Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
#16789
1   ...   37   38   39   40   41   42   43   44   45

                                           

Ədəbiyyat 



 

1 “Azərbaycan jurnalistikası: qloballaşma dövründə: qaynaqlar və perspektivə 

baxış” (Nəsir  İmanquliyevin 100 illik yubileyinə  həsr edilmiş respublika elmi-

praktiki konfransının materialları) Bakı, 2011 

2.

 

Türkdilli agentliklərin Bakı görüşü: Azərbaycan xalqının ümummilli lideri 



Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər 

Agentlikləri Birliyi (TKA) Baş  Məclisinin "Türkdilli ölkələrin  əlaqələrinin 

inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu" mövzusunda VII iclası: Bakı, 

29 aprel-3 may 2008-ci il AzərTAc, Anadolu Agentliyi ; layihənin müəllifi: A. Ə. 

Aslanov, H. Bengi ; tərc.: N. Xıdırov, C. Səfərov, O. Məmmədov ; red. V. Musayev 

[et al.]. - Bakı : Şərq-Qərb, 2009. - 168 s., [16] s 

3.

 

Həmid Vəliyev, “Xarici ölkələrin jurnalistikası tarixi”, Bakı, 2012  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



393

4.

 



Türk dili konuşan ülkelermedya forumu, Basın Yayın ve Enformasyon Genel 

Müdürlüğü, Ankara, 2010 

5.

 

Askar Umarov, “Türkdilli Medya Forum gerekmektedir”, “Birlik” jurnalı, iyun 



2013, səh 20 www.atxem.az\\birlik\\ 

6.

 



Аскар  Умаров,  КОЕ-ЧТО  ОБ  ИНФОРМАЦИОННОЙ  ИНТЕГРАЦИИ 

ТЮРОК,  Координатор  Оргкомитета  «Тюркская  миссия  информационной 

интеграции «TURK-MEDIA», http://vesti.az/news/63108 

7.

 



б.л.залесский,  масс-медиа  и  развитие  единого  информационного  прос-

транства, http://elib.bsu.by/bitstream/123456789/26852/1/85-89.pdf 

8.

 

А.САРСЕНБАЕВ,  СТРАТЕГИЯ  ФОРМИРОВАНИЯЕДИНОГО  ИНФОР-



МАЦИОННОГО  ПРОСТРАНСТВА  В  РЕСПУБЛИКЕ  КАЗАХСТАН, 2000 г. 

http://ecsocman.hse.ru/data/877/013/1220/014.SARSSENBAEV.pdf 

9.

 

Залесский, Б.Л. Средства массовой информации и формирование единого 



информационного пространства Содружества Независимых Государств (2011)  

10.


 

http://www.businessnews.by/index.php/journalism/articles/198-zalesskij-bl-

sredstva-massovoj-informatsii-i-formirovanie-edinogo-informatsionnogo-

prostranstva-sodruzhestva-nezavisimykh-gosudarstv2011 

11.

 

развитие единого информационного пространства Союзного Государства, 



http://www.belarus.mid.ru/doc/inf_prostranstvo.pdf 

12.


 

http://www.tkaonline.org/index.php?option=com_content&view=article&id=47

&Itemid=56Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) üzvlərinə) 

                                                                            

   А.Алескерли 

Единое информационное пространство в тюркских  

СМИ и ее перспективы на будущее 

Резюме 


 

Данная  статья  посвящена  текущему  состоянию  средств  массовой 

информации в современном тюркском мас-медиа, важности создания единой 

общетюркской информационной системы в сфере СМИ и ее возможностям. В 

статье указаны предложения о перспективах единой общетюркской информа-

ционной системы и соответственно по ее созданию. 

E.Elesgerli 

Common information space in Turkic mass media 

and its future perspectives 

Summary 


 

This article is devoted to current situation of turkic media, importance of 

creating common turkic information system in mass media, and its opportunities 

which can be given to Turkic peoples. In this article is shown proposals about future  

perspectives of common turkic information system, as well as creation of this  

system. 


 

Rəyçi:                    Vüqar Əliyev  

                      Bakı Dövlət  Universitetinin  

                      jurnalistika  fakültəsinin  dosenti 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



394

LEYLA ABASOVA 

Bakı Dövlət Universitetinin “Kitabşünaslıq  

və nəşriyyat işi” kafedrasının dissertantı 

 

       sg.leyla@gmail.com 



 

AZƏRBAYCAN TƏRCÜMƏ KİTABI VƏ “AZƏRNƏŞR” 

 

Açar sözlər: “Azərnəşr”, tərcümə ədəbiyyatı, kitab, bədii ədəbiyyat. 



Key words: “Azerneshr”, translation literature, book, fiction. 

Ключевые  слова:  "Азернешр",  перевод  литературы,  книга,  художественная 

литература. 

 

Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr” müxtəlif dillərdən, xüsusilə rus 



dilindən Azərbaycan dilinə ədəbiyyatın tərcüməsinə də öz fəaliyyətində xüsusi yer 

vermişdir. Təsadüfi deyildir ki, 1925-1933-cü illərdə Azərbaycan Dövlət Nəşriyya-

tının 12 nəfər tərcüməçi  ştatı olmuşdur. Bu tərcüməçilər - 1) Qəmər  Əliyeva; 2) 

Zülfüqar Abdullayev; 3) Adil Əfəndiyev; 4) N.Xanım Ağayeva; 5) Talıb Talıbzadə; 

6) Ş.Mürsəlov; 7) Fazil Seyidov; 8) Təzəxanım Haşımova; 9) Rəşid Yusifzadə; 10) 

Yusif Yusifli; 11) Qasımxanlı; 12) Qasım Yüzbaşov [1, 23].  (“Azərnəşr”də işləyən 

bu tərcüməçilərdən yalnız bir nəfəri ali təhsilli (Əfəndiyev Adil), qalanları isə orta 

təhsilli olmuşdur).     

Bədii ədəbiyyatın nəşrindən söhbət gedərkən qeyd etməliyik ki, 1920-1940-cı 

illərdə Azərbaycan bədii  ədəbiyyatı ilə yanaşı rus klassik yazıçılarının  əsərlərinin 

tərcüməsinə  və  nəşrinə  də diqqət yetirilmişdir. Məsələn, görkəmli rus yazıçısı 

M.Qorkinin “Həyatın dibində”, “Konovalov”, “9 Yanvar”, “Tunel”, “Molva”, “İzer-

gil qarı”, “Çelkaş”, “Makarçudra”, “Arxip baba və Lyonka”, “Uşaqlıq”, “Mənim 

darülfununlarım”, “Məhbəs” və s. əsərləri 1924-1928-ci illərdə Azərbaycan dilinə 

tərcümə  və  nəşr edilmişdir.  Əsasən M.Qorkinin, A.S.Puşkinin, L.N.Tolstoyun, 

SSRİ Xalqları Ədəbiyyatından xeyli maraqlı əsərlər “Azərnəşr” tərəfindən çap edil-

mişdir.  

1920-1940-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyətinin təşkilin-

də, inkişafında dövrün ziyalıları, alimləri, tərcüməçiləri və digər sənət sahibləri bö-

yük rol oynamışdı. Belə ki, bu nailiyyətlərin əldə edilməsində 1920-1940-cı illərdə 

“Azərnəşr”də  fəaliyyət göstərən bir sıra tərcüməçilərin və redaktorların:  Əhməd 

Hacızadə, Məhərrəm Kamil, Xəlil İbrahim, İbrahimbəyli, Ə.Kəmiyev, Sami Kamal, 

M.Babayev,  Ə.Rüstəmzadə, T.Talıbzadə, D.Cavadlı, S.Quliyeva, A.K.Turani, 

Ə.Fətəliyev, H.Ağazadə, S.Kazım, A.Yusifzadə,  Ə.Əbdürrəhimzadə, M.Kamil, 

Süleyman Hüri, S.Məlikov, Y.Rzaquluzadə, M.İ.Əfəndiyev, H.Qasımov, M.Rza-

quliyev, M.Babaxanov, A.Vəzirzədə, S.Abbasov, A.Gülməhəmmədov, M.Əfəndi, 

H.H.Şahbazlı, A.Vəzirzadə, M.Babaxanov, H.Şahmalıyev, H.Səlimov, R.Q.Möv-

sümzadə, M.Ə.Balaxanov, K.Zəri, H.Əsədov, A.Bədəlov, A.S.Əlizadə,  İ.Nəfisi, 

İ.Səfərov, H.Şahsuvarov, M.S.Məmmədzadə, Y.Yusifli, M.Kərimov, Azad Əfən-

dizadə, X.Əzizbəyli, F.İbrahimbəyli, Y.Məmmədəli və başqalarının fəaliyyəti diq-

qətəlayiq olmuşdur.  

1938-ci ildə “Azərnəşr”in bədii ədəbiyyat şöbəsi fransız şairi P.J.de Beranje-

nin “Seçilmiş şeirlər” toplusunu kitabça şəklində çapdan buraxmışdır. Şeirləri fran-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



395

sız dilindən tərcümə edən B.Behbud, kitabın redaktoru isə N.Rəhimdir.  Əslində 

P.J.de Beranjenin şeirlərini Azərbaycan dilinə tərcümə edən Səlim adlı şəxs olmuş-

dur. Yazıldığına görə, Səlim fransız, rus, ərəb və fars dillərini mükəmməl bilən şair 

imiş. P.J.de Beranjenin 1938-ci ildə “Seçilmiş  şeirlər”ini Səlim Behbudov fransız 

dilindən tərcümə etmişdir. Səlim bəy 1910-cu ildə Parisdə Diplomatik fakültəni 

bitirmişdir. Sovet vaxtında Səlim bəy Bakı məktəblərində fransız dilindən dərs de-

mişdir. “Azsənaye” birliyində iqtisadçı  işləmişdir. 1937-ci ildə müqavilə ilə 

“Azərnəşr”dən iş götürmüşdür. Hətta belə bir məlumat vardır ki, o, bir qadınla 

“Azərbaycanca-fransızca-rusca” lüğət kitabı hazırlayırmış. Folklorşünas Əbülqasim 

Hüseynzadənin Səlim bəy haqqında söylədiyi xatirələr, onun həyatı barədə bəzi mə-

sələləri daha açıq şəkildə işıqlandırır: 1937-ci ildə “Azərnəşr”in mütərcimləri sıra-

sında Səlim bəyin də adı var idi. P.J.de Beranjenin şeirlərinin qonorarını o, mənim 

yanımda kassadan alıb getdi. O, başqa dillərdən də tərcümələr edir, folklor nümunə-

ləri: tapmacalar, atalar sözləri, zərb-məsəllər, kiçik nağıllar toplayırdı. Şeir yaradıcı-

lığı da olubdur. O, 1882-ci ildə anadan olmuş, 1943-cü ilin payızında vəfat etmişdir. 

Şeirlərini “Bəy Behbud” təxəllüsü ilə imzaladığı da aydınlaşır. Deməli, 1938-ci ildə 

P.J.de Beranjenin “Seçilmiş  şeirləri”ni tərcümə edən B.Behbud elə  Səlim Bəy 

Behbudun özüdür [2].    

Görkəmli Azərbaycan şairi Ə.Cavadın da tərcüməçilik fəaliyyəti diqqəti cəlb 

edir. Əhməd Cavad görkəmli Azərbaycan şairi olmaqla bərabər, o zamanlar Azər-

baycan Kənd Təsərrüfatı  İnstitutunda türk (Azərbaycan) – rus dilləri kafedrasında 

müdir, habelə dosent və professor vəzifələrində çalışdığı zaman dil problemləri ilə 

də məşğul olmuşdur. Hələ, 1919-cu ildə Bakı Darülfünununda tədris olunmaq üçün 

yazdığı və çap etdirdiyi “Azərbaycan dilinin sərf və nəhvi” dərsliyi nəzəri və təcrübi 

əhəmiyyətinə görə rəğbət qazanmışdır.  

Ə.Cavad 1935-1937-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında “Tərcümə” 

şöbəsində redaktor vəzifəsində  işləmişdir.  Ə.Cavad rus ədəbiyyatından  ən çox 

А.S.Puşkin və М.Y.Lermantovdan tərcümə etmişdir. О, М.Qorkinin “Mənim darül-

fünunlarım”, “Mən necə oxumuşam”, İ.Turgenevin “Atalar və oğullar”, V.Kininin “О 

tayda” və s. əsərlərini də dilimizə tərcümə etmişdir. O, oхucular arasında geniş yayılmış 

R.Roninin “Оd uğrunda mübarizə”, F.Rablenin “Qarqаntua və Pantakrüel”, V.Şeks-

pirin “Yuli Sezar”, “Оn ikinci gecə” və s. əsərlərini dilimizə çevirmişdir [1, 24].  

Hökumət müsabiqəsində  Ə.Cavadın tərcümə etdiyi “Pələng dərisi geymiş 

pəhləvan” poemasının tərcüməsi birinci mükafata layiq görülmüşdür.  Ə.Cavad 

1928-1937-ci illər arasında 15-dən artıq tərcümə kitabı hazırlamış  və çap etdir-

mişdir. Beləliklə  də  Ə.Cavad Azərbaycanda Sovet dövründə ilk tərcümə  məktəbi 

yaratmışdır. “Аzərnəşr”də tərcümə şöbəsində çalışdığı illərdə оnun оrijinal şeir ki-

tabı çıxmadı. Bunu о dövrdə kitaba repressiyanın tətbiqi kimi qiymətləndirmək la-

zımdır.   

Tərcüməçilik sahəsində xüsusi yeri olan C.Cabbarlının da adını xüsusilə qeyd 

etmək lazımdır. C.Cabbarlının tərcüməçilik fəaliyyəti, Tolstoydan, Şekspirdən, Şil-

lerdən və b. etdiyi tərcümələr də onun sənətkarlıqda irəli getməsinə az kömək etmə-

mişdir: Məsələn, V.Şekspir “Hamlet”: Pyes. /Tərcümə edəni: C.Cabbarlı, (“Azər-

nəşr”, 1926, 128 s.); C.Uels “Yeraltı dünya”: Roman. /Tərcümə edəni: C.Cabbarlı, 

(“Azərnəşr”, 1927, 160 s.); F.Şiller “Qaçaqlar”: Pyes. /Tərcümə edəni: C.Cabbarlı, 

(“Azərnəşr”, 1935, 102 s.); “Hamlet”: Pyes. (“Azərnəşr”, 1935, 167 s.); 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



396

P.K.Bomarşe “Fiqaronun toyu” /Tərcümə edəni: C.Cabbarlı, (“Azərnəşr”, 1935, 

120 s.); “Yeraltı dünya”: Roman. (“Azərnəşr”, 1935, 232 s.) və   s.    

Sahəvi kitab nəşri problemləri ayrı-ayrı elm sahələrini, elm sahələrinin aktual 

problemlərini  əhatə edirdi. Bu mənada siyasi-iqtisad, iqtisadi nəzəriyyələr tarixi, 

ayrı-ayrı nəzəriyyələr tarixi, dünya iqtisadiyyatı, xalq təsərrüfatının mühüm sahələ-

ri, planlaşdırma, xalq təsərrüfatı planları, statistika, uçot məsələləri, əmək, maliyyə 

mövzuları üzrə müxtəlif növlərdə, tiplərdə kitab nəşri 1940-1950-ci illərdə Azər-

baycan Dövlət Nəşriyyatının fəaliyyətində mühüm yerlərdən birini tuturdu. Bu 

ədəbiyyat iki istiqamətdə inkişaf edirdi. Həm rus dilindən tərcümə edilən iqtisadi 

ədəbiyyat, həm də azərbaycanlı müəlliflərin, iqtsadiyyat, iqtisadi nəzəriyyə,  əmək 

və maliyyə məsələlərinə aid orijinal əsərləri meydana gəlir, nəşr edilib yayılırdı. M-

əsələn, 1940-1950-ci illərdə “Azərnəşr”də çap edilən siyasi-iqtisad, iqtisadi nəzəriy-

yələr tarixi, dünya iqtisadiyyatı üzrə nəşr edilən kitablara nümunə olaraq: “Kolxoz 

hesabdarlığının əsasları” (II hissə. 1940), Q.A.Kozlov “Kapitalist əmtəə istehsalı və 

kapitalizmdə pulun rolu” (1946), Q.A.Kozlov “Kapitalist istehsal üsulunun 

hazırlanması” (1946), Q.Vaşinski “Kolxozlarda mühasibat uçotu” (1947) və s. gös-

tərə bilərik.   

Sahəvi kitab nəşri üzrə “Azərnəşr”in fəaliyyətinin müəyyən hissəsi təbiət elm-

ləri, texnika, nəqliyyat və rabitə və digər sahələrə və aktual mövzulara həsr edilən 

nəşrləri  əhatə edir. Fizika, riyaziyyat, geologiya-coğrafiya, kimya, biologiya və s. 

təbiət elmlərinə aid əhəmiyyətli kitablar “Azərnəşr” tərəfindən çap edilmişdir. Bu 

ədəbiyyatın da müəyyən hissəsi tərcümə kitablarından ibarət idi. Məsələn, 

M.B.Ulitski “Əldə qayırma meterologiya stansiyası” (1940), V.N.Lvov “Yer necə 

əmələ gəlmişdir” (1941), K.Posse və İ.Privalov “Differensial hesabı kursu” (1944), 

P.Şorokov “Yer nəyin üzərində dayanır” (1947), V.A.Dorfman “Canlılar və cansız-

lar aləmi” (1948),  B.L.Dzerdzeevski “Hava okeanı” (1949) və s.  

1940-cı illərdə orta məktəb dərsliklərinin böyük əksəriyyəti rus dilindən tərcü-

mə edilir və “Azərnəşr”də çapdan buraxılırdı. Bu dövrdə “Azərnəşr”də V.N.Ver-

xovski və Y.D.Qoldfarbın və b. “Üzvi kimya” (1946), V.N.Verxovskinin “Üzvi 

kimya (orta məktəbin 10-cu sinfi üçün)” (1947), V.N.Verxovskinin “Qeyri-üzvi 

kimya” (1949) və s. bu kimi kitablar çap olunmuşdur.  

Bu dövrdə tərcümə ədəbiyyatının xeyli hissəsini ictimai-siyasi kitablar, daha 

çox hissəsini isə bədii ədəbiyyat təşkil etmişdir. “Azərnəşr” görkəmli Azərbaycan, 

rus və dünya yazıçılarının ayrı-ayrı əsərlərini, seçilmiş əsərlərini, əsərlər külliyyat-

larını çapdan buraxmışdır. Məsələn, nəşriyyat M.A.Şoloxovun, R.Taqorun, 

S.A.Şirvaninin, M.Ə.Sabirin, N.Nərimanovun seçilmiş  əsərlərini çapdan burax-

mışdır. Nəşriyyat A.S.Puşkinin, M.Y.Lermontovun, N.V.Qoqolun 6 cildlik əsərləri-

ni, M.Qorkinin 15 cildlik əsərlərini çapdan buraxmışdır. “Azərnəşr” İ.S.Turgenevin, 

L.N.Tolstoyun, A.P.Çexovun, V.Mayakovskinin və b. görkəmli rus yazıçılarının 

əsərlərini müxtəlif nəşr tiplərində: ayrı-ayrı əsərlər, seçilmiş əsərlər, əsərlər külliy-

yatı və s. şəklində çap etmişdir. Dünya ədəbiyyatı klassiklərindən Servantesin, Hü-

qonun, Bayronun, Götenin, Balzakın və b. əsərlərini də çapdan buraxmışdır. 

Ümumiyyətlə, “Azərnəşr” 1920-1957-ci illərdə, yəni 47 il ərzində 21992 adda 

209870 min nüsxə ümumi tirajla kitab çap etmişdir.  

Hələ, 1960-cı illərə  qədər Azərbaycan Dövlət Nəşriyyatı  bədii  ədəbiyyatın 

nəşrinə, dünya ədəbiyyatının klassik yazıçılarına M.A.Şoloxovun, R.Taqorun, 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



397

A.S.Puşkinin, M.Lermontovun, N.V.Qoqolun, M.Qorkinin, İ.S.Turgenevin, 

L.N.Tolstoyun, A.P.Çexovun, V.Mayakovskinin və b. ayrı-ayrı əsərlərini, külliyyat-

larını, əsərlərini çapdan buraxmışdır.  

Qeyd etdiyimiz kimi, bədii ədəbiyyatın xeyli hissəsini tərcümə kitabları təşkil 

edirdi. Dünya, xüsusilə rus klassik yazıçılarının  əsərlərinin ana dilimizə  tərcümə 

edilməsində, nəşrə hazırlanmasında görkəmli Azərbaycan  ədəbiyyatşünaslarının, 

tərcüməçilərinin, tənqidçilərinin rolunu da qeyd etmək lazımdır. Bu mənada Ə.Haq-

verdiyevin, A.Şaiqin, M.A.Dadaşzadənin, M.Hüseynin, Ə.Cəmilin, S.Rəhmanın, 

Ə.Məmmədxanlının və b. bu sahədəki fəaliyyəti xüsusilə diqqətəlayiqdir.   

Həmçinin bu illərdə rus ədəbiyyatının nəşrinə də xüsusi diqqət yetirilmişdir. 

Məsələn, M.Qorki “Əsərləri” (15 cilddə) (redaksiya heyəti M.Arif və b.) (1962), 

A.İ.Kuprin “Seçilmiş  əsərləri” (K.Paustovskinin müqəddiməsi ilə; tərcümə edəni 

İ.Yaqubov, redaktoru İ.Mehdiyeva) (1962), “Kəlilə  və Dimnə” (Hind nağılları) 

(M.İbrahimovun müqəddiməsi ilə; farscadan tərcümə edəni: R.Sultanov; redaktoru: 

M.Müştaq) (1962), V.Şekspir “Seçilmiş  əsərləri” (C.Cəfərovun müqəddiməsi ilə; 

redaktoru M.Rzaquluzadə) (1962), V.Aradamatski “Əks əməliyyat”: povest (tərcü-

mə edəni: Y.Məmmədov), M.Qorki “Əsərələri” (15 cilddə. –XIII cild: Klim Samki-

nin həyatı (Qırx il) Povest 2-ci hissə. Tərcümə edəni: H.Şərifov) (1963), M.Qorki 

“Günəş övladları”: pyes (Tərcümə edəni: M.Əfəndiyev) (1963), D.Bedni “Mən 

xalqıma inanıram”: şeirlər (1963),  V.V.Mayakovski “Vladimir İliç Lenin”: poema 

(tərcümə edəni: Rəsul Rza. 2-ci çapı) (1963), K.Q.Paustovski “Qayalar arasında 

qəsəbə”: hekayələr (tərcümə edəni: R.Şıxəmirova) (1963), İ.S.Turgenev “Tüstü”: 

roman (tərcümə edəni: C.Məcnunbəyov) (1963), M.Şoloxov “Əsərləri” (8 cilddə. I 

cild: hekayələr, tərcümə edəni: Ə.Abbasov) (1963) və s.  

Bu illərdə “Azərnəşr”də uşaqlar üçün də maraqlı kitablar çap olunaraq balaca 

oxuculara töhfə edilmişdir. Məsələn, H.Andersen “Qar kraliça”: nağıl (Tərcümə 

edəni: M.Rzaquluzadə) (1963), A.Qaydar “Təbilçinin taleyi”: povest (Tərcümə edə-

ni: Ə.Əhmədova) (1963), X.Əlibəyli “Ağ çəmən”: şeirlər (1963), A.S.Puşkin “Na-

ğıllar” (tərcümə edəni: M.Seyidzadə) (1963), C.Cəbrayılbəyli “Təbiət haqqında he-

kayələr” (1963) və s.      

Azərbaycan Dövlət Nəşriyyatı ildən-ilə öz çap məhsulunu artırmışdır. Nəşriy-

yat 1920-1925-ci illərdə 396 adda 2785 min nüsxə kitab çap etmişdisə, 1946-1950-

ci illərdə 1815 adda 22484 min nüsxə 1951-1957-ci illərdə 2282 adda, 35190 min 

nüsxə kitab çap etmişdir. 1956-1960-cı illərdə “Azərnəşr” 2969 adda 29214 min 

nüsxə ümumi tirajla kitab çapdan buraxmışdır.  

Elmin, texnikanın inkişafı  və bunların sayəsində ictimai şüurun artması 

nəticəsində hər bir xalq özünə lazım olan ədəbi materialı özü tərcümə edərək nəşr 

etmək istəyir. Hər hansı bir kitab dilimizə çevrilərkən bunu zəruri edən səbəblər ge-

niş oxucu kütləsi üçün, ədəbi, elmi və s. ictimaiyyət üçün açılmalı, əsaslandırılmalı-

dır. Xalqın mədəniyyəti hər bir tərcümə əsərini öz içərisinə alır, onu mənimsəyir, öz 

malına çevirir, nəticə etibarı ilə ondan yüksəkdə durur. Nəşriyyat oxucuya tərcümə 

əsəri təqdim edərkən bütün bunları nəzərdə tutmalı və nəzərə çatdırmalıdır. Təəssüf 

ki, çox vaxt tamamilə  əks mənzərə ilə rastlaşırıq. Çoxlu kitab göstərmək olar ki, 

bunların orijinal deyil, tərcümə olduğunu yalnız “tərcümə edəni filankəs” sözlərin-

dən bilmək və ya onu yazanın  əcnəbi ad-soyadından fəhm etmək olar. Məsələn, 

N.A.Nekrasov “Seçilmiş əsərləri” (“Azərnəşr” -1971), O.İoseliani “Dul arvadın göz 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



398

yaşları” (“Azərnəşr” -1968), “İspan hekayələri” (“Azərnəşr” -1972), Jorji Amadu 

“Su Kinkasın qeyri-adi ölümü” (“Azərnəşr” -1964) və s.  

 “Azərnəşr”in tərcümə ədəbiyyatı sahəsindəki uğurları bu nəşriyyata müxtəlif 

vaxtlarda direktorluq etmiş naşirlərin də fəaliyyətində prioritet olmuşdur. Bu məna-

da Adil Əfəndiyevin tərcümə sahəsində əməli xidmətləri təqdirəlayiqdir.  

Adil Əfəndiyev tərcümənin prinsiplərini araşdıran və ümumiləşdirən, nəzəriy-

yəçi-alim kimi də tanınmışdır. 1957-ci ilin qışında Alma-Atada Orta Asiya, 

Qazaxıstan və Azərbaycan tərcüməçilərinin regional müşavirəsi keçirildi. Bu böyük 

müşavirədə Cümşüd  Əzimov tərcümənin ümumi prinsipləri haqqında, Süleyman 

Məlikov siyasi-ictimai ədəbiyyat tərcüməsi haqqında, Adil Əfəndiyev dərsliklərin 

və pedaqoji kitabların tərcüməsi haqqında məruzə etdilər. Adil Əfəndiyev zəngin 

təcrübəsinə, eyni zamanda dərin nəzəri biliyinə əsaslanaraq dərsliklərin və pedaqoji 

kitabların tərcüməsindəki səciyyəvi nöqsanları göstərir, bunların nədən irəli 

gəldiyini araşdırır, yüksək keyfiyyətli tərcümə etməyin yollarını, üsullarını özünə-

məxsus sadə və müdrik mülahizələrlə şərh edirdi [3]. 

Müharibədən sonrakı illərdə “Azərnəşr”in diroktoru olmuş İsrafil Nəzərovun 

tərcümə işi sahəsində də böyük xidmətləri vardır. O, siyasi-ictimai, bədii ədəbiyyat 

tərcüməsi və redaktəsində fəal iştirak etmişdir.  

İ.Nəzərov N.S.Leskovun, D.N.Mamin – Sibryakın hekayələrini, S.Ayninin 

povestlərini, Q.Seventsun “Tehran” romanını  və s. Azərbaycan dilinə  tərcümə 

etmişdir. O, kitab nəşri işinin görkəmli mütəxəssislərindən biridir, nəşriyyat, poli-

qrafiya və kitab ticarəti işinin tərəqqisində, Bakıda və respublikamızın digər şəhər-

lərində yeni, müasir mətbəələr və kitab bazalarının tikilməsində  fəal rol oynamış, 

“Kitablar aləmində” jurnalının ilk nömrəsindən onun redaksiya heyətinə başçılıq et-

miş, burada və ölkəmizin digər jurnallarında dərc olunan bir sıra məqalə və müsahi-

bələrində kitab nəşrinin nəzəri və əməli məsələlərini şərh etmişdir [4]. 

Ağalarov  Əlövsət  İbrahim oğlu təyinatla Azərbaycan Dövlət Nəşriyyatına 

göndərilib. Əməksevərliyi, yüksək savadı və bacarığı hesabına respublikanın ən bö-

yük nəşriyyatında “Azərnəşr”də kiçik redaktorluqdan baş redaktor vəzifəsinəcən 

yüksəlib. O, bir neçə sanballı tərcümə kitabının, yüzlərlə elmi, publisistik məqalənin 

müəllifi, onlarla kitabın tərtibatçısıdır.  

Azərbaycan Dövlət Nəşriyyatının inkişafında, ölkənin ictimai-siyasi və mədə-

ni həyatında rolunun genişlənməsində  və dövrün tələbləri səviyyəsində  təşkilində 

nəşriyyatın direktoru Azər Abdulla oğlu Mustafazadənin fəaliyyəti xüsusi qeyd 

olunmalıdır. 

O, 1960-cı ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutuna daxil olur və 

1964-cü ildə oranı müvəffəqiyyətlə bitirir. “Bakinski raboçi” qəzeti və “Literaturnı 

Azərbaycan” jurnalı ilə  əməkdaşlıq etmiş, “Literaturnaya qazeta”nın Azərbaycan 

üzrə xüsusi müxbiri, Asiya və Afrika ölkələrinin yazıçıları ilə əlaqələr üzrə Azər-

baycan Komitəsinin məsul katibi, SSRİ Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı 

Şurasının müavini vəzifələrində işləmişdir.  

Azər Mustafazadənin Azərbaycan və rus dilini gözəl bilməsi onun tərcüməçi 

kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb etmişdir. O, Azərbaycan ədəbiyyatı-

nın klassiklərindən S.Rəhimov, M.Cəfər, A.Məmmədov, S.Əhmədov, F.Kərimzadə, 

Elçin, Anar, K.Abdullazadə, S.Rüstəmxanlı  və  s.  kimi  Azərbaycan yazıçılarının 

əsərlərini rus dilinə tərcümə etmişdir.   


 

Filologiya  məsələləri – №7, 2013

 

 



399

İlyas Tapdıq özünün ədəbi yaradıcılığında bir neçə istiqamətdə müvəffəqiyyət 

əldə etmişdir. Xüsusilə uşaq ədəbiyyatı və tərcümə ədəbiyyatı sahəsində onun nai-

liyyətləri olduqca böyükdür. O, respublikamızda edilən uşaq dövri mətbuatı ilə sıx 

əlaqədə olması onun ədəbi yaradıcılığına daha da güclü təsir etmiş və müxtəlif xalq-

ların görkəmli uşaq ədəbiyyatı yazıçılarının əsərlərini ana dilimizə tərcümə etmiş və 

çapdan buraxmışdır. Bu mənada  İlyas Tapdıq özünü peşəkar uşaq  ədəbiyyatı 

tərcüməçisi kimi tanıda bilmişdir. Robert Bernis, Yan Raynis, Fyodor Tutçev, Abay 

Kunanbayev, Lesya Ukrainka, Mixail Stelmax, Mixail Zoşşenko, E.Mejelaytis, Ay-

bek, Uyğun, Zülfiyyə, Valentin Berestov, Kayum Tanrıquliyev və başqa görkəmli 

şair və yazıçılardan etdiyi tərcümələr Azərbaycan oxucusunun, xüsusilə  uşaq və 

gənclərin sevimli kitablarıdır. 

Araşdırmalar göstərir ki, İlyas Tapdıq öz ədəbi yaradıcılığı  və  tərcüməçilik 

fəaliyyəti ilə Azərbaycan kitabını zənginləşdirmiş, kitab nəşri mədəniyyətinin inki-

şafında böyük rol oynamışdır. Onun redaktə etdiyi kitabları əsasən üç qrupa bölmək 

olar: 1) Tərcümə ədəbiyyatı; 2) Uşaq ədəbiyyatı; 3) Şeirlər və nəsr əsərləri. 

Həmçinin, Azərbaycanda redaktor fəaliyyəti araşdırılarkən məlum olur ki, 

İlyas Tapdıq  ən məhsuldar redaktorlardan biridir və o, fəaliyyəti dövründə çox 

sayda əsərləri tərcümə etmiş və kitablar, kitabçalar şəklində çapdan buraxmışdır. 

1983-cü ilin aprelində Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsi 

“Respublikada tərcümə işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” 

xüsusi qərar qəbul etdi. Qərarda tərcümə işi sahəsindəki nöqsanlar ciddi şəkildə tən-

qid olundu və bu işin günün tələbləri səviyyəsinə qaldırılması, xüsusilə, mütəxəssis 

tərcüməçi kadrların hazırlanması sahəsində mühüm vəzifələr irəli sürüldü. Qərarda 

“Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsi Respublika Ali və Orta İx-

tisas Təhsil Nazirliyinə, Elmlər Akademiyasına, Dövlətnəşrkoma, Azərinforma, 

Yazıçılar İttifaqına, Jurnalistlər İttifaqına, Azərbaycan KP MK Yanında Partiya Ta-

rixi İnstitutuna bir vəzifə olaraq tapşırmışdır ki, tərcümə işinə çox mühüm ictimai-

siyasi iş kimi baxaraq respublikada onun yenidən qurulması  və yaxşılaşdırılması 

üçün təsirli tədbirlər görsünlər” [5, 94]. 

Qərardan sonra Dövlətnəşrkomda Tərcümə Ədəbiyyatı İdarəsi yaradıldı. Döv-

lətnəşrkomun həmin sahə üzrə  həyata keçirdiyi bir çox tədbirlər respublikamızda 

Azərbaycan ədəbiyyatının başqa dillərə, xüsusilə rus dilinə və dünya xalqları ədə-

biyyatı nümunələrinin dilimizə tərcümə edilib nəşr olunmasına geniş imkan yarat-

mışdır. Bu qərarlardan sonra Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyətində ayrı-

ayrı sahələr üzrə kitab nəşrində müəyyən nailiyyətlər əldə edildi. 

 

Ədəbiyyat 



 

1.

 



Allahverdiyev B.V. Azərbaycan kitab nəşri problemləri (1920-1940) // Kitab-

şünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2010, №1, s.18-38. 

2.

 

Zaman Ş. “Bəy Behbud” kimdir? //Azərbaycan gəncləri, 1985, 14 fevral.    



3.

 

Cəfərova X. Mötəbər tərcüməçi, jurnalist, unudulmaz ziyalı: Adil Əfəndiyev – 



100. //Ədəbiyyat qəz., 2007, 26 oktyabr. 

4.

 



Qasımov  Ə. Qocaman jurnalist və müəllim // Kitablar aləmində, 1981, №4, 

s.52-53 


 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



400

5.

 



Актуальные вопросы пропагандисткой, массово – политической работы в 

документах Компартии Азербайджана. Баку: Азернешр, 1984, 134 c.  

 

Л.Абасова 



Переводные книги Азербайджана и "Азернешр" 

Резюме 


   

Азербайджанское  Государственное  Издательство - "Азернешр",  так  как 

первый  период  своей  деятельности  уделяет  особое  внимание  на  перевод 

литературы на азербайджанский язык из разных языков, особенно с русского 

среди печатной продукции. 

 Организационные вопросы переводческой работы и деятельность пере-

водчиков на разные годы в Азербайджанском Государственном Издательстве 

подробно изучается в статье. 

Интеллектуалов,  ученых,  переводчиков  и  других  специалистов 1920-

1940-х годов сыграли значительную роль в организации и развитии деятель-

ности Азербайджанского Государственного Издательства. 

Особое место перевода произведения русской классики среди репертуа-

ра книг освещаеться в статье. 

 

L.Abasova  



Translated books in Azerbaijan and “Azerneshr” 

Summary


 

 

Azerbaijan State Publishing House – “Azerneshr” since the first period its ac-



tivities has paid particular attention to translation of literature into Azerbaijani from 

different languages, especially from Russian among its printed products. 

 The organizational issues of translation work and the activity of translators 

by different years at the Azerbaijan State Publishing House are broadly studied in 

the article. 

The intellectuals, scientists, translators and the other professionals of the 

period of 1920-1940s played a significant role in organizing and developing of 

activity of the Azerbaijan State Publishing House. 

The special place of translation of the work of the Russian classics among 

book repertoire is highlighted in the article.   

  

Rəyçi:                   Bayram Allahverdiyev 



                    tarix  üzrə elmlər  doktoru, professor  

 

Filologiya  məsələləri – №7, 2013

 

 



401


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin