14
Qanunu
və Vergi Üsul Qanunda yer tutan normalar hüquq normasıdır.
Verginizi
ödəməsəz, bu normalara zidd hərəkət etsəz, sizdən bu vergi
zorla
alınır və pul cəzasına (cərimə), hətta həbs cəzasına məruz qala
bilərsiz. Ancaq maddi vəziyyətiniz
yerində olduğu halda, zəkatınızı
verməsəz, «zəkatını ver» deyən dini normannı pozmuş olursuz. Lakin
Türkiyədə bunu pozmağınıza görə, haqqınızda maddi cəza tədbiri
görülməyəcəyi kimi, başqa bir maddi sanksiya da məruz
qalmayac
aqsınız.
Amma
əgər yaxşı bir müslmansınızsa, Allah tərəfindən
yaradıldığına inandığımız «zəkatını ver» normasını pozduğunuz üçün o
biri
dünyada cəhənnəm əzabı ilə cəzalandırılacağınıza inanaraq və
buna
görə də bu dünyada qorxacaqsınız. Bu nümunədə «vergini ödə»
formasındakı norma hüquq norması, «zəkatını ver» formasındakı norma
isə dini normadır.
Amma
əgər başqa bir ölkədə zəkatını verməyənlər haqqında
maddi c
əza tədbiri görülür, və yaxud onları
bu dünyada bir maddi
c
inayət işi başlanılsa, qısaca, «zəkatını ver» norması bir sanksiyaya
bağlanmışdırsa, bu norma artıq bir dini norma deyil, bir hüquq
normasıdır. Digər bir ifadə ilə əsas (yaradılış etibarı ilə) dini olan
norma,
hüquq normasına çevrilmişdir.
Türkiyədə «namaz qıl» əmri bir hüquq norması deyil, dini
normadır. Çünki namaz qılmağın birinə maddi cəza verilmir. Amma
əgər bir gün Türkiyə hüquq sistemi namaz qılmayanlara cərimə (pul
c
əzası) və ya həbs cəzası versə, artıq «namaz qıl» norması bir hüquq
normasına çevrilir.
Burada
diqqət veriləcək nöqtə, dini normaları sanksiyalaşdıran,
yəni dini normaları hüquq normasına çevirən, ilahi iradə deyil, sosial
iradədir. Yuxarıdakı nümunədə namaz qılınmaması halında cəza
verəcək və bu cəzanı tətbiq edəcək subyektlər yenə insanlardır.
Qısaca desək, dini əsaslı hüqq normalarının yaradıcısı ilahə
iradə deyil, sosial iradədir. Digər bir ifadə ilə desək, din hüququn ilham
mənbəyi ola bilər, amma hüququn yaradıcısı, tətəbiq edəni hər halda
insanlardır.
O halda, dini normalara bu
dünyada realizə olunan bir maddi
sanksiya
ilə bağlanırsa, bu normadan hüquq normalarına çevrilir.
Hüquq normasına çevrilən dini norma artıq dini norma kimi yox, hüquq
norması kimi qəbul edilməlidir. Digər bir ifadə ilə, hüquq normaları dini
əsaslı (köklü) olsalar da yenə hüquq normalarıdır. Bu səbəblə, hüquq
normaları ilə dini normaları fərqləndirən əsl kriteriyalar sanksiyanın
maddi
mahiyyətindədir. Bütün dini normalar əgər bu dünyada reallaşan
sanksiyaya
bağlanırsa, din tamamilə hüquqla əvəz edilmiş olur. Belə bir
sistemdə artıq din sistemindən deyil, hüquq sistemindən danışmaq
lazımdır. Belə bir sistemdə hüquq yox, din aradan qalxır.
Əgər belə bir sistem praktikada (təcrübədə) mövcuddursa, buna
«mütləq teokratik hüquq sistemi» adı verilməlidir və bu sistem, bütün
15
normalarının dini əsaslı olduğu hüquq sistemi kimi adlandırılmalıdır.
Başqa bir ifadə ilə, «mütləq teokratik hüquq sistemi», hüquq halına
çevrilmiş dindir. Belə bir sistemin əksinə olaraq «mütləq layiqlik
(
dünyəvi dövlət) sistemi» yer tutur. Bu cür sistem tamamilə dini əsaslı
olmayan
hüquq normalarından meydana gələn sistem kimi adlandırıla
bilər. Belə bir sistemdə hüqüq norması halına
çevrilmiş dini norma
yoxdur.
Ancaq qeyd
edək ki, həm «mütləq teokratik hüquq sistemi», həm
də «mütləq layiqlik hüquq sistemi» hər biri saf növdür. Həqiqət
baxımından hər biri bir utopiyadan başqa bir şey deyildirlər. Bir mütləq
sənət hüquq sisteminin yaradılmasının mümkün olmadığı kimi, mütləq
lay
iqlik
hüquq sisteminin də yaradılması mümkün deyildir. Layiq olduqları
zənn edilən hüquq sistemlərində dahi dini köklü normalar vardır və
olac
aqdır. Məsələn, dini bayramların rəsmi tətil olması, həftə sonu tətil
günlərinin dini köklü olması kimi, bundan başqa, hüquq normasının
yaradılması zamanı hər zaman bir dini normadan yararlanmaq olar və
bu, psixi bir
hadisədir və müəyyən etmək olmur. Qısası teokratik hüquq
kimi,
lanq
hüquq da bir utopiya (xəyallar) və təcrübədə ancaq
müəyyən səviyyədə
rell
bilər.
Dostları ilə paylaş: