Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   ...   7   8   9   10   11   12   13   14   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Torpaq siyasəti.
XIII yüzilin sonuna kimi Hülakü dövlətinin torpaq
siyasəti köçəri moğol əyanlarının arzu və istəyi ilə birbaşa bağlı idi. 
Yerli hökmdarların və feodalların torpaqları zəbt edilir, özləri isə çox
zaman cismən məhv edilirdi. Bununla bağlı onların torpaqlarının böyük
bir qismi: həm xüsusi mülk və bəxşiş torpaqları, həm divan torpaqları, 
hətta həm də vəqf torpaqları yeni dövlətin ixtiyarına keçirdi. Bu
torpaqlar ya hakimiyyətdə olan elxanın öz mülkünə, ya da hakim
Hülakü sülaləsinin əmlakına çevrildi. İncu adlanan sülalə torpaqları
xüsusilə çox artmışdı. Yerli mülk və bəxşiş torpaqlarının çoxu hərbçi
moğollar tərəfindən tutulmuşdu. 
Divan
torpaqları Hülakülər çağında da
belə adlanmaqda idi. Ancaq bu torpaqlar üzərində mülkiyyət hüququ
yüzillərlə mövcud olmuş yerli dövlətlərin ixtiyarından çıxmış, Hülakü


21
dövlətinin xəzinə, hökmdar və sülalə torpaqlarına çevrilmişdi. Bütün
bunlara görə divan torpaqlarının ərazisi kiçilir, onun hesabına xüsusi
mülklər və
iqta
(bəxşiş) torpaqları genişlənirdi. 
Divani

incu
torpaqlarının əyanlara paylanılması Qazan xanın hakimiyyəti illərində
də davam etmədə idi.
İncu torpaqlarının birbaşa elxanın özünə məxsus olanları
incu 
– yi xass və ya xass – incu adlanırdı
. Bu torpaqlar mahiyyətcə
moğol çağından öncə olmuş mülk – padşah və ya xalisə (xəzinəyə
vergi ödəncindən azad edilmiş “təmiz torpaq” deməkdir) torpaqlarından
seçilmirdi.
İncu torpaqları içəri keçə bilər, bəxşiş edilə, alqı – satqıya
qoyula bilərdi
. İncu sahibi bu torpaqdan vergi toplamaq hüququnu da
birisinə bağışlaya, yəni müqaitəyə verə bilərdi. 
Moğol çağında iqta torpaqlarının bir neçə yüz il davam

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin