MAHİRƏ QULİYEVA
AAHM
mahirə.mail.ru
XARİCİ DİL ÜZRƏ TERMİNOLOJİ LEKSİKASININ ÖYRƏDİLMƏSİNİN
ƏSAS PRİNSİPLƏRİ
Açar sözlər: ingilis dili,terminoloji leksika,azərbaycan dili,dilçilik.
Ключевые слова; английский язык,терминологическая лексика,
азербайджанский язык,лингвистика.
Key words: azerbaijany, linguistics, terminology lexicon, englais.
Dilçilik ədəbiyyatında sübut edilmişdir ki, yeni yaranan sözlərin və termino-
loci lüğətin 80%-i sahə terminologiyasına aiddir. Şübhəsiz ki, milli auditoriyaların
ilk kurslarında təlim prosesinin düzgün və səmərəli aparılması üçün tələbələrin
seçmiş olduqları ixtisas üzrə yeni yaranmış söz və terminləri bilməli, onların məna
açımına yiyələnməli və yeri gəldikcə ümumidilçilik baxımından onları cümlədə
işlətməyi bacarmalıdırlar. Terminoloci xarakter daşıyan yeni sözlərin (hər hansı bir
sahəyə mənsub olmasından asılı olmayaraq) tələbələrə çatdırılması və öyrədilməsi
üçün tapşırıqların üstün cəhətlərini qeyd etməmək olmaz. İndi isə aşağıda termino-
loci leksikasının öyrədilməsi üçün tapşırıqların növləri və onların metodiki əhəmiy-
yəti haqqında bəzi fikirlərimizi qeyd edək: 1. Əyani öyrədici tapşırıqlar. Bu növ
tapşırıqların əhəmiyyəti və rolu ondan ibarətdir ki, yeni yaranma aparatı və ya hər
hansı bir terminologiyanı tələbələrə əyani olaraq nümayiş etdirərək və ona verilən
məfhumu tələbələrə çatdırılır.Məfhum mənşə dildə necə səslənirsə, eləcə də tələffüz
olunur və ana dilində onun qarşılığı axtarılır. Məsələn: «dedektor»-u tələbələrə nü-
mayiş etdirməklə yanaşı, ona aid yeni yaranmış məfhum və söz birləşmələrini
fikirləşib axtarmalı olurlar.
Dedektor və onun törəmələri:
noist dedektor – qaldırıcı dedector
diod dedektor – led dedektor
katod dedektor- catodes dedector
kuproks dedektor- kuproks dedector
xətti dedektor – linear dedector
güclü dedektor - poewerful dedector
nisbət dedektor – nis dedector
zirvə dedektor –the peak dedector
yarımkeçirici dedektor – semiconductor dedector
sinxron dedektor – simultaneous dedector
dedektor lampalı – dedector lamp
dedektor pilləsi – level dedector
2. Terminlərin düzgün quruluşu üzrə tapşırıqlar. Bu növ tapşırıqların məqsədi
hər hansı bir model və ya aparatı tələbələrə göstərməklə yanaşı ona, yəni modelə aid
terminlərin siyahısı verilir. Tələbə isə fikirləşməli və terminləri elə düzməlidir ki,
onun quruluşu məfhumun məzmununu düzgün ifadə edə bilsin. Bu növ tapşırlar
Filologiya məsələləri – №5, 2014
203
adətən çoxsözlü terminlərə aid edilməlidir. Məsələn: «qurğu, məlumat, işləmə»
sözləri tələbələrə çatdırılır. Tələbə fikirləşərək məfhumun düzgün alınması üçün:
- məlumatların işlənmə qurğusu çoxsözlü terminini söyləyir və yaxud: yer,
şüalanma, effektiv sözlər tələbələrə çatdırılır;
- yerin effektiv şüalanması termini yaradılır;
- aeroşəkillərin xəritə ilə əlaqələndirilməsi;
- analoq kod dəyişdiricisi;
- aralıq infra-qırmızı diapazon terminlər yaradılır.
Təcrübə göstərir ki, əyani xarakter daşıyan tapşırıqlar yaradıcı xarakter
daşıyır, tələbələrin dünyagörüşünü artırmaqla yanaşı, onların öz ixtisaslarını
hərtərəfli və dərindən öyrənməyə imkan verir.
3. Tərcümə üzrə tapşırıqlar. Bu növ tapşırıqlar adətən qrammatik xarakter
daşıyır, belə ki, çoxkomponentli terminlərin siyahısı verilməklə yanaşı, müəllim
tələbələrə hansı şəkilçilərin işlənmə ehtimalını da onlara şifahi və ya yazılı şəkildə
çatdırır. Belə növ tapşırıqlarda tələbələr həm xarici dildən, həm də ana dilindən
terminlərin morfoloci quruluşunu tənzim etməklə yanaşı, belə növ çoxkomponentli
texniki terminlərdə məna çalarlığının incəliklərinə yiyələnirlər.
4. Semantik tapşırıqlar. Müəllim lövhədə tələbələr üçün belə bir sxem çəkir:
2-elektrodlu
elektron lampa
3-elektrodlu
elektron lampa
4-elektrodlu
elektron lampa
5-elektrodlu
elektron lampa
Müəllim mötərizə açmaqla orada həmin elektron lampaların adlarını xarici
dildə yazmağı tələbələrə tapşırır. Öz ixtisasına dərindən yiyələnmiş tələbə yəqin ki,
mötərizələrdə aşağıdakı terminləri yazacaqdır.Sonra müəllim texniki biliklərin əsa-
sında tapşırığın həcmini daha da genişləndirərək, həmin elektron lampaların hansı
məna daşımalarını xarici dildə yazmaqla yanaşı, sxemdə göstərmələrini tapşırır.
Tələbələr ani fikirləşdikdən sonra belə bir sxem çəkirlər:
2-elektrodlu
elektron lampa
3-elektrodlu
elektron lampa
4-elektrodlu
elektron lampa
5-elektrodlu
elektron lampa
Katod və anodu olan
elektron lampa
İdarəedici setka,
anod və katodu olan
elektron lampa
Ekran, idarəedici set-
kaları, anod və katodu
olan elektron lampa
Müdafiə, ekran, ida-
rəedici, anod və kato-
du olan elektron lam-
pa
5. Müqayisə tapşırıqları. Müqayisə xarakteri daşıyan bu növ tapşırıqların
məqsədi ayrı-ayrı terminlərin müxtəlif məna çalarlığına malik olmanın aydınlaş-
dırılmasıdır. Məsələn: elə növ terminlər də vardır ki, bunlar müxtəlif sahələrdə eyni
məna yox, o sahənin özünə görə məna daşıyırlar. Belə növ terminləri tələbələrə
yazdırmaqla, onların müxtəlif məna çalarlığına malik olmalarını və göstərməyi
onlara tapşırır.
6. Sinonimik tapşırıqlar. Bu növ tapşırıqlarda müəllim çalışmalıdır ki, tələbə
eyni məna daşıyan, ancaq müxtəlif şəkillərdə işlənən terminlərin tapılmasını
fikirləşsin. Düzdür, söz ehtiyatı zəif olan tələbə bu tapşırığı yerinə yetirməkdə
çətinlik çəkəcək, onun həll edilməsinə uzun müddət vaxt sərf edəcəkdir. Belə
məqamda müəllim tələbələrə fərdi yanaşmalı və onları lazımi ədəbiyyatla təmin
etməlidir ki, tələbələr ədəbiyyat üzərində işləmək iqtidarında olsunlar.
Filologiya məsələləri – №5, 2014
204
7. Şifrlənmiş terminlərin açılması üzrə tapşırıqlar. Bu növ tapşırıqları ver-
məkdə məqsəd tələbələrdə öz ixtisaslarına aid bilikləri inkişaf etdirmək və həmin
terminləri mənşə dildə necə işlənməsi və dilimizə hansı yolla gəlməsini aydınlaş-
dırmaqdır. Məsələn: «LAZER» terminini bir çox tələbələr alim, yəni həmin şüanın
yaradanın adı kimi başa düşürlər. Müəllim həmin terminin baş hərflərini lövhədə
yazır.
İngilis dilində həmin terminin açılışı belədir:
Light amplification by stimulated emission of radiation.
Azərbaycan dilində tərcüməsi:
Kənar təsirli şüaların köməyi ilə işığın gücləndirilməsi.
Sonra müəllim tələbələrə belə bir tapşırıq verir: Azərbaycan və ingilis
dillərində hansı sözlər bir-birini tamamlayır. Çox da çətin olmayan bu tapşırğı
tələbələr belə izah edirlər:
- kənar- emission,edge
- ilə - by,with
- kömək – stimulated,help
- Işıq - ligth
- Şüa – radiation,beam
- gücləndirici- amplification
Sonra lazım gələrsə tələbələr «LAZER» terminin texniki xarakteristikasını
verirlər. Didaktikanın sadədən mürəkkəbə prinsipinə əsasən, asan modellərdən baş-
layıb çətinə gəlmək lazımdır. Qrammatik çalışmalar maqnitafon lentinə belə sxem
üzrə yazılır. Əvvəlcə lentə çalışırmanın şərti, ona aid bir nümunə və bundan sonra
fasilələr qoyulur. Fasilələr çalışmanın xarakterindən asılı olaraq uzun və qısa ola bi-
lər. icra olunmuş çalışmanı yoxlamaq üçün maqnitafon lentinə diktor mətni yazılır.
Qrammatik qaydalar texniki vasitələri ilə tədris edildikdə və təkrarlanıb möhkəm-
ləndirildikdə tələbələr həmin materialı gec unudurlar. Dilin öyrədilməsi prosesini
intensivləşdirmək tələbələrin şifahi nitqini inkişaf etdirməkdən ötrü valqaldırandan,
maqnitafondan, diafiom və kino-filmlərdən istifadə etmək təxirəsalınmaz bir və-
zifədir. Adı çəkilən bu vasitələr dərsdə dil mühiti yaradır, tələbələrdə dilin öyrənil-
məsinə maraq oyadır və müəllimin işini bir növ yüngülləşdirir.1. Valqaldıran. Təli-
min texniki vasitələri ilə işləmək üçün tələbələrdən ötrü ən asan valqaldırandır.
Şifahi nitqi inkişaf etdirmək məqsədilə valqaldırandan tədrisin aşağı mərhələsində
daşa çox istifadə etmək lazımdır.vallarda şifahi nitqi inkişaf etdirmək məqsədilə
rəngarəng dialoqlar və şifahi nitq mətnləri lazımdır. Bu dialoqları müəllim bir neçə
dəfə səsləşdirdikdən sonra, orada tələbələrə məlum olmaayn yeni sözləri lövhədə
yazır və onların da yazmasını tələb edir. Şifahi nitqin inkişafının təməlini müəllim
əvvəl valqaldıran la, sonra başqa texniki təlim vasitələri ilə möhkəmləndirir.
2. Maqnitafon. Xarici dilin təlimində maqnitafondan istifalə üsulundan da-
nışarkən qeyd etmək lazımdır ki, həmin aparatdan təlim işində düzgün istifadə edil-
mədikdə dərsə verilən vaxtın çoxu hədər gedir və maqnitafon nəinki xeyir verir, ək-
sinə təlim işini pozur. Məllim maqnitafondan düzgün və yerində istifadə etdikdə isə
həmin apparat tələbələrin şifahi nitqini inkişaf etdirməklə bərabər müəllimin öz us-
talığını da artırır.Maqnitafondan xarici dilin tədrisində aşağıdakı məqsədlər üçün is-
tifadə etmək yaxşı nəticə verir. Maqnitafon lentinə yazılan materialın məzmunu elə
olmalıdır ki, tələbələr onu eşitdikdədə materiala həvəslə qulaq assınlar.
Filologiya məsələləri – №5, 2014
205
Şifahi nitqi inkişaf etdirmək üçün maqnitafonla aşağıdakı iş formalarından
istifadə etmək lazımdır.Eşitmək bacarıq və vərdişlərinin yaradılması pisxoloq və
metodistlərin diqqətini cəlb etmişdir. Psixoloqlar eksperimental laboratoriya işlərilə
sübut etmişlər ki, xarici dildə eşitmə danışma üçün zəmin yaradır. Tədrisin ilk
mərhələsində verilən çalışmalar tələbələrdə eşidib anlama vərdişini inkişaf et-
dirməyə xidmət etməlidir. Azərbaycan məktəbləri üçün yazılmış dərslikdərdə maq-
nitafonla çalışma işi aparmaq daha faydalıdır. Bu çalışmalardan bəzi müəllimlər
vaxtlı-vaxtında istifadə etmirlər. Ona görə də məktəbi qurtaran kənclərin nitqi, eşi-
dib anlama vərdişləri lazımi dərəcədə inkişaf etmir və bunun təsiri ali məktəbdə də
özünü göstərir. Xarici dili eşidib anlama, kinofilm, kompyüter texnikası nümayiş
etdirilən zaman da aşılana bilər.Xarici dilin tədrisində yazı, dilin başqa aspektləri ilə
şifahi nitqi inkişaf etdirmək üçn üzvi surətdə bağlıdır. Psixoloqlar sübut etmişlər ki,
yazı şifahi nitqin təməlini qoyur. Ona görə də yazılı çalışmalara tədrisdə çox yer
vermək məsləhətdir. Yazı təlimini maqnitafonun köməyi ilə aşağıdakı çalışmalarla
aparmaq olar:
- xarici dildə eşitdiyini dəftərə yazdırmaq. Belə yazı sadə və mürəkkəb ola
bilər;
- hərf birləşmələrinin altından xətt çəkmək;
- cümlələrdəki mürəkkəb sözlərin altından xətt çəkmək;
- maqnitafonda eşidilən mətnə aid sual-cavab yazmaq;
- eşidilən mətnə aid plan yazmaq.
Maqnitafonala leksik çalışma növündən də istifadə etmək olar:
- söz və söz birləşmələrini yazmaq;
- yeni öyrənilmiş söz və söz birləşmələrini situasiyada vermək;
- boş buraxılmış yerə lazımi sözlərin yazılması. Diktor cümləni axıra qədər
oxumur, yarımçıq qalan hissəsini tələbələr tamamlayırlar. Sonra tamamlanmış
cümlə oxunur;
- ev tapşırığı üçün veriləcək söz və söz birləşməsinin maqnitafon lentinə
yazılması;
- müəyyən mövzu ətrafında söhbət aparmaq. Yazılan suallar oxunun və onlara
cavab verilir;
- «açar» sözlərlə cümlə düzəltmək və bu nümunələri lentə yazdırıb sonra
oxutdurmaq.
Hər bir təsvir tələbələrə xarici dildən bu və ya digər qaydanı öyrətmək, yaxud
təkrarlamaq məqsədi daşımalıdır. Xarici dilin tədrisində belə mühüm əhəmiyyət
kəsb edən texniki vasitələrdən hər bir xarici dil müəllimi istifadə etməlidir.
Ədəbiyyat:
1. T.Haciyev:Azərbaycan ədəbi dil tareixi.ADU nəşriyyatı,1976.
2. T.Abbasquliyev:Azərbaycan və ingilis dillərində atalar sözləri.”Elm”
nəşriyyatı.Bakı 1981 il.
3.O.Musayev: İngilis dilinin grammatikası.Bakı 1979 il.səh.219.
4.İ.Rəhimov.İngilis dilinin praktik grammatikası.Bakı.1966.”Elm” nəşriyyatı.
Filologiya məsələləri – №5, 2014
206
М.Кулиева
Основные принципы обучения терминологическую
лексику иностранного языка
резюме
В статье рассматривается некоторые основные принципы обучения сту-
дентам иностранного языка,особенно английского языка в высших учебных
заведениях,отмечается обучения терминологическую лексику в национальных
аудиториях резко отличается от других принципов обучения.Встатье также
рассматривается некоторые основные задачи для успешного обучения иност-
ранного языка в ВУЗ-ях:
-задачи для переводов;
-задачи по семантикам;
-сравнительные задачи;
-синонимические задачи;
-шифровые задачи и др.
Все задачи обучения реализуется студентами в аудиториях ВУЗ-ах.
M.Kouliyeva
The bazic principles training terminology
vocabulary foreign language
summary
The article examines the a few,the basic principle teaching students foreign
language especially English institutions of higher education it is noted training ter-
minology vocabulary national audience strongly differs from the other principles of
training. The article examines also the main tasks of the oak for success ful learning
Foreing language institution of higher education: -translation tasks, semantics of the
tasks,comparable tasks,sinoymes tasks,encrypted tasks.
All tasks training realizable students audiences.
Rəyçi: Həbib Mirzəyev
filologiya üzrə fəlsəfə doktoru,dosent.
Filologiya məsələləri – №5, 2014
207
VÜSALƏ BƏNNAYEVA
AAHM
vüsalə.mail.ru.
İNGİLİS DİLİNDƏ KANADİZMLƏR
Açar sözlər: ingilis lili,kanada variantı,dilçilir sistemi,terminologiya,tələffüz.
Ключевые слова: английский язык,канадский вариант,произношения.
Key words: English,variant kanadien,linguistic,pronunciation,terminogilical.
Fransız dili ilə yanaşı Kanadanın rəsmi dili olan ingilis dili əzəldən murəkkəb
bir hadisə idi. Frakokanadalilardan fərqli olaraq, ingilisdilli cəmiyyət tarixi vətənləri
Böyuk Britaniya və ingilisdilli ABŞ-la daimi hərtərəfli kontaktda və immiqrasiya
axını ilə təmasda formalaşmışdı. Anqlokanada millətinin əsası 19 əsrdə ABŞ-dan
immiqrasiya etmiş “loyalistlər” oldular.Onlar Şimali Amerikanın mustıqilliyi
uğrunda mubarizədə Britaniya ordusuna sadiq qalmış Kanadanın azad ərazilərində
məskunlaşdılar. Bəzi mutəxəssislərin fikrincə, Kanadada ingilis dilinin təşəkkul
tapıb quvvəyə minməsində onların rolu birinci dərəcəli olub. Elə həmin dövrdə
muxtəlif Britaniya dialektlərində danıçşan İngiltərə, İrlandiya, Şotlandiyadan
olan immiqrantların sayı artır ki, bu da Kanada variantında öz əksini tapır. Belə-
liklə, iki muxtəlif immiqrasiya axınının qarışması nəticəsində Kanadalıların danışıq
dilinə ingilis dilinin muxtəlif dialektlərindən -- loyalistlər, digər tərəfdən əsasən
ABŞ-ın Kanada ilə həmsərhəd olan şimal rayonlarının gətirdikləri sözlər daxil olur.
Kanadanın sonrakı inkişaf tarixi göstərir ki. 1867-ci ildə Kanadanın Böyuk
Britaniyanın dominionu olaraq qalmasına baxmayaraq, o ilk növbədə ABŞ-ın siyasi
və iqtisadi təsiri altında idi. Ərazi məskunlaşmasının xususiyyətlərini, eləcə də
siyasi, iqtisadi, sosial – mədəni xarakterli faktorları nızərə alaraq, praktiki olaraq
Kanadanı tədqiq edən butun alimlər eyni fikirdədirlər ki, öz fonetika, leksika və
orfoqafiyasına görə ingilis dilinin Kanada variantı Britaniya Oksford və Amerika
variantı arasında araliq movqe tutur. Lakin əsasən General America adlanan tələffuz
tipi ustunluk təşkil edir. İngilis dilinin Kanada variantının yayım ərazisinin dəqiq
diferensiyaya malik olmayan, variantların özəliklərinin qovuşma əazisi elan edilir,
yəni Kanada əhalisinin danışdığı ingilis dili öz normaları olan bir variantdır.
Kanada ingilis dilinin vokalizm sistemini nəzərdən keçirərək fonetik
cəhətlərin uç qrupunu ayırd edək:
1) Amerika inkişaf tendensiyasına uyğun olan fonetik cəhətlər;
2) İngilis inkişaf tendensiyasına uyğun olan fonetik cəhətlər;
3) Standartın ikili inkişafını əks etdirən fonetik cəhətlər.
Amerika dil variantında [oe] saitinin, inhilis dil variantında isə [a] saitinin iş-
lədiyi class, dance, bath kimi sözlərdə kanada tələffuzu uçun Amerika tendensiyası
daha xarakterik olur. Avisin fikrincə, məhz bu kanadaliların nitqinə tipik “amerika”
çalarını verir. Yalnız yuksək təhsil səviyyəsinə malik aunt və drama isimləri adətən
[a] ilə tələffuz olunur.
Tomato ismi amerika [ei] vurğusu ilə tələffuz olunur və bu zaman ingilis [a:]
nadir hallarda rast gəlinir.
Filologiya məsələləri – №5, 2014
208
Keçmiş zamanın shone fel forması bir çox kanadalılar tərəfindən [o:] ilə
tələffuz olunur və bu da amerika [ou:] tələffuzu ilə ziddiyyət təşkil edir.
Kanadada “z” hərfi ingiliscə [zed], amerikanca isə [zi:] adlanır.
Kanada teleffuzunde been formasina [i:] saiti, Amerika teleffuzunde de
[i:] saiti malikdir
again zerfinde ingilis normasina oxsar sekilde diftonq [ei] vurgusu altinda
teleffuz olundugu halda, ABS bu adeten [e:] altinda teleffuz edilir.
Produce isminde kanadalilarin ekseriyyeti hemcinin [o:] ile teleffuze imkan
verir, halbuki ABS - da onu [ou:] kimi teleffuz edirler.
Vase sozu amerkanca [veiz] kimi, Kanadaca [va:z] kimi teleffuz olunur
Amerika variantinda olan anti-, semi-, multi-, prefikslerini[ai] kimi teleffuz
edirler ve kanadalilarin ekseriyyeti onu ingilisce [i:] ile teleffuz edirler
Amerika variantinda olan anti-, semi-, multi- pprefikslerini [ai] kimi te-
leffuz edirler ve kanadalilarin ekseriyyeti onu ingilisce [i:] ile teleffuz edirler.
Sozlerin ikili teleffuzu : leisure [ 1 ezə ] ve ya [li:ze] kimiteleffuz olu-
nur ve neither ise [i:] saiti vey a [ai] kimi teleffuz olunaraq kanadalilar ara-
sinda tecrubeden kecir, hercend ki birinci halda coxlari [e] ingilis formasina
ustunluk verirler.
Kanada varianyinin sammit sesli sistemini oyrenerek burada ayrilma
hallarinin ehemiyyetli sekilde az olduqlarini qeyd etmek mumkundur.
“intruziv” [r] kanada teleffuzunun seciyyevi cehetidir. Meselen, khaki sozu
[ka:rki] (amer); [ka:ki] (ingilisce) kimi teleffuz olunur.
Kanadalilar eynile amerikalilar kimi [r ] sozun sonunda ve car, cart kimi
xmiamerikanca cingiltili teleffuzu Kanadada daha cox yayilmisdir ve buna gore
de, bleating (qani buraxmaq) --- bleeding (qanaxma), butter --- budder kimi
cutler demek olar ki, omofonlu ola biler. Lakin kanadalilarin təxminən yarısı bu cür
cütlərdə müxtəlif səsələri tələffüz edirlər.
Kanada variantının aksentli strukturu aydin Amerika çalarina malikdir, çunki,
diction’nary ordi’nary obli’gatory refor’matory kimi cox murekkeb sozlerin kanada
variantinda adeten sekilcide saniyelik vurgusu musahide olundugu halda ingilisce
teleffuzde vurgu bu sozlerin kokune dusur ve hecalar soz qurulusunu ehemiyyetli
sekilde sadelesdirerek birlesir.
Ingilis ve amerika tələffuz variantinin nufuzu məsələsinin oyrənilməsinə həsr
olunan sosiolinvistik tedqiqatlarinin məlumatlarina istinad edərək news, dew.
Tinestudent kimi sozlere alvolyar samiten sonra amerikada [u:] telefuzzunun ingilis
[ju] teleffuzune cavab verdiyini qeyd etmek mumkundur. Bu zaman ingilis normasi
kanada da boyuk nufuza malik olur ve burada suit sozu istisna olunur, bele ki, onun
suallara cavab sekilinde olan 83% informantlarini [u] kimi teleffuz edirler
Avisin qeyd etdiyi kimi , bu sozlerin monoftonq ile teleffuzu daha cox daha
asagi medeni seviyyeli danisanlara musahide olunurdu / bu zaman nufuz [ju] moon
, noon ,too kimi sozlerin teleffuzune samil olunmasinin neticesi olurdu. Ontariode
duke [duk], news [nuz], kimi tələffuzlər bir cox dasiyicilar tərəfinden “gozəl ol-
mayan hal” (intelegant) kimi qiymətləndirilirdi.
Dilin bu və ya digər milli variantinin linqvistik özəlliklerinin öyrənilməsi
onun digər variantlarla hansi sinxron nisbətdə olmasi sualin cavabi ile yanasi, onun
fərqliliyinin necə formalasmasi,divergensiyasininhansi seviyyəsinə catmasi,onu
Filologiya məsələləri – №5, 2014
209
ozellesdiren hemin differensiya prosseslerinin inkisaf tempinin nece olmasi suallari-
na cavab vermelidir. Bu haqda az-cox deqiq tesevvurleri U.Avisin lugetinden almaq
olar. Burada Kanada ucun xarakterik olan 10600 leksik vahid toplanmisdirki , onla-
rin onlarin bir qismi leksik variantdir. Ilk fiksasiya vaxti hele mueyyenlesdirilmeyen
kanadizmler vardir. Leksik kanadizmlerin muyyen qurupunu nezerden qoysaq,
yerde qalan 9153 vahid yaranma dovrune gore asagidaki kimi paylasila biler XVll
esr -26 [0,3%], XVll esr – 142 [1,5%] , XVll esr -1124[12.3%] XlX esr -
3340[36,5%] 1900-1965 ci iller 4521 [49,4%]
XVl esr. Ingilis dili kanadalilarin kanadada ilk meskunlasma dovrudur,lakin onlar
bura esrin son on ilinde xeyli derecede gelmeye basladilar (ingilislerin kanadada ilk
resmi torpagi 1853-cu ilde nyufaundlend adasi oldu). Yeni heyat seraiti dilin deyismis
gercekliye uygunlasmasini teleb edirdi , buna gore de dildeki ilk innovasiyalar, çox da
olmasa da artiq bu dövrdə qeyd olunur.XVI əsrin 26 kanadizmindən 10-u başqa
dillərdən alınma idi: aborigen eskimoslardan [ kayak, oomiak – deri eskimos qayigi,
tupek – deriden olan yay alacigi, atigi – deriden tikilen xez terefi iceri olan alt koyneyi],
caribou – maral – karibu fransiz dilinden – daha ilkin kanada immiqrasiyasi [ cache –
xususi erzaq, xez ve diger emtee ambari, buff – Kvebek eyaletinin 48 ve 51 derece arasi
simal enine muvafiq gelen hissesi] ve s.
İngilis mənşəli vahidlər arasında – mənaları xüsusiləşdirilən sözlər, məsələn sled
Bİ “xizək” – Kİ “it nartası”, rat Bİ “siçovul” – Kİ “ondatra” . Bəzi kanadizmlər
ümumingilis dilində başqa cür adlandırılan obyektləri işarə etmək üçündür, məsələn Bİ
– aok – Kİ penguin, Bİ – float, buoy – Kİ floater, Bİ blackcock, black grouse – Kİ
partridge. Digər hallarda adlar nominativ xarakterli dayanıqlı söz birləşmələri şəklində
yaradılır, məsələn: black fox “şimali Amerika qırmızı tülküsünün nadir rast gəlinən
qara rəngli növü”, cat of mountain” vaşaq”, Eskimo dog “eskimosların qoşquda
işlətdikləri Canis familiaris borealis it cinsi”, sea unicorn ( zool ) “narval” və s.
XVII əsrdə kanadizmlər arasında qədim ingilis vahidlərinin semantik şəkil-
dəyişməsi olan bir neçə fel yaranmışdı: məsələn , ingilis fellərinin Kanada mənası
track – uzun qamçı ilə qayıq və ya barja dartmaq, shoot – qayıqda (sal üzərində) ça-
yın üzərində iti axan yeri ilə üzmək , raft – sal üstündə üzmək, pitch – bir dayana-
caq yerindən digərinə getmək, trade – xəzi başqa əmtəə növlərinə dəyişmək, rind –
ağacı qabığından təmizləmək və pack – xəzləri göndərmək üçün taylara pressləyib
ylğmaq”.
Kanadizmlər arasında bir neçə sifət də qeyd olunmuşdur: rotten – köhnə, mə-
saməli, buz, staget - ən pis (keyfiyyəinə görə) və s.
Birsözlü kanadizmlər əvvəldə flora və fauna , geyim əşyaları , yer-
dəyişmə vasitələri, reylef və coğrafi mühit xüsusiyyətləri , kulinariya terminləri,
tikililərin adları və s. tematik qrupların sırasını artirmışdır. Eyni zamanda
kanadizmlərin cımləşdiyi yeni sferalar yarandı.
a) Peşə adlari: furrier – xəzli heyvan ovçusu, Northman – qışlamağa gedən
ovçu, sealer – suiti ovçusu, trader xəz alverçisi;
b) Vəzifə şəxslərinin adları: agent – hinduların işi üzrə dövlət məmuru,
governor – faktoriya rəisi, master – xəz kampaniyasının böyük qulluqçusu;
Filologiya məsələləri – №5, 2014
210
c) Buz və qar növləri: barricade – çay sahilində buz yığını, candles – buz
səthinin əriməsindən əmələ gələn buz sütuncuqları, crust – xarlamış qar , yam –
çayın eni boyu buz yığını, pan – üzən buz parçası;
d) Sakinlərin yaşayış yerlərinə və ya mənşəyinə görə adlandırılması:
Mountaineer – Şərqi Kvebekdən və ya Labradordan olan hindular, French –
frankokanadalılar , settler – yeni köçmüş və s.
Ovçu təsərrüfatının inkişafı aşağıda göstırilən kanadizmlərdə, məsələn,
ovçu əslahələrinin adlarında əks olunub: collar, deadfall, hap, slip, stopper.
XIX əsr boyu meydana gələn İngilis mənşəli kanadizmlər ilin əsas
leksik artım kütləsini – 2941 vahid ( 88.8%) təşkil etmişdi. Onlardan 1200 söz ,
çox vaxt ilkin mənası kənarlaşdıran sözlərdir: snow – gecyetişən alma növü,
packer – yükdaşıyan, bag – pellikan üçün dəri kisə , rye – çovdar viskisi, dust –
qızıl qum, leader – qoşquda başcı it. Onlar mövcud tematik qruplan
genişləndirməkdədir. Məsələn , faunanı işarə edən sözlər qrupuna 32 vahid ,
floraya – 17 , yerdəyişmə vasitələri – 22 , tikililər – 15 , əmək alətləri – 15 və s.
Bu dövrdə kanadizmlərlə zənginləşməyə ehtiyacı olan yeni tematik qruplar
yarandı.
a) Fəaliyyət növlərinin adları ( 20 vahid: bronco – brusting – vəhşi atın
təlimi , fur – hunting – xəzli heyvanların tələ ilə tutulması , portaging - yükün bir
çaydan digərinə daşınması);
b) Siyasi terminlər: Confederation – yeddi əyalətin Kanada domiona
birləşdirilməsi, confederate, Confederationist – konfederasiya tərəfdarı;
c) Idman ( 10 vahid ): rugby, puck, hockeyist, defenseman;
d) Maarif sahəsinə aid olan terminlər: collegiate – orta məktəb növü,
trustee – məktəb şurasının üzvü;
e) Qızılaxtarma : colo(u)r – suxurda qızıl izləri, dust – qızıl qum, gold –
hunter qızıl axtaran, wasing – bir yuma ərzində olunmuş qızılın miqdarı, pay –
grave tərkibində qızıl olan qraviy, Klondiker stampeder – Klondaykda qızıl
həyacanının iştirakçısı və s.
Vəzifəli şəxs adları qrupu zənginləşirdi: (14 vahid): road master – yol
təsərrufatına görə məhsul olan bələdiyyə üzvü , bencher – seçkili məhkəmə
iclasçısı , reeve – kənd burqomistrı, warden – tikinti üçün torpaqların ayrılması ilə
məşğul olan kompaniya qulluqçusu. XIX əsrdə 1734 nominative mənalı dayanıqlı
söz birləşmələri yaranmışdır. Tematik olaraq onlar bir sözlu kanadizmlərin aid
olduqları qruplara bölünmüşlər. Beləliklə , Kanada flora nümayəndələrinin – 54 ,
faunanın – 50 , geyim əşyalarının - 15 və s. aid olduqları qruplara daxil olmuşlar.
Ölkədə yol tikintisinin genişlənməsi ilə əlaqədar bu sahədə bir sıra yerli terminlər
meydana gəlir: bush road, cross road , corduroy road , road camp , road grader ,
railway town , railway village. Kanadada dil inkişafının bu dövrdə xarakter cəhəti
idman lüğətinin kəskin genişlənməsi olub (67 yeni kanadizm), həmçinin slenqlərdən
alınmaların güclənməsi (128vahid). Bu dövrün professional kanadizmləri 184 vahid
təşkil edir.
Filologiya məsələləri – №5, 2014
211
Ədəbiyyat
1. Бруннер К.История английского язьıка. M., 1956
2. Avis W.S The English language in Canada (Current trends in linguistics)
3. Англо – русский лингвострановедцеский словар-Американа
4. Mencken H.L the American language An inquiry into the development of
English in the United States. New York 1657
5. Щустилова И.И., Ошепкова В.В. Кратий англо – русский
линглвострановедческий словарь: Великобритания, США, Канада,
Дрофа., 2006
6. Ощелкова В.В Язык и культура Великобритании, США, Каналы,
Австралии, Новой Зелландии. ГЛОССА – Каро, 2004
7. Антрушина Г.Б., Афанасьвеа О.В., Морозова Н.Н., Лексикология
английского языка., Дрофа., 1999
V.Bannayeva
Some notes on the main peculiarities of Canadion variant of the English language
Summary
Though, On the whole , Canadian English is combined withtrdition of Bitish
and American variants of the English language it is characterized by its own
peculiarities in phonetics, grammar, vocabulary and spelling rules. The present
articleis dedicated to the problem of revealing of these peculiarities.The article is
dealing with the ways of terminologicale canadiens expression en English and
Azerbaijan.It is stated in the article be terminogolical Canadien the productivity
consideration and the are compared dut to formation parts of speech.
В.Баннаева.
Некоторые заметки об использование английских слов канадского варианта в
современном лингвистике
Резюме
В статье рассматривается исползование английских слов канадского ва-
рианта в современном лингвистике их роль и значение в простых и сложных
предложениях,а также исследуется их место назначения в части речи в
английском терминологическом системе.В данной статье также анализируется
ударение и произношение английских слов Канадского произношение,их ис-
пользования в современной лингвистике. Роль и значение английских слов
происхождения в фонотическом системе является основным фактором лин-
гвистике в совремнном этапе.
Rəyçi: Rəfiq Cəfərov
filologiya elmləri namizədi, dosent
Filologiya məsələləri – №5, 2014
212
Dostları ilə paylaş: |