15
ümumiyyətlə qurultay (iclas). Böyük qurultaylarda mühüm dövlət əhəmiyyəti
kəsb edən məsələlər müzakirə olunurdu: elxanlar seçilir, vilayət hakimləri
və mühüm dövlət məmurları təyin olunur, hərbi, təsərrüfat planları,
müharibə, sülh və dini məsələlər müzakirə olunur, dövlət fərmanları təsdiq
edilir, əyanlara mükafatlar və ya cəzalar verilirdi. Böyük qurultaylar ildə bir
dəfə çağırılırdı. Onlar 3 gündən 1 ay müddətinədək uzana bilirdi. Belə
məclislərdə bəzən iki min nümayəndə iştirak edirdi. Qurultayın işində iştirak
etmək məcburi idi. Müzakirə olunan məsələlər qurultay nümayəndələrinin
əksər çoxluğunun iştirakı şəraitində, səs üstünlüyü ilə həll olunurdu. Adi
qurultaylarda -
iclaslarda nisbətən az əhəmiyyətli cari məsələlərə baxılırdı.
Dövlətin başçısı elxan (və ya sultan) himayəsində olan ərazinin,
əhalinin mütləq hakimi idi və onun səlahiyyəti məhdudlaşdırılmırdı.
Hülakülər taxt-tacına sahiblik irsi idi. Adətən, atanı oğlu əvəz edirdi. Əslində
isə Hülakülər səltənətinə sahib olmaq üçün aşağıdakı
üç yoldan istifadə
edilirdi: 1) yeni elxan qurultayda seçilirdi; 2) yeni elxan öz sələfinin
vəsiyyətinə görə təyin olunurdu; 3) yeni elxan zorla hakimiyyətə yiyələnirdi.
Hülakülər dövlətinin adi idarə sistemində ikinci yeri naib əs-səltənət
(səltənət naibi) tuturdu. Naib əs-səltənət elxanın mərkəzdə olmadığı
məqamlarda dövlətin idarəsi ilə məşğul olur, qalan vaxtlarda isə ölkənin
vəziyyəti, mühüm xəbərləri barədə elxana məlumat verir,
onu gerçək
şəraitlə tanış edirdi.
Dövlətin idarə sistemində üçüncü yeri ölkənin baş əmiri - əmir ül-
üməra tuturdu. Hərbi və inzibati bölgü bir-birinə uyğunlaşdırılmışdı: inzibati
baxımdan vilayət hesab olunan ərazi hərbi baxımdan ölkə adlanırdı.
Mərkəzi dövlət aparatında hərbi-inzibati idarələri birləşdirən orqan əmarət
(əmirlik) adlanırdı və bu orqan baş əmir tərəfindən idarə olunurdu. Baş əmir
dövlətin dörd əsas əmirləri sırasından seçilir və elxan tərəfindən təsdiq
olunurdu. Əmarətə ölkə əmirliyi, tümən əmirliyi, minlik və yüzlük əmirlikləri,
yarğu (məhkəmə) əmirliyi, eləcə də ali hərbi vəzifələr - inaq, bukavul,
tavaçi, yasavul, bəlarquçi, bəxşi və s. daxil idi. İnaqlar hərbi məsləhətçilər
idi. Bukavullar divandan ayrılmış ixracatı və yürüşlərdə əldə edilmiş
qəniməti hərbi hissələr arasında bölür, ordu hissələrinin təminatı ilə məşğul
olurdular. Tavaçilər ümumi səfərbərliklə məşğul olurdular. Yasavullar qoşun
hissələrini döyüş meydanlarına aparıb onları döyüşə hazır
vəziyyətdə
saxlamalı idi.
Azərbaycanda mülki idarə divan sistemi üzrə aparılırdı. Mərkəzi
dövlət aparatında 20-dən artıq divan mövcud idi. Həmin bölgələrdə
mühasibat işləri 7 dəftər əsasında həyata keçirilirdi.
16
Mərkəzi divanlar vəzirlər tərəfindən idarə olunurdu. Vəzirlər ölkənin
ümumi iqtisadi vəziyyətini nizamlamalı, tənəzzül və inkişafın səbəblərini
müəyyənləşdirməli, maliyyə məsələlərini həll etməli və ilk növbədə,
səltənətin, şahzadələrin, onların ailə üzvlərinin təchizatını
təmin etməli
idilər. Vəzirlərin xüsusi köməkçiləri - müavinləri (naibi-vəzirət) vardı.
İxtisaslı divanlar təsərrüfatın müxtəlif sahələrini idarə edirdilər, ölkənin
baş mustovfisi tərəfindən idarə olunan istifa divanı dövlət gəlirlərinin
müəyyənləşdirilməsi, toplanması və xərclənməsi üzrə ümumi mühasibat
aparırdı. Uluq bitikçi ölkənin əmlak rəisi sayılırdı, dövlət sərvətlərinin
cəmlənməsi və xərclənməsinə cavabdeh idi. Münşi əl-məmalik dövlət
sənədlərinin tərtibi ilə məşğul olur və xarici dövlətlərlə əlaqələri
tənzimləyirdi. Dövlət xəzinələri üç nəfər tərəfindən idarə olunurdu: nazir
dövlət xəzinəsinin məsrəflərinə, müşrif xəzinənin gəlirlərinin toplanmasına
cavabdeh idi. Xazen (xəzinədar) isə xəzinənin varidatını mühafizə edirdi.
İsfəhsalar dövlətin təhlükəsizliyini təmin etməli, şəhərləri qorumalı, asayişə,
dövlət qanunlarının düzgün icrasına nəzarət etməli idi. Dövlət arbitrajları
(həkəm əl-məlalik) məhkəmə
proseslərinə nəzarət edir, mübahisələrin
qanun çərçivəsində həll olunmasına çalışırdı. Ticarət işləri məlik ət-tüccarın
ixtiyarında idi. Ölkədə rabitə işləri yam sistemi üzrə aparılırdı. Əsas yollarda
hər 3 fərsəxdən bir (təxminən 20 kilometr) dayanacaqlar (yamlar) təşkil
olunmuşdu.
Dövlətin ərazisi vilayətlərə, onlar isə öz növbəsində tümənlərə
bölünmüşdü. Tümən hərbi və inzibati bölgü baxımından eyni ərazini əhatə
edirdi. Azərbaycan müstəqil vilayət kimi 9 tümənə ayrılmışdı və onların hər
biri ölkənin iri şəhərlərindən birinin adı ilə, məsələn, Təbriz tüməni, Ərdəbil
tüməni, Naxçıvan tüməni və s. adlanırdı.
Vilayətlərin idarəsi hakimlərə həvalə olunmuşdu. Vilayət və
şəhərlərdə hərbi canişinlər də mövcud idi. Vilayətlər mərkəzi dövlət idarəsi
sistemi çərçivəsində idarə olunurdu. Mərkəzi dövlət aparatındakı bütün
divanlar vilayətlər, daha sonra isə şəhərlər üzrə şaxələnirdi.
Ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamında idi.
Bu təşkilata elxanın xüsusi fərmanına əsasən təyin olunan qazı əl-qüzzat
(qazılar qazısı) başcılıq edirdi. Mərkəzi dini təşkilatda dörd aparıcı qazı
mövcud idi. Onların hər biri islamın ən çox seçilən
təriqətlərindən birini
(Şafeiləri, malikiləri, hənəfiləri və hənbəliləri) təmsil edirdi. Qazı əl-qüzzat
həmin qazıların tərkibindən seçilirdi. Dövlətin baş qazısı dini mühakimələrin
aparılması, beyt əl-malın (xəzinənin) mühafizəsi, vəqf gəlirlərinin
toplanılması və məsrəfı üzərində nəzarəti, kəbin kəsilməsi, ölkədə islamın
inkişafı və s. vəzifələri yerinə yetirirdi.
17
XIII-
XIV əsrlərdə Azərbaycanda Yarğu və Şəriət məhkəmələri
fəaliyyət göstərirdi. Əslində onlar dövlətin vahid məhkəmə sisteminin
müxtəlif qolları idi. Hər iki məhkəmənin sədrləri
elxan tərəfindən təyin
olun
urdu. Yarğu məhkəmələri Çingiz xanın "Yasa"sının tələblərinə əsasən
mühakimə aparır və monqol-türk qəbilələrinə məxsus şəxslər arasında baş
vermiş mübahisələri həll edirdi. Monqollarla yerli əhali arasındakı
mübahisələrə də Yarğu məhkəmələrində baxılırdı. Yarğu məhkəmələrində
elxan müstəsna səlahiyyətə malik idi və hər bir məsələni öz iradəsinə
uyğun surətdə müstəqil həll edə bilərdi.
Mühüm dövlət əhəmiyyəti kəsb edən məsələlərə qurultayda baxılırdı
və belə hallarda elxan baş hakim mövqeyində dururdu. Hərbi bölmələrdə
mühakimə işlərinə baş əmir, tümən əmiri və yarquçilər baxırdılar.
Məhkəmələrdə isfəhsalar, şihnə və b. məmurlar iştirak edirdilər.
Məhkəmələrin qərarları yuxarı məqamlar, mühüm hallarda isə elxanın özü
tərəfindən təsdiq olunmalı idi.
Dostları ilə paylaş: