203
cı
illərdə görkəmli dövlət xadimi, qubalı Fətəli xanın
başçılığı altında güclənmiş Quba xanlığının Bakı xanlığı
ilə əlaqələri möhkəmləndi. Fətəli xan 1766-cı ildə öz
bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana (1768-
1784
) ərə verdi və bununla Bakı xanlığının Quba
xanlığından asılılığını təmin etdi. Həmin dövrdən hökmlü
və möhkəm iradəli Xədicə Bikənin təsiri ilə Bakı hakimi
əslində Fətəli xanın vassalına çevrildi.
Gəncə xanlığı Gəncə bəylərbəyiliyi əsasında
yaranmışdı. Bu bəylərbəyilik irsi
olaraq kiçik fasilələrlə
XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı
oymağına məxsus Ziyadoğlular nəsli tərəfindən idarə
olunmuşdur. Xanlığın banisi Qacarlar tayfasının yerli
nəslinin nümayəndəsi Şahverdi xan Ziyadoğlu idi. Gəncə
istər
hərbi-siyasi,
istərsə
də
iqtisadi-təsərrüfat
baxımından
mühüm əhəmiyyət kəsb edirdi; o, şərq
ticarətinin aparıldığı mühüm mərkəz idi. Yarandığı
vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum
obyektinə çevrilmişdi. Bu baxımdan qarabağlı Pənahəli
xan, onun varisi
Ibrahimxəlil xan, həmçinin Kartli-Kaxetiya
hakimləri Teymuraz və II Irakli xüsusilə fərqlənirdilər.
Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da
digər, daha güclü düşmən arasında hiylə işlətməli
olurdular. Şahverdi xanın ölümündən sonra onun oğlu - II
Iraklinin yardım göstərdiyi Məhəmmədhəsən xan (1760-
1780) hakimiyyətə gəldi. Lakin iyirmiillik hökmranlıqdan
sonra o, doğma qardaşı Məhəmməd xanın (1780)
təşkil
etdiyi sui-
qəsdin qurbanı oldu. Məhəmməd xan isə öz
növbəsində II Irakli ilə birgə Gəncəni ələ keçirən Pənahəli
xan tərəfindən kor edildi. Bundan sonra Gəncə xanlığı
eyni vaxtda qaliblərin təyin etdikləri iki nümayəndə
tərəfindən
idarə
olundu.
Qarabağ
xanlığının
nümayəndəsi
Qulu bəy, Kartli-Kaxetiyanın nümayəndəsi
isə Ledivan bəy Keyxosrov Androniaşvili idi. Belə
204
vəziyyət 1785-ci ilə qədər davam etdi. 1785-ci ildə
Gəncədə hakimiyyəti Rəhim bəy (1785-1786) ələ aldı.
Lakin Qarabağ və Kartli-Kaxetiya hakimləri yenidən
Gəncə xanlığının işlərinə müdaxilə etməyə başladılar.
Nəticədə hər il II Irakliyə 11500
manat xərac verməyi
öhdəsinə götürən Ziyadoğlu nəslinin nümayəndəsi Cavad
xan (1786-
1804) hakimiyyətə gəldi. O, 1795-ci ildə bu
xəracı verməkdən imtina etdi.
Dostları ilə paylaş: