Birinci Rusiya-I
ran müharibəsi. 1804-cü ilin
mayında Iran rus qoşunlarının Cənubi Qafqazdan
çıxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi. 1804-
cü il iyunun 10-da iki dövlət arasında diplomatik
münasibətlər kəsildi və müharibə başlandı.
Iran tərəfinin planına görə qoşunlar iki istiqamətdə:
Irəvan-Qazax və Şuşa-Gəncə üzərinə hücum edərək
Tiflisi
tutmalı,
sonra
şimal-şərqi
Qafqazda
möhkəmlənməli, Şimali Qafqazı Qızılyar xəttinə kimi
ruslardan təmizləməli idi. Rusiya komandanlığı üçün ön
planda Azərbaycan xanlıqlarının ələ keçirilməsi dururdu.
Rus komandanlığının əmri altında olan qoşunların sayca
az olması səbəbindən Irana qarşı ayrıca bir əməliyyat
aparmaq nəzərdə tutulmurdu. Başlıca diqqət Iran
qoşunları hərəkətinin qarşısının alınmasına yönəlmişdi.
Kürəkçay müqaviləsi. Gəncə xanlığı işğal edilən
kimi Sisianov Qarabağ xanlığına təzyiqi gücləndirdi. O,
mayor Lisaneviçi Gəncədən birbaşa Ibrahim xanın
yanına göndərib, Rusiya tabeliyinə keçməyi təklif etdi. Bu
zaman Qarabağda iranpərəst və ruspərəst qüvvələr
arasında mübarizə getdiyindən vəziyyət olduqca
mürəkkəb idi. Son anda Qarabağda ruslara rəğbət
bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi.
Irəvandan döndükdən sonra Fətəli şah Qarabağ xanlığını
ələ keçirməyi qarşıya məqsəd qoydu. Gəncə tutulduqdan
sonra ruslar
üçün artıq Qarabağa yol açıq idi. Şah öz
sarayında əmanət olan Əbülfət ağanı 5 minlik qoşunla
atasına yardım və kömək adı ilə Qarabağa göndərdi.
Tapşırdı ki, Məhəmmədhəsən ağanı və Irana qarşı olan
bir neçə Qarabağ bəylərini şahın hüzuruna göndərsin.
Ibrah
im xan şahın yardımını qəbul etməyib, oğlu Əbülfət
ağaya ağır cavab göndərdi, Qarabağ torpağına girməyi
ona qadağan etdi. Ancaq oğlu buna məhəl qoymadı.
Dizaq mahalının Tuğ kəndində olan Ibrahim xan və
221
Məhəmmədhəsən ağa şah qoşununu burada qarşılayıb
məğlub etdilər. Qoşunun bütün at və heyvanı ələ keçirildi,
sərbazlardan çoxu öldürüldü, bir çoxu əsir düşdü.
Fətəli şahın tabe olmaq haqqında yeni fərmanını
cavabsız buraxan Ibrahim xan Tiflisə elçi göndərib
Sisianovdan yardım istədi. Mayor Lisaneviç rus əsgəri
bölüyü ilə Qarabağa göndərildi.
1805-
ci ilin yazında Sisianov iranlıları qabaqlayıb
Azərbaycan xanlıqlarını tabe etmək üçün Gəncəyə gəldi.
Buradan Ibrahim xana məktub yazıb, Rusiya ya Iran
dövlətlərindən hansına tərəf olduğunu açıq bildirməyi
tələb etdi.
Sisianov Gəncənin yaxınlığında Kürək çayı
üzərində düşərgə salmışdı. Ibrahim xan oğulları
Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və
Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam
göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə
bu
raya çağırdı. Sonra müqavilə bağlandı: xanlar «Andlı
öhdəlik» adlanan müqaviləyə möhürlərini basdılar,
Sisianov isə qol qoydu. 1805-ci il 14 may Kürəkçay
andlaşması 11 maddədən ibarət idi. Qarabağ xanı
Rusiya çarının vassalı olmağa razılığını verir, müstəqil
xarici siyasət hüququndan çarın xeyrinə imtina edir, çar
xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəsinə
götürürdü. Rusiya dövləti də üzərinə müəyyən təəhhüdlər
götürür, daxili idarəetmə ilə bağlı hakimiyyət işlərinin
xanın öhdəsində qalacağına söz verirdi.
Şəki xanlığı, əslində Qarabağ xanlığı ilə bir gündə
Kürəkçay görüşlərində tabe edildi. Ancaq siyasət
işlədərək Şəki xanlığı haqqında andlaşmanın tarixi bir
həftə sonraya çəkildi: 21 may 1805-ci il. Hər iki andlaşma
bir-
birinə bənzəyirdi. Şərtləri də eyni idi. Səlim xan da bir
gündə rus ordusunun general-leytenantı oldu, çara baş
komandanın vasitəçiliyi ilə ərizə yazıldı. Şəki xanlığına da
222
500 rus əsgəri göndərildi. Memarlıq incisi olan Şəki xan
sarayı kazarmaya çevrildi. Şəki xanlığı üzərinə qoyulan
bac 7000 çervon idi.
Sisianov 1806-
cı ilin yanvarında Bakıya yetişdi.
Xəzərdə indiyə kimi uğursuz vurnuxan Zavalişin
donanması da yenidən buraya gəlib Sisianovun əmrinə
keçdi. Yubanmadan Bakının verilməsi barədə müqavilə
şərtləri Hüseynqulu xana göndərildi. Bu layihədə çox ağır
şərtlər irəli sürülürdü: Bakının bütün gəliri Rusiya
xəzinəsinə verilməli, xan yalnız Rusiyanın onun üçün
ayırdığı aylıqla keçinməli, Bakı şəhəri rusların yaratdığı
ayrıca idarə altına keçməli, qalada 1000-ə yaxın rus
əsgəri və topları yerləşdirilməli idi. Hüseynqulu xan
şərtləri qəbul edəcəyini bildirdi.
Görüş qoşa qala qapısı yaxınlığında, fevralın 8-də
oldu. Qala açarları Sisianova verilərkən o, xanın xalası
oğlu Ibrahim bəyin tapança atəşi ilə öldürüldü. Rus
qoşunları quru yolla qayıtmaqdan çəkindilər. Gəmilərə
oturub Hacı Tərxana (Həştərxana) getdilər. Ancaq onun
öldürülməsi Bakının tutulmasını yalnız geriyə çəkdi. Iyun
ayında isə general-feldmarşal I.V.Qudoviç Qafqaza baş
komandan göndərildi. Bu zaman Rusiya-Iran savaşı yeni
bir
mərhələyə daxil oldu.
1806-
cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla
yenidən Qarabağ xanlığına soxuldu. Qızılbaş qoşunu
Şuşa qalasının iki ağaclığına çatmışdı. Bu zaman
Qarabağ xanlığında siyasi durum çox gərgin idi.
Hakimiyyət uğrunda iki qüvvə – xanın oğlu Mehdiqulu
ağanı və polkovnik Cəfərqulu ağanı (xanın nəvəsi,
Məhəmmədhəsən ağanın oğlu) xanlığa çıxarmaq
istəyənlər kəskin müxalifətə girmişdilər.
Bu zaman Ibrahim xan ailəsini Xanbağındakı
evindən qalanın iki verstliyinə köçürdü. Bundan istifadə
ed
ən düşmənləri mayora xanın xəyanət etdiyini
223
söylədilər. Xanın təkcə taxtına deyil, varına da göz
dikənlər çox idi. Lisaneviç fürsətdən istifadə edərək 200
rus əsgəri ilə xanın evi üstünə gəldi. Ibrahim xan özü,
Şəkili Səlim xanın bacısı və xanın arvadı, xanın qızı
Nəcibə, on üç yaşlı oğlu, 17 nəfər bəy və bəyzadə, mirzə
və nökər qətlə yetirildilər.
Lisaneviç heç bir şey olmayıbmış kimi tezdən qala
xalqını dövlət divanxanası qarşısına yığıb, Mehdiqulu
ağanı xanlığa çıxardı.
Iyulun 15-
də Honaşen yanında 7 saat sürən böyük
döyüşdən sonra İran qoşunu çoxlu itki verib məğlub oldu.
Abbas Mirzə qoşunla o taya qaçdı.
Döyüşdən
sonra
Mehdiqulu
xan
atasının
öldürülməsində, evinin qarət edilməsində Lisaneviçi
təqsirləndirərək onun buradan uzaqlaşdırılmasını tələb
etdi
və buna nail oldu.
Qarabağ əyaləti ilə yanaşı Iran ordusu daha iki
istiqamətdə hərəkət edirdi. ikinci bir qoşun birləşməsi Mil
düzündən keçərək Şirvan və Şəki bölgələrini, üçüncüsü
isə Bakı, Quba və Dərbəndi ələ keçirməli idi. Üçüncü
savaş istiqaməti Iran üçün çox gərəkli sayılırdı.
Ruslar ciddi bir müqavimətlə qarşılaşmadan 1806-
cı il iyunun 22-də Dərbəndi ələ keçirdilər. Bakının Iran
qoşunları tərəfindən tutulmasına yol verməmək üçün rus
birləşməsi Dərbənddən buraya yola düşdü. General
Qlazenapı əvəz edən general Bulqakov Quba məsələsini
sonraya saxladı. Hüseynqulu xanın Irana qaçması 1806-
cı ilin sentyabrında Bakının da müqavimətsiz ələ keçməsi
ilə qurtardı. Bulqakov buradan Qubaya döndü. Şeyxəli
xanın dağlara qaçması üzündən buranı da döyüşsüz alıb
Ru
siyaya qatdı.
Şuşada yeznəsi Ibrahim xan və bacısı Tubu
xanımın başına gətirilən müsibətdən sonra Şəki hakimi
Səlim xan xalqı üsyana qaldırıb rus qoşununu buradan
224
qovdu. Ancaq Dərbənd, Bakı və Qubanın tutulmasından
sonra üstünlük bütünlüklə ruslarda idi. Oktyabrın 22-də
Şəkiyə göndərilən çar qoşunu Səlim xanın bölüklərini
əzib uğur qazandı. Səlim xan da Irana qaçdı. Çar qoşunu
buradan üsyan etmiş Car-Balakənlilərin də üsyanı
yatırıldı.
Şah hökuməti Qarabağdan fərqli olaraq, bu
bölgələrdə çar qoşunları ilə gedən mübarizəyə azacıq da
olsa qatıla bilmədi. Iran qoşunları yalnız Ağsuya kimi
irəliləyə bildi. Şirvan hakimi Mustafa xan onlara qatılıb
yardım etməkdən boyun qaçırdı.
1806-
cı
il
döyüşləri
nəticəsində
Şimali
Azərbaycanın başlıca bölgələri rus qoşunlarının əlinə
keçdi.
Yerlərdə xalqın müqavimət hərəkatı ilə bağlı
olaraq çar Rusiyası ilkin idarəçilik tədbirləri həyata
keçirməyə başladı. Qarabağ xanlığı kimi Şəki xanlığı da
ləğv edilmədi. Amma burada Səlim xanın hakimliyi ləğv
edildi. Onun yerinə Rusiyaya sədaqət göstərən Xoylu
Cəfərqulu xan qoyuldu. Bakı xanlığı ləğv edilərək birbaşa
Rusiyaya tabe edildi.
1808-
ci ilin oktyabrın sonunda Naxçıvan ruslar
tərəfindən tutuldu. Lakin Irəvanın mühasirəsi uğursuz
oldu, ruslar Naxçıvanı da tərk etməli oldular. Uğursuz
1808-
ci il döyüşlərindən sonra Qudoviç istefaya çıxdı,
yerinə general Tormasov baş komandan təyin olundu.
Dostları ilə paylaş: |