Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

 

Согласно  статье,  долгая  история  и  богатые  традиции  азербайджанской 

культуры и этики народа была объектом специального исследования. Главные 

области  населенных  пунктов,  пещеры,  руины  города,  наскальные  рисунки, 

укреплений,  оружия,  инструментов  и  множество  других  вещей  показывает 

древнюю  историю  страны.  Гуманизм,  уважение  и  коллективизм  в  рабочей 

человеке  были  широко  популяризированы  в  литературе  Азербайджана.  В 

некоторых памятников культуры, люди восхваляют и описают в собственной 

профессии,  квалификации,  и  моральная  сила.  Вместе  с  материальной  куль-

туре,  Азербайджан  также  богат  на  духовной  культуры. XIX-XX веков 

азербайджанская  литература,  которая  играла  главная  роль  на  этической 

истории оказали большое влияние не только на молодое поколение, но во всех 

слоях общества. 

 

Rəyçi:                      Həbib Mirzəyev  

                    filologiya üzrə fəlsəfə doktoru, dosent 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



403

  

 

SOLMAZ  HƏYATOVA  

AMEA Nizami adına Ədəbiyyat İnstitııtu  

filologiya üzrə fəlsəfə doktoru  

zahra.meryam@mail.ru  

 

XALİD XÜRRƏM SƏBRİBƏYZADƏNİN YARADICILIĞINDA   

BALKAN MÜHARİBƏSİ 

 

Açar sözlər: Xalid Xürrəm, məzmun, müharibə, yeniləşmə, döyüşkən, zülm, gözəl, 

vəhşi.  

Ключевые  слова:  Халид  Хуррам,  содержание,  война,  обновление,  борец, 

тирания, красивый, дикий.   



Keywords: content, war, renewal, warlike, oppression, beautiful, wild.   

 

20-ci yüzilin ilk on illərində Azərbaycan  ədəbiyyatının biçim və  məzmun 



baxımından yeniləşməsində, zənginləşməsində istedadlı şair və nasir Xalid Xürrəm 

Səbribəyzadənin sözün gerçək anlamında böyük əməyi olub. Yalnız Azərbaycan və 

Türkiyənin deyil, eləcə də bütün dünya Türklüyünün, bütün müsəlman xalqlarının 

maariflənməsi, işıqlanması və istiqlaliyyəti işində X.X.Səbribəyzadə az vaxt içində 

qələmiylə çox dəyərli işlər görmüşdü. Onun istər şeir yaradıcılığında, istərsə də nəsr 

və publisistikasında millətinin həyat, varolma məsələləri qarşıya qoyulur, çözümünə 

yollar axtarılırdı. 

Xalid Xürrəm "Şəlalə"nin redaktoru olduğu dövrdə Balkan savaşı bütün 

azğınlığı ilə baş alıb gedirdi. Onun lirik-romantik şeirləri, həssas, çevik publis-

istikası Balkan müharibələrinin iç üzünü, gedişini, məqsədlərini dərgi və  qəzet 

səhifələrində bütün aydınlığı ilə işıqlandırırdı. Bu məsələ ilə bağlı daha sağlam və 

aydın ictimai fıkrin yaranmasına yardım göstərirdi. 

Balkan müharibələri Azərbaycan və Türkiyə  ədəbi mühitlərinin bir-birinə 

yaxınlaşdıran, türk millətçiliyini qüvvətləndirən  ən güclü bir amil idi. Osmanlı  və 

Rusiya türklərinin mədəni-mənəvi birliyi bu dönəmdə  ən yüksək səviyyəyə çatır. 

Ədəbiyyat da bu mərhələdə milli duyğuların, ağrıların tərcümanı oldu. 

Azərbaycanda  Ənvər Paşa milli qəhrəman kimi qəbul edilmiş, romantik 

ədəbiyyatda onun obrazı yaradılmışdır. Heç təsadüfı deyil ki, X.Xürrəm də bu 

müharibəyə biganə qalmamış  və özünün "Ədirnə" adlı  şerini, türk millətinin milli 

qəhrəmanı Ənvər Paşaya həsr etmişdir. 

1913-cü ilin yanvar ayı dost və düşmən gözlərin  Ədirnəyə yönəldiyi, onun 

diqqət mərkəzində olduğu aylardandı. Başda  Şükrü Paşa olmaqla Ədirnənin 

müdafıəsi davam etməkdə idi. Bu günlərin birində "İqbal" qəzetinin 7 yanvar 1913-

cü il tarixli sayında X.X.Səbribəyzadənin "Ədirnə" adlı şeiri də dərc olunur (1). 

Tarixdən də bəllidir ki, Ədirnə 1828-1829 və 1877-1878-ci illərdə Türk- Rus 

müharibələrinə məruz qalmış, sonda isə yenidən azadlığa qovuşmuşdur. X.Xürrəm 

şeirin başlanğıcında Ədirnənin o qəmli günlərinin belə təsvir edir: 

 

Ey şəhri-qədim, ey əzəli hüzni-mücəssəm!  



Çöhrəndə nədən afəti qəm böylə mürəssəm?  

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



404

Məmur olalı, olmadın azadi-ələm hiç?  

Qüdrətmi dedi? Söylə! Sana zəhri-vəğayiç!  

Kİ, bu məablər ətrafını al qanlara saldı,  

Kİ, cismini atəşi-bəd təxribinə aldı.  

 

X.X.Səbribəyzadə  Ədirnənin bədii-simvolik obrazıyla türk milli ruhunu, 



psixologiyasını, zülmə, haqsızlığa yenilməzliyini ifadə edirdi. Ədirnə - tarixin gözəl 

yadigarı, döyüşən  şəhəri, türkün yenilməz vüqarı, çöhrəsində "hüzn və 

 

hüsnün 


tərsim" olunduğu bir türk eli, bir türk diyarıdır. 

X.X.Səbribəyzadə  Ədirnənin bədii obrazıyla Türk milli ruhunu, “İqbal” 

qəzetinin 22 yanvar 1913-cü il tarixli sayında çıxan “Şükrü paşa” (Bir Osmanlıya 

rəsmi xitabı”) adlı şeirində  bir daha öz təsdiqini tapdı.Şükrü Paşa ləyaqətlə, türklərə 

xas olan dəyanəti, bacarığıilə, öz istedadıyla  Ədirnənin düşməndən müdafiəsinin 

başında duraraq mübarizəni davam etdirirdi. X.X.Səbribəyzadə  Ədirnənin 

qəhrəmanlıqla mübarizədə böyük xidmətləri olan Şükrü Paşaya  şeir  ithaf edərək 

“İqbal” qəzetində çap etdirmişdi. Bu şeirdə Xalid Xürrəm ilk  misraları olan Şükrü 

Paşanın yüksək mənəvi özəlliklərini, qəhrəmanlığını  bədii boyalarla əks etdirir, 

böyük bir vətən sevgisinin (“hubbi-vətən”in)  daşıyıcısı olan  Şükrü  Paşanın daxili 

ilə zahiri aləminin ayrılmaz bir bütün olduğunu canlandırırdı: 

 

Ey nasiyeyi-pak, əzəli çöhreyi-rəxşan! 



Ey göylərə zinətverici nəcmi-dirəxşan! 

 

Çeşmində parıldar bütün ənvari-zəkavət, 



Qəlbində olur “hübbi-vətən” cüsü-xüruşan. 

 

Sinən dolu asari-şücaətlə sərasər, 



Ülviyyəti təmsil ediyor səndəki vicdan. 

 

Şöhrəti bütün dünyaya, bütün varlıqlara bəlli olaraq Şükrü Paşanın adı Plevnə  



qəhrəmanı (1877-1878-ci il Türk-Rus savaşı) Osman Paşanın adı kimi çox 

yüksəklərdə durur, bu isə hətta  düşmənləri belə heyran edir:  

 

Osman Paşanın namı kibi namı büləndin, 



Xəzmin belə hörmətlərini  calıb o,hər an 

 

X.Xürrəmin "Şəlalə"nin müxtəlif nömrələrində Balkan müharibəsinə 



"Ədirnə"dən savayı "Zübeydə xanım", "İntiqam"  şeirləri də çap olunmuşdur. 

X.Xürrəmin "Şəlalə"nin 9 noyabr 1913-cü il tarixli 40-cı sayında çıxan "İntiqam" 

(2, 81) adlı  şeiri də  şairin ürək yanğısı ilə  bu müharibəyə son cavabı idi. Şair 

deyirdi ki, "Kədərimə", "çətin günlərimə  səbəb olanlara, söylə bir ürfə, adət-

ənənəyə düşmənəm". Bu kimi şeirlərində şair türklüyün mənəvi özəlliklərini, onun 

ideallarını qüdrətli gələcəyə inamını ifadə edirdi: 

 

Ey millətin qaniçici düşməni, canı,  



Baisi - həmən! (2, 1) 

Yapdıqlarını yapmadı, yapmaz da ədani,  

Ürfunə xəsmən! (3) 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



405

Mənsub olduğu millətin ağrı-acılarına biganə qala bilməyən Balkan 

müharibəsinə həsr etdiyi şeirlərində düşmən obrazlarının xislətini, onun vəhşi, yırtı-

cı simasını,  əllərinə keçən nə varsa dağıtmaq, xarabazara çevirmək, ölüm daşı-

yıcıları olduqlarını açıq və qəzəbli bir dil ilə, ürək ağrısı ilə qələmə alırdı. 

Şükrü  Paşanın varlığıyla  Ədirnə bir savaş  mərkəzinə çevrilmişdir. Xalid 

Xürrəm türkçülüyə xas olan mərd və insani keyfiyyətlərini özündə cəmləşdirən bu 

igid komandanın adının qızıl suyuna çəkilmiş  hərflərlə  zəfər tarixinin səhifəsinə 

yazılacağını, şairin özünün isə bu ad qarşısında səmimiliklə təzim etdiyini söyləyir 

və cəsur komandana uğurlar diləyir: 

 

Bolqarlar olur zərbeyi-seyfinlə fəqanqər,  



Osmanlıları etməkdəsən Xürrəmü şadan. 

 

Bir mərxəzi-hərb oldu vücudunla Ədirnə, 



Titrətdilər afaqı komandan ilə şucan. 

 

Qəlbim sana ibraz edər ixlas ilə təzim, 



Versin sana həqq feyzü zəfər, ömri-firavan. 

 

Bununla belə, zalim düşmən azğın niyyətini həyata keçirmək üçün gözəl 



Ədirnədə dağıntılar törədib onu ələ keçirməyə çalışsa da, son məqsədinə, Ədirnəni 

birdəfəlik  ələ keçirmək niyyətinə çatmayacağına  şair tam əminliklə inanır. Çünki 

Ədirnə zülmə, köləliyə boyun əyməyib, buna görə  də  Ədirnəyə üz tutub “olmaz 

səbrə sücudun” deyir:  

 

Təxrib edərək gərçi gözəl vəchini daim, 



Təsxirə çalışmaqda səni pənceyi-zalim. 

Heyhat! Əməli boş sanıram, çünki vücudun 

Qayətlə qəvidir, olamaz səbrə sucudun.  

 

X.X.Səbribəyzadə  Ədirnənin bədii obrazıyla bir daha Türk milli ruhunu, 



psixologiyasını, zülmə, haqsızlığa yenilməzliyini açıq-aydın şəkildə göstərmişdir.  

X.X.Səbribəyzadənin lirik şeirləri məzmun, mündəricə və mövzu cəhətdən nə 

qədər rəngarəng olsa da milli çağdaş  və istiqlal ideyası bu şeirlərin baş aparıcı 

xəttini təşkil edir. Qalan bütün şairanə hisslər və təlatümlər bu baş mövzu ətrafında 

cərəyan etməklə mahiyyətin açılmasına xidmət edir. Şair gözüaçıq milli birliyi 

təbliğ edir, bu torpaq üzərində yaşayanların varlığı zaman-zaman yadların hiylə 

dolu gözlərinə ox kimi sancılmış, lakin heç bir məhrumiyyət bu məmləkətin, 

millətin varlığına son qoya bilməmişdir.  Şair “Zubeyda xanım” adlı  şeirində bir 

sənətkar olaraq amalını aşağıdakı şəkildə elan etmişdir:  

 

Hərb artmış idi türklərə dörd düşməni-ədna,  



Sərhədləri keçmişdi və etmişdir ifna.  

Hər canibi, hər bəldəyi, hər cismi-lətifi, 

Kəsmişdilər islami... bütün mərdü zəifi. 

Keçdikləri yer olmuşdu qanla ləbaləb, 

Ölmüdi səbilər ilə çox madəri çox əb.  

Əcsad dolu, məhşəri-kübradı o yerlər, 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



406

Zövq olmuş idi nalə eşitməklə bu ərlər, 

Qanlar tökərək, can yaxaraq, ev yıxaraqdan, 

Axmışdılar “Osmanlı”ların qəlbinə doğru. 

Bir xətdi (çıtalca) oni yarmaqla, siyəhru. 

Düşmənlərə məftuh idi əbvabi-səadət,  

Məşhud idi “Osmanlı”lara təyfi-qiyamət. 

 

X.Xürrəm bu şeiri ilə düşmənlərə meydan oxuyur. O, qeyd edir ki, düşmən 



nəinki bizim kişilərin qarşısında acizdir, hətta bizim “ər” kimi qadınlarımız var ki, 

düşmənin bağrını yarır. Vətən  əsarətə düşəndə isə istər kişilər, istərsə  də qadınlar 

belə canlarından keçməyə hazırdırlar. Vətəni azad etmək üçün al qanlarına 

boyanmağı özlərinə  şərəf biliblər. Kimsənin haqqında gözümüz olmadığı kimi, 

kimsəni də haqqımıza  şərik çıxmağa qoymarıq.  İllər boyu özümüzü hifz edərək 

qorumuş, iliyimiz, canımız, qanımızla yurdumuza bağlı olmuşuq. Bizim üçün bir 

amal, bir məqsəd vardır ki, onu da şair aşağıdakı misralarda öz fikrini bildirir:  

 

Meydanına hərbin gedəlim əldə tüfənglə, 



Hər şey gəlir əncamə bu dünyada əməklə. 

Erkəklərə məxsus isə hər dürlü diləklər, 

Nisvan deyilən taifə bilməm nəyi bəklər? 

Erkək də, qadın da bir vətəndən yedi, içdi,  

Hərb oldu, qadın  qaldı da, erkək önə keçdi. 

Layiqmi bu zillət bizə? Ey şanlı nisalər! 

Keçsinmi həp ehmal ilə hicranla məsalər?  

Yox, yox, keçəməz, etməliyiz biz də təhəlla,  

Nusrətdə edər əzm ilə bişübhə təcəlla.  

Qəlbim bənə təlqin ediyor getməyi hərbə, 

Ya ölməli, ya vurmalıyam düşmənə zərbə. 

 

Başıbəlalı, həyatı faciələrlə dolu olan X.Xürrəm hər  şeydən  əvvəl böyük 



lirikdir. Klassik şəq poeziyasından, eyni zəngin Azərbaycan folklorundan məharətlə 

bəhrələnən X.X.Səbribəyzadə lirikası zamanla nəfəs alır və dövrün bir sıra 

cahanşümul hadisələri çox böyük ustalıq və bir qədər də romantik pafosla onun 

poeziyasının predmetinə çevrilir. Şair “Zubedə xanım”  şeirini belə pafoslu  

misralarla bitirir. Şair də  qəhrəmanı kimi vətən, torpaq, millət uğrunda ölməyi, 

sədət şərbətini içməyi özünə müqəddəs and kimi qəbul etmişdir:  

Türkəm, diri olduqca bu hicrani unutmam kinimi atmam. 

Sülh olmaq ilə bən əməli-sari soyutmam, mərdliyi satmam. 

Şeir türklüyün mənəvi özəlliklərini, onun idealını qüdrətli gələcəyə sönməz 

diləklərini ifadə edir, onu gözəlliyə səsləyir və bir simvol  mahiyyətini daşıyır. 

Yaxşı deyiblər: Tarix təkrar olunur. Türk dünyasının, türk xalqlarının başına 

gətirilən müsibətlər, vəhşiliklər XX əsrin son illərinə  də  təsadüf edildi. Erməni-

pərəst rus şovinistlərinin erməni riyakarlarının 1992-ci ilin fevralında Azərbaycanın 

Xocalı  şəhərində  Ədirnənin başına gətirilənlər bir daha təkrar olundu. Eyni 

qəddarlıqlar burada da baş verdi. Eyni ssenari burada da davam etdirildi. Uşaqlar, 

böyüklər, yaşlılar amansızcasına qətlə yetirildi. Elə bir tarixi səhnə yarandı ki, bu 

heç vaxt türk adlandırılan şəxslərin yaddaşından, hafizəsindən silinə bilməz.  


 

Filologiya  məsələləri – №5, 2014

 

 



407

Yazılarında savaşa, xurafata, sosial-iqtisadi tənəzzülə qarşı barışmaz mövqe 

tutan X.Xürrəm və  “Şəlalə” jurnalında iştirak edən digər  şair və publisistlər

xüsusilə də Ə.Cavad, M.Akif Ərsoy, R.Tofiq, M.Ə.Yurdaqul, Ə.Hamidi, T.Fikrətin 

yaradıcılığında da Balkan və Birinci Cahan Savaşı illərində Türkiyədə  cəbhə 

bölgələrində olması, Şəlalədə məqalələr və şeirlər yazması, bu mövzulara, eləcə də 

Türkiyə, onun tarixinə, taleyinə geniş  və mümkün olduğu qədər obyektiv şəkildə 

araşdırılaraq, qiymətləndirilir (4). 

“Şəlalə” jurnalında iştirak edən şairlərin lirik şeirləri məzmun, mündəricə və 

mövzu cəhətdən nə qədər rəngarəng olsa da milli çağdaş və istiqlal ideyası, Balkan 

müharibələrinə münasibət bu şeirlərin baş, aparıcı  xəttini təşkil edir. Qalan bütün 

şairanə hisslər və  təlatümlər bu baş mövzu ətrafında cərəyan etməklə mahiyyətin 

açılmasına xidmət edir. 

Şair milli birliyi təbliğ edir, bu torpaq üzərində yaşayanların varlığı zaman-

zaman yadların hiylə dolu gözlərinə sancılmış, lakin heç bir məhrumiyyət və 

məmləkətin, millətin varlığına son qoya bilməmişdir. X.Xürrəm “Ədli-İlahi” 

şeirində bir sənətkar olaraq amalını aşağıdakı şəkildə elan etmişdir:  

 

 



“Üç dörd törədi dövrə inandı,  

“Yox ədli-ilahi”! deyə sandı. 

Bihəqqü səbəb türkə sataşdı, 

Dağlar, dərələr dəmlə boyandı:  

Binlərcə bəşər xaxə sərildi, 

Yüzlər ilə xüy batdı və yandı. 

Sülh olmadan ən sonra qənimət, 

Təqsiminə yaran ki, dadandı. 

Kardeş kanı sellər kibi axdı, 

Balkan yenə bir vulkanı andı (5, 1). 

 

Və yaxud “Həqq” şeirində bu savaşda Türklüyə, müsəlmanlara qarşı insanlığı  



yerdən-yerə vuran, ölçüyə gəlməz vəhşiliklər edildi. İnsanlığa qarşı son dərəcə faciə 

işləndi:  

Derlər: əzilir, zaye olur həqq, 

qüdrət önündə, 

mürdəvü bəndə. 

Bir söz ki, degil həqqə bu mütbəq, 

bəlkə süxəndə, 

calibi-xəndə. 

 

Bir an belə həqq yerdə sürünməz, 



olsa da möhməl, 

qalsa da müxtəl. 

Zülmün, şərin altında görünməz, 

axirü əvvəl, 

əkməlü-əfzəl. 

Şahit buna Balkandakı canlar 

eylədi peyda 

leyleyi-yəlda (7, 1). 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



408

Həqiqətən,  türkçülüyün əsas mahiyyəti Türkiyəyə, onun tarixinə,  ədəbiyyat 

və  mədəniyyətinə  məhəbbət, Türkiyədəki görkəmli türkçü, istiqlalçı  şairlərlə 

əlaqələri, onlardan təsirlənməsi. Balkan savaşı  və Birinci Cahan savaşı illərində 

Türkiyə    əsgərlərinin yanında olması, yaralılara, kimsəsizlərə, qaçqın, köçkünlərə 

yardımı, btün bunları Azərbaycan  mətbuatında və  ədəbi publisistik əsərlərində, 

şeirlərində  qələmə alması, Qafqaz türklərini qardaş xalqın dərdinə  şərik olmağa, 

yardım etməyə çağırmasındadır. Bir əsas səbəb də türk xalqlarının, türk dövlət-

lərinin birliyi, ortaq ədəbiyyat, ortaq dil, din, turançılıq ideyalarının müdafiə  və 

təbliğidir.  



 

Ədəbiyyat 

 

1.  "İqbal" qəzeti, 1913-cü il. 7 yanvar, “İntiqam” şeiri 



2.  "Şəlalə" jumalı,  № 40, səh.l 

3.  "İqbal" qəzeti, 1913-cü il, 7 yanvar, "Ədirnə" şeiri. 

4.  Səbribəyzadə X.X. Altın qələm. Şəlalə jurnalı, 8 iyin, №  24, 1913, səh. 1 

5.  Səbribəyzadə X. “Şəlalə” № 23, 1913, səh.1. 

6.  Şamil Vəliyev. “Füyuzat” ədəbi məktəbi, Bakı, “Elm”, 1999 

 

 



Хаятова Солмаз 

Тема Балканской войны в творчестве Халида Хуррама Сабрибейзаде 

Резюме 

 

В  период  Балканской  войны  Х.Хуррам  являлся  редактором  журнала 

«Шалала». Он со всей остротой своего пера раскрывал и обличал сущность и 

цели  этой  войны.  На  тему  Балканской  войны  Х.Хуррам  опубликовал  стихи 

«Эдирне», «Шукру  Паша», «Зюбейда  ханум», «Интигам»  и  др.  Пуб-

лицистические статьи.  



 

Hayatova Solmaz 

The Theme of the Balkan War in H. Hurram’s   Creation 

Summary 


 

During the Balkan War H. Hurram was the editor of the magazine “Shalala” 

(waterfall). With all of the sharpness of his pen he revealed and discovered the 

essence and  purpose of this war. On this theme H. Hurram published: “Edirne”, 

“Shukru Pasha, Zubeyde khanum”, “Revenge” and other essays.  

 

 



Rəyçi:                 Asif  Rüstəmli 

                   filologiya elmləri doktoru 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



409

Dosent İRADƏ ŞƏMSİZADƏ 

BDU 


Irade.şamsizade@gmail.com 

 

ƏDƏBİYYAT DƏRSLƏRİNİN TƏŞKİLİNİN ƏSAS PRİNSİPLƏRİ 

 

Açar sözlər: dərs, dərsin məqsədləri, dərsin strukturu, dərsin təşkili 

Ключевые слова: урок, цели урока, структура урока, организация урока 

Key words: class, aim of the lesson, structure of the lesson, arrangement of the 

lesson 


 

Qloballaşma və inteqrasiya şəraitində milli təhsil sistemlərində yeniliklərin, 

qabaqcıl təcrübənin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Tədris prosesi yeni 

biliklərin öyrədilməsi yolu ilə gələcəyin vətəndaşını yetişdirməyi də nəzərdə tutur. 

Azərbaycanın müstəqilliyini bərpa etməsi, onun təhsil sistemində  də bir çox 

məsələlərə yeni prizmadan baxılmasına səbəb olmuşdur. Sovet ideologiyasının 

sıradan çıxması, hər  şeydə, ocümlədən də  ədəbiyyatda partiyalılıq axtarışına son 

qoymuşdur. Bu cəhət  ədəbiyyatın tədrisinin müasir elmi əsasları  zəminində 

qurulmasına indi böyük ehtiyac hiss olunur. Hər bir fənnin öz spesifik cəhətləri, 

predmeti,  obyekti var, onun öyrədilməsi müəyyən məqsədlərə xidmət edir. Qeyd 

olunan cəhətlər tədris və təlimdə nəzərə alınır. Tədris olduqca mürəkkəb prosesdir. 

Başlıca məqsəd öyrətmək olsa da, necə öyrətmək və necə öyrənmək,  əldə olunan 

biliklərdən istifadə etmək bacarığını formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir.   

Öyrədilən fəndən asılı olmayaraq, tədris prosesinin məqsəd və  vəzifələrinin 

əsas spektri ümumidimr. Başlıca məqsəd tədris fənninin nəzərdə tutulan səviyyədə 

mənimsənilməsini nəzərdə tutur. Şagird fənnin tədrisinin ilk dövrlərindən 

başlayaraq predmetin nə üçün öyrədilməsi sualına cavab tapa bilməlidir. Təhsil 

sistemi pilləlidir. Bu, həm yeni fənlərin daxil edilməsi, həm də artıq tədris edilən 

fənnin mürəkkəb məsələlərinə keçiddə özünü göstərir. "Dərsin məzmunu tədris 

proqramına uyğun olmaqla yanaşı, o, digər dərslər sisteminin bir manqasına 

çevrilməlidir. Hər bir dərsdə şagirdlərin əvvəl nə keçməsi və bu dərsdən sonra nə 

keçəcəkləri nəzərə alınmalıdır. Nəzərəalma gələcəkdə keçiləcək dərslərlə 

qabaqcadan ilkin tanışlıqla bağlı  tədris fəaliyyətini  əhatə etməlidir" (1, 130-131). 

Pedaqoji nöqteyi-nəzərdən bu, dərsə verilən tələblərdən biridir. Ümumiyyətlə, dərsə 

verilən tələblər çoxdur. Bu tələblər iki qrupa bölünür: 1) ümumi tələblər; 2) xüsusi 

tələblər. Ümumi tələblər dərsdə didaktik prinsiplərin -həyatla  əlaqə, elmilik, 

sistematiklik,  şüurluluq və  fəallıq,  əyanilik, müvafiqlik, fərdi yanaşma və s. 

kompleks şəkildə həyata keçirilməsini nəzərdə tutur.  

Xüsusi tələblər dərsdə yüksək təhsil, inkişaf və  tərbiyə  səmərəsinin  əldə 

edilməsini, təlim materialının optimal məzmununun müəyyənləşdirilməsini, 

səmərəli metodik variantın tətbiqini, dərsin mütəşəkkil və çevik təşkilini əhatə edir. 

Dərs məntiqi və psixoloji tamlıq şərtlərinə cavab verməlidir. Bu baxımdan dərs elə 

təşkil olunmalıdır ki, şagirdlər nəyi isə tam öyrəndiklərini hiss etməlidirlər.  

Çağdaş dövrümüzdə uzun illər boyu təcrübədən, elmi təhlil və araşdırmalar 

süzgəcindən keçmiş pedaqoji irsin bütün nailiyyətləri dərsin təşkilində nəzərə alınır.  

Təlim və  tədrisdə  məlumdan məchula, yaxından uzağa prinsipi gözlənilməlidir. 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



410

"Yeni məlumatların keçmiş biliklərlə əlaqələndirilməsi hər bir dərsdə başlıca prin-

sip olmalıdır. Yəni hər bir dərsdə varislik prinsipi gözlənilməlidir" (2, 38). 

Ədəbiyyat dərsləri metodika elminin müasir nailiyyətlərinin tətbiqi ilə 

zənginləşdirilmiş şəkildə təşkil olunmalıdır. Tədrisin yeni texnologiyaları və inno-

vasiya təcrübəsi predmetin nəzəri bazasına, onun strukturuna köklənməklə tətbiqini 

tapmalıdır.   Struktur ictimai elmlərə aid anlayışdır. Struktur predmetin, hadisə və 

proseslərin bir tam şəklində kifayət qədər dayanıqlı qarşılıqlı təsiri və əlaqəsi olub 

onun daxili quruluşunu ifadə edir (3, 500).  

Hər bir dərsin öz tərkibi və quruluşu vardır. Həmin quruluş  dərsin hansı 

elementlərdən və mərhələlərdən təşkil olunmasını, dərslərdə bu elementlərin hansı 

ardıcıllıqla yerləşməsi ilə  təyin olunur. Dərsin srukturu dərsin  əsas komponent və 

elementlərinin didaktik şərtlənmiş funksional daxili qarşılıqlı  əlaqəsi, eləcə  də 

onların məqsədəuyğun ardıcıllığı və qarşılıqlı təsiridir.   

Dərsin strukturunun düzgün təyin olunması, onun elementlərinin bir-biri ilə 

məqsədəuyğun  şəkildə birləşdirilməsi tədris prosesinin dəqiq təşkilini və onun 

yüksək effektivliyinin təyin olunmasını  təmin edir. Dərsin strukturu onun 

formasıdır. Dərsin məqsədinin bacarıqla müəyyənləşldirilməsi, dərs situasiyalarının 

miqdarının və qarşılıqlı  əlaqəsinin aydınlaşdırılması xüsusi metodik dəst-xətti 

yaradır.  Hər bir ədəbiyyat dərsi digərindən fərqlənməlidir. Bir-birinə oxşayan iki 

dərs olmamalıdr. 

Dərsin məqsədi həm də onun tipini təyin edir. Proqramın tələbi, dərsin 

mövzusu, dərsin məqsədləri, dərsin tipi, dərsin strukturu, vaxtın müxtəlif struktur 

elementlər üzrə birləşdirilməsi ədəbiyyat dərslərinin ümumi təşkilində əsasdır.  

Ədəbiyyat dərslərinin predmeti bədii  əsərələrin öyrədilməsidir. Bununla 

yanaşı, ədəbiyyat dərslərinin özünün xüsusi məqsədi vardır. Həmin məqsəd məktəb 

kursunda öyrədilən bədii  əsərlər üzrə  gələcəyin yaxşı oxucusunu yetişdirməkdir.  

Dərsin təşkilinə qoyulan ümumdidaktik tələblər sırasında məqsədəuyğunluq, 

dəqiqlik, məntiqilik, ardıcıllıq, struketur elementlərin ardıcıllığı yer alır.  Dərsin 

planlaşdırılması  və  təşkili zamanı  şagirdlərin yaşı, bədii  əsəri qavrama bacarıqları 

da nəzərə alınır.  

V.Qurbanov qeyd edir ki, «müasir dərs öz məzmunu və strukturuna görə 

müəyyən sistemə tabedir; onun optimal təşkili müəllimdən ciddi pedaqoji-psixoloji 

hazırlıq tələb edir. Bu hazırlığa isə, başlıca olaraq, dərsin ümumtəhsil, tərbiyə  və 

inkişafetdiricilik funksiyalarına uyğun planlaşdırılması daxildir» (4, 12).  

Müasir pedaqoqikada təlim metodlarının müxtəlif təsnifat formaları vardır. 

Bunlardan aşağıdakı meyarlar əsasında təsnifat daha geniş yayılmışdır: 1) biliyin 

alındığı mənbəyə görə (dərslik, müəllim, əyani vasitə, əməli məşğələ); 2) müəllimin 

fəaliyyət formasına görə (tədris metodları); 3) şagirdin fəaliyyət formasına görə 

(öyrənmə metodları); 4) şüurlu fəaliyyətə və qavrama fəallığına görə (reproduktiv, 

əyani-izahlı, problem-axtarışlı, tədqiqi); 5) mühakimə növünə görə (induktiv, 

deduktiv) (1, 48, 111-112). 

Təlimin  əsas məqsədi sistemli bilik verməkdir. Sistem isə onun elementləri 

arasında  əlaqəni həmişə  nəzərdə tutur. Elementlərarası  əlaqə olmazsa, sistem 

yoxdur. Interferensiyaya əsaslanmaq qanununu pedaqoji aspektdən  şərh edərkən 

aşağıdakı  məsələlərin bir kompleks kimi izlənməsini  əsas sayılır: a) şagirdlərin 

əvvəl qazandıqları biliklərə istinad etməklə yenini şüurlu surətdə mənimsətmək; b) 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



411

problem-situasiya yaratmaq və  şagirdlərin yenini öyrənərkən keçmiş biliklərdən 

bacarıqla və müstəqil istifadə etmələrinə nail olmaq; c) şagirdlərin keçmiş bilikləri 

nə  dərəcədə yadda saxladıqlarını müəyyənləşdirmək və  əvvəlki məlumatları    bir 

daha dəqiqləşdirmək və  dərinləşdirmək; d) keçmiş yeni bilikləri dəqiq müqayisə 

edib onlardakı əsas oxşar və fərqli cəhətləri müəyyənləşdirməklə şagird təfəkkürünü 

inkişaf etdirmək; g) keçmiş  və yeni bilikləri vahid biliklər silsiləsində sistem 

halında birləşdirmək (4, 41). Göstərilən məsələlərin hər biri dərsin təşkili ilə bila-

vasitə bağlıdır. Tam dərs -  dərsin əvvəlinin təşkili, öyrənilmiş materialın mənim-

sənilmə  səviyyəsinin yoxlanılması, yeni dərsin məqsəd və  vəzifələrinin qoyuluşu, 

izah, öyrədilənin dəqiqləşdirilməsi və dərinləşdirilməsi, təkrar, dərsə yekun vurma, 

ev tapşırıqlarının verilməsi struktur bölmələrinə bölünür. Qeyd edilənlər dərsin 

ənəvi təşkilini  əhatə edir. Müasir dövrdə  ədəbiyyatın öyrənilməsinə kompleks 

şəkildə yanaşma bir sıra xüsusi dərslərin təşkilinin effektivliyini təsdiq edir. Xüsusi 

dərslər  ənənəvi dərslərdən bir çox cəhətlərinə görə seçilir. Xüsusi ədəbiyyat 

dərslərinin bəzi növlərini və onların təşkili məsələlərini nəzərdən keçirək.  

Həyatda baş verən hadisələrdən alınan təəsüratlar üzrə yaradıcı işin tədrisini 

nəzərdə tutan xüsusi dərsdə  şagirdlərə onların diqqətini cəlb etmiş  və onlarda 

müəyyən təəssürat yaratmış hadisənin qələmə alınması  və danışılması tapşırığı 

verilir. Belə dərsin təşkili mərhələli qaydada gedir. Müəllim bu dərslə bağlı əvvəl 

özü izahat verir. Izahat zamanı müəllim gördüyü müəyyən hadisəni təsvir edir, bu 

hadisə haqqında danışır, onu başqa məsələlərlə bağlayır. Dərsin təşkilinin əsasında 

şəxsi müşahidə durur. Şagirdlər müşahidələrini cəmləşdirir, onların arasından bir 

neçəsini seçirlər. Müəllim  şəxsi müşahidəyə  əsaslanın hadisənin birini müəy-

yənləşdirir və onun üzərində işləməyi tapşırır. Şəxsi müşahidə ilə yanaşı müəyyən 

bədii  əsərin, filmin süceti  də  əsas götürülə bilər. Belə  dərslərin təşkili zamanı 

şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınır. Kiçik hekayənin sücetini dəyişmək, 

onun iştirakçılarının, personaclarının sayını  dəyişmək, həmçinin  əsərdə baş verən 

müəyyən hadisənin başqa bir hadisə ilə  əvəz etmək kimi tapşırıqlar yuxarı sinif 

şagirdlərinə verilir. Belə tapşırıqlar şagirdlərdə yaradıcılıq və fantaziya qabiliyyətini 

artırır.  

Xüsusi dərs müəyyən  əsər haqqında rəy, resenziya yazmağa da həsr oluna 

bilər(7). Belə dərsin keçilmiş bədii əsərlə bağlı təşkili həmin bədii əsərin daha yaxşı 

mənimsənilməsini reallaşdırır. Təbii ki, rəy və ya resenziyanın yazılması inşa 

yazıdan fərqləndirilməlidir. Ona görə də müəllim rəy, resenziya yazmaq qaydıları, 

bu tipli yazılarda nəyə diqqət verilməsi ilə bağlı  şagirdlərə  məlumat verir. Qeyd 

edilən cəhət, xüsusi dərsin pilləli təşkilini tələb edir. Müəllim bir həftə əvvəl bu dərs 

barədə  məlumat verir. Sonra hansı  əsər haqqında rəyin yazılacağını müəy-

yənləşdirir. Növbəti həftədə isə xüsusi dərs təşkil olunur. Bu dərsdə  şagirdlərin 

yazdıqları  rəylər növbə ilə oxunur və müzakirə edilir. Əvvəlcə biir neçə  rəyin 

oxunması sonra onların müzakirəsinin təşkili daha məqsədəuyğundur. Belə  dərsin 

təşkili zamanı sonuncu struktur bölmə kimi, qəzet və ya curnalda çap olunmuş rəyin 

oxunması  nəzərdə tutulur. Şagirdlər tənqidçinin və ya peşəkar  ədəbiyyatçının 

yazdığı  rəylə tanış olur və bununla da öz yazdıqlarını qiymətləndirmək imkanı 

qazanırlar.    

Bədii əsərin təhlili ilə bağlı xüsusi dərslər də yaradıcı qabiliyyəti artırır. Belə 

dərs keçilmiş  bədii  əsər üzərində qurulur. Müəllim  şagirdlərin müəyyən qisminin 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



412

ardıcıl  əsəri təhlil etməsini təşkil edir. 4-5 təhlildən sonra müzakirə  təşkil olunur. 

Müzakirə prosesində əvvəl öz təhlillərini oxumamış şagirdlər dinlədikləri təhlillərə 

əlavələr edirlər. Bundan sonra müzakirələr başlanır. Müzakirə müxtəlif təhlillərin 

müqayisəsi yolu ilə aparılır. Sonda müəllim ümumiləşmələr verir. Qeyd edək ki, 

xüsusi dərslərdə dialoji yanaşma prinsipinin tətbiq olunması xüsusi əhəmiyyət kəsb 

edir. Dioloji yanaşma  şagirdlər arasında dioloji münasibətlərə (subyekt- subyekt 

münasibətlərinə) üstünlük verilməsini nəzərdə tutur. Bu zaman dərsdə problemli, 

dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük 

verilir. Ünsiyyət, dinləmə  və  eşitmə açıqlıq, səmimilik,  şəraitində  təşkil edilir. 

Dialoği nitq prosesində tələb olunan informasiya mənimsənilir. 

Məşhur rus pedaqoqu P.R.Afanasyev hər bir dərsin  əsas mərhələlərinə 

aşağıdakıları aid edir: 1) ev tapşırığının yoxlanması; 2) yeni materialın izahı; 3) izah 

edilmiş qaydaların qavranmasını möhkəmləndirmək üçün tapşırıqlar; 4) dərsin 

ümumiləşdirilməsi və nəticəsi; 5) evə tapşırıq» (5, 151). 

Dərsin göstərilən  şəkildə  təşkili zamanı müəllim bütün bu göstərilən 

mərhələlərdə  fəndaxili  əlaqənin elementlərini nəzərə almalı, onları  tətbiq etməyi 

bacarmalıdır. Xüsusi dərslər qeyd olunan prinsiplərdən bir qədər kənara çıxır. Lakin 

burada da ev tapşırıqları  məsələsi qoyula bilər. Lakin tapşırıq növbəti  ənənəvi 

dərsdə deyil, başqa xüsusi dərsdə yoxlanıla bilər. Məktəblərdə  ədəbiyyat 

dərnəklərinin yaradılması xüsusi dərslərlə  dərnəyin işinin  əlaqələndirilməsi üçün 

zəmin yaradır. Müəllim xüsusi dərsdə qoyduğu mövzunun aktuallığını  nəzərə 

almalıdır. «Bir çox hallarda mövzu aktual olur, lakin alınan nəticələr həyatdan ayrı 

düşür, praktikada özünə yer tapa bilmir. Tədqiqat, əsasən, kabinetdə aparıldığından 

ondakı metodik müddəalara istinad etmək qapının gözlüyündən baxıb xarici aləmi 

dərk etməyə bənzəyir.» (6, 8-9). 

Mövcud pedoqoji ədəbiyyatın təhlili göstərir ki, hazırda təcrübədə istifadə 

edilən xüsusi dərslərin xeyli sayda növləri vardır.  Dərs- işgüzar oyun, dərs -mətuat 

konfransı, dərs-yarış, teatrlaşdırılmış dərs, qrup şəklində iş üzər aparılan dərs, dərs-

yaradıcılıq, dərs yaradıcılıq hesabatı, dərs ümumiləşdirmə, dərs-dialoq, dərs-oyun, 

dərs ekskursiya və s. xüsusi dərs növləridir. Bu dərslərin hər birinin öz təşkili 

prinsipləri vardır. Həmin prinsiplər dərsin məqsədindən doğur.  

 

Ədəbiyyat 



 

1.  1.  Баранов  С.П.,  Болотина  Л.Р.,  Сластенин  В.А.  Педагогика. - М.:  Прос-

вещение, 1987. 

2. Balıyev H. Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr. -Bakı: API 

nəşri, 1978. 

3. Abbasov Ə. Azərbaycan dili təlimi məzmununa dair üç məsələ barədə 

//Azərbaycan dili və ədəbiyyatı tədrisi, 2000, №1.-S. 34-37 

4.  Qurbanov V. Aərbaycan dili dərslərində  fəndaxili  əlaqədən səmərəli istifadə 

metodikasına dair// Azərbaycan dili və ədəbiyyatı tədrisi. 1988, №3. -S.49-55 

5.  Афанасев П.О. Методика русского языка в средней школе// Хрестоматия 

по методике русского языка. -М.: Просвещение, 1991. –С. 68-77. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



413

6. Kərimov Y.  Azərbaycan dili üzrə metodik tədqiqatlar, onun məktəb 

praktikasında tətbiqi və yaxşılaşdırılması yolları / Azərbaycan dili və ədəbiyyatı 

tədrisi. 1987, №1. -S. 7-12. 

7.  Абасов З. Диалог в учебном процессе.// Народное образование 1993-№ 9-10 

 

И.Шамсизаде 



Основные принципы организации уроков литературы 

Резюме 


 

Организация уроков литературы тесно связано с целями и задачами про-

ведения уроков. Анализ работ по методике преподования литературы показы-

вают, что кроме основного урока литературы на практике используются и спе-

циальные  уроки.  Специальные  уроки  организуются  с  целью    обучения 

творческим  работам  по  жизненным  впечатлениям  и  по  произведениям  лите-

ратуры,  обучения  рассказам,  устным  ответам  и  устным  докладам,  обучения 

анализа сочинений и т. д. Перечисленные виды уроков могут иметь различные 

варианты в зависимости от конкретной цели, содержания, методов и приемов 

обучения. 

 

I.SHfvsizde 



Main principals of arrangement of literature lessons 

Резюме 


 

Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin