Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

                                                                                               MAHİRƏ QULİYEVA 

       AAHM                          

     


mahirə.mail.ru 

 

XARİCİ DİL ÜZRƏ TERMİNOLOJİ LEKSİKASININ ÖYRƏDİLMƏSİNİN 

ƏSAS PRİNSİPLƏRİ 

 

Açar sözlər:   ingilis dili,terminoloji leksika,azərbaycan dili,dilçilik. 

Ключевые слова;  английский язык,терминологическая лексика, 

азербайджанский язык,лингвистика. 



Key words:  azerbaijany, linguistics, terminology lexicon, englais. 

 

Dilçilik ədəbiyyatında sübut edilmişdir ki, yeni yaranan sözlərin və termino-



loci lüğətin 80%-i sahə terminologiyasına aiddir. Şübhəsiz ki, milli auditoriyaların 

ilk kurslarında təlim prosesinin düzgün və  səmərəli aparılması üçün tələbələrin 

seçmiş olduqları ixtisas üzrə yeni yaranmış söz və terminləri bilməli, onların məna 

açımına yiyələnməli və yeri gəldikcə ümumidilçilik baxımından onları cümlədə 

işlətməyi bacarmalıdırlar. Terminoloci xarakter daşıyan yeni sözlərin (hər hansı bir 

sahəyə mənsub olmasından asılı olmayaraq) tələbələrə çatdırılması və öyrədilməsi 

üçün tapşırıqların üstün cəhətlərini qeyd etməmək olmaz. İndi isə aşağıda termino-

loci leksikasının öyrədilməsi üçün tapşırıqların növləri və onların metodiki əhəmiy-

yəti haqqında bəzi fikirlərimizi qeyd edək: 1. Əyani öyrədici tapşırıqlar. Bu növ 

tapşırıqların əhəmiyyəti və rolu ondan ibarətdir ki, yeni yaranma aparatı və ya hər 

hansı bir terminologiyanı tələbələrə əyani olaraq nümayiş etdirərək və ona verilən 

məfhumu tələbələrə çatdırılır.Məfhum mənşə dildə necə səslənirsə, eləcə də tələffüz 

olunur və ana dilində onun qarşılığı axtarılır. Məsələn: «dedektor»-u tələbələrə nü-

mayiş etdirməklə yanaşı, ona aid yeni yaranmış  məfhum və söz birləşmələrini 

fikirləşib axtarmalı olurlar. 

Dedektor  və onun törəmələri: 

noist dedektor – qaldırıcı dedector 

diod dedektor – led dedektor 

katod dedektor- catodes dedector 

kuproks dedektor- kuproks dedector 

xətti dedektor – linear dedector 

güclü dedektor - poewerful dedector 

nisbət dedektor – nis dedector 

zirvə dedektor –the peak dedector 

yarımkeçirici dedektor – semiconductor dedector 

sinxron dedektor – simultaneous dedector 

dedektor lampalı – dedector lamp 

dedektor pilləsi – level dedector 

2. Terminlərin düzgün quruluşu üzrə tapşırıqlar. Bu növ tapşırıqların məqsədi 

hər hansı bir model və ya aparatı tələbələrə göstərməklə yanaşı ona, yəni modelə aid 

terminlərin siyahısı verilir. Tələbə isə fikirləşməli və terminləri elə düzməlidir ki, 

onun quruluşu məfhumun məzmununu düzgün ifadə edə bilsin. Bu növ tapşırlar 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



203

adətən çoxsözlü terminlərə aid edilməlidir. Məsələn: «qurğu, məlumat, işləmə» 

sözləri tələbələrə çatdırılır. Tələbə fikirləşərək məfhumun düzgün alınması üçün: 

- məlumatların işlənmə qurğusu çoxsözlü terminini söyləyir və yaxud: yer, 

şüalanma, effektiv sözlər tələbələrə çatdırılır; 

- yerin effektiv şüalanması termini yaradılır; 

- aeroşəkillərin xəritə ilə əlaqələndirilməsi; 

- analoq kod dəyişdiricisi; 

- aralıq infra-qırmızı diapazon terminlər yaradılır. 

Təcrübə göstərir ki, əyani xarakter daşıyan tapşırıqlar yaradıcı xarakter 

daşıyır, tələbələrin dünyagörüşünü artırmaqla yanaşı, onların öz ixtisaslarını 

hərtərəfli və dərindən öyrənməyə imkan verir. 

3. Tərcümə üzrə tapşırıqlar. Bu növ tapşırıqlar adətən qrammatik xarakter 

daşıyır, belə ki, çoxkomponentli terminlərin siyahısı verilməklə yanaşı, müəllim 

tələbələrə hansı şəkilçilərin işlənmə ehtimalını da onlara şifahi və ya yazılı şəkildə 

çatdırır. Belə növ tapşırıqlarda tələbələr həm xarici dildən, həm də ana dilindən 

terminlərin morfoloci quruluşunu tənzim etməklə yanaşı, belə növ çoxkomponentli 

texniki terminlərdə məna çalarlığının incəliklərinə yiyələnirlər. 

4. Semantik tapşırıqlar. Müəllim lövhədə tələbələr üçün belə bir sxem çəkir: 

2-elektrodlu 

elektron lampa 

3-elektrodlu 

elektron lampa 

4-elektrodlu 

elektron lampa 

5-elektrodlu 

elektron lampa 

 

 



 

 

Müəllim mötərizə açmaqla orada həmin elektron lampaların adlarını xarici 



dildə yazmağı tələbələrə tapşırır. Öz ixtisasına dərindən yiyələnmiş tələbə yəqin ki, 

mötərizələrdə aşağıdakı terminləri yazacaqdır.Sonra müəllim texniki biliklərin əsa-

sında tapşırığın həcmini daha da genişləndirərək, həmin elektron lampaların hansı 

məna daşımalarını xarici dildə yazmaqla yanaşı, sxemdə göstərmələrini tapşırır. 

Tələbələr ani fikirləşdikdən sonra belə bir sxem çəkirlər: 

 

2-elektrodlu 



elektron lampa 

3-elektrodlu 

elektron lampa 

4-elektrodlu 

elektron lampa 

5-elektrodlu 

elektron lampa 

Katod və anodu olan 

elektron lampa 

İdarəedici setka, 

anod və katodu olan 

elektron lampa 

Ekran, idarəedici set-

kaları, anod və katodu 

olan elektron lampa 

Müdafiə, ekran, ida-

rəedici, anod və kato-

du olan elektron lam-

pa 

5. Müqayisə tapşırıqları. Müqayisə xarakteri daşıyan bu növ tapşırıqların 



məqsədi ayrı-ayrı terminlərin müxtəlif məna çalarlığına malik olmanın aydınlaş-

dırılmasıdır. Məsələn: elə növ terminlər də vardır ki, bunlar müxtəlif sahələrdə eyni 

məna yox, o sahənin özünə görə  məna daşıyırlar. Belə növ terminləri tələbələrə 

yazdırmaqla, onların müxtəlif məna çalarlığına malik olmalarını  və göstərməyi 

onlara tapşırır. 

6. Sinonimik tapşırıqlar. Bu növ tapşırıqlarda müəllim çalışmalıdır ki, tələbə 

eyni məna daşıyan, ancaq müxtəlif  şəkillərdə  işlənən terminlərin tapılmasını 

fikirləşsin. Düzdür, söz ehtiyatı  zəif olan tələbə bu tapşırığı yerinə yetirməkdə 

çətinlik çəkəcək, onun həll edilməsinə uzun müddət vaxt sərf edəcəkdir. Belə 

məqamda müəllim tələbələrə  fərdi yanaşmalı  və onları lazımi  ədəbiyyatla təmin 

etməlidir ki, tələbələr ədəbiyyat üzərində işləmək iqtidarında olsunlar. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



204

7.  Şifrlənmiş terminlərin açılması üzrə tapşırıqlar. Bu növ tapşırıqları ver-

məkdə  məqsəd tələbələrdə öz ixtisaslarına aid bilikləri inkişaf etdirmək və  həmin 

terminləri mənşə dildə necə  işlənməsi və dilimizə hansı yolla gəlməsini aydınlaş-

dırmaqdır. Məsələn: «LAZER» terminini bir çox tələbələr alim, yəni həmin şüanın 

yaradanın adı kimi başa düşürlər. Müəllim həmin terminin baş  hərflərini lövhədə 

yazır. 

İngilis dilində həmin terminin açılışı belədir: 



Light amplification by stimulated emission of radiation. 

Azərbaycan dilində tərcüməsi: 



Kənar təsirli şüaların köməyi ilə işığın gücləndirilməsi. 

Sonra müəllim tələbələrə belə bir tapşırıq verir: Azərbaycan və ingilis 

dillərində hansı sözlər bir-birini tamamlayır. Çox da çətin olmayan bu tapşırğı 

tələbələr belə izah edirlər: 

-  kənar- emission,edge  

-   ilə - by,with 

-   kömək – stimulated,help 

-   Işıq - ligth 

-  Şüa – radiation,beam  

-  gücləndirici- amplification 

Sonra lazım gələrsə  tələbələr «LAZER» terminin texniki xarakteristikasını 

verirlər. Didaktikanın sadədən mürəkkəbə prinsipinə əsasən, asan modellərdən baş-

layıb çətinə gəlmək lazımdır. Qrammatik çalışmalar maqnitafon lentinə belə sxem 

üzrə yazılır. Əvvəlcə lentə çalışırmanın şərti, ona aid bir nümunə və bundan sonra 

fasilələr qoyulur. Fasilələr çalışmanın xarakterindən asılı olaraq uzun və qısa ola bi-

lər. icra olunmuş çalışmanı yoxlamaq üçün maqnitafon lentinə diktor mətni yazılır. 

Qrammatik qaydalar texniki vasitələri ilə  tədris edildikdə  və  təkrarlanıb möhkəm-

ləndirildikdə  tələbələr həmin materialı gec unudurlar. Dilin öyrədilməsi prosesini 

intensivləşdirmək tələbələrin şifahi nitqini inkişaf etdirməkdən ötrü valqaldırandan, 

maqnitafondan, diafiom və kino-filmlərdən istifadə etmək təxirəsalınmaz bir və-

zifədir. Adı çəkilən bu vasitələr dərsdə dil mühiti yaradır, tələbələrdə dilin öyrənil-

məsinə maraq oyadır və müəllimin işini bir növ yüngülləşdirir.1. Valqaldıran. Təli-

min texniki vasitələri ilə  işləmək  üçün tələbələrdən ötrü ən asan valqaldırandır. 

Şifahi nitqi inkişaf etdirmək məqsədilə valqaldırandan tədrisin aşağı mərhələsində 

daşa çox istifadə etmək lazımdır.vallarda  şifahi nitqi inkişaf etdirmək məqsədilə 

rəngarəng dialoqlar və şifahi nitq mətnləri lazımdır. Bu dialoqları müəllim bir neçə 

dəfə  səsləşdirdikdən sonra, orada tələbələrə  məlum olmaayn yeni sözləri lövhədə 

yazır və onların da yazmasını tələb edir. Şifahi nitqin inkişafının təməlini müəllim 

əvvəl valqaldıran la, sonra başqa texniki təlim vasitələri ilə möhkəmləndirir. 

2. Maqnitafon. Xarici dilin təlimində maqnitafondan istifalə üsulundan da-

nışarkən qeyd etmək lazımdır ki, həmin aparatdan təlim işində düzgün istifadə edil-

mədikdə dərsə verilən vaxtın çoxu hədər gedir və maqnitafon nəinki xeyir verir, ək-

sinə təlim işini pozur. Məllim maqnitafondan düzgün və yerində istifadə etdikdə isə 

həmin apparat tələbələrin şifahi nitqini inkişaf etdirməklə bərabər müəllimin öz us-

talığını da artırır.Maqnitafondan xarici dilin tədrisində aşağıdakı məqsədlər üçün is-

tifadə etmək yaxşı nəticə verir. Maqnitafon lentinə yazılan materialın məzmunu elə 

olmalıdır ki, tələbələr onu eşitdikdədə materiala həvəslə qulaq assınlar. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



205

Şifahi  nitqi inkişaf etdirmək üçün maqnitafonla aşağıdakı  iş formalarından 

istifadə etmək lazımdır.Eşitmək bacarıq və  vərdişlərinin yaradılması pisxoloq və 

metodistlərin diqqətini cəlb etmişdir. Psixoloqlar eksperimental laboratoriya işlərilə 

sübut etmişlər ki, xarici dildə  eşitmə danışma üçün zəmin yaradır. Tədrisin ilk 

mərhələsində verilən çalışmalar tələbələrdə  eşidib anlama vərdişini inkişaf et-

dirməyə xidmət etməlidir. Azərbaycan məktəbləri üçün yazılmış dərslikdərdə maq-

nitafonla çalışma işi aparmaq daha faydalıdır. Bu çalışmalardan bəzi müəllimlər 

vaxtlı-vaxtında istifadə etmirlər. Ona görə də məktəbi qurtaran kənclərin nitqi, eşi-

dib anlama vərdişləri lazımi dərəcədə inkişaf etmir və bunun təsiri ali məktəbdə də 

özünü göstərir. Xarici dili eşidib anlama, kinofilm, kompyüter texnikası nümayiş 

etdirilən zaman da aşılana bilər.Xarici dilin tədrisində yazı, dilin başqa aspektləri ilə 

şifahi nitqi inkişaf etdirmək üçn üzvi surətdə bağlıdır. Psixoloqlar sübut etmişlər ki, 

yazı  şifahi nitqin təməlini qoyur. Ona görə  də yazılı çalışmalara tədrisdə çox yer 

vermək məsləhətdir. Yazı təlimini maqnitafonun köməyi ilə aşağıdakı çalışmalarla  

aparmaq olar: 

- xarici dildə  eşitdiyini dəftərə yazdırmaq. Belə yazı sadə  və mürəkkəb ola 

bilər; 


- hərf birləşmələrinin altından xətt çəkmək; 

- cümlələrdəki mürəkkəb sözlərin altından xətt çəkmək; 

- maqnitafonda eşidilən mətnə aid sual-cavab yazmaq; 

- eşidilən mətnə aid plan yazmaq. 

Maqnitafonala leksik çalışma növündən də istifadə etmək olar: 

- söz və söz birləşmələrini yazmaq; 

- yeni öyrənilmiş söz və söz birləşmələrini situasiyada vermək; 

- boş buraxılmış yerə lazımi sözlərin yazılması. Diktor cümləni axıra qədər 

oxumur, yarımçıq qalan hissəsini tələbələr tamamlayırlar. Sonra tamamlanmış 

cümlə oxunur; 

- ev tapşırığı üçün veriləcək söz və söz birləşməsinin maqnitafon lentinə 

yazılması; 

- müəyyən mövzu ətrafında söhbət aparmaq. Yazılan suallar oxunun və onlara 

cavab verilir; 

- «açar» sözlərlə cümlə düzəltmək və bu nümunələri lentə yazdırıb sonra 

oxutdurmaq. 

Hər bir təsvir tələbələrə xarici dildən bu və ya digər qaydanı öyrətmək, yaxud 

təkrarlamaq məqsədi daşımalıdır. Xarici dilin tədrisində belə mühüm əhəmiyyət 

kəsb edən texniki vasitələrdən hər bir xarici dil müəllimi istifadə etməlidir. 

 

 



Ədəbiyyat: 

 

1.  T.Haciyev:Azərbaycan ədəbi dil tareixi.ADU nəşriyyatı,1976. 



2. T.Abbasquliyev:Azərbaycan və ingilis dillərində atalar sözləri.”Elm”     

nəşriyyatı.Bakı 1981 il. 

3.O.Musayev: İngilis dilinin grammatikası.Bakı 1979 il.səh.219. 

4.İ.Rəhimov.İngilis dilinin praktik grammatikası.Bakı.1966.”Elm” nəşriyyatı. 

 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



206

 

         М.Кулиева                            



Основные принципы обучения терминологическую 

лексику иностранного языка 

резюме 

 

В статье рассматривается некоторые основные принципы обучения сту-



дентам  иностранного  языка,особенно  английского  языка  в  высших  учебных 

заведениях,отмечается обучения терминологическую лексику в национальных 

аудиториях  резко  отличается  от  других  принципов  обучения.Встатье  также 

рассматривается некоторые основные задачи для успешного обучения иност-

ранного языка в ВУЗ-ях: 

 -задачи для переводов; 

 -задачи по семантикам; 

 -сравнительные задачи; 

 -синонимические задачи; 

 -шифровые задачи и др. 

Все задачи обучения реализуется студентами в аудиториях ВУЗ-ах. 

                         

M.Kouliyeva         

The bazic principles training terminology 

vocabulary foreign language 

summary 


 

       The  article  examines  the  a  few,the basic principle teaching students foreign 

language especially English institutions of higher education it is noted training ter-

minology vocabulary national audience strongly differs from the other principles of 

training. The article examines also the main tasks of the oak for success ful learning 

Foreing language institution of higher education: -translation tasks, semantics of the 

tasks,comparable tasks,sinoymes tasks,encrypted tasks. 

 

All tasks training realizable students audiences. 



 

Rəyçi:                       Həbib Mirzəyev 

                     filologiya üzrə fəlsəfə doktoru,dosent. 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



207

VÜSALƏ BƏNNAYEVA                          

AAHM 


vüsalə.mail.ru. 

 

İNGİLİS DİLİNDƏ KANADİZMLƏR 

 

Açar sözlər: ingilis lili,kanada variantı,dilçilir sistemi,terminologiya,tələffüz. 



Ключевые слова: английский язык,канадский вариант,произношения. 

Key words: English,variant kanadien,linguistic,pronunciation,terminogilical. 

 

Fransız dili ilə yanaşı Kanadanın rəsmi dili olan ingilis dili əzəldən murəkkəb 



bir hadisə idi. Frakokanadalilardan fərqli olaraq, ingilisdilli cəmiyyət tarixi vətənləri 

Böyuk Britaniya və ingilisdilli ABŞ-la daimi hərtərəfli kontaktda və immiqrasiya 

axını ilə təmasda formalaşmışdı. Anqlokanada millətinin əsası  19  əsrdə ABŞ-dan 

immiqrasiya etmiş “loyalistlər” oldular.Onlar Şimali Amerikanın mustıqilliyi 

uğrunda mubarizədə Britaniya ordusuna sadiq qalmış Kanadanın azad ərazilərində 

məskunlaşdılar. Bəzi mutəxəssislərin fikrincə, Kanadada ingilis dilinin təşəkkul 

tapıb quvvəyə minməsində onların rolu birinci dərəcəli olub. Elə  həmin dövrdə 

muxtəlif Britaniya dialektlərində danıçşan  İngiltərə,  İrlandiya,  Şotlandiyadan  

olan immiqrantların sayı artır ki,  bu da  Kanada variantında öz əksini tapır. Belə-

liklə, iki muxtəlif immiqrasiya axınının qarışması nəticəsində Kanadalıların danışıq 

dilinə ingilis dilinin muxtəlif dialektlərindən --  loyalistlər,  digər tərəfdən  əsasən 

ABŞ-ın Kanada ilə həmsərhəd olan şimal rayonlarının gətirdikləri sözlər daxil olur. 

Kanadanın sonrakı inkişaf tarixi göstərir ki. 1867-ci ildə Kanadanın Böyuk 

Britaniyanın dominionu olaraq qalmasına baxmayaraq, o ilk növbədə ABŞ-ın siyasi 

və iqtisadi təsiri altında idi. Ərazi məskunlaşmasının xususiyyətlərini, eləcə  də 

siyasi, iqtisadi, sosial – mədəni xarakterli faktorları  nızərə alaraq, praktiki olaraq 

Kanadanı  tədqiq edən butun alimlər eyni fikirdədirlər ki, öz fonetika, leksika və 

orfoqafiyasına görə ingilis dilinin Kanada variantı Britaniya Oksford və Amerika 

variantı arasında araliq movqe tutur. Lakin əsasən General America adlanan tələffuz 

tipi ustunluk təşkil edir. İngilis dilinin Kanada variantının yayım  ərazisinin dəqiq 

diferensiyaya malik olmayan,  variantların özəliklərinin qovuşma əazisi elan edilir, 

yəni Kanada əhalisinin danışdığı ingilis dili öz normaları olan bir variantdır. 

 Kanada ingilis dilinin vokalizm sistemini nəzərdən  keçirərək fonetik 

cəhətlərin uç qrupunu ayırd edək: 

1)  Amerika inkişaf tendensiyasına uyğun olan fonetik cəhətlər; 

2)  İngilis inkişaf tendensiyasına uyğun olan  fonetik cəhətlər; 

3)  Standartın ikili inkişafını əks etdirən fonetik cəhətlər. 

 Amerika dil variantında  [oe] saitinin, inhilis dil variantında isə [a] saitinin iş-

lədiyi class, dance, bath kimi sözlərdə kanada tələffuzu uçun Amerika tendensiyası 

daha xarakterik olur. Avisin fikrincə, məhz bu kanadaliların nitqinə tipik  “amerika”  

çalarını verir. Yalnız yuksək təhsil səviyyəsinə malik aunt və drama isimləri adətən  

[a] ilə tələffuz olunur. 

Tomato ismi amerika [ei] vurğusu ilə tələffuz olunur və bu zaman ingilis [a:] 

nadir hallarda rast gəlinir.   



 

Filologiya  məsələləri – №5, 2014

 

 



208

Keçmiş zamanın shone fel forması bir çox kanadalılar tərəfindən [o:] ilə 

tələffuz olunur və bu da amerika [ou:] tələffuzu ilə ziddiyyət təşkil edir. 

Kanadada  “z”  hərfi  ingiliscə [zed], amerikanca isə [zi:] adlanır. 

Kanada   teleffuzunde  been  formasina  [i:]  saiti, Amerika teleffuzunde  de 

[i:] saiti malikdir 

again  zerfinde ingilis normasina oxsar sekilde diftonq  [ei]  vurgusu altinda 

teleffuz olundugu halda,  ABS  bu adeten   [e:]  altinda teleffuz edilir. 

Produce  isminde kanadalilarin ekseriyyeti hemcinin  [o:]  ile teleffuze imkan 

verir, halbuki  ABS  - da onu  [ou:]  kimi teleffuz edirler.  

Vase sozu amerkanca [veiz] kimi, Kanadaca [va:z] kimi teleffuz olunur  

Amerika variantinda olan anti-, semi-, multi-, prefikslerini[ai] kimi teleffuz 

edirler  ve kanadalilarin ekseriyyeti onu ingilisce [i:] ile teleffuz edirler                                               

Amerika  variantinda  olan   anti-,   semi-,   multi-   pprefikslerini   [ai]  kimi te-

leffuz  edirler  ve  kanadalilarin  ekseriyyeti  onu  ingilisce  [i:]  ile  teleffuz edirler. 

 Sozlerin  ikili  teleffuzu : leisure   [ 1 ezə ]   ve  ya   [li:ze]   kimiteleffuz  olu-

nur  ve  neither  ise   [i:]   saiti  vey a   [ai]   kimi teleffuz olunaraq  kanadalilar  ara-

sinda tecrubeden  kecir,   hercend ki  birinci halda  coxlari   [e]   ingilis formasina 

ustunluk verirler. 

 Kanada  varianyinin  sammit  sesli  sistemini  oyrenerek  burada  ayrilma   

hallarinin   ehemiyyetli  sekilde  az  olduqlarini  qeyd  etmek   mumkundur. 

“intruziv”   [r] kanada teleffuzunun seciyyevi cehetidir.  Meselen,  khaki  sozu  

[ka:rki]   (amer);  [ka:ki] (ingilisce)  kimi teleffuz olunur. 

Kanadalilar eynile amerikalilar  kimi  [r ]  sozun sonunda ve  car, cart kimi 

xmiamerikanca  cingiltili teleffuzu  Kanadada daha cox yayilmisdir ve buna gore 

de, bleating  (qani buraxmaq)  ---  bleeding  (qanaxma),  butter --- budder kimi  

cutler demek olar ki, omofonlu ola biler. Lakin kanadalilarin təxminən yarısı bu cür 

cütlərdə müxtəlif səsələri  tələffüz edirlər. 

 Kanada variantının aksentli strukturu aydin Amerika çalarina malikdir, çunki, 

diction’nary ordi’nary  obli’gatory refor’matory kimi cox murekkeb sozlerin kanada 

variantinda adeten sekilcide saniyelik vurgusu musahide olundugu halda ingilisce 

teleffuzde vurgu bu sozlerin kokune dusur  ve hecalar soz qurulusunu ehemiyyetli 

sekilde sadelesdirerek birlesir. 

Ingilis ve amerika tələffuz variantinin nufuzu məsələsinin oyrənilməsinə  həsr 

olunan sosiolinvistik tedqiqatlarinin məlumatlarina istinad edərək news, dew. 

Tinestudent kimi sozlere alvolyar samiten sonra amerikada [u:] telefuzzunun ingilis 

[ju] teleffuzune cavab verdiyini qeyd etmek mumkundur. Bu zaman ingilis normasi 

kanada da  boyuk nufuza malik olur ve burada suit sozu istisna olunur, bele ki, onun 

suallara cavab sekilinde olan 83% informantlarini [u] kimi teleffuz edirler  

Avisin qeyd etdiyi kimi , bu sozlerin monoftonq ile teleffuzu daha cox daha 

asagi medeni seviyyeli danisanlara musahide olunurdu / bu zaman nufuz [ju]  moon 

, noon ,too kimi sozlerin teleffuzune samil olunmasinin neticesi olurdu. Ontariode 

duke  [duk], news [nuz], kimi tələffuzlər bir cox dasiyicilar tərəfinden “gozəl ol-

mayan hal” (intelegant) kimi qiymətləndirilirdi. 

 Dilin bu və ya digər milli variantinin linqvistik özəlliklerinin öyrənilməsi 

onun digər variantlarla hansi sinxron nisbətdə olmasi sualin cavabi ile yanasi, onun 

fərqliliyinin necə formalasmasi,divergensiyasininhansi seviyyəsinə  catmasi,onu 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



209

ozellesdiren hemin differensiya prosseslerinin inkisaf tempinin nece olmasi suallari-

na cavab vermelidir. Bu haqda az-cox deqiq tesevvurleri U.Avisin lugetinden almaq 

olar. Burada Kanada ucun xarakterik olan 10600 leksik vahid toplanmisdirki , onla-

rin onlarin bir qismi leksik variantdir. Ilk fiksasiya vaxti hele mueyyenlesdirilmeyen 

kanadizmler vardir. Leksik kanadizmlerin muyyen qurupunu nezerden qoysaq, 

yerde qalan 9153  vahid yaranma dovrune gore asagidaki kimi paylasila biler XVll 

esr -26 [0,3%], XVll esr – 142 [1,5%] , XVll esr -1124[12.3%] XlX esr -

3340[36,5%] 1900-1965 ci iller 4521 [49,4%]   

XVl esr. Ingilis dili kanadalilarin kanadada ilk meskunlasma dovrudur,lakin onlar 

bura esrin son on ilinde xeyli derecede gelmeye basladilar (ingilislerin kanadada ilk 

resmi torpagi 1853-cu ilde nyufaundlend adasi oldu). Yeni heyat seraiti dilin deyismis 

gercekliye uygunlasmasini teleb edirdi , buna gore de dildeki ilk innovasiyalar, çox da 

olmasa da artiq bu dövrdə qeyd olunur.XVI əsrin 26  kanadizmindən 10-u başqa 

dillərdən alınma idi: aborigen eskimoslardan [ kayak, oomiak – deri eskimos  qayigi, 

tupek – deriden olan yay alacigi, atigi – deriden tikilen xez terefi iceri olan alt koyneyi], 

caribou – maral – karibu fransiz dilinden – daha ilkin kanada immiqrasiyasi [ cache – 

xususi erzaq, xez ve diger emtee ambari, buff – Kvebek eyaletinin 48 ve 51 derece arasi 

simal enine muvafiq gelen hissesi] ve s. 

İngilis mənşəli vahidlər arasında – mənaları xüsusiləşdirilən sözlər, məsələn sled 

Bİ “xizək” – Kİ “it nartası”, rat Bİ “siçovul” – Kİ “ondatra” . Bəzi kanadizmlər 

ümumingilis dilində başqa cür adlandırılan obyektləri işarə etmək üçündür, məsələn Bİ 

– aok – Kİ penguin, Bİ – float, buoy – Kİ floater, Bİ blackcock, black grouse – Kİ 

partridge. Digər hallarda adlar nominativ xarakterli dayanıqlı söz birləşmələri şəklində 

yaradılır, məsələn: black fox “şimali Amerika qırmızı tülküsünün nadir rast gəlinən 

qara rəngli növü”, cat of mountain” vaşaq”, Eskimo dog “eskimosların qoşquda 

işlətdikləri Canis familiaris borealis it cinsi”, sea unicorn ( zool ) “narval” və s. 

XVII  əsrdə kanadizmlər arasında qədim ingilis vahidlərinin semantik şəkil-

dəyişməsi olan bir neçə fel yaranmışdı: məsələn , ingilis fellərinin Kanada mənası 

track – uzun qamçı ilə qayıq və ya barja dartmaq, shoot – qayıqda (sal üzərində) ça-

yın üzərində iti axan yeri ilə üzmək ,  raft – sal üstündə üzmək,  pitch – bir dayana-

caq yerindən digərinə getmək,  trade – xəzi başqa əmtəə növlərinə dəyişmək, rind – 

ağacı qabığından təmizləmək və pack – xəzləri göndərmək üçün taylara pressləyib 

ylğmaq”. 

 Kanadizmlər arasında bir neçə sifət də qeyd olunmuşdur: rotten – köhnə, mə-

saməli, buz, staget - ən pis (keyfiyyəinə görə) və s. 

         Birsözlü  kanadizmlər  əvvəldə flora və fauna ,  geyim əşyaları ,  yer-

dəyişmə vasitələri,  reylef və coğrafi mühit xüsusiyyətləri ,  kulinariya terminləri, 

tikililərin adları  və s. tematik qrupların sırasını    artirmışdır. Eyni zamanda 

kanadizmlərin cımləşdiyi yeni sferalar yarandı. 

 

a)      Peşə adlari: furrier – xəzli heyvan ovçusu, Northman – qışlamağa gedən 



ovçu, sealer – suiti ovçusu, trader xəz alverçisi; 

b)      Vəzifə  şəxslərinin adları:  agent – hinduların işi üzrə dövlət məmuru, 

governor – faktoriya rəisi, master – xəz kampaniyasının böyük qulluqçusu; 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



210

c)       Buz və qar növləri: barricade – çay sahilində buz yığını,  candles – buz 

səthinin əriməsindən əmələ gələn buz sütuncuqları,  crust – xarlamış qar ,  yam – 

çayın eni boyu buz yığını,  pan – üzən buz parçası; 

d)       Sakinlərin yaşayış yerlərinə  və ya mənşəyinə görə adlandırılması: 

Mountaineer – Şərqi Kvebekdən və ya Labradordan olan hindular,  French – 

frankokanadalılar ,  settler – yeni köçmüş və s. 

          Ovçu təsərrüfatının inkişafı aşağıda göstırilən kanadizmlərdə,  məsələn, 

ovçu əslahələrinin adlarında əks olunub: collar,  deadfall,  hap,  slip,  stopper. 

         XIX  əsr boyu meydana gələn  İngilis mənşəli kanadizmlər ilin əsas 

leksik artım kütləsini – 2941 vahid ( 88.8%) təşkil etmişdi. Onlardan  1200 söz ,  

çox vaxt ilkin mənası  kənarlaşdıran sözlərdir:  snow – gecyetişən alma növü,  

packer – yükdaşıyan,  bag – pellikan üçün dəri kisə ,  rye – çovdar viskisi,  dust – 

qızıl qum, leader – qoşquda başcı it. Onlar mövcud tematik qruplan 

genişləndirməkdədir. Məsələn ,  faunanı  işarə edən sözlər qrupuna 32 vahid ,  

floraya – 17 ,  yerdəyişmə vasitələri – 22 ,  tikililər – 15 ,  əmək alətləri – 15  və s. 

Bu dövrdə kanadizmlərlə    zənginləşməyə ehtiyacı olan yeni tematik qruplar 

yarandı. 

a)       Fəaliyyət növlərinin adları ( 20 vahid: bronco – brusting – vəhşi  atın 

təlimi ,  fur – hunting – xəzli heyvanların tələ ilə tutulması ,  portaging - yükün  bir 

çaydan digərinə daşınması); 

b)       Siyasi  terminlər:  Confederation – yeddi  əyalətin Kanada domiona 

birləşdirilməsi,  confederate, Confederationist – konfederasiya tərəfdarı; 

c)       Idman  ( 10 vahid ):  rugby,  puck,  hockeyist,  defenseman; 

d)       Maarif  sahəsinə aid olan terminlər:  collegiate – orta məktəb növü,  

trustee – məktəb şurasının üzvü; 

e)       Qızılaxtarma :  colo(u)r – suxurda qızıl izləri,  dust – qızıl qum, gold – 

hunter    qızıl axtaran,  wasing – bir yuma ərzində olunmuş qızılın miqdarı,  pay – 

grave  tərkibində  qızıl olan qraviy,  Klondiker  stampeder – Klondaykda qızıl 

həyacanının iştirakçısı  və s. 

        Vəzifəli  şəxs adları qrupu zənginləşirdi: (14 vahid): road master – yol 

təsərrufatına görə  məhsul olan bələdiyyə üzvü ,  bencher – seçkili məhkəmə 

iclasçısı ,  reeve – kənd burqomistrı, warden – tikinti üçün torpaqların ayrılması ilə 

məşğul olan kompaniya qulluqçusu. XIX əsrdə 1734 nominative mənalı dayanıqlı 

söz birləşmələri yaranmışdır. Tematik olaraq onlar bir sözlu kanadizmlərin aid 

olduqları qruplara bölünmüşlər. Beləliklə ,  Kanada flora nümayəndələrinin – 54 , 

faunanın – 50 ,  geyim əşyalarının -   15  və s. aid olduqları qruplara daxil olmuşlar. 

Ölkədə yol tikintisinin genişlənməsi ilə əlaqədar bu sahədə bir sıra yerli terminlər 

meydana gəlir: bush road, cross road ,  corduroy road ,  road camp ,  road grader ,  

railway town ,  railway village.  Kanadada dil inkişafının bu dövrdə xarakter cəhəti 

idman lüğətinin kəskin genişlənməsi olub (67 yeni kanadizm), həmçinin slenqlərdən 

alınmaların güclənməsi (128vahid). Bu dövrün professional kanadizmləri 184 vahid 

təşkil edir. 

 

 



 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



211

Ədəbiyyat 

 

1.  Бруннер К.История английского язьıка. M., 1956 



2.  Avis W.S The English language in Canada (Current trends in linguistics) 

3.  Англо – русский лингвострановедцеский словар-Американа 

4.  Mencken  H.L the American language An inquiry into the development of 

English in the United States. New York 1657 

5.  Щустилова  И.И.,  Ошепкова  В.В.  Кратий  англо – русский 

линглвострановедческий словарь: Великобритания,  США, Канада, 

Дрофа.,  2006 

6.  Ощелкова В.В Язык и культура Великобритании, США, Каналы,  

Австралии,  Новой Зелландии.  ГЛОССА – Каро, 2004 

7.  Антрушина Г.Б., Афанасьвеа О.В., Морозова Н.Н., Лексикология 

английского языка.,  Дрофа., 1999 

 

 V.Bannayeva 



Some notes on the main peculiarities of Canadion variant of the English language 

Summary  

 

Though,  On the whole ,  Canadian  English is combined withtrdition of Bitish 



and American  variants of the English language it is characterized by its own 

peculiarities in phonetics, grammar, vocabulary and spelling rules. The present 

articleis dedicated to the problem of revealing of these peculiarities.The article is 

dealing with the ways of terminologicale canadiens expression en English and 

Azerbaijan.It is stated in the article be terminogolical Canadien the productivity 

consideration and the are compared dut to formation parts of speech. 

 

 

В.Баннаева. 



Некоторые заметки об использование английских слов канадского варианта в 

современном лингвистике 

Резюме 

 

В статье рассматривается   исползование английских слов канадского ва-



рианта в современном лингвистике их роль и значение в простых  и сложных 

предложениях,а  также  исследуется  их  место  назначения  в  части  речи  в 

английском терминологическом системе.В данной статье также анализируется 

ударение и произношение английских слов Канадского произношение,их ис-

пользования  в  современной  лингвистике.  Роль  и  значение  английских  слов 

происхождения  в  фонотическом  системе  является  основным  фактором  лин-

гвистике в совремнном этапе.   

 

Rəyçi:                    Rəfiq Cəfərov 



                 filologiya elmləri  namizədi, dosent 

 

 



 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



212


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin