Азярбайъан республикасы дахили ишляр назирлийи


XIII-XIV  əsrlərdə Azərbaycanın təsərrüfat həyatı. Monqol



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   ...   7   8   9   10   11   12   13   14   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

XIII-XIV 
əsrlərdə Azərbaycanın təsərrüfat həyatı. Monqol 
işğallarının nəticələri. 
Monqol işğalı Azərbaycanın iqtisadiyyatına çox ağır 
zərbə vurdu. Əhalinin kütləvi şəkildə məhv edilməsi monqol qoşunlarının ilk 
yürüşlərinin nəticəsi idi. Monqol yürüşləri, işğalları orta əsrlər ərzində 
görünməmiş terror və zülm sisteminin tərkib hissəsi olmuşdur. Xeyli maddi 
dəyəri və insan ehtiyatını özündə cəmləşdirmiş iri ticarət-sənətkarlıq 
mərkəzləri - şəhərlər monqol qoşunlarının başlıca hücum hədəfləri idi.
Monqolların birinci və ikinci yürüşləri nəticəsində Ərdəbil, Beyləqan
Marağa, Gəncə, Şamaxı, Naxçıvan, Xoy, Səlmas, Sərab, Şəmkir, 
Kağızkonan, Bərdə, Ucan və Qəzvin Şəhərləri daha böyük dağıntılara 
məruz qaldı. Yalnız Qəzvin Şəhərində 40 minədək insan qətlə yetirildi. 
XIII əsrin 60-cı illərindən XIV əsrin 50-ci illərinədək Azərbaycanın 
(xüsusilə Şirvanın) ərazisi Hülakü qoşunları ilə Qızıl Orda hərbi qüvvələri 
arasında geniş miqyaslı müharibə meydanına çevrilmiş, ölkənin 
iqtisadiyyatına əsaslı zərbə dəymişdi.
Monqol 
yürüşləri Azərbaycanda mövcud olmuş süni suvarma 
şəbəkəsini xeyli dərəcədə sarsıtmışdı. Buna görə də su bəndlərinin və 
digər suvarma qurğularının dağıdılması, bu qurğuları bərpa edə biləcək 
canlı qüvvələrin kəskin surətdə azalması kənd təsərrüfatının tənəzzülünə, 


20
əkinçilik məhsulları istehsalının bir neçə dəfə azalmasına səbəb olmuşdu. 
XIII əsrin sonlarında Azərbaycanda əkin üçün yararlı olan torpaqların yalnız 
10 faizi becərilirdi. 
Azərbaycanda monqol işğalının ağırlığını müəyyən qədər azaldan 
amillər də mövcud idi. Bəzi şəhərlər (Təbriz, Bakı və s.), dağlıq və dağətəyi 
ərazilərin bir hissəsi monqol yürüşlərinə, işğalına, talanına məruz 
qalmamışdı. Təbriz şəhəri monqol mənşəli Elxanilər dövlətinin paytaxtına 
çevrilmiş, ictimai-iqtisadi, mədəni inkişafın yüksək mərhələsinə çatmışdı. 
Təbrizdə monqol feodalları yerli dövlət ənənələrinin təsiri altına 
düşmüşdülər. Azərbaycanın iqtisadi inkişafı üçün monqol ağalığının 
nəticələri olduqca ağır və acınacaqlı oldu. Bu özünü Azərbaycanın ayrı – 
ayrı əyalətləri üzrə dövlət xəzinəsi üçün yığılıb toplanan gəlirin
azalmasında göstərdi. Həmdullah Qəzvininin “Nüzhət – ülqülüb”
əsərində verilən rəqəmlərə görə, 1220 və 1340-cı illər arasında indiki
Güney Azərbaycanın (Naxçıvan əyaləti ilə birlikdə) dövlət xəzinəsinə
verdiyi gəlir 20 milyon dinardan 2,160 min dinara enmişdi. Aran və
Muğandan yığılan xəzinə gəliri 3 milyon dinardan 303 minə, Şirvandan
toplanan gəlir isə 1 milyondan 113 min dinara enmişdi. Bir sözlə, 
“Atabəylər və Şirvan xalqları çağında” (Həmdullah Qəzvini) 
Azərbaycanın dövləti mədaxil büdcəsi – birbaşa xəzinəyə çatan gəliri
25 milyon dinar olmuşdusa, XIV yüzilin 40-cı illərində yalnız 2,7 mln.
dinar idi. Göründüyü kimi, ölkənin dövlət gəliri
on qat
azalmışdı. 
XIII əsrin sonu - XIV əsrin əvvəllərində Qazan xan islahat keçirdi, 
müəyyən olunmuş vergi sistemi tətbiq edildi. Hülakülər dövləti kimi iri bir 
siyasi vahidin yaranması xeyli dərəcədə mütərəqqi prosesin güclənməsinə 
səbəb oldu, vahid dövlət hüdudundakı ölkələrin mədəni baxımdan qarşılıqlı 
təsirinə, tranzit ticarətin inkişafına əlverişli şərait yaratdı. 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin