Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   40   41   42   43   44   45   46   47   48

 

 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



424

Aytan  Gurbanova  

The features of artistic portrait 

(On stories written in the begining of XX century) 

Summary 

 

             The article is about the art of portrait. Based on the analysis of many of the 



stories written in the early twentieth century, explores the different types of 

portraits. The article tells about the 1920- 1930 years of literary portraits narrations. 

J. Memmedguluzade, S. Huseyn, Gantemir, G.V. Džemenzeminoi shows how to 

create portraits of professionals. Researchers explored various portraiture in the 

world literature. Portrait of stories written in the early twentieth century was the era 

depicted in typical people. A series of stories written before and after the 

Revolution a century played the most characteristic images. 

 

Rəyçi: Professor Şirindil Alışanlı 



 

 

 



 

 

 



 

 

 



 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



425

MEHRAM FƏRƏCOVA 

AMEA Ədəbiyyat İnstitutu 

mehram.faracova @mail.ru 

 

ORXAN  VƏLİ  POEZİYASINDA  FOLKLOR 



MOTİVLƏRİ 

 

Açar sözlər: ənənə, folklor, motiv, mənbə, element, inikas 



Ключевые слова:  традиция, фолклор, мотив, источник, элемент, отражение 

Key words:   tradition, folk, motive, sourse, elements, reflection 

 

Türk poeziyasında yeni mərhələ yaratmış Orxan Vəli Kanıkın yaradıcılığının 



təsirləndiyi bir neçə  mənbə var. Bunlardan ən  əsas olan isə  Qərb  şeiri (xüsusilə 

fransız şeiri) və türk xalq ədəbiyyatıdır. Hər iki mənbənin onun şeirlərində spesifik 

yeri olduğunu qeyd edə bilərik. Yaradıcılığının ilk mərhələsində türk xalq şeirinin 

təsirindən əsaslı olaraq bəhs edə bilməsək də, sonrakı mərhələdə bu təsirin izlərinə 

aşkar  şəkildə rast gəlirik. Tədqiqatçıların bu məsələ ilə  əlaqədar mülahizələri 

müxtəlifdir: 

 

1.

 

Bəziləri xalq şeirinin təsirinin Orxan Vəli yaradıcılığında nəzərəçarpacaq 

dərəcədə olduğunu göstərir (1,25). 

2.

 

Bəzi tədqiqaqçılar isə bu əlaqənin elə  də geniş olmadığını qeyd edirlər ((2, 

284), (3,93)). 

 

Orxan Vəli türk xalq şeirinə ümumi baxışları  əvvəldən müsbət olub: 

yaradıcılığının ilk mərhələsində bu, münasibət olmaqla qalıb; ikinci mərhələdə  isə bu 

müsbət münasibətin yaradıcılığında təzahürünün  şahidi oluruq: “Gözlərin”(4,41), 



“Hicrət II”(4,38),  “Məzar daşı kitabəsi”(4,47),  “İstanbul nəğməsi”(4,71),  “Yol 

nəğmələri”(4,34), “Birəli şeir”(4,130), “Gəlirli şeir”(4,143) və s. 

Orxan Vəli türk xalq şeir ənənəsini öz yaradıcılığında müxtəlif  aspekt-lərdən 

istifadə edib: forma, dil, mövzu  və s. Bu istifadə çox böyük həcmli olmasa da, 

şeirlərdə spesifik tərzdə təzahürünü göstərir və şairin yaracılığında əhəmiyyətli bir 

qol təşkil edir. 

Onun  “Gözlərin” adlı  şeiri türk xalq ədəbiyyatında lirik növün janrlarından 

olan “təkərləmə” (yanıltmac) tərzində yazılıb: 

 

Gözlərim, 



Gözlərim nerde? 

Şeytan aldı götürdü, 

Satamadan gətirdi. 

Gözlərim, 

Gözlərim nerde? (4,41) 

 

Şairin  “Hicrət II” şeiri, ümumilikdə,  şifahi  ədəbiyyatın xüsusiyyətlərini 



daşımasa da, son misralarda müəyyən elementlər var. Hakan Sazyek bunun “fal”dan 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



426

yararlanma olduğunu qeyd edir: “... bu şeirin səkkizinci misrası falın istifadə 

olunduğu cümlə quruluşunu xatırladır” (2,276). 

 

                               .................. 



 

       Yol mu, para mı, mektup mu; 

       Bir düşündüyü var. (4,38) 

 

O. Vəlinin xalq şeirinə marağı bəzən iqtibaslara gətirib çıxarır. “Məzar daşı 



kitabəsi III” şeirində bayatının (türk şeirində mani – M.F.) iki misrası olduğu kimi 

istifadə edilib: 

 

Yalnız şu beyit kaldı, 



Kahve ocağında, el yazısıyle: 

“Ölüm Allahın emri, 

Ayrılıq olmasaydı”. (4,47) 

 

Şeirdəki  “Kendi gitti, ismi bile kalmadı yadigar” misraları da aninimləşmiş 



bir misranın təkrarıdır. Rıza Filizok bu şeirin məşhur  “Havada bulut yok”  nəğ-

məsiylə də yaxın bir oxşarlığının olduğunundan bəhs edir: “ Orxan Vəli əsgərin ma-

cərasını fərdi bir macəra halına gətirə bilmək üçün bu nəğmədəki bəzi ünsürlərdən 

yararlanır. Onu  

 

Kışlanın önündə redif sesi var 



Bakın çantasına, acep sesi var 

Bir cift kundurayla bir de fesi var. 

 

Misralarında olduğu kimi çantasıyla və geyimiylə fərdiləşdirir: 



 

Tüfeğini deppoya koydular, 

Esvabını başkasına verdiler. 

Artık ne torbasında ekmek kırıntısı, 

Ne matrasında dudaklarının izi” (3,107). 

 

O. Vəlinin bu şeirində xalqdan olan bir insanı, bir əsgəri anladarkən xalq 



nəğməsindən hansı ölçüdə  və  nə  dərəcədə istifadə etdiyi aydın görünməkdədir. 

“Məzar daşı kitabəsi III” şeirindəki  folklordan yararlanma usulundan “İstanbul 

nəğməsi”ndə  istifadə edir. Lakin buradakı məqam bir az fərqlidir. Əvvəlki şeirdə 

bayatının son iki misrasını iqtibas etmişdisə, burada bir nəğməni bütün mətni ilə 

şeirin içinə yerləşdirib. Digər fərqli cəhət isə bu iqtibasın işlənmə səbəbidir. Hakan 

Sazyek buna belə aydınlıq gətirir: “Əvvəlki  şeirdə bir başqasının dünyasını 

yansıtmaq məqsədilə  işlətdiyi xalq şeirini bu dəfə öz mənəvi aləmini, ruh 

vəziyyətini göstərmək niyyətiylə istifadə edir” (2,278). 

 “İstanbul nəğməsi” şairin xalq nəğmələri üslubunda yazdığı ən əhəmiyyətli 

şeirlərdən biridir. Dörd bənddən ibarət şeirin birinci bəndində şair özünü tanıdır: 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



427

İstanbulda, boğaziçinde, 

Bir fakir Orxan Vəliyim; 

Velinin oğluyum, 

Tarifsiz kederler içinde. 

Urumelihisarına oturmuşum; 

Oturmuş da bir türkü tutturmuşum: (4,74) 

 

İkinci və üçüncü bəndlərdə bir xalq nəğməsini bütünlüklə iqtibas edir: 



 

“İstanbulun mermer taşları; 

Başıma da konuyor, konuyor aman, martı kuşları; 

Gözlerimden boşanır hicran yaşları; 

                                     Edalım, 

                                     Senin yüzünden bu halim”. 

 

...................................................... (4,74) 



 

Dördüncü bənd isə birinci bəndin təkrarıdır. 

Rıza Filizok bu şeiri  şairin xalq ədəbiyyatı ilə  əlaqəsində  ən yaxşı nümunə 

hesab edir: “Orxan Veli xalq ədəbiyyatından forma, məzmun, mövzu və s. almaqla 

onlar vasitəsiylə tamamilə özünəməxsus bir şeir yaratmışdır. Bu, xalq şeirini taqlid 

etməkdən, yaxud o şeiri inkişaf etdirməkdən, onun davamı olmaqdan fərqli bir 

vəziyyətdir. Bu şeirdəki nəğmə  də  şairin məqsədinə çatmaq üçün istifadə etdiyi 

vasitələrdən biridir” (3,99) 

Ümumiyyətlə, bu şeir  ətrafında uzun sürən mübahisələr yaratdı. Bir şeirdə 

folklordan belə geniş miqyasda istifadə olşunmasını Orxan Vəlinin təsir altında 

qalmasıyla  əlaqələndirənlər də oldu. Bu şeirə görə onun  yaradıcılığını  əvvəllər 

müsbət qarşılayanlar əleyhinə yazılar yazmağa başladılar ((5),(6,4)). 

Bu paradoks münasibət isə Orxan Vəlinin heç bir çərçivəyə, ölçüyə sığmayan 

yeni şeirləri və ənənəyə bu qədər yaxın olan şeirləri arasındakı ziddiyyətin özündən 

qaynaqlanırdı. 

“İstanbul nəğməsi”  ənənəyə  məxsus olan cəhətlərin  fərdi üslubda birləş-

məsinin uğurlu nümunəsi sayıla bilər. 



“Yol nəğmələri”  şeiri O. Vəlinin türk xalq şeirindən yararlanmanın  əhatə 

dairəsinə  və ölçüsünə görə öndə  gələn nümunələrindəndir.  Şeirin adı, xalq 

nəğmələnin iqtibası (12 nəğmə), ümumi forma tərzi və s. ənənənin şeirdə üstünlüyü 

ilə nəticələnir. Bu, şairin ən uzun şeiridir, 174 bənddən ibarətdir. “Dastan kimi” də 

adlanan  şeirdə  şair  Anadolu insanını  və  özünü  nəğmələr vasitəsiylə ifadə edərək 

nəğmələrdən ibarət bir yolçuluq dastanı yaratmağa çalışıb. 

Şeir Hərəkədən başlayıb Zonquldaqda bitən bir yolçuluğun hekayəsidir. O, 

yol boyu gördüklərini təsvir edir (bu, müəyyən qədər bizim “səfərnamələri” də 

xatırladır – M.F.). Şair gördüklərinin onda yaratdığı, oyandırdığı duyğu və hisslərini 

xalq nəğmələrindən yararlanaraq dilə gətirir: 

 

“Herekeden çıktım yola, 



Selam verdim sağa sola, 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



428

Haydi, benim bu dünyaya qarip gelmiş şairim, 

Yolun açıq ola!” (4,84) 

 

“Ada yolu kestane 



Aman dökülür tane-tane”. (4,85) 

 

................................. 



 

“Uy neyimiş neymiş, aman-aman

Kaderim böyle imiş, 

Yar üstünə yar sevmek, aman-aman, 

Ateşten gömleğimiş” (4,89) 

 

................................. 



Siyah axar Zonquldağın deresi, 

Yüz karası deyil, kömür karası; 

Böyle kazanılır ekmek parası”. 

 

Gemiler  vardı limanda gemiler 



Her biri yeni bir ufuka gider. (4,89) 

 

“Yol nəğmələri”  ümumi quruluş baxımından Faruk Nafız Çamlıbelin “Xan 



divarları”  şerinə  də  bənzədilir  ((2,281),(3,100)). Bənzərliklərlə yanaşı  fərqli mə-

qamların da təzahürü olduğunu qeyd etməliyik. F.N. Çamlıbeldə diqqət mərkəzində 

təbiət, O.Vəlidə isə insandır. “Xan divarları”nda  qoşma  janrından, “Yol 

nəğmələri”ndə nəğmələrdən istifadə olunub və s. 

“Yol nəğmələri”ndən sonra yazılan “Birəli şeir” də xalq ədəbiyyatının forma 

baxımından ən çox tətbiq olunduğu nümunə kimi təqdim oluna bilər. Hakan Sazyek 

burada  “səmai”, “dastan”, “bayatı” elementlərindən istifadə edildiyini göstərir 

(3,281).  Şeirin  “aaba” qafiyə sistemi bayatıdan alınıb. “Amma heca sistemi 

“səmai”yə tam uymur, burada 7, 9, 10 hecalı misralar da var (2,281). Rıza Filizok 

“kimi” sözü ilə başlayan misralarda xalq şairi Məstinin “İnsan dastanı” adlı şeiri 

ilə oxşarlıq olduğunu göstərir (3,108). 

 

Kimi peyğambere inanır;      (9) 



Kimi saat köstek donanır;    (9) 

Kimi katib olur, yazı yazar;  (10) 

Kimi sokaklarda dilenir.       (9)      (4,130) 

 

Bu  şeir, sadəcə, xalq şeir ənənəsindən istifadəyə görə deyil, həm də müəyyən 



ictimai motivlərin  ironik  şəkildə  (ironiya O.Vəli  şeirlərinin, demək olar ki, 

əksəriyyətini əhatə edir) təzahürü və inikası ilə diqqət çəkir: 

 

Bu düzen böyle mi gidecek? 



Pireler filleri yutacak; 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



429

Yedi nüfuslu haneye 

Üç buçuk tayın yetecek? (4,130) 

 

“Birəli  şeir”  həm quruluş, həm məzmun, həm də müəyyən deyimlərin 

istifadəsi aspektindən xalq şeir ənənəsiylə yazılmış digər şeirlərdən fərqli məqama 

malikdir: “Xalq şeirindən daima iqtibas üsuluyla istifadə edən  şair ilk dəfə olaraq 

“Birəli şeir”də onunla tam bir əlaqə qurub” (2,282). 

“Gəlirli  şeir”  də  şairin folklor motiv və elementlərindən istifadə etdiyi 

şeirlərdən biridir. Yeddi misradan ibarət şeirin birinci, ikinci, dördüncü misralarının 

sonunda “nar gəlir”, “yar gəlir” və “dar gəlir” sözlərinin işlənməsi cinas şeirlərin 

təsiri və bu təsirin təzahürü kimi dəyərləndirilə bilər: 

 

İstanbuldan ayva da gelir, nar gelir



Döndüm baktım, bir edalı yar gelir

Gelir desen dar gelir

Gün aşırı alacaklılar gelir. 

Anam anam, 

Dayanamam 

Bu iş bana zor gelir. (4,143) 

 

Təbii ki, şair cinas söyləmək üçün bu şeiri yazmayıb. Cinas şairin məqsədinə 



çatması üçün işlədilən  ədəbi priyomdur. Bu şeirdə  də Orxan Vəli yaradıcılığının 

əsas prinsiplərindən olan heyrətləndirmə və yanıltmanın aparıcı və hakim mövqeyi, 

ilk misralarla son misraların arasında ilk baxışdan uyğunsuzluq kimi görünən 

ziddiyyət şairin məqsədinin uğurlu həllini təmin edib. 

Orxan Vəlinin bəzi  şeirlərində nağıl və  əfsanələrdən gələn bəzi elementlər, 

ünsürlər də öz inikasını tapıb. Dini mövzuda olan “Buğda” şeiri Yusif-Züleyxa və 

Həzrəti Ömərin hekayəsi  əsasında yazılıb.  Şeir Yusifin qardaşlarının buğda üçün 

karvanla yola çıxmasıyla başlayır. “Yusifin qardaşlarının buğda istəmək məqsədiylə 

yola çıxmaları Yəhya Bəyin “Yusif-Züleyxa” adlı məsnəvisində: 

 

Bu on kardeş uyup bir karbana 



Diyarı Mısra dek oldu revane 

 

Misralarıyla anladılmışdır (3,105). 



Şair iknci bənddə yusifin quyuya salınması ilə əlaqəli bir əhvalatdan istifadə edib. 

 

Okundan ayrılmak üzere yay



Kuyuların ağzı genişledi. 

Okundan ayrılmak üzere yay, 

Korku ta kemiğime işledi. (4,160) 

 

Daha sonra Həzrəti Ömərin ac uşaqlarını ovundurmağa çalışan anayla bağlı 



rəvayətini xatırladan bir dördlük verilir: 

 

 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



430

Eriyecek tencerede kalay, 

Çocuklar ağlamasınlar dağda. 

Eriyecek tencerede kalay, 

Yetişmeyecek Ömer imdada. (4,161) 

   


“Nağıl”  və  “Yuxu”  şairin nağıl motivlərinin istifadə edildiyi şeirləridir. 

“Nağıl” şeirində şair uşaqlıq dövrünə duyduğu həsrəti dilə gətirir. Bu həsrətə səbəb 

isə uşaq ikən bütün qayğı və problemlərin içində ola-ola qayğısız yaşamaqdır. Nağıl 

dinləyəyn Orxan Vəli bu rahatlığın içindədir: o, bir tərəfdən anasına qısılıb, digər 

tərəfdən alaylarla “Qaf dağına hərəkət” etməkdədir. Beləcə folklor mövzusu şeirə 

folklor ünsürləri gətirib: 

 

Çocuk könlüm qayğılardan azade; 



Yüzlerde nur, ekinlerde bereket; 

At üstünde mor kaküllü şehzade; 

Unutmaya başladığım memleket. 

 

Şakağımda annemin sıcak dizi, 



Kulağımda falçı kadının sözü, 

Göl başında padişahın üç kızı, 



Alaylarla Kafdağına hareket. (4,172) 

 

“Yuxu” şeirində də nağıl motivləri öz inikasını tapıb. Şair iki bəndlik şeirdə 

bir neçə nağıldan təsirlənərək lakonik şəkildə istifadə edib. Şeirin ümumi 

tendensiyası  və  şairin yuxudaykən nağıl qəhrəmanlarının yaşadıqlarını görməsi 

folklor motivinin maraqlı təzahürüdür: 

 

Üzerinde beni uyutan minder 



Yavaş-yavaş girer ılık bir suya, 

Hinde doğru yelken açar gemiler, 

Bir uyku alemine doğar dünya 

 

Sırça tastan sihirli su içilir, 



Keskin Sırat koç üstünde keçilir, 

Açılmayan susam artık açılır, 

Başlar yolu cennete giden rüya. (4,173) 

 

Maraqlıdır ki, tədqiqatçılar arasında folklorla əlaqəli bu şeirin adını yalnız 



Rıza Filizok qeyd edib. 

Tədqiqatçılar tərəfindən folklorla əlaqəsi olan şeirlər arasında  “Qarmaqarı-



şıq” şeirinin də adı çəkilir. Biz bu nümunəni xalq ənənəsi ilə əsaslı olaraq əlaqəli 

hesab etməsək də, R. Filizok bu şeiri nağıl ünsür və motivləriylə zəngin gözəl bir 

nümunə kimi təqdim edir (3,106). 

 

Bir okla yaralı kalbim, 



Boyacının sandığında; 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



431

Güvercinin kağıt helvasında; 

Sevgilim kayığın burnunda; 

Yarısı balık, 

Yarısı insan; 

İnmiyim? 

Cinmiyim? 

Benmiyim? (4,58) 

 

Təbii ki, bu şeirdə xalq şeirinin müəyyən elementləri olmasını  qəbul edirik 



(bax 5-6-cı misra). Amma “Nağıl”  və  “Yuxu”  şeirləriylə müqayisədə burada 

folklor motiv və elementləri hakim deyil, sadəcə xatırlatma mövqeyinə malikdir. 

Orxan Vəlinin  şifahi  ədəbiyyatla  əlaqəsi həm də başqa aspektdə  də öz 

bəhrəsini verib. O, Molla Nəsrəddin lətifələrindən 70-ni nəzmə çəkərək “Nasrettin 

Hoca hikayeleri” adıyla nəşr etdirib (7). 

Əvvəldən də qeyd etmişik ki, Orxan Vəli xalq şeirinə, xalq dilinə hər zaman 

rəğbət duysa da, ondan əsaslı  şəkildə istifadəyə yaradıcılığının ikinci dövründə 

başlamışdır.  Əlbəttə, bu istifadənin onun yaradıcılığını  əhatə etməsini fikrini 

söyləmək absurd olar. Folkloru onun yararlandığı bir mənbə kimi təqdim etmək 

daha məntiqlidir.. Belə bir sual meydana gəlir:  şair nə üçün buna ehtiyac duyub? 

Zənnimizcə, bunun iki səbəbi olub: 

1.

 

Bu, şairin yaradıcılıq manifestində öz əksini tapıb: “ Hər şey kimi şeir də 

onların (xalqın – M. F.) haqqıdır, onların zövqünə xitab etməlidir” (4,22) 

 

2.

 

Digər səbəb isə zaman keçdikcə  şeirin həm də gözəlliyə, formaya malik 

olması fikrini qəbul edən  şairin bunun ən rahat ifadə vasitəsinin xalq dilində  və 

ənənəsində olduğunu anlamasıdır. 

  

Yaradıcılığının ilk illərində bütün ənənələri inkar edən Orxan Vəli illər 



keçdikdən sonra bir müsahibə zamanı  əvvəlki kimi şeirlər yazmadığını, xalq 

şeirindən istifadə etdiyini etiraf edir: “O zaman şeirin ustalığa  əsaslandığını 

bilməmişik. Bu gün o şeirlərdən ayrıldıq. Xalq ədəbiyyatından istifadə edirik”(8). 

Şairin folklordan istifadəsini fərqli aspektdə şərh edənlər də var. Memet Fuat 

xalq  ədəbiyyatı  ənənəsindən istifadəni Orxan Vəlinin xalqın rəğbətini qazanmaq 

üçün  əl atdığı yol olduğunu vurğulayır (9,22). Zənnimizcə, bu fikir bir qədər 

mübahisəlidir. Orxan Vəli yaradıcılığı boyunca kimə  və  nəyə görəsə deyil, öz 

konsepsiyası ilə hərəkət edib: onun üçün hər şey, həmçinin sənət də sadə insanlar – 



xalq üçündür. Onun şeirlərində əl atdığı folklordan istifadə bu konsepsiyaya xidmət 

edən ədəbi priyomlardan biridir. 

Bütün mülahizələrə yekun vuraraq gəldiyimiz nəticə və müddəalar bunlardır: 

1.

 

Orxan Vəli yaradıcılığının  əsas qaynaqlarından biri də türk xalq 

ədəbiyyatıdır; 

2.

 

Şair bu qaynaqdan əsaslı  şəkildə yaradıcılığının ikinci mərhələsində 

yararlanmağa başlayıb; 

3.

 

Bu yararlanma əksər hallarda iqtibas üsuluyla inikasını tapıb (“Məzar 

daşı kitabəsi”, “İstanbul nəğməsi”, “Yol nəğmələri”); 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



432

4.

 

“Birəli şeir” şifahi xalq ədəbiyyatı motiv və elementlərinin istifadə üsul və 

dərəcəsinə görə uğurlu nümunələrdən biri sayıla bilər; 

5.

 

Şair  şifahi xalq ədəbiyyatından həm forma, həm mövzu, həm də hazır 

mətnlər şəklində (iqtibas) istifadə edib; 

6.

 

Şeirləri arasında dini mövzudan qaynaqlananlar da var (Buğda); 

7.

 

Molla Nəsrəddin lətifələrini ustalıqla nəzmə çəkib; 

8.

 

Şairin folklordan istifadəsinə iki səbəb göstərilə bilər: 1. Şeirin xalqın 

zövqünü oxşamalı olduğu üçün; 2. Şeirin gözəlliyinin xalq diliylə ifadəsinin 

rahat olduğu üçün; 

9.

 

Orxan Vəlinin şeirlərdə  şifahi xalq ədəbiyyatından istifadə onun hər şey 

xalq üçün konsepsiyasından irəli gəlib. 

 

Əlavə. Orxan Vəli yaradıcılığında xalq ədəbiyyatının təzahürü 

 

 



 

QAYNAQLAR: 

 

1.  Меликли  Т.  Литература  Турции:корни  и  крона.  Москва,  Русанова, 

1998,159cтр. 

2. Sazyek Hakan. Cümhuriyet dönemi türk şiirinde Garip Hareketi. Ankara, Akçağ 

Yayınları, 2006, 572 səh. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



433

3. Filizok Rıza.  Şiirimizde halk edebiyatı üzerine notlar. İzmir, Ege Universitesi 

Basımevi, 1991, 111 səh. 

4. Orhan Veli Kanık. Bütün şiirleri. İstanbul, Yapı Kredi Yayınları, 2008, 247 səh. 

5. Oktay Akbal. Vazgeçemediğim üzerine bir konuşma. Vakit qazetesi, 16. 04. 

1945. 


6. Nurullah Ataç. Halk Şiiri. Varlık, s: 389, 01. 01. 1982 

7. Orhan Veli Kanık. Nasrettin hoca hikayeleri. “Üsküp” Nova Makedoniya 

Basımevi, 1964, 80 səh. 

8. Suat Faik. Rakı şişesinde balık olmak isteyen şair. “Yedi gün”, 02. 02. 1947. 

9. Memet Fuat. Çağdaş türk şiiri antolojisi. İstanbul, Adam yayınları, 1991, 651 səh. 

10. Bezirci Asım. Orhan Veli. İstanbul, Gözlem yayınları, 1979, 206 səh. 

11. http://...//edebialem.com/garip-akimi-hakkinda/html/ 

12. http://...//türkceliler.com/garip_akimi.html/ 

 

       Mehram Faradjova 



 

 

The folk motives in Orkhan Veli’s poetry 



Summary 

 

       National poems in the works of Orkhan Veli – the founder of a new branch in 

Turkish poetry. It is said that the poet used the folk motives in his poetry in the 

second half of his creative activity. The author also explains the janres, forms and 

characteristic features of the poems of Orkhan Veli with his motives and elements 

in them. The reason of Orkhan Veli’s use of folk is also shown here. 

 

Mехрам Фараджова 



Фолклорные  мотиви  в поэзии  Орхана  Вели 

Резюме 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin