24
hərbi-köçəri əyanlara qarşı mübarizədə yerli əyanlara, müsəlman
ruhanilərinə,
hakim
sülalə
ilə
əlaqədar
olan,
hakimiyyətin
mərkəzləşdirilməsinə tərəfdar çıxan monqol-türk mənşəli köçəri əyanların
bir qisminə arxalanırdı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin
əksəriyyəti fəth olunmuş ərazidə öz mövqelərini möhkəmləndirmək üçün
islamı qəbul etdilər. İslam yenidən dövlət dini səviyyəsinə yüksəldi.
Müsəlman müqəddəslərinə məxsus olan vəqflərə, dini təşkilatlara,
ruhanilərə geniş torpaq sahələri bağışlandı.
Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və
həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah
Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün
yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə
hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının
yüksəlişini təmin etmək məqsədi güdürdü.
Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət
xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.
İslahatların əsas hissəsi 1297-1304-cü illər ərzində həyata keçirildi və
inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi.
Dostları ilə paylaş: