18
(rahatlıq, xoşbəxtlik). Tərki-dünyalıq (asketizm) və yoxsulluq buddizmdə müstəsna
əhəmiyyətə malikdir.
Asketizm xoşbəxtliyə aparan yoldur. “İnsan
o vaxt əsl mənada azad olur ki,
onun ruhunu xariji aləmə, təbiətə bağlayan bütün zənjirləri, buxovları atır;
əgər o
bağlardan xarij olursa, onda özünü azad hiss edir”.
Buddanın dediyinə görə bütün dünyanı ilahi həqiqət idarə edir və onun özü
həmin həqiqəti ifadə edir. “Mən bu dünyanın hökmdarıyam, anjaq başqa
hökmdarlardan fərqlənirəm, çünki mən həqiqətə çatmış hökmdaram,
həqiqət isə
həmişə həyatda şeylərin nizamını dəyişdirməyə qadirdir.
Budda öyrədirdi ki, əgər insan pis əməllərinə görə peşman olursa, xeyiri adama
çevrilə bilər. O, deyirdi: “Əgər insan öz əməllərinə görə peşman olursa, o, başa
düşür ki, xeyirxah iş görüb və buna görə peşiman olmağa ehtiyaj yoxdur, onda o,
sevinj və məmnunluqla anlayır ki, onun işi başqalarına xeyir gətirəjək”.
Budda təliminə görə insanlar ölümdən və jəza almaqdan qorxur.
Ona görə
insana başa salmaq lazımdır ki, başqasını öldürməyə və jəzalandırmağa jan atmasın.
O deyirdi: “Bütün insanlar ölümdən qorxur, ona görə də onları nə öldürməyə təhrik
etmək, nə də öldürmək olar. Bütün insanlar istisnasız olaraq jəzalandırmaqdan
qorxurlar; ona görə onları nə öldürmək, nə də jəzalandırmaq olmaz; özünü onların
yerində hesab et”. “Öz xoşbəxtliyi üçün başqalarını öldürən, jəza verən şəxs,
öləndən sonra xoşbəxtliyə, firavanlığa çata bilməyək”.
Yalnız fərdi yolla xilas olmaq istiqamətində nirvanaya nail olmağı göstərən
buddizm real həyata, sosial-siyasi məsələlərə az fikir verirdi.
Buddizm və çaynizm hər hansı bir əqli başlanğıjın olmasını
rədd edir,
ilahiləşdirilən müqəddəslərə hörmət edir, ruhanilərin evlənməsini vajib hesab edir,
heyvanları öldürməyi günah sayır. Bu sistemlər Vedlərə qarşı biganədir.
Dostları ilə paylaş: