16
(asket) həyat keçirən insana çevrilir. Beləliklə, müxtəlif Ved qayda-qanunları insana
fəal ijtimai fəaliyyətə nejə başlamağı, həm də ömür yolunun axırında fəal həyatdan
nejə uzaqlaşmağı öyrədir.
Qədim Hind fəlsəfəsi, sosial-siyasi fikrinin Vedlərdən
başqa mənbələri kimi
jaynizmi, buddizmi, induizmi göstərmək olar.
Vedlərin əsas toplularından biri olan “Riqvedada ” əxlaq və qanun
məsələlərindən xüsusi bəhs edilir. Burada Rita adlanan konsepsiyaya böyük
əhəmiyyət verilir. Rita bütün dünyaya nüfuz edən elə qanundur ki, bütün allahlar və
insanlar ona tabe olmalıdırlar. Əgər dünyada qanun varsa, o ifadə olunmalıdır,
özünü göstərməlidir. Əgər bu qanunun fəaliyyəti hansı
səbəbə görəsə bu dünyada
görünmürsə, onun nətijələri özünü başqa yerdə biruzə verməlidir. Harada qanun
mövjuddursa orada intizamsızlıq və ədalətsizlik müvəqqəti və xüsusi xarakter
daşıyır. Şərin təntənəsi mütləq deyil, xeyirin müvəqqətiyyətsizliyi
heç kimi
bədbinləşdirməməlidir.
Vedlərin əsas qatlarından biri olan brahmanlar elə mərasim toplusudur ki,
kahinlər mürəkkəb dini qurban ayinlərini ijra edərkən ona əsaslanırdı. Brahmanlarda
deyilir ki, insanın allahlar, başqa insanlar və heyvanlar qarşısında xüsusi borju və
vəzifələri var. Vəzifələr aşağıdakılara münasibətlərə görə qruplaşdırılır: 1) allahlara;
2) peyğəmbərlərə; 3) sələflərə (ulu babalara); 4)
insanlara; 5) başqa aşağı janlı
məxluqlara. Öz borjunu yerinə yetirən yaxşı adamdır. Həyat vəzifə və məsuliyyət
deməkdir.
Sonralar brahmanlar əsasında yaranan mətnlərdən ən çox yayılan upanişaddır.
Bu təlimə görə vəzifə (borj) ən yüksək təkmilləşməyə çatmaq üçün vasitədir.
Özünü ali mərhəmət dərəjəsinə çatdırmaq bütün sahələrdə əsl insan kimi yaşamaq
deməkdir. Bu ideala o vaxt nail olmaq olar ki, insan
fərd məhdudluğunu aradan
götürsün və özünü ümumi ilə tam halında eyniləşdirsin. Xilas olmaq ruhun boy
atması yoludur.
Ağıllı həyat ümumiyə xidmət etməkdir. Ağıl bizə deyir ki, fərdin özünün heç
bir şəxsi mənafeyi olmamalıdır. O, yaddan çıxarmamalıdır ki,
ümuminin bir
zərrəsidir. Yaxşı adam odur ki, öz şəxsi məqsədini ijtimai məqsədə tabe edir.
17
Upanişadın bütün təlimi insanlar arasında ayrı-seçkiliyi aradan götürməyə, müxtəlif
zümrələr arasındakı düşmənçiliyi yumşaltmağa yönəldilib. Ölməzliyin ən ali
təzahürü allahla birləşməkdir. Tərəqqi allahla birləşmək üçün tükənməz jəhddir.
Dostları ilə paylaş: