Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


Filologiya  məsələləri – №5, 2014



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
Filologiya  məsələləri – №5, 2014

 

 



191

or with some difficulty (son anda, yaxud bir az çətinliklə  gəlmək, getmək, yaxud 

tərəqqi etmək): və s. (12). 

“To have” feli isə V. Müller və S. Boyanusun “İngiliscə -rusca lüğət”ində 

aşağıdakı kimi izah edilir: иметь (malik olmaq) (həm adi, həm köməkçi kimi); 



быть обязанным (vacib olmaq); заставлять (have your hair cut) (məcbur etmək) 

(saçını  kəsdirmək);  утверждать (təsdiq etmək),  говорить (danışmaq) (6.533). 

Oksford lüğətlərində isə  “to have” felinin mənaları belə verilmişdir:  1.Possess, 



own, or hold (malik olmaq, yiyələnmək, sahiblənmək): 2.Experience (təcrübədən 

keçirmək); undergo (məruz qalmaq, uğramaq): və s. (12). 

Lüğətlərdə təqdim edilmiş izahlardan görünür ki, bu fellər semantik cəhətdən 

zəngindir. Və bu dil vahidlərinin (fellərin) hər birinin yuxarıda təqdim etdiyimiz 

mənalarını ayrı-ayrılıqda ümumiləşdirsək, deyə bilərik ki, “to make” feli etmək, “to 



get” feli əldə etmək, “to have” feli malik olmaq mənalarını ifadə edir. 

Tədqiqat prosesində “to make” felinin müşahidə etdiyimiz fərqli kontekstlər-

də  işlənməsi faktı bu felin polisemantik fel olduğunu sübut edir. Nümunə üçün, 

onlardan bir neçəsini təqdim edək: 



 I’ve made some chicken soup for you and... (16.46). (Sənin üçün bir az cücə 

supu hazırlamışam və ...) 

He visited the ice factory that made ice for the few houses in Salinas that had 

iceboxes and for the places that sold ice cream (16.75). (O, buz qutuları olan 

Salinasda bir neçə ev üçün və dondurma satan yerlər üçün buz istehsal edən buz 

fabrikinə baş çəkdi.) 

I want to make a lot of money (16.82). (Mən çoxlu pul qazanmaq istəyirəm.) 

It was painful, but he recovered quickly and returned home six weeks after 

Adam’s birth with a wooden leg that he’d made himself (16.4). (Çətin idi, ancaq o 

tez düzəldi və Adamın doğulmasından altı  həftə sonra özünün düzəltdiyi taxta 

ayaqla evə qayıtdı.) 

Tədqiqat prosesində “to get” felinin də fərqli kontekstlərdə işlənməsi faktını 

müşahidə etdik.  

1.Əldə etmək, öyrənmək  mənasında: I want to get some more information 

first (14.36). (Mən əvvəlcə bir az da məlumat əldə etmək istəyirəm.) 

2.Almaq, qəbul etmək mənasında: You got her note on the day of her death 

(15.43). (Sən onun öldüyü gün onun məktubunu almısan(qəbul etmisən).) 

3. Gəlmək, girmək  mənasında:“How did  we get into this awful situation!” 

she cried desperately (16.73). (“Biz bu dəhşətli vəziyyətə necə  girdik!” o, 

ümidsizcəsinə ağladı.) 

4.Qazanmaq,  əldə etmək, nail olmaq  mənasında: She had studied hard at 

school, and been intelligent enough to get a place to study modern languages at one 

of the famous Oxford colleges (15.21). (O, məktəbdə  gərgin oxumuş  və  məhşur 

Oksford kolleclərindən birində müasir dilləri öyrənmək məqsədilə bir yer 

qazanmaq üçün kifayət qədər savadlı olmuşdu.) 

“To have” feli isə  “to make” və  “to get” felləri kimi zəngin semantikaya 

malik deyil, ona görə də leksik vahid olaraq bu felin işləndiyi kontekstlər, demək 

olar ki, çox deyil. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



192

It was his free afternoon and he had a special reason for coming to this part 

of the city (15.7). (Onun sərbəst günü idi və şəhərin bu hissəsinə gəlmək üçün onun 

xüsusi səbəbi var idi.) 

Qeyd edək ki, “to have” feli yemək, içmək mənasında da əsas fel kimi işlənir. 

Məsələn, Let’s go and have a drink, to celebrate! (15.79). (Gəl gedək,qeyd etmək 

üçün içək!) 

Tədqiqatın məqsədi bu fellərin leksik-semantik xüsusiyyətlərini araşdırmaq 

deyil, bu dil vahidlərinin məcburiyyət anlayışının ifadəsindəki rolunu müəyyənləş-

dirmək, onların bu anlayışı nə dərəcədə ifadə edə bildiyini aydınlaşdırmaqdır. Qeyd 

etməliyik ki, bu dil vahidlərinin dildə vəzifəsi yalnız lüğəvi vahid olaraq müəyyən 

leksik məna kəsb etmək deyil, həm də kauzallıq ifadə edən qrammatik forma kimi 

çıxış etməkdir. Kauzallıq nədir? 

Kauzallıq latınca causare (səbəb) sözündəndir, hadisələr arasındakı səbəb-nə-

ticə əlaqəsini ifadə edir. Buna səbəbiyyət də demək olar. Məlumdur ki, hər had isə-

nin mütləq səbəbi var. Deməli, həmin hadisə nəticədir, onu törədən isə səbəbdir. Sə-

bəbin nəticəni törətməsi, doğurmasını, yəni səbəb və nəticə arasındakı əlaqəni, sə-

bəb münasibətini ifadə edən anlayış səbəbiyyətdir. Tədqiqata cəlb etdiyimiz dil va-

hidləri məhz haqqında danışdığımız səbəb münasibətinin, yəni kauzallığın dildə 

ifadəsinin formal göstəriciləridir. Kauzallığın dildə ifadəsini kauzativ situasiyaları 

təhlil etməklə öyrənmək mümkündür. Kauzativ situasiya nədir? 

Nedyalkov V.P. və Silnitski Q.Q. yazırlar ki, “gerçəklik hadisələr və situasi-

yalar çoxluğu kimi təqdim oluna bilər.  Sadə situasiyalar var. Onları mikrosituasi-

yalar adlandırmaq olar... Sadə situasiyalardan başqa mürəkkəb situasiyalar mövcud-

dur. Onları makrosituasiyalar adlandırmaq olar (7.6). Makrosituasiyanın bir tipini 

müəlliflər kauzativ (kauzativ situasiya-L.Y.) adlandırırlar. Müəlliflər qeyd edirlər 

ki, “KS (kauzativ situasiya) tərkib hissələri birbaşa kauzasiya, yaxud səbəb münasi-

bəti ilə əlaqələnən ən azı iki mikrosituasiyadan ibarətdir (7.6). Səbəb mikrosi tuasi-

yasının KS-nın antesedenti, nəticə mikrosituasiyasının isə KS-nın konsekventi oldu-

ğunu vurğulayır, kauzativ makrosituasiyada ən azı beş konstant müəyyənləşdirirlər. 

Kauzasiyanı (səbəb münasibətini)  k  ilə  işarə edirlər və bu konstantı kauzativ 

makrosituasiyanın müəyyənedici konstantı kimi qeyd edirlər. Bu konstantdan əlavə 

KS-nın hələ dörd konstantının da olduğunu vurğulayırlar. Həmin konstantlar bun-

lardır: agens, KS-nın antesedentinin predmeti (r



i

), səbəb olan vəziyyət (s

i

), patiens, 

KS-nın konsekventinin predmeti (r



j

), nəticə vəziyyəti (s

j

) (7.7). 

Tədqiqata cəlb etdiyimiz dil vahidləri, yəni  “to make”, “to get”, “to have” 

kauzativ situasiyada əsas müəyyənedici konstant olan k,  yəni kauzasiyanı (səbəb 

münasibətini) ifadə edir. “To make” “to get” və  “to have” köməkçi fellərindən 

fərqli olaraq, şüura yönəlməmiş təsiri də ifadə edə bilir. Məsələn, 

The water by the beach was clear and still, but on the other side the trees ca-

me right down to the edge of the lake and their shadows made it look black and 

poisonous (20.35). (Çimərlikdə su aydın və sakit idi, ancaq o biri sahildə ağaclar 

düz gölün kənarına enirdi və onların kölgələri onu qara və bədxah göstərirdi.) 

Gördüyümüz kimi, bu nümunədə “made” ilə ifadə olunan təsir ona (it), yəni 



gölə (lake)  yönəlmişdir. Deməli, haqqında danışdığımız dil vahidi burda, sadəcə, 

səbəb münasibətini ifadə edir. Səbəb situasiyası  kölgələrdir (shadows),  nəticə isə 



gölün qara və  bədxah görünməsi.  Görünmək  “to look” feli ilə ifadə olunmuşdur. 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



193

Bildiyimiz kimi, bu fel bu mənada təsirsizdir. Təsir, səbəb münasibəti burada 



“made”  ilə ifadə olunmuşdur. Yəni nəticəni ifadə edən fel təsirsizdir, “made”  ilə 

ifadə olunmuş təsirin obyekti də göldür (lake). Deməli, burada məcburiyyətdən söh-

bət gedə bilməz. Bu situasiyada “to make”, sadəcə, kauzallıq (səbəb olma) ifadə 

edib. Ancaq “to get” və “to have” yalnız şüura yönəlmiş təsiri ifadə edə bilir. Hər 

üç dil vahidini birləşdirən cəhət onların şüura yönəlmiş təsiri ifadə edən qrammatik 

forma kimi çıxış etməsidir.  Şüura yönəlmiş  təsir məcbur etmə, vadar etmə, təhrik 

etmə və s. formasında ola bilər. Yəni bu dil vahidləri o təsiri ifadə edir ki, həmin 

təsirin vasitəsilə təsir altına düşən təsir edənin istəyinə uyğun hər hansı bir işi görür. 

Tədqiqatın məqsədi bu dil vahidlərinin məcburiyyət anlayışını  nə  dərəcədə ifadə 

etdiyini aydınlaşdırmaqdır. İngilis dilli nümunələr əsasında apardığımız tədqiqat nə-

ticəsində bu dil vahidlərinin məcburiyyətin strukturuna daxil olan təsir prosesinin 

ifadəçisi kimi fərqli xüsusiyyətlərə malik olduğu müəyyənləşdirildi. Bu fərqlilik 

yalnız struktur, sintaktik imkanlar baxımdan deyil, həm də ifadə etdiyi təsir üsulu 

baxımından da özünü göstərir. Yəni fərqlilik yalnız ifadə planında deyil, həm də 

məzmun planında da təzahür edir. Bu dil vahidlərinin  məhz bu mövqedə fərqli xü-

susiyyətlərini nümunələr əsasında təqdim və izah edəcəyik. Əvvəlcə, bu dil vahid-

lərinin kauzallıq, yəni səbəb münasibəti ifadə etdiyi məqamda leksik vahid, yoxsa 

həmin mənanı kateqorial olaraq ifadə edən qrammatik forma olduğunu müəy-

yənləşdirməyi vacib hesab edirik. Fikrimizcə, bu dil vahidlərinə kauzallıq, yəni sə-

bəb münasibəti ifadə etdiyi məqamda leksik vahid kimi deyil, funksional vahidlər 

kimi baxılmalıdır. Çünki bu dil vahidləri həmin mövqedə kauzallığı leksik vahid 

olaraq ifadə etmir. Silnitski Q.Q. yazır ki, “kauzativ fellər tipinə aid olduqları əsas-

larda “təsir leksik mənası”na malik olan make, have, get, let felləri həm də xəbərin 

sintaktik funksiyasını yerinə yetirir” (10.137). Krimovna yazır ki, “bu fellər iki əsas 

köməkçi fel tipi olan bağlama və modallardan heç birinə aid edilə bilməz. Modal 

fellərlə onlar mənasına görə əlaqədardır, ancaq onlardan “nöqsansızlığ”ına (qüsur-

suzluğuna), yəni bütün morfoloji kateqoriya və formaların olmasına görə fərqlənir” 

(5.38). Fikrimizcə, xəbərin sintaktik funksiyasını yerinə yetirməyə qabil olmaları bu 

dil vahidlərinin həmin mövqedə leksik vahid kimi çıxış etdiklərini iddia etməyə 

əsas verə bilməz. Fikrimizcə, bu dil vahidləri modal fellərlə eyni mənanı ifadə et-

mir. Modal fellər modallığı, fikrə münasibəti ifadə edir. Haqqında danışdığımız dil 

vahidləri isə subyekt-obyekt münasibətindəki təsir prosesini ifadə edir. Bu dil 

vahidlərinin modal fellərdən “nöqsansızlığ”ına, yəni bütün morfoloji kateqoriya və 

formaların olmasına görə fərqləndiyi iddia edilən fikrə münasibətimizə gəldikdə isə, 

deməliyik ki, ingilis dili morfoloji formalardan təcrid olunaraq amorf dillərə yaxın-

laşır, buna görə də bu dildə bütün morfoloji kateqoriya və formaların, həm də yük-

sək inkişaf etdiyindən danışa bilmərik. Bundan başqa da qeyd etməliyik ki, haq-

qında danışdığımız dil vahidləri modal fellərdən bütün morfoloji kateqoriya və for-

maların olmasına görə heç də kəskin fərqlənmir. Şəxsə görə dəyişmədən söhbət ge-

dirsə, “to make”, “to get”, “to have” yalnız indiki zamanda üçüncü şəxsin təkində 

müstəqil fellər kimi suffiksini qəbul edir, modal fellər isə have to-dan başqa üçün-

cü şəxsdə şəxsə görə dəyişmir. Zamana görə dəyişməyə gəldikdə isə qeyd etmək la-

zımdır ki, modal fellər də, “to make”, “to get”, “to have” də zamana görə dəyişir. 

Krımovnanın o fikri ilə razıyıq ki, bu dil vahidləri modal fellərə, bağlamalara aid 

edilə bilməz. Çünki modal fellərlə haqqında danışdığımız dil vahidləri tam fərqli 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



194

münasibəti ifadə edirlər. Bessalov A.Y. kauzativ felləri iki qrupa bölərək  ingilis 

dilində  “to make” və “to get” kimi dil vahidlərini köməkçi kauzativlərə aid edir. 

Müəllif bu dil vahidlərini köməkçi kauzativlərə aid etməsinin  əsası kimi onların 

yalnız əsas müəyyənləşdirici konstantı ifadə etməsini göstərir. Digər qrupa isə mə-

nalı kauzativləri aid edir və onların daha mürəkkəb semantik struktura malik oldu-

ğunu və müəyyənedici konstantdan əlavə  həm də kauzasiyanın  üsulunu bildirən 

konstantdan ibarət olduğunu qeyd edir (3.86). Bu fikirlə müəyyən qədər razılaşırıq. 

Ancaq yenə  də fikrimizi məqalədə  mərhələ-mərhələ  əsaslandırmağı düşünürük. 

Qeyd etməliyik ki, hər üç dil vahidi kauzallıq ifadə etsə də, “to make” “to get”  



“to have”dən fərqli olaraq daha ümumi və nisbətən mücərrəd şəkildə bu münasibəti 

ifadə edir. “To get” və “to have” dil vahidlərində isə təsirin üsulu nisbətən konkret-

dir. Və yuxarıda da qeyd etdiyimiz kimi, “to make”-in ifadə etdiyi təsir ümumidir, 

“to get” və “to have” isə, əsasən şüura yönəlmiş təsiri ifadə edir. Başqa cür desək, 

“to make” vahidinin ifadə etdiyi təsir məqsədli olmaya da bilər, ancaq digər ikisi, 

adətən, məqsədli xarakter daşıyır. Nəticə olaraq, deməliyik ki, hər üç dil vahidi 

məcburiyyət anlayışını bu və ya digər dərəcədə ifadə edir. Həmin məqamda bu dil 

vahidlərinin ifadə etdiyi təsirin obyekti hər hansı bir işi özü icra edir, ancaq subyek-

tin təsirilə həmin işi görür. Ancaq təbii ki, bu dil vahidləri haqqında danışdığımız 

anlayışı eyni dərəcədə ifadə etmir. Misallara baxaq. 



I was afraid of his eyes - they were cold and clear and shone with an extraor-

dinary power. When I looked into them, I felt that he could make me do anything he 

wanted (20.38). (Mən onun gözlərindən qorxdum - onlar soyuq və aydın idi və 

qeyri-adi güclə parlayırdı. Mən onların içinə baxanda hiss etdim ki, o mənə istədiyi 

hər hansı bir şeyi etdirə bilər.) 

Miriam shyly and rather bitterly produced her exercise-book. Every week she 

wrote for him a sort of diary of her inner life, in her own French. He had found this 

was the only way to get her to do compositions (19). (Məryəm utanaraq və bir az da 

kobud şəkildə öz dəftərini düzəltdi. Hər həftə o, onun üçün öz doğma fransız dilində 

öz daxili dünyasının gündəliyini yazırdı. O, ona yazı yazdırmağın yeganə yolunun 

bu olduğunu kəşf etmişdi.) 

Walk on from this, for I'll not have him tormented... (18) Ona əzab 

çəkdirməmək üçün burdan gedək. 

Hər üç dil nümunəsində kauzallıq ifadə olunub. Birincidə bu anlayışı “make”, 

ikincidə “get”, üçüncüdə “have” ifadə edib. Və hər üç dil vahidi şüura, yəni şəxsə 

yönəlmiş təsiri ifadə edir. Yəni hər üç nümunədə bu dil vahidləri subyektin obyek-

tin şüuruna təsiri vasitəsilə obyektin digər obyekt üzərində subyektin istəyi ilə hər 

hansı bir işi görməsi ifadə olunub. Lakin haqqında danışdığımız dil vahidləri bu tə-

siri eyni dərəcədə ifadə etmir. Təsir məcburetmə, təhriketmə, vadaretmə, razı salma 

və s. vasitəsilə ola bilər. Bu dil vahidləri də bu təsiri ifadə etmədə fərqliliyə malik-

dir. Məzmun baxımından fərqlilik ifadə planında da özünü göstərir. Bütün bunları 

bir-birilə əlaqəli şəkildə aydınlaşdıracağıq. Bu fərqliliklər nədən ibarətdir və nədən 

irəli gəlir? Məzmun baxımından müəyyən qədər fərqlənən bu təsir niyə məhz bu dil 

vahidləri ilə ifadə olunur? 

Qeyd etmək lazımdır ki, Romanova O.N. dissertasiyasında  “to make”, “to 

get”, “to have” haqqında da danışmışdır (9.98-110). Lakin müəllif adını çəkdiyimiz 

dil vahidlərinin hər birinin işləndiyi kontekstləri təqdim etsə də, onların bu anlayışı 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



195

bu və ya digər dərəcədə ifadə etdiyini açıqlasa da, bu təsirin məhz bu dil vahidləri 

ilə ifadəsinin səbəblərini izah etməmiş, bu dil vahidlərinin haqqında danışdığımız 

anlayışı funksional səviyyədə ifadə etməsini  əsaslandırmamışdır. Fikrimizcə, hər 

hansı anlayışın dildə hansısa forma ilə ifadə olunmasının əsası olmalıdır. Dildə heç 

bir forma öz-özünə yaranmır. Bu haqda sonra danışacağıq. Əvvəlcə, bu dil vahid-

lərinə ifadə planında baxaq. Belə ki, nümunələrdən də göründüyü kimi, “to make” 

ilə ifadə olunan təsirin nəticəsində baş verən və ya baş verəcək hərəkət açıq (təmiz) 

məsdərlə (do),“to get” ilə ifadə olunmuş təsirin nəticəsində baş vermiş hərəkət isə 

bütöv məsdərlə, yəni “to” ilə birlikdə (to do), “to have” ilə ifadə olunmuş təsirin 

nəticəsində baş vermiş hərəkət isə feli-sifətlə (tormented) ifadə olunmuşdur. Müx-

təlif dilçilərin əsərlərində də bu təhlilə bu və ya digər dərəcədə rast gəlsək də, ancaq 

hər hansı əsaslandırmaya rast gəlinmir. Düşünürük ki, bütün bu hallar əsaslandırıl-

malıdır. Bunların səbəbləri var. 

Dafli P. J. yazır ki, “

Perifrastik kauzativ fellərə tətbiq edəndə bu təhlil nəzərdə 

tutur ki, make feli birbaşa və ya təsirin məhsulu ilə “üst-üstə düşən” kauzasiya bil-

dirmə kimi səciyyələndirilə bilər” (bax 11.367). Vasitəli (birbaşa olmayan) kauza-

siyanın  to ilə ifadə olunduğu halda, birbaşa kauzasiyanın  to-suz ifadə olunduğu 

fikrinə əsaslanaraq Xəlifə J. K. iddia edir ki, “have və make felləri birbaşa kauzativ 

münasibəti, cause və get felləri isə birbaşa olmayan kauzativ situasiyanı ifadə edir” 

(bax 11.367). Dikson R. M. isə  have-i birbaşa olmayan kauzativ kimi səciyyə-

ləndirir (bax 11.369). Bütün bu deyilənlər nə dərəcədə doğrudur? Bütün bunları nü-

munələr əsasında izah etmək daha məqsədəuyğun olar. Fikrimizcə, “to make” şüura 

yönəlməmiş  təsiri də ifadə edə bilir. Yuxarıda bir nümunə  təqdim etmişdik.  “To 

get” və “to have” isə, əsasən, şüura yönəlmiş təsiri ifadə edir. “To make” və “to 

have”dən fərqli olaraq “to get” təsiri daha konkret ifadə edərək hətta təsir üsulunu 

da özündə ehtiva edir. Bu hansı üsuldur? Bir nümunəyə baxaq: 



Will Martin said, “Life is too hard here. Why don’t we get him to sell out and 

move to town? Mollie and I would like them to come here and live with us” (16.52). 

(Uill Martin dedi, “Həyat burda çox çətindir. Nə üçün biz onu hər şeyi satıb şəhərə 

köçməyə razı salmırıq? Molli və mən onların bura gəlib bizimlə yaşamasını istərdik. 

Təqdim etdiyimiz bu nümunədə məcburiyyət nisbətən, azdır, yaxud nisbətən 

yumşaqdır. Həm də bu situasiyada təsir üsulu da ifadə olunub. Bu situasiyada 

məqsəd onun hər şeyi satıb şəhərə köçməsinə nail olmaqdır. Deməli, bu situasiyada 

məcburiyyət dilə tutma, inandırma vasitəsilə baş verir. Yəni  “to make”  və  “to 

have” ilə ifadə olunan təsirin obyekti icra etdyi işi görməyə məcburdursa, həmin işi 

etməkdə sona qədər könülsüzdürsə, “to get” ilə ifadə olunan təsirin obyektində isə 

belə deyildir. “To get” ilə ifadə olunmuş təsirin obyekti əvvəlcə təhrik edildiyi işi 

icra etmək istəməsə də, sonda o işi etməyə təsirin subyekti tərəfindən razı salınır. 

Təsir altına düşən şəxs inandırılaraq, razı salınaraq o işi icra edir. Ona görə də deyə 

bilərik ki, “to get” ilə ifadə olunmuş təsir “to make” və “to have” ilə ifadə olun-

muş təsirdən daha az məcburi xarakterə malikdir. Lakin “to get” ilə ifadə olunmuş 

təsir, demək olar ki, həmişə məqsədli xarakter daşıyır. Yəni subyektin daxili mara-

ğı, təsirin məqsədyönlülüyü bu situasiyada, xüsusilə  nəzərə çarpır.  “To make” ilə 

ifadə olunmuş təsirin subyekti isə təsir obyektində məqsədli olmadan da məcburiy-

yət hissi yarada bilər. Hətta to make ilə ifadə olunmuş təsirin subyekti şüurlu varlıq 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



196

olmaya da bilər, cansız varlıq ola da bilər. Məsələn, yuxarıda  “to get”  işlənmiş 

situasiyalara yenidən baxaq. 

He had found this was the only way to get her to do compositions (19). (O, 

ona yazı yazdırmağın yeganə yolunun bu olduğunu kəşf etmişdi.) 

Why don’t we get him to sell out and move to town?(16.52). (Nə üçün biz onu 

hər şeyi satıb şəhərə köçməyə razı salmırıq?) 

Təqdim etdiyimiz bu cümlələrdə ifadə olunmuş  məcburiyyət situasiyasına 

nəzər saldıqda to get ilə ifadə olunmuş  təsirin subyektinin marağını  və  təsirin 

məqsədyönlü olmasını görürük. Birinci situasiyada məqsəd ona yazı yazdırmaq, 

ikincidə isə onun hər  şeyi satıb  şəhərə köçməsinə nail olmaqdır. Və  hər iki halda 

məcburiyyət, demək olar ki, çox azdır. Burda məcburiyyətdən daha çox təsir obyek-

tini dilə tutmaq, inandırmaq və s. yolu ilə obyekti  subyektin istədiyi işi etməsinə 

razı salmaq ifadə olunur.  



“To make” işlənmiş cümlələrə baxaq. 

But she probably knew she was having a baby. It wouldn’t have made her kill 

herself (15.65). (Ancaq o, yəqin ki, bir uşağa sahib olduğunu bilirdi. Bu onu özünü 

öldürməyə məcbur edə bilməzdi.) 

Gradually the typhus fever left Lowood, but the number of deaths made the 

public aware of the poor conditions in which the pupils lived (14.24). (Tədricən 

yatalaq qızdırması Louvudu tərk etdi, lakin ölümlərin sayı ictimaiyyəti şagirdlərin 

yaşadığı yoxsul vəziyyətdən xəbərdar olmağa məcbur edirdi.) 

My curiosity made me open the door, and I found the corridor full of smoke 

(14.3). (Mənim marağım məni qapını açmağa məcbur etdi və mən koridoru tüstü ilə 

dolu gördüm.) 

And when they had drunk, Kate replied, “To my mother.” “You’ll make me 

cry-don’t make me cry,” said Faye (16.44). (Və onlar içəndə Keyt cavab verdi, 

“Anama” (Anamın  şərəfinə) “Məni ağladacaqsan (ağlamağa məcbur edəcəksən)-

ağlatma məni,” Feye dedi.) 

I taught her for several hours every day in the library, although it was not 

easy to make her concentrate on anything for long, as she was clearly not used to 

the discipline of lessons (14.25). (Dərs qaydalarına alışmadığına görə onu uzun 

müddət nəyəsə cəmləşməyə məcbur etməyin asan olmadığına baxmayaraq, mən ona 

kitabxanada hər gün bir neçə saat öyrədirdim.) 

 Sometimes the big girls bullied us little ones and made us hand over our 

teatime bread or evening biscuit (14.18). (Bəzən böyük qızlar biz balacaları 

hədələyir və bizi çay vaxtı çörək, yaxud axşam peçenye ötürməyə məcbur edirdilər.) 

Gördüyümüz kimi, ilk üç cümlədə “make” ilə ifadə olunmuş təsirin subyekti 

şüurlu varlıq deyil və bu halda təsirin məqsədyönlülüyündən söhbət gedə bilməz. 

Ancaq təsir obyektində məqsədsiz də məcburiyyət hissi yaratmaq mümkündür. Hər 

üç nümunələrdə bu hal ifadə olunmuşdur. Dördüncüdə  “make” ilə ifadə olunmuş 

təsirin subyekti şüurlu varlıq, yəni şəxsdir. Ancaq burda da təsir məqsədyönlü deyil. 

Təsirin subyektinin-Keytin Feyeni ağlatmaq məqsədi yoxdur. Ancaq onun hərəkəti 

anasına-Feyeyə təsir edib onu ağlada bilər. Beşinci və altıncı cümlələrdə isə “ma-



ke” ilə ifadə olunmuş  təsirin subyektləri  şüurlu varlıqlardır və  təsir məqsədyönlü 

xarakterə malikdir. Yəni beşincidə onu nəyəsə  cəmləşdirmək, altıncıda isə balaca 

qızları çörək, peçenye ötürməyə  məcbur etmək  “make”  ilə ifadə olunmuş  təsirin 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



197

subyektlərinin məqsədidir. Deməli, “to make” ilə ifadə olunmuş təsir məqsədyönlü 

ola da bilər, olmaya da, o təsirin subyekti şüurlu varlıq, yəni hər hansı bir şəxs, və 

ya şəxslər də ola bilər, cansız varlıq, hadisə və s. də. Yəni “to make”-in ifadə etdiyi 

məzmun baxımından məhdudiyyəti yoxdur.  

“To have” formasına gəldikdə isə, qeyd edə bilərik ki, adətən, bu formanın 

işləndiyi cümlədə  işi məhz “to have” ilə ifadə olunmuş  təsirin obyektinin icra 

etməsi nəzərə çarpdırılmır, işin üzərində icra olunduğu obyekt nəzərə çarpdırılır. 

Birinci obyekt, yəni  şüurlu varlıq,  şəxs və ya şəxslər ya ifadə olunmur, ya da 

vasitəli tamamlıqla ifadə olunur. İkinci obyekt isə cümlədə vasitəsiz tamamlıq olur 

və mütləq ifadə olunur.  Bu halda nəticədə baş vermiş hərəkət felin təsriflənməyən 

forması olan feli sifətlə ifadə olunur və həmin feli sifət təsirli feldən yaranmış olur. 

Nümunələrə baxaq. 



He had me horsewhipped! -- horsewhipped in front of the jail, like a nigger! -- 

with all the town looking on! Horswhipped! -- do you understand? (17). (O, məni 

qamçılatdırdı!- bütün şəhərin gözünün qabağında- həbsxananın qarşısında zənci 

kimi qamçılatdırdı! Qamçılanmaq!- anlayırsan?) 

…and he had  a great warrant to tell stories of holy Ireland till he'd have the 

old women shedding down tears about their feet (18). (Və onun yaşlı qadınları 

ayaqlarına qədər göz yaşları axıtmağa məcbur edənə  qədər müqəddəs  İrlandiya 

haqqında hekayələr danışmağa haqqı vardı.) 

  Birinci cümlədə “had” vasitəsilə ifadə olunmuş təsirin obyekti, yəni işi icra 

edən ifadə olunmayıb, çünki nəzərə carpdırılması maraqlı olan o deyil, üzərində iş 

icra olunandır ki, o da me əvəzliyi ilə ifadə olunmuşdur. İkinci cümlədə isə “have” 

ilə ifadə olunmuş təsirin obyekti də, 

üzərində iş icra olunan da

 yaşlı qadınlardır (the 



old women). Nəticədə baş vermiş hərəkət feli sifətlərlə (

horsewhipped, 

 shedding)  

ifadə olunmuşdur  və hər iki feli sifət to “

horsewhipp  to 

shed təsirli fellərindən 

yaranmışdır. Demək olar ki, “to have” ilə ifadə olunmuş  təsirin nəticəsində    baş 

verən hərəkət,  əsasən, təsirli fellərin feli sifət formaları ilə ifadə olunur. Qeyd 

etmişdik ki, V. Müller və S. Boyanusun “İngiliscə -rusca lüğət”ində  “to have” 



заставлять (məcbur etmək)    kimi  də izah edilir və  have your hair cut (saçını 

kəsdirmək),  nümunə  kimi    təqdim edilir (6.533). Yuxarıda qeyd etmişdik ki, 

Oksford lüğətlərində isə bu dil vahidinin experience (təcrübədən keçirmək); 



undergo (məruz qalmaq, uğramaq)  kimi izahı verilir. Həmin ümumi mənadan 

ayrılan bir neçə məna da verilmişdir ki, bunlardan biri də cause (something) to be 



done for one by someone else (bir nəfər üçün başqa biri tərəfindən edilmiş nəyəsə 

səbəb olmaq) kimi izahdır. İzahdan əvvəl isə feli sifətlə işlənməsi qeyd edilmişdir 

(12). Collins ingilis dili lüğətində isə bu dil vahidinin izahları sırasında 13-cü yerdə 



to cause, compel, or require to (be, do, or be done) (olmaq, etmək, yaxud edilməyə) 

səbəb olmaq, məcbur etmək, tələb etmək) izah edilmiş və nümunə olaraq,  have my 

shoes mended (ayaqqabılarımı təmir etdir) göstərilmişdir (13).  

 Deməli, “to make” ilə ifadə olunan təsirin nətiəsində baş vermiş, yaxud baş 

verəcək hərəkət açıq məsdərlə (to-suz), “to get” ilə ifadə olunan təsirin nəticəsində 

baş vermiş və ya baş verəcək hərəkət bütöv məsdərlə (to ilə birlikdə), “to have” ilə 

ifadə olunan təsirin nəticəsində baş vermiş hərəkət isə feli sifətlə, əsasən də, keçmiş 

zaman feli sifəti ilə ifadə olunur. Buna səbəb nədir? Formadakı  fərq məzmundan 

irəli gəlir. Bu dil vahidləri haqqında danışdığımız anlayışı eyni dərəcədə ifadə 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



198

etmir. Təsir birbaşa və dolayısı ilə baş verə bilər. Və bu hal ifadə planında da müt-

ləq özünü göstərir. Təsir niyə  məhz bu dil vahidləri vasitəsilə  və  həm də  fərqli 

şəkildə ifadə olunur? 

 Qeyd etmişdik ki, “to make”  etmək leksik mənasına malik, polisemantik, 

təsirli feldir. Eyni zamanda onu da qeyd etməliyik ki, bu fel nəyisə var etmək, 

ortaya qoymaq, bir şey yaratmaq, törətmək və s. kimi aktiv məzmuna malikdir. Mə-

qalənin  əvvəlində bu xüsusiyyətləri nümunələr  əsasında göstərmişdik. Bütün bu 

xüsusiyyətləri, yəni zəngin semantika, güclü təsirlilik bu leksik vahidin təsiri 

funksional olaraq ifadə edən qrammatik formaya doğru inkişafına imkan vermişdir. 

Məhz bu səbəbdən haqqında danışdığımız formanın ifadə etdiyi təsirin nəticəsində 

baş verən hərəkət açıq məsdərlə, yəni to olmadan ifadə olunur. Hətta bu forma 

məcburiyyət mənasında da müstəqil işlənir. 

“I don’t want to!” she cried. “You can’t make me. I’ll call the police!” 

(16.23). (Mən istəmirəm, o dedi. Məni məcbur edə bilməzsən. Mən polis çağı-

racağam.) 

  Məqalənin  əvvəlində  “to get” felinin də lüğəvi mənasını, leksik semantik 

xüsusiyyətlərini lüğətlər və dil (nitq) nümunələri əsasında qısaca təqdim etmişdik. 

Lüğətlərdə bu felin, əsasən, tranzitiv (təsirli) fel kimi işlənməsi göstərilsə  də, 

təsirsiz fel kimi işləndiyi hallar da qeyd edilir. Bu dil vahidi feli leksik vahid olaraq, 

qeyd etdiyimiz kimi, ilk növbədə,  əldə etmək, almaq, qəbul etmək, çatmaq, nail 

olmaq (nəyəsə, nəyisə) və  s.  kimi  mənalara malikdir. Əgər  “to make”  nəyisə 

yaratmaq, var etmək, mövcud etmək mənalı  təsirli feldirsə,  “to get” felində isə 

mövcud olanı  əldə etmək, almaq, mövcud olana çatmaq, nail olmaq mənası var. 

Lüğətlərdə  “to get”  təsirli fel kimi təqdim edilsə  də, ondakı  təsirlilik  “to make” 

felində olduğu qədər güclü deyil. Bu dil vahidinin məcburiyyət situasiyasında təsir 

ifadə edən dil vahidi kimi işlənməsinə aid nümunələr təqdim etmişdik. Həmin 

nümunələrdə to get ilə ifadə olunmuş  təsirin nəticəsində baş vermiş  və ya baş 

verəcək hərəkət bütöv məsdərlə  (to ilə birlikdə) ifadə olunmuşdur. Fikir versək, 

görərik ki, o nümunələrdə “to get” təsir ifadə etməklə yanaşı, təsir üsulunu da ifadə 

edir. Həmin nümunələrə yenidən baxaq: 



Will Martin said, “Life is too hard here. Why don’t we get him to sell out and 

move to town? Mollie and I would like them to come here and live with us” (16.52). 

(Uill Martin dedi, “Həyat burda çox çətindir. Nə üçün biz onu hər şeyi satıb şəhərə 

köçməyə razı salmırıq? Molli və  mən onların bura gəlib bizimlə yaşamasını 

istərdik.) 

Miriam shyly and rather bitterly produced her exercise-book. Every week she 

wrote for him a sort of diary of her inner life, in her own French. He had found this 

was the only way to get her to do compositions (19). (Məryəm utanaraq və bir az da 

kobud şəkildə öz dəftərini düzəltdi. Hər həftə o, onun üçün öz doğma fransız dilində 

öz daxili dünyasının gündəliyini yazırdı. O, ona yazı yazdırmağın yeganə yolunun 

bu olduğunu kəşf etmişdi.) 

 Birincidə  “to get” onu hər  şeyi satmağa və  şəhərə köçməyə razı salmaq, 

ikincidə isə onu yazı yazmaq üçün yola gətirmək mənasını ifadə edir. Razı salmaq 

və yola gətirmək üsuldur, vasitədir. Artıq burada vasitə var, deməli, təsir birbaşa 

deyil. “To get” felinin Oksford lüğətlərində induce or prevail upon (someone) to do 

something ((kimisə) nəyisə etməyə razı salmaq, yaxud inandırmaq) kimi izahı da 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



199

verilir (12). Collins ingilis dili lüğətində  də bu felin to induce or persuade (razı 



salmaq, inandırmaq) kimi mənasının olduğu göstərilir və misal olaraq, get him to 

leave at once (onu dərhal getməyə razı salmaq) təqdim edilir (13). Fikrimizcə, təq-

dim etdiyimiz nümunələrdə bu dil vahidi vasitəsilə ifadə olunmuş təsirin nəticəsində 

baş vermiş  və ya verəcək hərəkət o səbəbdən bütöv məsdərlə, yəni to ilə birlikdə 

ifadə olunur ki, burada təsir vasitəlidir. Onu da qeyd etmək lazımdır ki, burada 

məcburiyyət nisbətən azdır, təsir obyekti işi görməyə razı salınmış, inandırılmışdır, 

yəni təsir prosesinin əvvəlində könülsüz olsa da, sonda az da olsa icra etdiyi işə ma-

rağı və istəyi var. Düşünürük ki, “to get” leksik vahiddən qrammatik formaya doğ-

ru “to make” qədər inkişaf etməmişdir.  Bu dil vahidi bu təsiri leksik vahid olaraq 

ifadə edir. 

  “To have”-in təsir ifadə etməsinə gəldikdə isə deməliyik ki, lüğətlərdə veril-

diyi kimi bu fel malik olmaq, sahib olmaq, təcrübəsi olmaq (təcrübədən keçirmək), 

məruz qalmaq mənalarına malikdir. Ancaq məcburiyyət bildirdiyi halda bu fel qeyd 

etdiyimiz mənanı deyil, funksional olaraq kauzallıq ifadə edir. Əslində bu da onun 

malik olduğu leksik-semantik xüsusiyyətlərdən irəli gəlir. Məruz qalmaq, uğramaq, 

olmaq, malik olmaq kimi mənalar bu dil vahidinin haqqında danışdığımız təsiri 

ifadə etməsinə imkan verir. Həmin təsirin nəticəsində baş vermiş  və ya baş verəcək 

hərəkət isə feli sifət forması ilə ifadə olunur. Feli sifət hərəkət və əlaməti birlikdə 

ifadə edir. Məsələn,  I had my hair cut (Mən saçımı  kəsdirdim), I had my shoes 

mended (Mən ayaqqabılarımı təmir etdirdim) cümlələrində bir növ mənim kəsilmiş 

saçım var, mənim təmir olunmuş ayaqqabım var fikri ifadə olunur. Bu cümlələrdə 

saçın kəsilməsi, yaxud kəsilmiş saç, ayaqqabının təmir olunması, yaxud təmir olun-

muş ayaqqabı  əsas fikirdir. Kim tərəfindən edilməsi  əsas deyil, ona görə  də ifadə 

olunmur. Romanova O.N. yazır ki, “to have-in işlənməsi təsir obyektinin təsir edə-

nin istəyini icra etmək üçün hazırlılığını nəzərdə tutur” (9.111). Yəni have my hair 

cut, have my shoes mended dedikdə saçını bu iş üçün ixtisaslaşmış brinə, yaxud bu-

nun məsuliyyətini üzərinə götürən birinə kəsdirmək, ayaqqabılarını da məhz ayaq-

qabı təmiri ilə məşğul olana düzəltdirmək nəzərdə tutulur. Verdiyeva Z., Axundov 

C., Sergeyev V. “Ingilis dilini öyrən” kitabında yazırlar ki, “cümlədə to have + isim 

+ felin III şəxs formasının işlənməsi göstərir ki, danışan şəxs hərəkətin icraçısı de-

yil. Burada hərəkət başqası  tərəfindən icra olunur” (1.160). Həmin izahın ardınca 

nümunələr də təqdim edilir: 

  He had his watch repaired yesterday. (O, saatını dünən təmir etdirdi.) 

  I must have my tooth filled. (Mən dişimə plomb qoydurmalıyam.) 

 When did you have this floor painted? (Siz bu döşəməni nə vaxt 

rənglətmisiniz?) 

  I want to have my hair cut today. (Mən bu gün saçımı kəsdirmək istəyirəm.) 

(1.160) 

  Bu nümunələrdən də görünür ki, “to have” ilə ifadə olunmuş təsirin obyekti 

təsir üçün hazır olur, belə ki, ona buyurulanı həyata keçirmək onun vəzifəsi, işidir. 

Və yaxud, yuxarıda təqdim etdiyimiz nümunəyə yenidən baxaq:  

  He had me horsewhipped! -- horsewhipped in front of the jail, like a nigger! 

-- with all the town looking on! Horswhipped! -- do you understand?

 (17). (O, məni 

qamçılatdırdı!- bütün şəhərin gözünün qabağında- həbsxananın qarşısında zənci 

kimi qamçılatdırdı! Qamçılanmaq!- anlayırsan?) 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



200

Burada da “had” ilə ifadə olunmuş təsirin obyektinin vəzifəsi bu işi etməkdir

yəni qamçılamaqdır. Bilirik ki, bu cür yerlərdə cəza təyin olunur, ancaq cəza məhz 

bu iş üçün fəaliyyət göstərənlər tərəfindən həyata keçirilir. “Have” təsirsiz olduğu-

na görə onun işləndiyi cümlələrdə  təsir prosesi deyil, nəticə xüsusi nəzərə carp-

dırılır. 

Deməli, hər üç dil vahidi məcburiyyət anlayışının ifadəsində  əsas fenomen 

olan təsiri ifadə edir. Lakin fərqli leksik xüsusiyyətlər, təsirliliyin müxtəlif dərə-

cəsindən dolayı bu dil vahidlərinin bu anlayışın ifadəsindəki rolu da müxtəlifdir, 

fərqlidir.  “To make” birbaşa təsir ifadə edir, təsir obyekti mütləq ifadə olunur, 

təsirin birbaşalığından dolayı  nəticədəki işin icrası da açıq məsdərlə ifadə olunur. 

“To get” isə təsir üsulu ilə birlikdə təsir ifadə edir, burda da təsir obyekti mütləq 

ifadə olunur, ancaq təsirdə vasitə də ifadə olunduğuna görə nəticədə baş vermiş və 

ya baş verəcək işin icrası bütöv məsdərlə ifadə olunur. “To have” təsirsizdir, ona 

görə təsir obyekti ya ifadə olunmur, ya da vasitəli tamamlıq kimi by (tərəfindən ) 

sözünü ilə birlikdə ifadə olunur, ona görə  də  nəticədə baş vermiş  işin icrası feli 

sifətlə ifadə olunur. Deməli,  şüura yönəlmiş  təsiri ifadə edən hər üç dil vahidini 

təsirliliyin dərəcəsinə görə artan sıra ilə düzsək, belə olacaq: to have, to get, to 

make. 1-ci təsirsizdir. 3-cüdə isə  təsirlilik güclüdür. Məhz bu təsirlilik “to make” 

felinə məcburiyyət anlayışı ifadə edən formaya doğru inkişaf etməsinə imkan ver-

mişdir. Hətta bu forma məcburiyyət bildirmə üçün o dərəcədə spesifikləşmişdir ki, 

müstəqil olaraq da işlənə bilir. 



 

 

Ədəbiyyat 



 

1. 


 Verdiyeva Z. N., Axundov C. M., Sergeyev V. A. “Learn English”, Bakı, 

Maarif, 1993

 

2. 


Аристотель “Евдемова этика”, Москва, 2005, 448 с. 

3. 


Бессалов А.Ю. “Каузативные глаголы как средство выражения причинно-

следственных  отношений    в  английском  и  французском  языках”, // 

Вестник МГОУ. Сер.: Лингвистика. – М.: Изд-во МГОУ, 2010. – № 6. – С. 

85–90. 


4. 

Каплунов


 

А.И.


  “

Об  основных  чертах  и  понятии  государственного 

принуждения”. Государство и право. – 2004. – №12. – С.10-17. 

5. 


Кримовна  Б.  С. “Типология  языковых  средств  выражения  категории  кау-

зативности в разносистемныx языках”. Диссертация. Майкоп 2002, 151 c 

6. 

Мюллер  В.,  Боянус  С. “Англо-русский  словарь”,  Москва,  Локид, 1999. – 



688 c. 

7. 


Недялков  В.П.,  Сильницкий  Г.Г. “Типология  каузативных  конструкций. 

Морфологический каузатив”, Л., 1969, c. 5-18, 369 c. 

8. 

Пучнин А.С. “Принуждение и право”. Дисс...кандлор.наук- - Тамбов, 1999. 



234 с. 

9. 


Романова О. В. “Семантические и функциональные особенности глаголов, 

выражающие  концепт  принуждение  в  современном  английском  языке”. 

Диссертация  на  соискание  учёной  степени  кандидата  филологических 

наук. Санкт-Петербург 2008 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



201

10. 


Сильницкий  Г.Г. “Семантические  и  валентностные  классы  английских 

каузативных  глаголов”.  Диссертация  доктора  филилогических    наук.-

Смоленск.1974-442 c 

11. 


Sami Chatti “Categorization of causation: Directness or animacy?”, 

International Jorunal of Linguistics, 2012, Vol. 4, No. 3, s. 363-374 

12. 

 http://www.oxforddictionaries.com/ 



13. 

 http://www.collinsdictionary.com/ 

 

Bədii ədəbiyyat 



14. 

Charlotte Bronte “Jane Eyre”, Oxford University Press, 1990 

15. 

Colin Dexter “The dead of Jerico”, Oxford University Press, 1991 



16. 

John Steinbeck “East of Eden”, Penguin readers, 2001 

17. 

Mark Twain “The adventures of Tom Sawyer”, 



 http://classiclit.about.com/library/bl-etexts/mtwain/bl-mtwain-tom-29.htm 

18. 


Synge J. M. “The playboy of the western world”, 

 http://www.gutenberg.org/files/1240/1240-h/1240-h.htm 

19. 

http://ebooks.adelaide.edu.au/l/lawrence/dh/l41s/chapter8.html 



20. 

Wilkie Collins, “The woman in white”, Penguin Books Ltd 1999 

 

L.Yusifova 



The role of the verbs “to make”, “to get”, “to have” in the expression of the notion 

of coercion in English 

Summary 

 

  The article deals with the role of the verbs “to make”, “to get”, “to have” in 



the expression of the notion of coercion. In the introduction the concept of coercion 

is explained from different aspects. After this, these verbs are investigated and 

analyzed as the linguistic units that express coercive impact and their role in the 

expression of the concept of coercion is determined. At the same time the similar 

and different features of these linguistic units are presented. 

Л. Юсифова 

Роль глаголов “to make”, “to get”, “to have” в выражении понятия 

принуждения на английском языке 

Резюме 

 

  В статье рассматриваются роли глаголов “to make”, “to get”, “to have”  в 



выражении понятия принуждения. Во введении понятие принуждения объяс-

няется с разных сторон. После этого, эти глаголы исследованы и проанализи-

рованы как языковых единиц, которые выражают влияние принуждения и их 

роль в выражении понятия принуждения определяется. В то же время подоб-

ные, и различные особенности этих языковых единиц представлены. 

 

Rəyçi:            Tünzalə Baxşıyeva 



                 filologiya elmləri dokroru

 

Filologiya  məsələləri – №5, 2014

 

 



202


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin