225
1812-
ci ilin başlanğıcında Abbas Mirzə 20
minlik
ordu ilə yenidən Qarabağa girib Şahbulağı tutsa da,
Kotlyarevski tərəfindən geri oturduldu. Həmin ilin yayında
Fransanın böyük bir ordu ilə Rusiyaya soxulması Iranda
ruh yüksəkliyi və sevinclə qarşılandı. Artıq iyul ayında
Iranın atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə basqın
etdi.
Avqust ayında 10 minlik Iran ordusu Talış
xanlığına soxuldu. Ancaq
burada da yerini bərkidə
bilmədi. Ağoğlandan rus qoşunu ilə gələn Kotlyarevski
oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə
sarsıdıcı zərbə endirdi. Rus ordusu Talış xanlığına
yönəldi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası tutuldu.
Rusiyanın Qafqazdakı yeni baş komandanı Rtişşev
təşəbbüsü bütünlüklə öz əlinə aldı. Rusiyanın
Fransaya
qarşı 1812-ci il müharibəsində uğur qazanması Iranın
bütün ümidlərinə son qoydu.
Iranın
müharibəni
uduzması,
beynəlxalq
münasibətlərin köklü dəyişilməsi sülh işini tezləşdirdi.
Yaranmış şəraitdən istifadə edən Ingiltərə Rusiya-Iran
arasında danışıqlarda vasitəçilik etməyə nail oldu. 1813-
cü il oktyabrın 12-də Qarabağda müqavilə imzalandı.
Gülüstan müqaviləsi adı ilə tarixə düşən bu müqavilə ilə
Azərbaycan torpaqları iki yerə parçalandı.
Azərbaycan
xanlıqlarının
ləğv
edilməsi.
Rusiyaya qarşı silahlı müqavimət göstərən xanlıqlar –
G
əncə, Quba, Bakı – dərhal yox edilmişdi. Yermolov
Irandan Tiflisə döndükdən sonra növbə vassal xanlıqlara
çatdı. Iranla yeni müharibə başlayacağı
halda vassal
xanlıqların Rusiyaya qarşı çıxacağını yaxşı anlayan baş
komandan xan sülalələrini aradan götürmək üçün birbaşa
təxribat üsulları işlətməkdən də çəkinmədi. 1819-cu ildə
ilk olaraq Şəki xanlığı ləğv edildi. Sonuncu Şəki hakimi
Ismayıl xan erməni generalı
Mədətovun göstərişi ilə
226
zəhərlənərək öldürüldü. Bu haqda Iran hökumətinin rəsmi
bəyanat verməsinə baxmayaraq, xanlığın bütün xəzinəsi
və mülkləri müsadirə edildi. Xan ailəsi var-yoxdan
çıxarıldı. Həmin ildə Qazax və Şəmşəddil sultanlıqları,
1820-
ci ildə Şirvan xanlığı ləğv edildi.
Qarabağda Mehdiqulu xana qarşı qardaşı oğlu
Cəfərqulu ağanı qoydular. Cəfərqulu ağanın adından
guya Mehdiqulu xanın Mədətovu öldürtmək istəməsi
barədə yalan donos yazdırdılar.
Mehdiqulu xan Irana
qaçmalı oldu. Ruslardan xanlığa yüksələciyini gözləyən
Cəfərqulu ağa isə Simbirskə sürgün edildi. Qarabağ
xanlığının bütün var-dövləti
Rusiya xəzinəsinə keçdi,
saysız torpaq mülkləri, ilxı və sürüləri müsadirə edildi.
1826-
cı ildə Talış xanlığının vassal varlığına da son
qoyuldu.
Dostları ilə paylaş: