Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 2.  Cəlaləddinin Azərbaycanı işğal etməsi. Monqolların ikinci



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   2   3   4   5   6   7   8   9   ...   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Sual 2. 
Cəlaləddinin Azərbaycanı işğal etməsi. Monqolların ikinci 
yürüşü. 
Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü. Atabəylər 
dövlətinin süqutu. 
M
onqolların dağıtdığı Xarəzmşahlar dövləti süqut etsə 
də, sultanın oğlanları atalarının dövlətinin bir hissəsi olan ölkələrin ərazisinə 
sahib çıxdılar. Fars İraqını tutmuş şahzadə Qiyasəddin Pirşah 1224-cü ildə 
atabəy Özbəyin zəifliyindən istifadə edərək, ona alçaldıcı sülh bağlatdırıb, 
hətta atabəyin bacısı Cəlaliyyə ilə evlənirsə də, bu müvəffəqiyyəti qoruyub 
saxlaya bilmir. Məhz bu zaman onun qardası Cəlaləddin Xarəzmşahlar 
dövlətinin monqollar tərəfindən məhv edilməsində günahkar saydığı xəlifə 
ən-Nasiri cəzalandırmaq üçün Bağdada yürüş edir.
Xəlifə qoşunlarını darmadağın edən Cəlaləddin 12 gün Bağdad 
ətrafında qaldıqdan sonra, mənbələrin məlumatına görə, qoşununun başını 
Azərbaycana tərəf döndərir.
Azərbaycanda Cəlaləddinə ilk tabe olan şəhər Marağa olur. Beləliklə, 
1225-
ci ilin may ayında Marağa müqavimət göstərmədən Cəlaləddinə tabe 
olur. Marağada olarkən, o, Konya soltanına, əl-Cəzirə, Dəməşq və Misir 
hakimlərinə məktub göndərərək, Azərbaycanı artıq fəth etdiyini, Gürcüstanı 
tutmağa hazırlaşdığını bildirir.
Bundan sonra Cəlaləddin monqolların viran qoyduğu Ucanı keçərək, 
Təbriz şəhərini mühasirəyə alır. Şəhər rəisi Nizaməddin ət-Tuğrainin 
başcılıq etdiyi Təbriz müdafiəçiləri yeddi gün xarəzmlilərə qarşı vuruşsalar 
da, onların hücumlarını dəf edə bilmirlər. 1225-ci ilin iyun ayının 25-də 
atabəy Özbəyin hələ xarəzmşah Marağada olarkən tərk etdiyi Təbriz şəhəri 
Xarəzm qoşunları tərəfindən tutulur.
Şəhərin rəisi Nizaməddin ət-Tuğraini əvvəlki vəzifəsində saxlayan 
Cəlaləddin, öz vəziri Şərəfəlmülkü də Təbrizdə qoyaraq, Azərbaycana 
hücum məqsədilə Dvin yaxınlığındakı Qarni qalası yanında İvane 
Mxarqrdzelinin başçılığı ilə toplanmış 60 minlik gürcü qoşununa qarşı çıxır. 
Dvini ələ keçirən Cəlaləddin, Qarni yanında başladığı vuruşmada gürcüləri 
məğlub edir. Onun Gürcüstanın hər tərəfinə göndərdiyi qoşun dəstələri isə 
ölkəni viran və talan, əhalini əsir edirlər.


8
Elə bu vaxt, vəzir Şərəfəlmülkün böhtanı nəticəsində soltana və onun 
adamlarına sui-qəsddə günahlandırılan Təbriz şəhəri rəisi Nizaməddin ət-
Tuğrai edam edilir, onun əmisi Şəmsəddin ət-Tuğrai isə zindana salınır. 
Şəmsəddin ət-Tuğrai yalnız 1228-ci ildə, öz haqsız əməllərindən peşman 
olmuş sultan tərəfindən azad edilərək, yenidən Təbrizə canişin təyin olunur.
Cəlaləddinin təqiblərində yaxa qurtarmaq üçün Əlincə qalasına 
sığınmış Özbək 1225-ci ilə burada vəfat etdi. Beləliklə, atabəy Özbəyin 
1225-
ci ildə baş verən ölümü ilə Azərbaycan Atabəyləri dövlətinə son 
qoyulur. Şəmsəddin Eldənizin övladlarına tabe olan bütün ərazilər 
Azərbaycanda, Arranda, Şirvanda və Gürcüstanda ağalıq edən xarəzmşah 
Cəlaləddinin əlinə keçir.

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin