Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə80/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   76   77   78   79   80   81   82   83   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Dərbənd xanlığının banisi Məhəmmədhüseyn 
xan özünün amansız daxili siyasəti ilə yalnız zehmətkeŞ 
kütlələrin deyil, həm də feodal təbəqənin bir çox 
nümayəndələrinin nifrətini qazanmışdı.
1759-
cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli 
xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin özlərinin 
köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən 
sonra, demək olar ki, Azərbaycanın Şimal xanlıqlarının 
Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba 
xanlıqları vahid bir dövlət oldular.
Şamaxı xanlığı yerli feodalların və şəhər 
əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı 
apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir 
neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı, 
sonralar isə Şirvan bəylərbəyiliyinin mərkəzi olmuş 
Şamaxı şəhəri, demək olar ki, XVIII əsrin sonlarınadək 
həm iqtisadi, həm də ticarət baxımından özünün 
üstünlüyünü saxlamışdı. Bütün Şirvan əyalətinin ən əsas 
şəhəri olan Şamaxı, hətta Nadir şah tərəfindən 
dağıdıldıqdan sonra belə, Azərbaycanın ən mühüm 
iqtisadi mərkəzlərindən biri olaraq qalmaqda davam 
edirdi. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının 
siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən 
kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla
Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, Köhnə 
Şamaxı.


205 
1748-
ci ildə Hacı Məhəmmədəli xan başda 
olmaqla, bir qrup feodal Yeni Şamaxıda hakimiyyəti ələ 
keçirib, Köhnə Şamaxını hədələməyə başladı. Səfəvi 
Nəbi Zamavinin oğlu olan Hacı Məhəmmədəli xan Nadir 
şahın vergiyığanı idi və eyni zamanda şah ordusunu 
ərzaqla təmin edirdi. Yerli əhali Nadir şahın bu əlaltısına 
nifrət bəsləyirdi. Irana meyilli olan Hacı Məhəmmədəli 
xan yerli əhali üzərinə çoxlu, həm də nəzərdə tutulmayan 
vergilər qoyurdu. Köhnə Şamaxıda Xançobanı tayfasının 
sərkarlar nəslindən olan Məhəmməd Səid xan 
möhkəmləndi. Məhəmməd Səid xanın atası Əsgər bəy və 
babası Allahverdi bəy böyük mülk sahibi idi. Allahverdi 
bəyin mülkləri Arazdan Altıağaca qədər uzanırdı. O, 
öldükdən sonra varislərinə böyük mülklər qalmışdı.
Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun 
müddət davam edə bilməzdi. 1763-cü ildə silahlı 
nökərlərə və tabeliyində olan elatlara arxalanan 
Məhəmməd Səid xan Yeni Şamaxını ələ keçirib Hacı 
Məhəmmədəli xanı əsir aldı. Yeni Şamaxı Köhnə 
Şamaxıya birləşdirildi və onlar üzərində Məhəmməd Səid 
xanın hakimiyyəti bərqərar olundu. Beləliklə, hər iki xanlıq 
birləşdirildi və Köhnə Şamaxı yeni xanlığın mərkəzi oldu. 
Bu qanlı mübarizədə Məhəmməd Səid xana onun doğma 
qardaşı Ağası xan böyük yardım göstərdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin