Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 3.  Monqolların üçüncü yürüşü. Azərbaycan Elxanilər dövlətinin



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   2   3   4   5   6   7   8   9   10   ...   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Sual 3. 
Monqolların üçüncü yürüşü. Azərbaycan Elxanilər dövlətinin 
tərkibində. XIII-XIV əsrlərdə Azərbaycanın təsərrüfat həyatı. 
Azərbaycan Hülakülər dövlətinin mərkəzi kimi. 
Monqol 
xaqanlığının Ön Asiyanı, Cənubi Qafqazı və Kiçik Asiyanı ələ keçirməsinə 
baxmayaraq, XIII əsrin ortalarında həmin vilayətlərdə bir sıra iri feodal 
malikanələri hələ də öz müstəqilliyini itirməmişdi. Ali monqol xaqanı Munke 
istilaları davam etdirmək məqsədilə 1253-cü ildə Ön Asiyaya qoşun 
göndərdi. Munkenin qardaşı Hülakü xanın başcılıq etdiyi bu yürüşdə əsas 
məqsəd İranın, İraq-i Ərəbin, Suriyanın və digər vilayətlərin müstəqil 
fəaliyyət göstərən hakimlərini itaətə cəlb etməkdən ibarət idi. Hülakü xan iri 
feodalların köməyi ilə bu vilayətlərdə bir çox yerli hakimləri özünə tabe etdi, 
iri 
şəhərləri alaraq çoxlu qənimət ələ keçirdi. 1256-cı ildə isə Azərbaycan 
tabe edildi. 1258-
ci ilin fevralında Hülakü Bağdadı ələ keçirdi və 500 ildən 
artıq mövcud olmuş Abbasilər xilafətinə son qoyuldu. Zəbt edilmiş yeni 
ərazilər hesabına beşinci monqol ulusu - Hülakülər (Elxanilər) dövləti 
yaradıldı. Bu dövlət Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət 
g
östərdi. 
Hülakülər dövlətinin yaranması və yüz il müddətində fəaliyyət 
göstərməsi tədricən Azərbaycanın ictimai-iqtisadi, siyasi və mənəvi 
həyatına təsir etdi, onun hüdudlarında, əhalisinin etnik tərkibində, dini 
görüşlərində, mədəniyyətində, dilində nəzərəçarpacaq dəyişikliklər baş 
verdi. Azərbaycan Hülakülər dövlətinin siyasi-inzibati mərkəzinə, Marağa, 
sonra isə Təbriz onun paytaxt şəhərlərinə çevrildi.
Artıq XIV əsrdə türklər Hülakülər dövləti ərazisində mühüm, 
Azərbaycanda isə əsas yeri tuturdular. Türk dili dövlət dili mövqeyi qazandı. 
Məhəmməd Naxçıvaninin məlumatına görə, Hülakülər dövlətində mühüm 
sənədlər 3 dildə (ərəbcə, farsca və türkcə) hər xalqa öz dilində, o cümlədən 
türklərə türk dilində çatdırılırdı.
Monqol istilaları dövründə Azərbaycana gəlib məskunlaşmış monqol, 
türk qəbilələri ilə yerli əhalinin dini baxışlarında ciddi fərqlər mövcud idi. 
Əsasən bütpərəstlərdən ibarət olan monqollar ilk dövrdə Azərbaycanda, 
habelə digər vilayətlərdə bütpərəstliyin yayılması və möhkəmlənməsi üçün 


12
əməli tədbirlər gördülər. Xoyda, Marağada və s. yerlərdə bütpərəstlik 
abidələri - bütxanalar tikildi, bütpərəst din xadimlərinin (bəxşilərin) 
hazırlanması üçün geniş imkanlar yaradıldı.
Monqollar bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi 
mübarizə apardılar. Onların hakimiyyətinin ilk 30 ili ərzində mərkəzi dövlət 
aparatında "Ölkənin baş qazısı" vəzifəsi rəsmən tanınmadı, vəqf torpaqlar 
müsadirə edildi, dini işlərin idarəsi icarəyə verildi və nəticədə islamın dövlət 
aparatındakı mövqeyi zəiflədi. İlk Elxanilərin islama qarşı mənfi 
münasibətində xristianlığın, yəhudiliyin, buddizmin, habelə Avropanın 
xristian dövlətləri başçılarının böyük təsiri oldu.
İlk Elxanilərin dini siyasəti yerli əhali ilə gəlmələr arasında ziddiyyətin 
artmasına, ölkənin daxili və xarici vəziyyətinin gərginləşməsinə gətirib 
çıxardı. Monqol şahzadələri taxt-tac uğrunda apardıqları mübarizədə bu və 
ya digər dindən istifadə edir, bu vasitə ilə öz məqsədlərinə nail olmağa 
çalışırdılar. Məhz bu baxımdan ciddi addım atmış Qazan xan (1295-1304) 
hakimiyyətə yiyələnmək naminə uşaqlıqdan itaət etdiyi bütpərəstlikdən üz 
döndərdi, islamı qəbul etdi və onu yenidən dövlət dini elan etdi.
Qazan xanın dini islahatı islamın mərkəzi dövlət aparatındakı 
mövqeyini bərpa etdi və bu din rəsmən dövlət dini kimi fəaliyyət 
göstərməyə başladı. Dövlət fərmanlarında, sikkə zərbində, xütbə 
oxunuşunda yenidən islam ifadələrindən istifadə olundu. Həmin islahata 
görə, Qazan xan "altıncı əsr (hicri) islam dininin islahatçısı" kimi tanındı. 
Qazan xanın dini islahatı bütpərəstliyin, xristianlığın, digər dinlərin 
mövqelərini sarsıtdı. İlk dövrdə inşa edilmiş bütxanalar, kilsələr, yəhudi 
məbədləri (sinaqoqlar) dağıdıldı və onların yerində məscidlər, xanəgahlar 
tikildi. 
Hülakü xan geniş əraziyə malik olan dövlət təşkil etdikdən sonra 
köçəri zadəganlara arxalanaraq ali hakimiyyət orqanlarını, hərbi-siyasi 
idarələri və vilayətləri şahzadələrin, tanınmış əmirlərin arasında böldü. 
şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Azərbaycanın əksər 
ərazisində, xüsusilə onun şimal hissəsində monqolların güclü hərbi 
dəstələri məskən saldılar. Oturaq əhalinin istismarı, yerli feodalların 
sıxışdırılması nəticəsində Hülakü xan tezliklə iqtisadi cəhətdən 
qüvvətlənmiş və mərkəzləşdirilmiş dövlət təşkil etdi. Onun hakimiyyəti 
dövründə Hülakülər dövləti öz qüdrətini və vahidliyini mühafizə edə bildi. 
Lakin köçəri feodalların getdikcə qüvvətlənməsi Hülakülər dövlətinin 
daxilində mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsinə və feodal 
çəkişmələrinin güclənməsinə səbəb oldu. Bu mübarizə Abaqa xanın (1265-
1282) hakimiyyətinin sonlarında gücləndi və getdikcə açıq şəkil aldı. Onun 


13
ölümündən sonra hakimiyyətə Əhməd xan (1282-1284) sahib oldu. Lakin o, 
tezliklə narazı qalmış feodalların səyi nəticəsində hakimiyyətdən məhrum 
edildi və taxta Arqun xan (1284-1291) çıxdı. Arqun xanın hakimiyyəti 
dövründə feodal müharibələri daha da gücləndi. Mərkəzi hakimiyyətə qarşı 
Əmir Novruzun başçılığı ilə mübarizə uzun müddət davam etdi.
Arqun xanın ölümündən (1291) sonra yeni elxanın seçilməsi uğrunda 
ciddi çəkişmələr başlandı. Abaqa xanın oğlu Keyxatu xan (1291-1295) 
feodal müharibələrindən qalib çıxdı və elxan elan olundu. Lakin o, tez bir 
zamanda feodal qruplarının əlində oyuncağa çevrildi.
Bir çox vilayətlərin hakimləri ona qarşı çıxdılar. Mərkəzi dövlət aparatı 
zəiflədi və müxalif qüvvələrə qarşı mübarizə aparmaq iqtidarını itirdi. 1295-
ci ildə Azərbaycanda iki elxan dəyişdi. İri feodal qruplarının köməyi ilə 
Keyxatunun əvəzinə Baydu elxan elan edildi. Lakin o, bir neçə aydan sonra 
hakimiyyətdən məhrum edildi və Qazan xan (1295-1304) Qarabağda 
Hülakülər dövlətinin başçısı elan olundu.
Köçəri əmirlər Qazan xanın siyasətinə qarşı mübarizəyə qalxdılar. 
Onların müəyyən hissəsi Azərbaycanın şimalında (xüsusilə Arranda) 
fəaliyyət göstərirdi. Arranda Arslanoğlunun başçılığı ilə Qazan xana qarşı 
sui-
qəsd təşkil olundu. Lakin sui-qəsdin üstü açıldı və onun iştirakçıları 
öldürüldülər. 1297-1298-ci illərdə Azərbaycanın şimalında Tayçuoğlunun 
başçılığı ilə Qazan xana qarşı yeni bir qiyam baş verdi. Qazan xan bu 
çıxışları yatıra bildi və mərkəzi hakimiyyəti qüvvətləndirdi.
Qazan xanın ölümündən sonra Hülakülər dövlətinin taxtına onun 
qardaşı Sultan Ulcaytu (1304-1316) çıxdı. O, Qazan xanın siyasətini davam 
etdirdi, mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Gilan və Herat əraziləri 
onun dövründə istila olundu. Lakin Ulcaytudan sonra Azərbaycanda 
vəziyyət yenidən pisləşdi. Elxanilər taxt-tacına çıxmış 12 yaşlı Əbu Səidin 
(1316-
1335) dövründə dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi. 
Bu, ölkədə feodal çəkişmələrinə təkan verdi. Azərbaycandakı daxili 
vəziyyətdən istifadə edən qonşu dövlətlər Hülakülərə qarşı mübarizəyə 
qalxdılar.
1318-
ci ildə Xorasanda Əmir Yasavur mərkəzi hakimiyyətə qarşı çıxdı 
və Hülakülər dövlətinin bir sıra vilayətlərini qarət etdi. Həmin ildə Elxanilərə 
qarşı bir tərəfdən Misir sultanı, digər tərəfdən isə Qızıl Orda xanı hücuma 
keçdi. Hülakülər dövləti üçtərəfli təhlükə qarşısında qaldı. Qızıl Orda 
qoşunu Dərbəndi keçərək Kür çayı sahillərinə kimi gəldi və əhalini qarət 
etdi. Hülakülər Qızıl Orda xanının hücumunun daha təhlükəli olduğunu 
bildikləri üçün əsas qüvvələrini Azərbaycana göndərdilər və qızılordalıları 


14
geri çəkilməyə məcbur etdilər. Elxanilər şimal sərhədlərini daha da 
möhkəmləndirdilər.
1319-
cu ildə Hülakülər dövləti (Gürcüstan) ərazisində Əmir 
Qurumişinin başçılığı ilə mərkəzi hakimiyyətə qarşı üsyan qalxdı. 
Üsyançılar Gürcüstandan Azərbaycan ərazisinə daxil olub, Təbrizə qədər 
irəlilədilər. Naxçıvan şəhəri onların istinadgahına çevrildi. Sultaniyyədə 
üsyançılarla Elxanilərin qoşunu arasında ciddi vuruşma oldu. Sultan Əbu 
Səid döyüş meydanına girdi, vuruşmada böyük şücaət göstərdi və 
üsyançıların ordusu dağıdıldı. 
Dövlətin xarici düşmənlərə qarşı mübarizəsi ciddi şəkil aldı. 1319-
1325-
ci illərdə Qızıl Orda dövlətinə yürüşlər təşkil olundu və müvəffəqiyyət 
əldə edildi.
Əbu Səidin azyaşlı olması baş əmir Çobana Elxanilər dövlətinin 
idarəsini bütünlüklə öz əlinə almağa imkan verdi. Əmir Çoban Elxanilər 
dövlətinin faktiki hökmdarı oldu. Əbu Səid 1328-ci ildə Çobanilərin 
nüfuzundan xilas ola bildi, lakin digər feodalın (Qiyasəddin Məhəmməd 
Rəşidinin) başcılıq etdiyi qrupun təsirinə məruz qaldı.
1334-
cü ildə Sultaniyyədə mərkəzi hakimiyyətə qarşı çıxışlar baş 
verdi və bu çıxışlar çətinliklə yatırıldı. 1335-ci ildə Qızıl Orda xanlarının 
Azərbaycana növbəti yürüşü oldu. Sultan Əbu Səid dövlətin əsas 
qüvvələrini qızılordalılara qarşı mübarizəyə səfərbər etdi və Kür çayının 
sahillərinə gəldi. Bunu eşidən Qızıl Orda xanı Özbək geri çəkildi. Lakin 
Sultan Əbu Səid çəkişmələr nəticəsində öldürüldü. Onun ölümündən sonra 
Elxanilər dövləti tədricən tənəzzülə uğradı və parçalandı. 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin