Азярбайъан республикасы дахили ишляр назирлийи


Monqolların ikinci yürüşü və Azərbaycanın işğal edilməsi



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   2   3   4   5   6   7   8   9   ...   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Monqolların ikinci yürüşü və Azərbaycanın işğal edilməsi. 
Monqol qoşunları Cormağunun başçılığı ilə Rey və Həmədan şəhərlərini 
zəbt edib, 1231-ci ildə ikinci dəfə Azərbaycana soxuldular. Azərbaycanda 
mövcud olan vəziyyət düşmənə güclü müqavimət göstərməyə imkan 
vermədi, lakin bir sıra şəhərlərdə istilaçılara qarşı gərgin mübarizə getdi. 
Marağa şəhəri düşmənə ciddi müqavimət göstərdi. Monqollar şəhəri 
çətinliklə tuta bildilər və əhali üzərinə ağır vergi qoyuldu. Sonra Təbriz 
şəhəri mühasirəyə alındı. Lakin şəhər əyanları yenidən istilaçılarla 
dan
ışıqlar apardılar. Onları qiymətli hədiyyələrlə razı saldılar və şəhəri 
növbəti qırğından xilas etdilər. Bu danışıqlar nəticəsində Təbrizin bir çox 
tanınmış sənətkarları da monqolların tələbi ilə onların vətəni olan 
Qaraqoruma göndərildilər.


10
Monqollar bur
adan Gəncəyə yönəldilər və şəhəri tutmağa cəhd 
etdilər. Əhalinin müqaviməti elə güclü idi ki, işğalçılar qala divarlarını 
dağıtdıqdan sonra da bir həftə ərzində şəhərə girməyə cürət etmirdilər. 
Bəzi gəncəlilər öz əmlaklarının düşmən əlinə keçiməməsi üçün evlərini 
yandırdılar, var-dövlətlərini məhv etdilər. Uzun mübarizədən sonra 1235-ci 
ildə Gəncəni zəbt edən düşmənlər əhaliyə qanlı divan tutdular. Monqol 
əsgərləri qənimət əldə etmək məqsədilə binaların xarabalıqlarını da 
qazdırdılar, şəhər əhalisi tərəfindən gizlədilmiş qızılı, gümüşü və qiymətli 
əşyaları tapmağa cəhd göstərdilər. Monqolların hücumundan sonra Gəncə 
4 il ərzində xaraba vəziyyətdə qaldı və yalnız sonralar şəhərin bərpasına 
cəhd göstərildi.
Monqollar Azərbaycanın digər şəhərlərində də dağıntılar törətdilər, 
Onlar Şəmkirdə ciddi müqavimətə rast gəldilər. Düşmən şəhərə 
yaxınlaşdıqca şəmkirlilər şəhər hakimi Bəhramdan yadellilərə qarşı 
mübarizəyə qalxmağı tələb etdilər. Lakin Bəhram buna razı olmadı. 
Monqollar Şəmkiri mühasirəyə aldılar, şəhər ətrafındakı xəndəklərə odun 
və saman dolduraraq qala divarlarına qalxmağa cəhd göstərdilər. 
Şəmkirlilər bundan xəbər tutub gecə ikən samana od vurub yandırdılar. 
Şəhərə can atan monqol qoşunu xəndəkləri qum ilə doldurdu və bu üsulla 
atəşə son qoyaraq şəhərə soxula bildi. Şəmkir yandırıldı, onun sakinləri 
qılıncdan keçirildi.
Monqollar Azərbaycanın digər şəhərlərinə də yürüş etdilər. Bakı və 
Tovuz ələ keçirildi. 1239-cu ildə Dərbənd şəhərinin zəbt olunması ilə bütün 
Azərbaycan monqollar tərəfindən istila edildi.
İlk yürüşlərdən fərqli olaraq monqolların ikinci yürüşündə əsas 
məqsəd zəbt edilmiş ölkələrdə (ilk növbədə Azərbaycanda və ona qonşu 
olan ərazidə) möhkəmlənmək idi. Buna görə də monqollar qələbə əldə 
etdikdən sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və İranda 
məskunlaşdılar.
Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz ərazisi 1239-1256-cı 
illərdə Ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə 
olunurdu. Arqun Ağa Xorasan, İraq-i Əcəm, Azərbaycan (Şirvan da daxil 
olmaqla), Gürcüstan, Ermənistan, Lur və Kirmana canişin təyin olundu. 
Arqun ağanın Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli 
feodalların (vassalların) köçəri monqol əyanlarından asılılığını getdikcə 
gücləndirməkdən ibarət idi. İri köçəri əyanlardan təyin olunan canişinlərə Ali 
monqol xaqanlığı böyük etimad bəsləyirdi. Onların təyin olunduqları 
ölkələrdə böyük imtiyazları vardı. Heç kimin canişinin isinə qarışmağa 
ixtiyarı yox idi. Azərbaycanın əksər torpaq sahələri və otlaqları monqol 


11
canişinliyinin əlində toplanmışdı. Monqollar, ilk növbədə, tabe olmayan yerli 
feodallara qarşı mübarizə aparır, onların əksəriyyətini torpaq 
malikanələrindən məhrum edirdilər. Belə ki, Muğan ərazisi 110 monqol 
noyonu arasında bölündü. Yerli feodalların bir qismi monqolların vassalı 
kimi fəaliyyət göstərirdi. Onlar monqollara maddi yardım göstərməli, ordunu 
ərzaq, geyim, at və digər ləvazimatla təmin etməli idilər. 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin