200
Tezliklə iyirmi minlik
heyətdən ibarət Cavanşir-
Otuzikilər tayfasının başında duran Pənahəli xan Iran
əsarətinə qarşı mübarizə aparan üsyançı dəstəyə
rəhbərlik etməyə başladı.
Lakin Iran və ona düşmən olan yerli feodalların
hücumlarından qorunmaq üçün gənc xana etibarlı
sığınacaq - qala lazım idi. 1748-ci ildə Pənahəli xanın
Kəbirli mahalında ilk iqamətgahı - Bayat qalası yarandı.
Qısa müddət ərzində burada qala divarları, bazar,
hamam tikildi. Təbriz və Ərdəbildən
sənətkarlar dəvət
edildilər. Bayat qalasının tikilməsi və Qarabağ xanlığının
qüdrətinin artması tezliklə Şəki, Şirvan və Qarabağın bəzi
feodal məliklərini narahat etdi. Onlar Pənahəli xana qarşı
birgə çıxış etmək haqqında razılığa gəldilər. Məliklər Şəki
xanı Hacı Çələbiyə məlumat verərək bildirdilər ki,
"...Pənahəli xan burada taxta çıxmış, qala və səngər
tikdirmişdir. Əgər
dəfində bir qədər təxir edilsə, sonra
onun qarşısında durmaq mümkün olmayacaqdır".
Şəkili Hacı Çələbi Pənahəli xana qarşı daha
qətiyyətlə hərəkət etmək qərarına gəldi. O öz müttəfiqləri
ilə Bayat qalasını mühasirəyə aldı və bir ay ərzində onu
ələ keçirməyə cəhd göstərdi. Lakin Pənahəli xanın
qohumları və "kiçikdən tutmuş böyüyə qədər çoxsaylı
təbəələri onun köməyinə gəldilər". Böyük itki verərək
məğlub olan Hacı Çələbi Kürün o tayına
çəkildi və
məyusluqla dedi: "Pənah xan bu vaxtacan bir sikkəsiz
gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq".
Qarabağ xanlığı Pənahəli xanın varisi Ibrahim
xanın (1763-1806) dövründə daha da gücləndi. Qarabağ
x
anlığında əhalinin əsas
məşğuliyyəti əkinçilik və
maldarlıq idi. Pənahəli xan və Ibrahim xanın dövründə Mil
düzünün keçmiş əsrlərdə dağıdılmış suvarma kanallarını
bərpa etmək üçün cəhd göstərilmişdi. Gavurarx,
201
Luvararx, Saharx, Xanarxı və s. qaydaya salınmışdı ki,
xanlar onların istismarından xeyli gəlir əldə edirdilər.
Azərbaycanın ticarət mərkəzlərindən birinə
çevrilən Şuşada Qarabağın hüdudlarından
da kənarda
işlədilən pənahabadi adlı mis pul kəsirdilər.
Qarabağ xanlığında vergi və mükəlləfiyyətlərin 17
əsas növü var idi:
malcəhət (yaxud bəhrə),
mirzəyana.
otaqxərci, at arpası, dişkirəsi, çobanbəyi, qırxxana,
kələntərlikxərci, fərraşpulu, şərbətçipulu və s.
Vergi və
mükəlləfiyyətlərin
toplanması
soyğunçu
xarakter
daşıyırdı.
Dostları ilə paylaş: