıx-sıx görünməyə başlayır. Poeziyada
mövzu və problematika yeniliyi onu forma və məzmun baxımından yeniləşdirdiyi
kimi milli idealların tərənnümünü də şərtləndirən amilə çevrilir. Ə.Hüseynzadə,
A.Şaiq, H.Cavid, M.Hadi,Ə.Müznib, A.Müniri, Ə.Cənnəti və başqa şairlərin yaradı-
cılığında vətən və millət hayqırışlarına, haqq-ədalət arayışlarına daha çox yer ve-
rilirdi. Azərbaycan romantiklərinin yaradıcılığında bu tendensiya sistemli bir şəkil
alır və yeni bir mərhələyə daxil olur. Bu tendensiya içərisində azərbaycançılıq ideal-
ları isə ən mühüm yerlərdən birini tutur. Azərbaycan obrazı və azərbaycançılıq
ideallarının poeziyada əksi daha çox Cümhuriyyətin adı ilə bağlı olur. Azərbaycan
Cümhuriyyətinin qurulmasından sonra şeirdə həm Azərbaycan obrazı yaradıldı,
həm də azərbaycançılıq ideallarına geniş yer verilirdi. Başqa sözlə desək cümhuriy-
yətin qurulması ilə poeziyanın mövzusu bir qədər konkretləşir, poeziyaya yeni ob-
raz və yeni ideal gəlir. Bu hər şeydən əvvəl milli idealın yaranması və formalaş-
masını şərtləndirirdi. Ədəbiyyatşünas A.Bayramoğlunun yazdığı kimi: “...ölkə hə-
yatında gedən siyasi və mədəni-psixoloji təbəddülat, bir çox xalqlar kimi, azərbay-
canlıların da milli mənlik şüur və psixologiyasının formalaşmasınıa əhəmiyyətli
dərəcədə təkan verdi. Tərəqqipərvər xadimlərimizin məqsədyönlü və ardıcıl fəaliy-
yət və çarpışmaları da bu işdə az rola oynamadı. Xalqın milli özünüdərk prosesi
ictimai-siyasi və inqilabi dəyişikliklər dövründə daha da gücləndi” (2, 18).
Əlbəttə, milli özünüdərkin siyasi tərəfi milli özünüidarənin yaranması idisə,
poetik tərəfi milli düşüncəni, keçmişi, bu günün mübarizəsini təsvir etmək, milli
ideyanı və azərbaycançılığı tərənnüm etməkdən ibarət idi. Bu cəhətdən milli ideya-
nının, azərbaycançılıq ideyasının tərənnümündə gənclər və yeni qüvvələr üstünlük
Filologiya məsələləri – №7, 2013
318
təşkil edirdi. Əhməd Cavad, Cəfər Cabbarlı, Umgülsüm, Əli Yusif, Əli Dai, Bəd-
rəddin Seyidzadə, Mürşüd Balaqardaş, Əmin Abid və başqa onlarla yeni yazan şair-
lərin şeirlərinin baş mövzusu Azərbaycan, onun milli idealları, keçmişi, bu günü,
milli vətənpərvərlik (Azərbaycan bayrağı, ordusu və s.) motivləri olur. Çox qısa bir
vaxtda Azərbaycan sözü şeirlərin başlığına çıxır, mətndə Azərbaycan Cümhuriyyə-
tinə, onun atributlarına və ideallarına inam ifadə edilir, milli ideyanın tərənnümünə
müxtəlif şəkildə geninə-boluna rast gəlinir. Hətta Azərbaycan obrazı və idealları o
zaman milli marş kimi səslənən, bu gün isə Dövlət himni olan “Azərbaycan” milli
marşında ən yüksək şəkildə tərənnüm edilir:
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın
Şanlı vətəni!
Səndən ötrü can verməyə
Cümlə hazırız!
Səndən ötrü qan tökməyə
Cümlə qadiriz!
Üçrəngli bayrağınla
Məsud yaşa!
Ə.Cavad Cümhuriyyətə qədərki yaradıcılığında və cümhuriyyət ərəfəsində də
milli düşüncəyə, azərbaycançılığa nəinki böyük önəm vermiş, hətta poeziyada bu
təmayülə başçılıq etmişdir. Onun Cümhuriyyətin təşkilati işlərində də yaxından
iştirakı, şeirlərində tərənnüm etməsi hələ sağlığında “milli şair”, “istiqlal şairi” ad-
landırılmasına gətirib çıxarmışdır. Ə.Cavad “Milli bayrağımıza” şeirində isə Tura-
na gedən yolda qarşısına çıxan bayrağa dərdini ona söyləyir, onun kölgəsinin düşü-
düyü mübarək yeri belə öpməyə hazır olduğunu poetik şəkildə ifadə edir:
Türküstan elləri öpüb alnını,
Söyləyir dərdini sana bayrağım!
Üç rəngin əksini quzğun dənizdən
Ərmağan yolla sən yara, bayrağım! (2, 163)
Ə.Cavadın “Röyasını görmüşdüm”, “Ey əskər”, “Bakı deyir ki, bir il əvvəl”,
“O qıza”, “Qalx”, “Milli Şuraya”, “Marş” və s. şeirlərində röyasını gördüyü cüm-
huriyyətin ayrı-ayrı atributlarını tərənnüm edir, istiqlal və müstəqillik sevincini ifa-
də edir.
Əbdülsəlimzadə Məhəmməd Hadinin “Azərbaycan dövləti-nevadına”, “Əs-
kərlərimizə-könüllülərimizə”, Cəfər Cabbarzadənin “Azərbaycan bayrağına”,
“Sevimli ölkəm”, Əhməd Cavadın “Azərbaycan bayrağına”, “Milli bayrağımıza”,
“Ey əskər”, Davudun “Azərbaycan ordusuna”, “Millətimə”, Əli Yusifin “Azərbay-
canlıya”, “Bayraq”, Məhəmməd Ümid Gəncəlinin “Azərbaycan”, “Vətən şərqisi”
və s. onlarla şeirlərinin ana xəttini Azərbaycan və azərbaycançılıq idealları təşkil
edirdi. Böyük əksəriyyəti dövlət qəzeti “Azərbaycan”da dərc olunan bu şeirlər
oxucuda milli vətəndaşlıq qüruru formalaşdırır, azərbaycançılıq ideallarını tərən-
nüm edirdi. “Məfkurəmiz yolunda nə lazımsa etməli, Məqsudə doğru əzmi-xüruşan-
Filologiya məsələləri – №7, 2013
319
la getməli”- deyən M.Hadi xalqın azadlıq və müstəqillik ideyalarını reallaşdırmaq
uğrunda səylərini poetik şəkildə şeirlərində ifadə etməyə çalışırdı. M.Ü.Gəncəli
“Azərbaycan, vətən şərqisi” şeirində Azərbaycan obrazı təsvir edilir, gənclərin “
babalardan irs qalan qılıncı” belinə taxaraq millət, üçün vətən üçün əsgər getməsi
təqdir olunur:
Azərbaycan torpağıdır türk yurdunun ürəyi,
Hifz etməli o ölkəni nasıl gözün bəbəyi.
Tarixə bax, unutma sən ulu baba, dədəyi,
Qan tökmüşlər bu vətənçün, həp çəkmişlər əməyi.
Vətən üçün, millət üçün gənclər getdi əsgərə,
Könüllü get sən də yazıl o mübarək səfərə (2, 207).
Əli Yusif isə Cümhuriyyətin qurucularından olan Nəsib bəy Yusifbəyliyə
həsr etdiyi “Azərbaycanlıya” şeirində vətəndaşlara müraciət edərək taleyinə
“vicdanları aydınladan” ulduzların doğmasına biganə qalmamağa çağırır və bu
ulduzun əbədi sönməyəcəyini dilə gətirir və müstəqil yaşamaq yolunda addım hesab
edir:
Bundan sonra Azərbaycan ölkəsində
Sənin dəxi bir müqəddəs vətənin var.
Bayrağın var buludlardan yuca qalxar,
İstiqlalın Şərqə işıq saçacaqdır,
Sənin dəxi Milli Şuran olacaqdır.
Şimdi sənin daşıdığın böyük adı
Alqışlayır qafqasiyanın dağı, daşı,
Xəzər suyu bayrağını salamladı
Sevin azad Azərbaycan vətəndaşı (2, 198).
Cümhuriyyət dönəmi poeziyasında azərbaycançılıq ideallarının yaşam
simvoluna çevrilən faktorlardan biri milli bayrağımızdır. Dalğalanan milli bayraq,
onun rəngləri poeziyada funksionallıq daşıyır. Digər atributların formalaşmadığı bir
zamanda dalğalanan ürəngli bayraq ölkənin simvollarından birinə çevrilir. Əli Yusif
“Bayraq” şeirində onu uca zirvələrdə görür, hər zaman parlamasını arzu edir, təbiətə
müraciət edərək dərələri, dağları, çayları, bağları ona səcdə etməsini bildirir:
Yaşa, ey şanlı firuzən bayraq,
Doğdu sayəndə bu gün bir ölkə.
Mavi, al, səbz ziyalar saçaraq
Hər zaman üstümüzə sal kölgə.
Səcdə et. ey geniş, azadə dəniz,
Əyilin, ey başı almaz dağlar,
Əyilin, səcdə edin, siz həpiniz.
Dərələr, çaylar, əkinlər, bağlar,
Yucalır göylərədək bayrağımız (2, 199).
Filologiya məsələləri – №7, 2013
320
Gənc şair Əli Yusifin yaradıcılığında azərbaycançılıq və vətənçilik motivləri-
nin başlıca xətt olduğunu nəzərdə tutan ədəbiyyatşünas Nazif Qəhrəmanlı yazır:
“Əli Yusif “Azərbaycanlıya”, “Getmə”, “Bayraq”, “Qarabağ xainlərinə” və s. şeir-
lərində müstəqil olduğu üçün qürur hissi duyan və bu hissi böyük vətəndaşlıq pafo-
su ilə tərənnüm edən şairin çılğın və heysiyyətli duyğularına rast gəlirik. Etiraf et-
mək lazımdır ki, XX əsrin əvvəlində Azərbaycan poeziyasında istiqlal təmayülünün
beşiyi başında ilk duranlardan biri Əli Yusif olmuşdur” (9, 49).
Ədəbiyyatşünas N.Qəhrəmanlının bu fikri tamamilə doğrudur, çünki istiqlal
və azərbaycançılıq şeirləri tərənnüm ruhlu şeirlər idi. Hətta bu şeirlərdə bəzən sənət-
karlıq belə çatışmırdı, buna baxmayaraq bu şeirlər oxucular arasında sevilir, oxunur
və geniş yayıldığı kimi, həm də ideoloji təbliğat rolu oynayırdı. Dövlət
müstəqilliyinin, onun bir çox atributlarının canlı şahidi olan gənc şairlər isə şeirləri-
ndə istiqlalı, müstəqilliyi, bütövlükdə Azərbaycanı tərənnüm edirək bu tarixi
hadisəyə poetik münasibətlərini ifadə edirdilər. C.Cabbarlı “Azərbaycan bayrağı-
na” şeirində ən ülvi hisslərini ifadə edir:
Buraxınız, seyr edəlim, düşünəlim, oxşayalım,
Şu sevgili, üç boyalı, üç mənalı bayrağı,
Mələklərin qanadını üzərinə kölgə salan?
Nə imiş bu? Aman allah! Od yurdunun yarpağı.
Kök yarpaqlar, ağ çiçəklər, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək sevir.
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır (2, 133)
C.Cabbarlı dalabadal yazdığı iki şeirində (“Azərbaycan bayrağına”, “Al bay-
raq”) milli bayrağı vəsf edir, onun boyalarına mənalar verir, ədəbiyyatşünas
Y.Qarayevin yazdığı kimi ” üç rəngli (göy yarpaqlar, al çiçəklər, yaşıl otlar) bayra-
ğın şeirlə açılımı idi” (10, 112). C.Cabbarlının istiqlal və azərbaycançılıq şeirlərinin
təhlil edən Ə.Saraclı doğru qeyd edir ki, Cabbarlının bu şeirlərində “...məqsəd təkcə
bayrağın tərənnümü deyildi, həm də Azərbaycanı, onun müstəqilliyini, istiqlalını
göz bəbəyi kimi qorumaq, ona ürəkdən xidmət etmək əzmi, Ə.Hüseynzadə,
M.Ə.Rəsulzadə kimi öndərlərin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyala-
rını gerçəkləşdirmək arzusu, yeni həyatın yeni ruhlu ədəbiyyatını yaratmaq təşəb-
büsü idi”( 8, 183).
Cümhuriyyət dönəmində poeziyada azərbaycançılığı ifadə edən təmayüllər-
dən biri onun ordusuna, qəhrəman əsgərinə yazılmış şeirlər olur. Bu dövrdə yazıl-
mış əskər marşı və nəğmələrində xalq, millət, vətən qarşısında hər bir vətəndaşın
boynuna düşən borc hissinin müqəddəsliyi təsvir olunur, vətən və yurd sevgisi
tərənnüm edilir, xalq üçün gənclərin göstərdiyi qəhrəmanlıq motivləri, xalqa bağlıq,
milli qürur hissləri aşılanırdı. M.Hadinin “Əskərlərimizə-könüllülərimizə”, Məm-
məd Əmin Yurdaqulun “Ya qazi ol, ya şəhid”, Umgülsümün “Əskər anasına”, “Ey
türk oğlu”, “Çəkil, dəf ol”, Ə.Cavadın “Ey əskər”, “Bismillah”, Davudun “Məqsədi-
miz”, “Bir əskərin xitabı”, “əsgər şərqisi”, Əli Kaminin “Atalara”, “marş”, İ.Həqqi
bəyin “Vətən şərqisi”, “Marş”, “Könüllü marşı”, Feyzi bəyin “Marş”, Zülfüqar bə-
Filologiya məsələləri – №7, 2013
321
yin “Əsgər nəğməsi”, Məhəmməd Ümid Gəncəlinin “Azərbaycan vətən şərqisi” və
s. onlarla şeirlərində millətin və dövlətin namus bütövlüyünü qoruyan ordunun,
əsgərlərin qəhrəmanlıq səhifələri tərənnüm edilir. Azərbaycan poeziyasının Cümhu-
riyyət dönəmində milli və ordu marşları o qədər qabarıq olmuşdur ki, 1919-cu ildə
B.Səttaroğlunun tərtibi ilə “Ordu marşları” kitabı dərc edilmişdir. İkinci müstəqillik
dönəmində filologiya üzrə fəlsəfə doktoru Sədaqət Məmmədova həmin kitabı kiril
qrafikasında yenidən nəşr etdirmişdir (12).
Əsgərə, orduya aid yazılan şeirlərdə düşmənə qarşı mətanətlə dayanaraq müstə-
qilliyini, torpağını qoruyan könüllülərimiz, döyüşə gedən gənclərimiz, oğlunu göz yaş-
ları ilə yola salan analar və onların yaşadıqları təsvir edilir. Bu şeirlərdə xalqımızın heç
bir xalqa qarşı kin, nifrət bəsləmədiyi, heç bir millətin hüququna təcavüz etmədiyi,
haqqımıza toxunmayanlara qarşı məhəbbət bəslədiyini, lakin yurdumuza təcavüz
edənlərə qarşı düşmən olmaları təsvir edilir. Bu mövzuda yazılmış şeirləri iki qismə
bölmək olar: a) ordu marşları; b) əsgərlərin və valideynlərin keçirdiyi ən ülvi hisslərin
tərənnümü. Davudun “Bir əsgərin xitabı” şeirində cəbhəyə, orduya yollanan əsgərin
anasını arxayın etməsi üçün keçirdiyi hisslərini dilə gətirməsi təsvir edilir:
Bən əsgər gedirəm, ana, neçün ağlarsan?
Bir əsgərin ürəyini, ana, nüçün dağlarsan?
Bən yurduma sınırlarda əldə silah növbətçiyəm,
Namusuma, millətimə əldə silah gözətçiyəm.
Doğmadınmı sən bizləri bu gün üçün, annəciyim,
Axıtdığın göz yaşları bilməm neçün, annəciyim,
Bən əsgərəm, etməliyəm yardım, kömək bu yurduma,
Siz salamat qalın, annə, bən gedirəm orduma (5, 24).
Davud başqa bir şeirində (“Atalara”) atalara xitab edərək “gənc oğlunu qadın
kimi gizlətməməyi”, “türk adını təhqir etməməyi”, millətə, xalqa “saf qanla”,
“vicdanla” xidmət etməyə çağırır. “Əsgər şərqisi” şeirində isə şair orduya getməyi
hamının fədakarlıq borcu hesab edir, igid oğlanların ortalığa çıxaraq yurdu
yaşatmasını, ordunun ad qazanmasını təsvir edir və dalğalanan üç rəgli bayrağın
azad yaşamanı saxladığını bildirərək qardaşlarını cəbhəyə səsləyir:
Dalğalanır üç boyalı şu bayraq,
Hürr yaşayır bərəkətli şu torpaq,
Sağlam bir imanla silah alaraq,
Haydı qardaş sınırlara qoşalım!(4, 32)
Cümhuriyyət dönəmi Azərbaycan poeziyasında azərbaycançılıq, vətənçilk
ideyalarını təsvir edən şairlərin sovet Azərbaycanında yaradıcılığının təkcə mövzu
və problematikası dəyişmədi, həm də onlar şeirlərində yaşatdıqları bu idealların
bədəlini ödəməli oldular. M.Hadi bir məlumata görə Gəncə üsyanında milli ideallar
uğrunda həlak oldu. Əli Yusif və Ə.Dai Solovki adalarına sürgün edildi. Ə.Cavad
və Umgülsüm repressiya qurbanı oldular. C.Cabbarlı isə zorən sosrealizm cəbhəsinə
Filologiya məsələləri – №7, 2013
322
keçməsinə rəğmən yaradıcılığının çiçəklənən vaaxtında qəflətən vəfat etdi. Bir çox
adı və imzası məşhur olmayan şairlərin də sonrakı yaradıcılığında azərbaycançılıq
ideyalarının təsvirində müəyyən ara verildi. Yalnız 30-cu illərdə poeziyamızda
yenidən Azərbaycan obrazı və azərbaycançılıq görünməyə başladı. Buna səbəb hər
şeydən əvvəl poeziyada artıq bu təmayül üzrə ənənənin yaranması idi. Yeni dövrdə
bu ənənəni inkişaf etdirənlərin başında isə S.Vurğun gəlirdi.
Ədəbiyyat
Dostları ilə paylaş: |