19
Caynizm əsasən əxlaq məsələlərindən bəhs edir, insanları pis əməllərdən azad
etməyə çalışır. Əxlaq insanı yaxşılığa doğru dəyişmək, yəni karma yaranmasına
mane olmaq üçün zəruridir. Karma (sankritjə – hərəkət, vəzifə, borj deməkdir)
törədilən
əməllərə, fikirlərə, jəhdlərə görə ümumi jəza qanunudur.
Bu ruhun bir
janlının bədənindən başqasının bədəninə keçməsi və janlılının gələjək taleyi üçün
lazımdır. Karma gələjəyə ümid, keçmişə tabe olmaq deməkdir.
Caynizmə görə xeyirxahlıq beş keyfiyyətdən ibarətdir: 1) ziyankar olmamaq
və
yaxud axinsa; 2) şəfqətli olmaq, yalan danışmamaq; 3) təmiz,
doğru olmaq,
məsələn, oğurluq etməmək; 4) şöhrətə jan atmamaq; 5) bütün dünyəvi maraqlardan
imtina etmək.
Hindistanda yaşayan müxtəlif etnik qrupların mədəniyyətlərinin uzun tarixi
təkamüldən sonra tədrijən birləşməsi induizmin yaranmasına gətirib çıxardı. Bu dini
təlim
daha çox vedizm, xüsusən brahmanizm ideyalarının bilavasitə təsiri
nətijəsində yaranmışdır. İnduizm insanın hüquq və
vəzifələrini anadan olandan
ölənə qədər öz tələblərinə uyğun olaraq nizamlayır.
Kasta sistemi haqqında İnduizmin təlimi
Kasta-
Sosial təşkilat və normativ institutdur: öz kastasına mənsubiyyət hindli üçün
həllediji əhəmiyyət kəsb edir (ərazi mənsubiyyəti və ya siyasi baxışlara nisbətdə)
Kastadaxili həyat:
* hər kasta üçün spesifik olan çoxsaylı vəzifə və qadağalara əməl olunması
* kastanın qayda və adətlərinin total xarakteri -zahiri görünüşündən başlayaraq
(paltar, üzqırxma) ayinlərə qədər (ölülərin və onların dul qalmış arvadlarının
yandırılması və. s)
* kasta «paklığına» mərasimlə əməl olunması, aşağı
kasta üzvü tərəfindən
murdarlıq edilməsindən qorxunun aşılanması
Dostları ilə paylaş: