20
* bəzi ümumkasta qaydaları (məs, «sənətkarın əli həmişə təmizdir»)
* insanın bu və ya digər kastaya mənsubiyyəti məntiqlə onun ruhunun keçmiş
həyatından çıxarılır
Kasta məsuliyyətinin formaları (ölçüləri):
* adi (bəzən-sərt) jəzalar
* əzablı «paklaşdırma» ayinləri
* kastadan uzaqlaşdırma (insan jəmiyyətdən və hər hansı qanundan kənarda
qalır: onun qızı ilə heç kəsevlənməyəjək, onu heç kəs öz kastasına qəbul etməyəjək,
digər kasta üzvləri ilə birlikdə o qidalana bilməz və s.) .
Təxminən b.e.ə. II əsrdə yuxarıda göstərilən mənbələr əsasında “Manu
qanunları” adlanan siyasi-hüquqi abidə yazılı şəkildə formalaşır. Burada jəmiyyətin
silklərə bölünməsi, onların bərabərsizliyi və s. haqqında Ved və upanişadın müvafiq
təlimləri bir daha təkrar və təqdir edilir.
“Manu qanunları”nda
hökmdara ən yüksək, ilahi status verilsə də o,
brahmanlara
hörmət etməli, onların tələblərinə əməl etməli, onların
rəhbərliyi
altında Vedləri və “idarəetmə sənətini” öyrənməlidirlər.
“Manu qanunları” Qədim Hind siyasi fikrinin axırınjı xronoloci qaynağıdır. Bu
qanun toplusunun müəllifi insanların mifoloci əjdadı Manu hesab edilir. İki min ilə
qədər bu qanunlar fəaliyyətdə olan işlək qanunlar olub. Onlar dindar hindlinin bütün
həyatını tənzimləyir, ona lazım olan əsas qaydaları göstərir. “Manu qanunları”nda
insan həyatının
mərhələləri, nikah, saflaşma qaydaları, qidalanma üsulları, tövbə
etmək və s. haqqında fikirlər var. Lakin burada hüquq haqqında
ümumiyyətlə
jəmiyyət, insan və onun davranışı haqqında məlumatlar göstərilir.
Öləndən sonra ruhun başqa bədənə keçməsi ideyasından istifadə edən “Manu
qanunları” yer üzündəki çoxsaylı jəzalarla yanaşı, dharmaya əməl etməyənlər üçün
öləndən sonra veriləjək jəzaarın da adını göstərir.
Çanakya təlimi
«Arthaşastra»
(«Siyasət haqqında elm»)
21
Mokşa» (ruhun xilası), «dharma» (xeyirxahlıq, qayda) və «kama» (həzz) ilə
bərabər «artha» praktiki fayda prinsipi də elan edilir (tək təsərrüfatda yox, həm də
siyasətdə)
Siyasətin məqsədi: sülh və əməkdir (əks halda-tənəzzül və durğunluq olar).
Buna 6 siyasət metodu aparır (sülh,
müharibə, gözləmə mövqeyi, hüjum,
müdafiə
axtarışı, «ikili siyasət»)
Hökmdarın hakimiyyəti güjlü,
ədalətli, şüurlu olmalı və tabeçilikdə olanlarda
intizamı tərbiyələndirməlidir