Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

SÜRƏYYA HƏSƏNOVA 

ADPU 


xaricidiller2014@outlook.com 

 

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ SİNONİM FELLƏR 

 

Açar sözlər: söz qrupları, sinonimlər, sinonimik cərgə, sinonim fellər, nitq hissələri 

Key words:  word-group, synonyms, synonymic line, synonym verbs, parts of 

speech 


Ключевые  слова:  группы  слов,  синонимический  ряд,  глаголы – синонимы, 

части речи 



 

Fikir  şüur faktıdır, təfəkkür prosesinin məhsuludur. Nitqdə isə bu şüur faktı 

səs kompleksi ilə ifadə olunur. Bu səs kompleksinin ən mühüm ünsürü sözlərdir. 

Sözlər bir-biri ilə sıx şəkildə əlaqədardır və onlar arasında daxili əlaqə mövcuddur. 

Söz və onun mənaları müxtəlif qruplarda birləşir və bu birləşmə oxşarlığa və ya mə-

naya əsaslanır.  

Söz qruplarından ən vacibi leksik-semantik qruplardır. Burada ümumi qram-

matik mənadan başqa, minimum bir ümumi məna (kateqorial, leksik), bir nitq hissə-

sinə aid olan sözlər birləşir. Söz gerçəkliyə aiddir, onu əks etdirir, öz mənasını təc-

rid olunmuş, həmin dilin leksik-semantik sistemindən ayrılmış şəkildə yox, onunla 

sıx əlaqədə, dilin semantik strukturunu yaradan bütün məna sistemi vasitəsilə ifadə 

edir. Həmin mənanın ictimai dərk edilməsini ümumiləşdirir və birləşdirir.  

Müasir Azərbaycan  ədəbi dilinin leksik tərkibi müxtəlif məna qrupuna 

malikdir. Burada eyni səslənməyə və yazılışa malik sözlərin bir neçə məna bildir-

məsinə, bir-birinə çox yaxın olan mənaların bir neçə sözlə ifadə olunmasına, söz-

lərin bir-birinə  əks olan mənalar ifadə etməsinə rast gəlmək olar. Bu baxımdan 

Azərbaycan dilindəki sözləri şərti olaraq aşağıdakı 3 qrupda təsnif etmək olar:  

1.

 

Omonim sözlər. 

2.

 

Sinonim sözlər. 

3.

 

Antonim sözlər. 

Sinonimlik gerçəkliyin eyni əşya, hadisə, əlamət və ya hərəkəti ilə bağlı olub, 

onun müxtəlif formalarla adlandırılması ilə əlaqəli semasioloji hadisədir. Məzmun-

ca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə sino-

nimlər deyilir. Sinonim yunan sözü olub, “eyni adlı” deməkdir.  

Bəzən sinonimlərin mənaca mütləq eyniliyə  də malik olduğunu göstərirlər. 

Lakin belə sözlər sinonim deyil, leksik dubletlərdir. Leksik dubletlər forma və mən-

şəcə müxtəlif olan sözlərdir. Onlar mətnə görə neytral olub, mənaca bir-birinin tam 

eyni olan sözlərdir. Buna görə  də leksik dubletlər müxtəlif  şəraitdə (mətn, nitq, 

situasiya) bir-birini əvəz edə bilir. Leksik dubletlərə misal olaraq eynək-çeşmək-



gözlük, bahar-yaz, sağ-salamat, künc-bucaq, səksən-həştad  və s. kimi sözləri 

göstərmək olar.  

Sinonimlər eyni məfhumun ancaq çox yaxın və nisbətən fərqli mənalarını 

ifadə edə bilmək xüsusiyyətinə malikdir. Məsələn,  gözəl-göyçək, qəlb-ürək, mat-



məəttəl, məsud-xoşbəxt-bəxtəvər sözləri bir məfhumun çox yaxın mənalarını ifadə 

etdiyi kimi, hündür-uca, qalın-yoğun, könül-qəlb, enli-gen sözləri bir məfhumun 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



174

nisbətən uzaq mənalarını bildirir. Bu cəhətdən sinonimlər iki yerə bölünür: mütləq 

və nisbi sinonimlər.  

Dildə bu və ya başqa sinonim təşkil edən müxtəlif sözlərin məcmusu 

sinonimik cərgə adlanır. Sinonimik cərgə müxtəlif quruluşlu sözləri leksik-semantik 

variantlarına görə birləşdirir. Onun üzvləri məna ümumiliyinə  əsasən daxili məna 

qrupu yaradaraq bir-biri ilə  əlaqədar olub, başqa sözlərə münasibətləri bildirir, 

birləşir. Məsələn,  güc-qüvvət-taqət sözləri bir sinonimik cərgədə birləşərək bir 

məfhumu müxtəlif fonetik tərkiblərlə ifadə edir. Bu sözlər bir-biri ilə qarşılıqlı əla-

qədə olub, cərgədə müəyyən yer tutur. Güc-qüvvət-taqət sinonim sözlərin ifadə et-

diyi mənada ümumiləşdirici məfhum onların orqanizmin fiziki enerjisi ilə bağlılı-

ğıdır.  


Sinonimlərə xas olan əsas xüsusiyyətlərdən biri sinonimik cərgə üzvlərinin 

eyni bir nitq hissəsinə aid olmasıdır. Sinonim sözlərə nitq hissələrindən ən çox isim, 

sifət, fel və zərflərdə təsadüf edilir. Ümumiyyətlə, sinonim sözləri nitq hissələrinə 

görə aşağıdakı kimi qruplaşdırmaq olar:  

1.  İsimarzu – istək – kam, aqibət – son – axır, səadət – xoşbəxtlik, meh–yel 

– külək, xəstəlik – azar, yavanlıq – ağartı, rəftar – xasiyyət, danlaq – giley və s.  

2.  Sifətgödək – alçaq, dəli – ağılsız – axmaq – gic, qoca – yaşlı,  

zərif – incə, gözəl – qəşəng – göyçək, qalın – sıx, səmimi – mehriban, bərk – 

möhkəm və s.  

3.  Felalmaq – götürmək, öyrənmək – alışmaq, tullamaq – atmaq, tullanmaq 



– atılmaq, bağlamaq – qıfıllamaq, nəql etmək – danışmaq – söyləmək, duymaq – 

hiss etmək, hərlənmək – fırlanmaq – dolanmaq və s.  

4.  Zərf:  tez-tez – sürətlə, ahəstə - yavaş-yavaş, pəsdən – alçaqdan, səhər– 



sabah, cəbrən – zorla, təzəcə - yenicə və s.  

5.  Sayçox – xeyli, bir gün – bir vaxt, bir az – bir qədər və s.  

6.  Əvəzlik: bəri – bura, biri – birisi, biri – kim isə, heç nə - heç şey, heç kim – 

heç kəs və s.  

7.  Qoşmaayrı – başqa – qeyri – savayı, qabaq - əvvəl, tək – kimi, tərəf– sarı 



– doğru və s.  

8.  Bağlayıcıamma – ancaq – lakin – fəqət, və ya – yaxud – yainki və s.  

9.  Ədatqətiyyən – heç də - əsla, ki – da - də və s.  

10. Modal sözəlbəttə - şübhəsiz – yəqin – yəqin ki, məncə - fikrimcə, heyf– 



heyf ki – təəssüf ki və s.  

11. Nidaaman – ox, əfsus – heyf və s.  

Sinonimlik fellərdə  ən çox təsadüf edilən semasioloji hadisədir və feli sino-

nim cərgələrin üzvləri leksik-semantik cəhətdən yaxın məna çalarına malik vahid-

lərdən ibarət olur. Cərgənin üzvləri həm sadə, həm düzəltmə, həm mürəkkəb söz, 

həm də söz birləşməsi  şəklində ola bilir. Eyni məna  ətrafında cəmləşən feli 

sinonimlər aşağıdakı quruluş modelləri əsasında yarana bilir:  

Sadə fel – sadə fel. Məsələn:  

Qaçmaq – yüyürmək

Qulağıma:  

  Nəsə, nəsə deyib qaçar. 

Yüyürərəm dalısınca, 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



175

Yolum dönər bir yamaca 

(Məmməd Araz. səh. 62) 

  Sevmək – istəmək

   

 

Həm də soruşardı: - De görüm məni



 

 

 



Nə boyda sevirsən?  

Deyərdim: - Səni  

Lap bu dünya boyda istəyirəm mən.  

(Bəxtiyar Vahabzadə. səh. 49) 



Alışmaq – yanmaq. 

   


 

Hərcayı sözlərə dözə bilmərəm, 

  

 

Alışsam, yanmaram öz diyarımda 



(Aşıq Alı. səh. 49) 

Dağıtmaq – sökmək. 

   


 

Eşqi dağıdasan, qəlbi sökəsən... 

(Məmməd Araz. səh. 161) 

Açmaq – qurmaq. 

Keçib yan otağa həsrət bu ara 

Təzə radionu yavaşca açdı. 

(Bəxtiyar Vahabzadə. səh. 137) 

Küncdəki otağa çəkildi bir baş. 

Qurdu radionu... 

Yandı göy işıq. 

(Bəxtiyar Vahabzadə. səh. 135) 



Sadə fel – düzəltmə fel. Məsələn:  

Güvənmək – qürrələnmək. 

  

Elə bir fikir ki, tapınıb ona  



  

Yoluna güvənim, 

 

 

Qürrələnim mən.  



 

(Bəxtiyar Vahabzadə. səh. 27) 



Yatmaq – yuxulamaq.  

  

Yuxuna daş atıram,  



  

Bir gecə yatma, düşün!  

(Məmməd Araz. səh.78) 

Oxuyar, oxuyar, oxuyar cırcırama, 

Sonra da  

  

Yuxulayar cırcırama... 



(Məmməd Araz. səh.96) 

Yanmaq – işıqlanmaq.  

  

Zülmətin içində ulduztək yanar, 



 

 

Dəniztək qovrular, göltək çalxanar 



 

(Bəxtiyar Vahabzadə. səh. 28) 

  

Önümdəki qaranlıqlar 



Qətrə-qətrə işıqlanır... 

(Bəxtiyar Vahabzadə. səh. 56) 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



176

Çağırmaq – səsləmək.  

  Əzablar  

  

ürəkdə min arzu bəsləmiş, 



  ilhamı səsləmiş, 

  

 



çağırmış, 

  Əzablı günlərin çəkisi, 

  Bəxtəvər illərin 

  

 



Yüzündən ağırmış!.. 

(Bəxtiyar Vahabzadə. səh.95) 



Sadə fel – mürəkkəb fel. Məsələn:  

Baxmaq – seyr etmək,  

   


Nəriman meydançası!.. 

  

Bir də baxıram ona. 



 

  

Seyr edirəm maraqla  



   

Yolu, izi, küçəni 

(Hüseyn Arif. səh.57) 

Unutmaq – yadından çıxmaq. 

   


Bəzən unuduram özümü tamam,  

  

Elə bil özümçün yoxam həyatda 



(Məmməd Araz. səh.66) 

  

Varlıqdan şikayət, yoxluqdan giley, 



   

Burda bir anlıq çıxdı yadımdan. 

(Məmməd Araz. səh.84) 

Eşitmək – qulaq asmaq.  

  

Neçə-neçə dodaqlardan  



  

Neçə dəfə eşitmişəm, 

  

Bu sözü mən.  



(Bəxtiyar Vahabzadə. səh.45) 

Düzəltmə fel – düzəltmə fel. Məsələn:  

Qəmlənmək – kədərlənmək. 

  

Gözlərkən zindanda son saatını 



  

Bircə yol qəmlənib kədərlənmədi.  

(Bəxtiyar Vahabzadə. səh.98) 

Qanadlanmaq – pərvazlanmaq. 

  

Uçun, nəğmələrim, tez atlanın siz, 



  

Yeldən qanad taxıb qanadlanın siz. 

(Bəxtiyar Vahabzadə. səh.100) 

   


Pərvazlanıb Qafdan-Qafa uçardın, 

 

 



Keçən günü yada sal, qoca baxtım!  

(Aşıq Ələsgər. səh.20) 



Düzəltmə fel – mürəkkəb fel. Məsələn: 

Parçalamaq – para-para eləmək. 

   


Zərrələrin ən kiçiyi atomdur... 

  

Parçaladı əsrimiz. 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



177

  

Parçaladıq onu biz, 



 

 

Elədik para-para. 



(Bəxtiyar Vahabzadə. səh.139) 

Kədərlənmək – qəmnak olmaq. 

  

Gözlərkən zindanda son saatını 



  

Bircə yol qəmlənib kədərlənmədi. 

(Bəxtiyar Vahabzadə. səh.98) 

   


Qəmnak oldum Mıxtökənə çıxanda, 

   


Şad olaram burda Tərtər axanda.  

(Aşıq Alı. səh.48) 



Mürəkkəb fel – mürəkkəb fel. Məsələn:  

Dan yeri ağarmaq – dan sökülmək. 

  

Hamıdan gec yatıb qalxdınız erkən 



Ağardı dan yeri hiss edilmədən.  

(Bəxtiyar Vahabzadə. səh.10) 

Vyetnam, sökülür üfüqlərdə dan, 

Sənə arxa durur solun, sağın da.  

(Bəxtiyar Vahabzadə. səh.151) 

Para-para olmaq – çilik-çilik olmaq. 

   


Sən bir büllur idin... 

  

Önümdə sındın. 



  

Oldun para-para, sən çilik-çilik. 

(Bəxtiyar Vahabzadə. səh.110) 

Qulaq asmaq – qulaq vermək.  

  

Torpaq nəğməsinə qoy qulaq assın 



  

Torpaqda ən möhkəm bitən qayalar. 

(Məmməd Araz. səh.50) 

  

Bayaqdandır qulaq verib daş xoruna, 



   

 

 



 

 

Daş səsinə, 



  

Utanıram, utanıram  

   

 

 



 

Mən tarixin əvəzinə... 

(Məmməd Araz. səh.55) 

Sinonim fellər bədii üslubda mühüm vasitələrdəndir. Sinonim fellərdən bədii 

üslubda, başlıca olaraq, aşağıdakı məqsədlər üçün istifadə olunur:  

1.  Eyni sözün təkrarına yol verməmək və üslubi səlislik yaratmaq üçün.  

2.  Fikri daha təsirli ifadə etmək üçün. 

3.  Fikrin ən incə məna çalarlıqlarını ifadə etmək üçün.  

4.  Nitqin müxtəlif növlərində satira, yumor və komik ifadələr yaratmaq üçün.  

5.  Maddi varlığı və orada mövcud olan hadisələri daha aydın və gözəl təsvir etmək 

üçün.  

Ədəbiyyat 



 

1.  A.M.Qurbanov. Müasir Azərbaycan ədəbi dili. Bakı, 1985, səh.287-315 

2.  S.Cəfərov. Müasir Azərbaycan dili (leksika). Bakı, 1982, səh.15-42 

3.  H.Ə.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988, səh.32-92 

4.  H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.165-200 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



178

5.  B.Ə.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, səh.177-  

        187. 

6.  Müasir Azərbaycan dilinin semasiologiyası (oçerklər). Bakı, 1985, səh.71-101 

7.  İ.Məmmədov, H.Həsənov. Azərbaycan dilinin sinonimləri lüğəti. Bakı, 1990 

8.  Aşıq Ələsgər. Seçilmiş əsərləri. Bakı, 1988 

9.  Aşıq Alı. Şeirlər. Bakı, 1982 

10.  Məmməd Araz. Qanadlı qayalar. Bakı, 1973 

11.  B.Vahabzadə. Bir baharın qaranquşu. Bakı, 1971 

12.  Hüseyn Arif  (Hüseynzadə). Seçilmiş əsərləri. II cild, Bakı, 1975 

 

                                                                                                                 С.Гасанова 



глаголы -синоним  в  современном азербаджанском языке 

Резюме 


 

В  статье  показаны  синонимы  в  современном  азербайджанском  языке, 

как части  речи  делённые на группы. Среди них объясняются глаголы – сино-

нимы  на  основании  образованных  моделей.  Эти  глаголы – синонимы  ис-

следуются на примерах построенных моделей. Например: простое глагольное 

сказуемое - простое  производное  сказуемое,  простое  сложное    сказуемое.В 

статье отмечаются также глаголы – синонимы, используемые  в художествен-

ном стиле. 

 

 S.Hasanova 



Synonym verbs in Contemporary Azerbaijan language. 

Summary 


 

The synonyms being in contemporary Azerbaijan language are given groups 

according to parts of speech in the article. Synonym verbs are explained base on 

creating models. The structure models of these synonym verbs are investigated 

based on samples. The synonyms being structure models, for ex: simple verb-

simple verb, simple verb-derivative verb, simple verb- composite verb, derivative 

verb-derivative verb, derivative verb- composite verb, composite verb-composite 

verb. The using opportunity synonym verbs in graphic style  are noted   in the 

article.  

 

Rəyçi:                         Həcər Hüseynova 



                        filologiya elmlər doktoru, dosent  

 

Filologiya  məsələləri – №5, 2014

 

 



179

 GÜLÜMSƏR ABBASOVA 

BDU 

gülümsar@mailk.ru 



 

NİTQ AKTLARININ NÖVLƏRİ MƏSƏLƏSİNƏ DAİR 

 

Açar sözlər: özgə nitqi, vasitəsiz nitq, vasitəli nitq, dəqiq nitq, müəllif nitqi, qeyri-

dəqiq nitq, kommunikativ akt 

Ключевые  слова:  чужая  речь,  прямая  речь,  косвенная  речь,  авторская  речь, 

корректная речь, некорректная речь, коммуникативный акт.   



Key words: direct speech, indirect speech, author’s speech, semi-direct speech, 

periodic speech, represented speech.  

 

Müasir linqvistikada nitq kommunikasiyası  nəzəriyəsi və ya nitq aktları  nə-



zəriyyəsi yeni elmi istiqamət formalaşmış və sürətlə inkişaf etməkdədir. Doğrudur, 

nitq aktları nəzəriyyəsi son dövrlərdə nitq kommunikasiyası nəzəriyyəsindən ayrılıb 

müstəqil istiqamətə çevrilməkdədir. 

Nitq aktları nəzəriyyəsində «Direct Speech» dəqiq nitq, «Indirect Speech» isə 

qeyri-dəqiq nitq mənasında işlənilir. Qeyd etmək lazımdır ki, ingilis dilində bu ter-

minlər həm də müvafiş olaraq «vasitəsiz nitq» və «vasitəli nitq» anlayışlarını da 

ifadə edir.  

Ənənəvi dilçiliyin arsenalında «özgə nitqi», «vasitəsiz nitq», «vasitəli nitq», 

«müəllif nitqi», «sitat» terminləri vardır. Bu terminlər nitq aktları və kommunika-

siya nəzəriyyələrində də təhlil və araşdırma obbyekti olur. Eyni zamanda, yeni elmi 

istiqamətlərdə bir sıra başqa anlayışlardan istifadə olunur ki, onların arasında 

«dəqiq nitq» və «qeyri-dəqiq nitq» də yer alır.  

Dil daşıyıcıları arasında nitqlə yaranan qarşılıqlı  təsir kommunikativ akt ad-

landırılır. Nitq aktı bir danışanın digərini (və ya digərlərini) nəzərə almaq şərti ilə 

söylədiyi hökm və ya cümlədir. 

 Nitq  aktları  nəzəriyyəsinin tədqiqat obyekti danışanın birbaşa ünsiyyət 

şəraitində söylədiyidir. Nitq aktlarına kommunikativ aspektdən yanaşmada bir 

qədər fərqli mənəzərə müşahidə olunur. Kommunikativ akt kommunikantların bir-

birinə ünvanlanmış nitq aktları toplusu kimi təyin olunur (1, 14).   

Özgə nitqi «danışanın nitqində və ya müəllif nəqletməsində müvafiq fellərdən 

(soruşdu, dedi, fikirləşdi, sual verdi, əlavə etdi və s.) sonra danışanın, yaxud başqa 

şəxsin ifadələrinin, fikirlərinin daxil edilməsi kimi sintaktik keçidlər baş verir. 

Danışanın və ya nəqledənin müəllifin nitqinə daxil edilmiş nitqi özgə nitqi adlanır» 

(2, 64). Özgə nitqinin verilmiş  tərifində  qüsurlu cəhət onun mütləq müvafiq 

fellərdən sonra işlənməsi ilə bağlı müddəadır. Halbuki, nitqin özgəyə məxsusluğunu 

bildirən fel özgə nitqindən sonra, özgə nitqinin ortasında da işlənə bilər. Belə felin 

ümumiyyətlə verilməməsi də mümkündür.  

B.Ardentova belə  qənaətə  gəlir ki, özgə nitqinin təyinedici amili onun kimə 

məxsusluğu deyil, onun obyektivləşdirilməsi, gerçəkləşdirilməsidir (3, 85). 

Özgə nitqini ötürən  şəxs müəllif, onun sözləri müəllif sözləri, müəllif 

konteksti adlandırılır. Yaxud başqa şəxslərin müəllifin nitqinə daxil edilmiş fikir və 

mülhizələri özgə nitqidir. Zənnimizcə, özgə nitqinin bu şəkildə təyini heç bir müba-



 

Filologiya  məsələləri – №5, 2014

 

 



180

hisə doğurmur və qəbulolunandır. Özgə nitqini müəllif müxtəlif üsullarla ötürmək 

imkanına malikdir. Bu üsullardan asılı olaraq özgə nitqinin fərqli növləri vardır. Öz-

gə nitqinin leksik-semantik, qrammatik ifadə vasitələrindən, bu nitqin ifadə üsullar-

dan asılı olaraq vasitəli və vasitəsiz nitq formaları və ya növləri fərqləndirilir.  

Özgə nitqinin iki əsas tipini ayırmanın başlıca meyarı, təbii ki, nitqin kimə 

məxsusluğu məsələsi olsa da, onun hansı şəkildə ötürülməsi, verilməsi diqqət mər-

kəzinə çəkilir. Yəni özgə nitqinin dəyişdirilib-dəyişdirilməməsi faktı özgə nitqi for-

malarının differensiyası üçün əsas götürülür. Vasitəsiz və vasitəli nitqin tərifini ve-

rən tədqiqatçıların əksəriyyəti üçün istinad nöqtəsi məhz bu cəhətdir (4, 207). 

Özgə, mülahizəsinin, ifadəsinin onun məxsus olduğu şəxsin adından verilməsi 

(ötürülməsi) vasitəsiz nitq adlanır. Vasitəsiz nitq başqasının bilavasitə müsahibə ün-

vanlanmış mülahizələridir. Yalnız bu əlamət vasitəsiz nitqi tam səciyyələndirə bil-

mir. Çox zaman birbaşa söylənmiş fikirlər vasitəsiz nitq olmur. Vasitəsiz nitq birba-

şa mülahizələr kimi ötürülən və onu ötürən müəllifin nitqi ilə birləşmiş özgə nitqi-

dir. Bir şəxsin vasitəli mülahizəsinin başqasının vasitəsiz mülahizəsi ilə birləşməsi 

çox hallarda vasitəsiz nitq yaradır. 

Nitqin subyekə görə  fərqləndirilməsində  də  bəzi məsələlərə aydınlıq gətiril-

məlidir. Bəzi hallarda müəllif bir neçə özgəyə aid nitqi ardıcıl daxil edir. Yəni 

mətndə kommunikasiya aktında iştirak edənlərin sayı müxtəlif olur. Bu say birdən 

başlayaraq 4-ə  və  bəzən 5-ə  qədər dəyişir. Qeyd edilən forma, daha doğrusu 4-5 

müxtəlif subyektə aid nitqin daxil edilməsi halları təcrübədə az rast gəlinəndir. Da-

ha çox müşahidə olunan hal bir və ya iki özgə nitqinin daxil edilməsidir.  Əsərin 

sücetindən hadisələrin dəyişməsindən asılı olaraq nitq prossində  iştirak edənlərin 

həm sayı, həm də özləri dəyişir. Bütün bunlar real həyat hadisələri ilə bağlıdır. De-

yək ki, danışıqda iştirak edən  şəxsin biri çıxıb gedir, yeni şəxs gəlir. Bu zaman 

kommunikatların dəyişməsi hadisəsi baş verir. Müəllif öz nitqində bu dəyişmənin 

gedişini oxucuya çatdıra da bilər, çatdırmaya da bilər. Bəzən müəllifin daxil etdiyi 

özgə nitqində başqa  şəxsə  məxsus nitq daxil edilir. Bu tipli özgə nitqi xəbər 

daxilində xəbər  də adlandırılır. 

Vasitəsiz nitq aşağıdakı əlamətləri ilə seçilir: 1) başqasının mülahizəsini dəqiq 

əks etdirir; 2) müəllifin sözləri ilə müşayiət edilir. Müəllifin sözləri və vasitəsiz nitq 

məna və intonasiya cəhətdən bir-biri ilə bağlı olan müstəqil hissələrdən ibarət olan 

sintaktik konstruksiya əmələ gətirir. 

Vasitəsiz nitqin iki hissədən ibarət olması fikri yanlışdır. Özgə nitqi dəyişdi-

rilmir, həmin nitqdə istifadə olunan dil və nitq vahidləri eynilə saxlanılır. Vasitəsiz 

nitqi iki hissəyə ayırmanın səbəbi isə onun cümlədə verilməsi formasından irəli gə-

lir.  Vasitəsiz nitqin verilməsi üçün cümlədə iki hissədən istifadə edilir. Bu hissələr 

bağlayıcısız birləşir. 

Vasitəsiz  nitqdən fərqli olaraq vasitəli nitq dəyişdirilmiş nitq sayılır. Bu nit-

qin dəyişdirilmə  dərəcəsi və xüsusiyyətləri haqqında  şeç bir informasiya verilmir. 

Nitqin dəyişdirilməsi ehtimalı və ya doğrudan dəyişdirilməsi onun ötürülmə forma-

sından doğur. 

Nəvəsi deyir ki, otuz-qırx manatdan artıq olmazdı (Elçin). Nümunədəki   

«otuz-qırx manatdan artıq olmazdı»  konteksti özcəyə aidliyi ilə seçilir. Lakin bura-

da nitqin məhz verilmiş formada deyilməsi haqqında heç bir informasiya yoxdur. 

Yəni nəvənin bu məlumatı dil vasitələri ilə dəqiq hansı şəkildə ifadə etməsi aydın 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



181

deyildir. Bu kontekstdə nəvənin dediyinin əsas məzmunu, məhz bu məqam üçün va-

cib olan əsas məzmunu ifadəsini tapmışdır. Deyimin müəllif tərəfindən nə dərəcədə 

dəyişdirilməsi və ya dəyişdirilməməsinin əhəmiyyəti yoxdur. Oxucu nitqin verilmə 

formasına görə onu dəyişdirilmiş nitq kimi qəbul edir. 

Vasitəli nitqin iki əsas xüsusiyəti qeyd edilir: 1) bir şəxsin nitqini başqa şəxs 

verir; 2) nitq danışan şəxsdən asılı olur, yəni danışan vasitəsiz nitqə formal cəhətdən 

müdaxilə edir (5, 87).   

Bədii əsərdə özgə nitqini ötürən müəllif funksiyasında həmin əsərdəki bu və 

ya digər personac çıxış edə bilər. Ona görə  də  bədii  əsərdə müəllif nitqinin özü 

müxtəlif adamlara məxsusluğu ilə seçilir. 

Müəllif öz nitqini də özgə nitqi kimi vermək imkanına  malikdir. Müəllif bu 

zaman özgə nitqini ötürmək üçün dildə olan vasitələrdən istifadə edir. 

 Müəllif özgə nitqini ötürərkən həmin nitqə müdaxilə etmək səlahiyyəti qa-

zanır. Lakin müəllifin özgə nitqini hansı dərəcədə dəyişməsi bilavasitə onun özün-

dən asılıdır. O, özgə nitqini vasitəli şəkildə ötürdükdə bu nitqdə leksik, qrammatik 

və üslubi dəyişikliklər apara bilər. Dəyişmələrin aparılması mütləq deyildir. Yəni 

özgə nitqi müəllif nitqinin daxilində olduğu kimi yer ala bilər. Iki şəxsə aid nitqin 

birləşdirilib bir cümlədə verilməsi özgə nitqin intonasiyasına təsir göstərir. Deməli, 

qrammatik dəyişmə daha çox sintaktik səviyyədə baş verir. Müəllif özgə nitqində 

istifadə olunmuş leksik vahidlərdən heç birini dəyişmirsə, onda leksik səviyyədə 

dəyişmə baş vermir. 

Tələffüz olunmuş nitqdən başqa yazılı mülahizə həmçinin nəzərdə tutulan an-

caq ucadan tələffüz olunmayan (daxili nitq) bu və ya başqa şəxslərin nitq və fikirləri 

də başqasının mülahizəsi ola bilər. Qeyri-əsl vasitəsiz nitq başqasının mülahizəsini 

müəllifin öz adından, ancaq fikri və düşüncəsi verilən  şəxsin nöqteyi nəzərindən 

xəbər verir. Beləliklə, vasitəsiz nitqdə özgə fikri, müəllif sözləri ola bildiyi kimi, öz-

gə tərəfindən söylənməmiş lakin müəllif tərəfindən ona şamil edilən fikirlər də yer 

ala bilir.   

Özgə nitqinin ifadə olunması  və ünsiyyətdə istifadəsi müxtəlif formada baş 

vermək imkanına malikdir. Bu imkan özgənin kommunikasiya aktına, ünsiyyət pro-

sesinə necə qoşulmasından asılıdır. Bu baxımdan özgə nitqinin xarici və daxili nitq 

olmaqla iki yerə ayırırlar. 

Xarici nitqdə  hər  şey özgə  tərəfindən söylənilir. Yəni özgənin nitqi ya can-

landırılır, ya da yazılır. Nitq prosesində özgə nitqinin bir növdən digərinə keçməsi, 

dəyişməsi, növbələşməsi hadisəsi mümkündür. Bu halda xarici nitq-daxili nitq-xa-

rici nitq və buna oxşar başqa formalar qeydə alına bilər. 

Dildə struktur-semantik münasibətə görə qeyri-məxsusi vasitəsiz nitqin polyar 

variantları mövcuddur. Burada bir qütbdə nəqledənin və personacın nitqinən təşkil 

olunmuş ikikomponentli struktur, digər qütbdə isə personacın  şüur prizmasından 

keçən müəllif nitqi durur. 

Qeyri-məxsusi nitq gerçəklikdə özgənin nitqi deyildir. Lakin bu nitqi müəl-

lifin özgəyə  şamil etməsinin səbəbləri vardır. Müəllif personacın, yaxud qəhrə-

manın vəziyyətini, yaranmış  şəraiti hiss edir, bu halı öz iç dünyasında qiymətlən-

dirir. Qiymətləndirmə prosesində müəllifin hasil etdiyi qənaət ona qeyri-müxsusi 

vasitəsiz nitqi yaratmağa əsas verir. Bədii əsərdə özgə nitqinin bu şəkildə verilməsi 

surətin daxili aləmini, emosional vəziyyətini açmağa xidmət edir. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



182

Qeyri-məxsusi özgə nitqinin vasitəsiz nitqin bir növü sayılması  məsələsi bir 

qədər mübahisəlidir. Çünki onun vasitəli formada verilməsi də mümkündür və 

mahiyyətinə görə vasitəsiz nitqi vasitəli nitqlə əvəzetmədən fərqlənmir. 

Qeyri-şəxsli vasitəsiz nitq yalnız personacların nitqinin deyil, onların fikir, 

xəyal və düşüncələrini əhatə edir. Bu forma daxili monoloq, daxili nitqdir. Müəllif 

nitqində yer alan bu özgə nitqi müəllifin, nəqledənin özü tərəfindən formalaşdırılır, 

yaradılır. Aydın olur ki, qeyri-şəxsli vasitəsiz nitq daxili nitqdir və  qəhrəmanın 

baxışlarını ifadə edir. Qeyri-şəxsli nitqin səciyyəvi cəhəti, onu vasitəli və vasitəsiz 

nitqdən, özgə nitqinin verilməsinin başqa formalarından fərqləndirən xüsusiyyət 

müəllifə və personaca aid nitq planlarının bir-birinə qarışması, çuğlaşmasıdır. Nitq 

müəllif tərəfindən aparılır. Lakin ifadənin məzmun planı, onun modallığı, leksik 

vasitələrin seçimi, kəmiyyət və zaman planı baxımından personacın subyektiv fikir 

və nitq sahəsinə keçir. Başqa sözlə desək, qeyri-şəxsli vasitəsiz nitq personacın 

vasitəsiz nitqi ilə yaxınlaşır, onun çatdırmaq istədiyi məzmunu ifadə edir. Lakin bu 

nitq müəllifin nəqletməsinə qarışır. Qeyri-şəxsli vasitəsiz nitq həqiqi vasitəsiz nitq 

və müəllif nitqi ilə müqayisədə keyfiyyətcə yeni olub, formaca müəllif nitqinin özgə 

nitqinə keçməsinə imkan yaradır, nəqletmənin formal-qrammatik vəhdətini 

saxlamaqla, onda müxtəlif subyektli nöqteyi-nəzər əmələ gətirir.  

Vasitəsiz nitqin iki fərqli forması da qeydə alınır. Bunlardan biri sitatdır.  Bu 

və ya digər fikri təsdiq edən və misallarla aydınlaşdıran hər hansı bir mətndən ol-

duğu kimi götürülmüş parça sitat adlandırılır. Sitat başqasının nitqidir. Çünki o baş-

qa şəxsin ifadəsini daxil edir. Müəyyən bir mətnə əsaslanmaq sitatın əsas mənasıdır. 

Onların fərqləndirici əlaməti ifadənin olduğu kimi və dəqiq verilməsindən ibarətdir. 

Müəllif gətirilən fikirlə  və yaxud onun qurluşu ilə razı olmasa da o, sitatı olduğu 

kimi gətirir. Sitatlardan xüsusi məqsədlə elmi publisist üslubda istifadə olunur. Da-

nışıq dilində və bədii əsərlərin dilində sitatdan xüsusi şəraitlərdə istifadə olunur. 

Sitat mətnin müstəqil parçası funksiyasında çıxış edir. Belə verilmə zamanı 

sitatın daxil edilməsi üçün müəllif nitqi tələb olunmur. Lakin sitat müəllifin əvvəl 

verdiyi fikrin təsdiqi və ya davamı, genişlənməsi funksiyasını yerinə yetirir. 

Deməli, vasitəli nitqdə adətən başqasının mülahizəsinin fərdi nitq üslubu də-

yişir. Lakin vasitəli nitqdə də başqa şəxsin əsl sözləri saxlanılması mümkündür. La-

kin bu halda nitqin dəyişdirilib və ya dəyişdirilmədən verilməsi haqqında infor-

masiya olmur. Yəni oxucu özgə nitqinin olduğu kimi verilməsi nəticəsini çıxarmaq 

səlahiyyəti qazanmır.  

Qeyd etmək lazımdır ki, sitatın xüsusi formalarından biri epiqraf adlanır. Epi-

qraflar mətn daxilində deyil, əsərin və ya onun ayrı-ayrı hissələrinin  əvvəlində 

verilir. Epiqrafın müəllifi mütləq göstərilir. 

Özgə nitqinin onun özgəyə nə dərəcədə məxsusluğuna görə təsnifi ilə yanaşı 

semantik-funksional baxımdan təsnifi də maraq doğurur. Belə bölgüdə meyar se-

mantik -funksional və struktur amillərdir. Fikrimizcə, təsnifatda semantik-funksio-

nal və struktur amillərin eyni zamanda nəzərə alınması özünü doğrultmur. Bölgü 

funksional meyar üzrə aparıldıqda özgə nitqinin mətndə reallaşma tipləri aşkara çı-

xarılır. Təsnifat zamanı 5 əsas tipi ayırmaq olur. Həmin tiplər bunlardır: 1)danışıq 

tipi; 2)sənədli tip; mahnı (nəğmə) tipi; 4)səstəqlidi tip; 5) siqnal tipi.  


 

Filologiya  məsələləri – №5, 2014

 

 



183

Beləliklə, nitqin subyektə  məxsusluğu baxımından növləri nitq aktlarının 

müxtəlif formalarını təşkil edir. Qeyri-dəqiq və dəqiq nitq isə nitqin semantikaya və 

məzmuna görə fərqləndirilməsidir. 

 

Ədəbiyyat  



 

1.  Клюев Е.В. Речевая коммуникация. Москва, Рипол, 2002 

2.  Основы речевой коммуникации. Москва, МТИ, 1992 

3.  Ардентова  Б.П.  Вставочная  речь//Ученые  записки  Кишиневского 

Университета . Т.ХХII, 1965. –C. 79-88 

4.  Гойхман  О.Я.,  Надеина  Т.М.  Речевая  коммуникация.  Москва,  Инфра-М., 

2001 

5.  Леонтьев А.А. Язык, речь, речевая деятельность. Москва, 1969 



 

Г.Аббасова 

О видах речевых актов 

Резюме 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin