147
A.V. Bruşlinskinin bu fikrinə əsaslanaraq deyə bilərik ki, Ə.Ə. Əlizadənin
peşə fəaliyyəti və sosial fəaliyyəti ilə təbii imkanları və qabiliyyəti üst-üstə
düşdüyündən böyük uğurlara imza atmış, tələbələrinin, iş yoldaşlarının, həm-
karlarının hörmətini qazanmışdır. Ə.Ə. Əlizadənin bu xüsusiyyəti ailə üzvlərinə
qarşı da dəyişməzdir: Hörmət, məhəbbət və səmimiyyət. Professorun oğlu H.Ə.
Əlizadə yazır: ―Atam bütün həyatını elmə həsr edib. Psixologiya onun üçün ən
sevimli böyük dünyadır. Mən onu həmişə işləyən görmüşəm, heç vaxt boş oldu-
ğunun şahidi olmamışam. Fəxr edirəm ki, hamının sevdiyi, hamının hörmət
bəslədiyi, yüksək mənəvi keyfiyyətlərə malik bir insanın oğluyam. Bu hiss mə-
nə həyatda qazandığım müvəffəqiyyətlərdən ən qiymətlisidir‖ (2, s.107).
Pedaqoji fəaliyyətlə məşğul olmasını, sevimli tələbələrinə psixologiya elmi-
nin sirlərini öyrətməsini Əbdül müəllim tale payı kimi dəyərləndirir. O, tələbə-
ləri qeyri-adi müəllim fəhmi ilə sevir, tələbə sözünü psixoloji ölçülərlə böyük
hərflə yazır, təmənnasız ziyalı məhəbbətilə tələbələrinin də ziyalı kimi forma-
laşmasında önəmli rol oynayır. Ə.Ə. Əlizadə şəxsiyyəti tələbələrin tərbiyəsində
təsirli örnəkdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, pro-
fessor Vilayət Əliyev Ə.Ə. Əlizadə şəxsiyyəti və pedaqoji fəaliyyətinin bir har-
moniya təşkil etdiyini, birinin digərini zənginləşdirdiyini qeyd edir. Göstərir ki,
Ə.Ə. Əlizadənin elmi-pedaqoji fəaliyyəti çoxcəhətli olsa da, o, həmişə özünü
təvazökarlıqla psixologiya müəllimi hesab edir. Onun elmi müəllimlik fəaliy-
yəti ilə qırılmaz tellərlə bağlıdır. Tələbələri arasında respublikanın neçə-neçə
alim-psixoloqu və pedaqoqu, əməkdar müəllimlər, elmlər doktorları və elmlər
namizədləri var‖ (2, s. 10).
Maraqlıdır ki, professor Ə.Ə. Əlizadə haqqında danışılanlarda, deyilənlərdə,
yazılanlarda bir qayda olaraq onun təmяnnasız olaraq qayğı göstərdiyi, səmimi
və təvazökar olduğu xüsusi vurğulanır. Xüsusilə göstərilir ki, ziyalı mədəniy-
yəti onun insanlarla qarşılıqlı münasibətlərinin ana xəttini təşkil edir.
Müasir dövrdə təhsil sistemində, xüsusilə ali məktəblərdə müəllimlərin rolu
və vəzifələri xeyli artmış, həm də mürəkkəbləşmişdir. İndi müəllim yalnız bilik-
lərin ötürücüsü, deyil, informasiya verən rolunu yerinə yetirmir. İndi o, peda-
qoji, psixoterapevtik biliklərə sahib olmalıdır.
Müəllimin pedaqoji fəaliyyətinin müvəffəqiyyəti, müəllimlik nüfuzu məhz
bunlardan asılıdır. Müəllim nüfuzu onun şəxsi keyfiyyətlərilə bağlıdır. Əgər
əvvəllər müəllimin peşəkarlığı önə çəkilir, az qala fəaliyyət üçün yeganə meyar
hesab olunurdusa, indi müəllim şəxsiyyəti, fərdi xüsusiyyətləri önə çəkilir. Bü-
tün bu deyilən keyfiyyətlər professor Əbdül Əlizadədə cəmləşdiyindən o, gör-
kəmli alim və görkəmli müəllim adlarını şərəflə daşıyır. Prof. M.C. Mərdanov
Əbdül müəllim haqqında yazır: ―Son dərəcə səmimi, geniş ürəkli, humanist
insan kimi tanıdığım Əbdül müəllim istər elmdə, istərsə də həyatda çoxları üçün
əlçatmaz zirvələri fəth etmiş xoşbəxt taleli həqiqi ziyalılarımızdandır. Lakin hər
dəfə psixologiya elmləri doktoru, professor, kafedra müdiri, çoxsaylı mükafat,
orden və medallar sahibi olan Əbdül Əlizadədən söz düşəndə, yadıma hər şey-
dən qabaq, müəllim sözü düşür. Mənə elə gəlir ki, professor Əbdül Əlizadə
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
148
üçün ―Əbdül müəllim‖ müraciəti daha ürəyəyatandır, qəlboxşayandır‖ (2, s.
51).
Misir Mərdanov Əbdül Əlizadənin xarakterik xüsusiyyətləri, şəxsi keyfiy-
yətləri sırasına saflıq, təmizlik, sadəlik, ləyaqətlilik və sairəni aid edir. Göstərir
ki, bu keyfiyyətlər Ə.Ə. Əlizadəni hamının – tələbələrinin, həmkarlarının, onu
tanıyanların sevimlisi etmişdir. Prof. M.C. Mərdanova görə, Əbdül müəllimdə
Azərbaycanın köhnə kişilərinə, xüsusən klassik müəllimlərə, pedaqoqlara xas
olan bir ürək genişliyi, mərdlik, qürur, ədəb-ərkan, yüksək davranış və ünsiyyət
mədəniyyəti cəmləşib.
Ə.Ə. Əlizadə hər bir insana həssas, mehriban, xeyirxah münasibət bəsləyir,
istənilən hadisəyə milli mənafe baxımından yanaşır. Onun yaradıcı fəaliyyətin-
də Azərbaycan təhsilinin müasir problemlərinin həlli məsələləri geniş yer tutur.
Burada Azərbaycan məktəbinin aktual problemləri, təhsil alanlarla təhsil verən-
lərin qarşılıqlı münasibətləri, yeni pedaqoji təfəkkürün mahiyyəti və s. Açıqla-
nır.
Təhsil sisteminin psixolojiləşdirilməsi, psixoloji xidmətin təşəkkülü və inki-
şafında da Ə.Ə. Əlizadənin xidmətləri əvəzsizdir. O, ötən əsrin 80-cı illərində
respublikanın ümumtəhsil məktəblərində psixoloji xidmət üzrə aparılan eksperi-
mentlərdə elmi məsləhətçi olmuşdur. Ə.Ə. Əlizadə Azərbaycan təhsil sisteminə
―yeni pedaqoji təfəkkür‖ anlayışını gətirənlərdən olub. Bu gün Azərbaycan
məktəbində yeni pedaqoji təfəkkürün formalaşmasında, təhsilin humanist-
ləşdirilməsi sahəsində onun elmi-pedaqoji ideyalarından bəhrələnirlər.
Son illərdə professor Əbdül Əlizadənin nəşr etdirdiyi monoqrafiyalar Azər-
baycan təhsilinə böyük elmi-metodik töhfədir.
―Professor Əbdül Əlizadənin bir müəllim kimi, ADPU-nun professoru kimi
də fəaliyyəti səmərəli olmuşdur. Onun mühazirələri elmi-nəzəri və metodik sə-
viyyəsi ilə seçilir. Elmə, müəllim kadrları hazırlığına fədakarlıqla xidmət bu
mühazirələrin ana xəttini təşkil edir. Onun prof. Əkbər Bayramovla birgə yaz-
dığı ―Psixologiya‖, ―Sosial psixologiyanın aktual problemləri‖ və digər dərslik
və dərs vəsaitləri tələbələrin yüksək ixtisaslı kadr kimi hazırlanmasında müstəs-
na əhəmiyyətə malikdir‖ (4, s. 160).
Prof. Muxtar Həmzəyev Əbdül Əlizadə yaradıcılığını, şəxsiyyətini yüksək
qiymətləndirirdi. Onu elmi psixologiyamızın dayaqlarından biri, öz istedadı ilə
ürəkləri fəth edən alim, mehriban bir insan kimi xarakterizə edirdi.
Prof. Səməd Seyidov isə Ə.Ə.Əlizadəni Azərbaycanda elmi psixologiyanın
parlaq ulduzlarından biri, paklıq, müqəddəslik timsalı hesab edir, onun alim-
liyini və şəxsiyyətini bu yönümdə təhlil edir. S.İ. Seyidovun fikrincə, Ə.Ə. Əli-
zadənin ailə psixologiyası, məktəbə psixoloji xidmət sahəsində apardığı tədqi-
qatlar, çap etdirdiyi əsərlər Azərbaycan psixologiya elminə, Azərbaycan təhsili-
nə böyük töhfədir.
Prof. Əkbər Bayramovun da Əbdül müəllim haqqında qiymətli fikirləri
vardır. Diqqət edək: ―Respublikamızda və ondan kənarda keçirilmiş konfrans,
qurultay və simpoziumlarda həmişə Azərbaycan psixologiya elmini ləyaqətlə
təmsil etmisiniz. Təsadüfи deyil ki, Sizin çıxışlarınızı dinləyən hər bir adam
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
149
mühakimənizə, geniş elmi erudisiyanıza heyranlığını gizlətmir‖ (3, s. 69).
Prof. Ə.S. Bayramovu uzun illərdir ki, Ə.Ə. Əlizadə ilə dostluq və yara-
dıcılıq əlaqələri bir-birlərinə sıx bağlamışdır. Onların xeyli sayda birgə işlə-
dikləri kitablar mütəxəssislərin rəğbətini qazanmışdır. ―Müdrik bir psixoloq ki-
mi sizi həmişə bir məsələ düşündürür: Psixologiyanın müasir problemlərini
araşdırmaqla yanaşı, xalqımızın psixoloji irsini, ümumən xalq ruhunu gənc
nəslə necə çatdırmaq?‖ (2, s.84).
AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Əliyev Əbdül Əlizadə və Əkbər
Bayramovun dostluğunun yaradıcı fəaliyyətə, psixologiya elminin zənginləşmə-
sinə xidmət etdiyini göstərir. Qeyd edir ki, bu münasibətlərin nəticəsində yara-
nan əsərlər, xüsusilə ―Psixologiya‖ və ―Sosial psixologiya‖ dərslikləri uzun
müddət ərzində tələbələrin, aspirantların və sevimli oxucuların stolüstü kitabı
olmuşdur.
Ramiz Əliyev və Lümunət Əmrahlı Ə.Ə. Əlizadənin şəxsiyyət tipini xarak-
terizə edərkən onun şəxsiyyətinin bünövrəsində, əsasında, kökündə mənəviyya-
tın dayandığını bildirirlər. Daha sonra onun şəxsiyyətinin nüvəsində dəyərlilik
dayanır. ―Psixoloji nəzəriyyələrdə (Q. Olport, A. Maslou, A. Bandura) göstəril-
diyi kimi, dəyərlərə xüsusi əhəmiyyət verən insanlar hər şeydən əvvəl həqiqətin
açılmasında maraqlıdırlar. Belə adamlar həyata rasional, tənqidi və empиrik ya-
naşırlar‖ (5, s. 35).
Həmin nəzəriyyələrə istinad edən müəlliflər Əbdül Əlizadə şəxsiyyətini
―nəzəri tip‖ə aid edirlər. Belə insanlar yüksək səviyyədə intellektualdırlar. Öz-
lərinə daha çox fəlsəfəyə yaxın olan fundamental fəaliyyət seçirlər.
Əbdül Əlizadə insanlarla münasibətlərində xoşlamaq, xoşagəlmək prizma-
sından yox, olduğu kimi davranmaq prinsipindən çıxış edir. Prof. R.İ. Əliyev və
dos. L.Ş. Əmrahlı Ə.Ə.Əlizadə fenomenindən bəhs edərkən, hər şeydən əvvəl,
onun şəxsiyyətinin kamilliyi və hormoniyası, daxili bütövlüyü üzərində daya-
nırlar. Onun daxili dünyası ilə xarici dünyası arasında bir bağlılıq, tamlıq var,
hansının daha öndə olduğunu müəyyənləşdirmək də çətindir.
Əbdül Əlizadə yaradıcılığı və şəxsiyyətinin öyrənilməsi, şəxsi keyfiyyətlə-
rinin təhlili, avtobioqrafiyası ilə tanışlıq göstərir ki, o, öz elmi ideyalarının real-
laşması, elmi axtarışları sahəsində dönməzlik nümunəsi olmuşdur. O, hər vaxt
elmi fəaliyyəti məişət məsələlərindən üstün tutmuşdur. Bunun nəticəsində o, ət-
rafda olan insanların rəğbət və hörmətini qazanmış, özündən sonrakı nəsillər
üçün yaxşı örnək olmuşdur.
Prof. Ramiz Əliyev Ə.Ə.Əlizadə şəxsiyyəti və yaradıcılığını Ziqmund Freyd
şəxsiyyəti və yaradıcılığı ilə müqayisə edir, paralellər aparır, oxşarlıq tapmağa
çalışır. ―Ziqmund Freyd 70 il eyni şəhərdə (Vyanada), 40 il eyni evdə yaşayıb.
Xəstələri həmişə eyni kabinetdə qəbul edib. Həmişə bir kresloda oturub. Altı
övlad atası olan Freyd heç bir əyləncə ilə məşğul olmayıb, həmişə ciddi olub.
Onu aldatmaq mümkün deyildi, sanki rentgen kimi insan qəlbini görürdü.
Şöhrət çələngi Freydi çox gec – 80 yaşından sonra tapır. 1936-cı ildə o, Kral
Akademiyasına üzv seçilir.
Əbdül Əlizadə də 40 ildir eyni evdə yaşayır. 50 ildən artıqdır ki, hər gün ey-
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
150
ni qaydada elmi fəaliyyətlə məşğul olur. O, da Freyd kimi əyləncələrdən qaçır,
sevincini, xoşbəxtliyini ərsəyə gətirdiyi əsərlərdə, auditoriyada tələbələrlə mü-
hazirədə tapır‖ (5, s. 39).
Ə.Ə. Əlizadə varlığı nur, enerji mənbəyi kimi əhatəsində olanlara nüfuz
edir. Bu işığı hiss etməyə bilmirsən. Onun daxili dünyası şərtilikdən, ənənəvi-
likdən uzaqdır. Başqalarına təzyiq göstərmək, təəssüfləndirmək, peşmançılıq
hissi yaratmaq, zəifliyini nəzərə çatdırmaq kimi qeyri – humanist münasibəti
xoşlamaz. Lakin özünəməxsus təsir vasitələri var. Bunlardan ən başlıcası, özü-
nün şəxsi nümunəsidir. Sanki insanlara mənəviyyatlı, əxlaqlı olmağın vacıbli-
yini təlqin etməyə çalışır.
Bir sözlə, professor Əbdül Əlizadə yaradıcılığı və şəxsiyyəti harmonikdir,
kamildir. Onun yaradıcılığı və şəxsiyyəti kifayət qədər zəngindir. Gənc tədqi-
qatçılar yalnız Əbdül Əlizadə yaradıcılığını deyil, şəxsi keyfiyyətlərini, şəxsiy-
yətini də öyrənməli, ona bənzəməyə çalışmalıdırlar.
Мягалянин aktuallığı.
Professor
Əbdül Əlizadə yaradıcılığı ilə onun şəxsi
keyfiyyətləri arasındakı vəhdət və bağlılığı araşdırmaq, onun yaradıcılığının
psixologiya elminin inkişafına təsirini müəyyənləşdirmək.
Мягалянин elmi yeniliyi. Görkəmli Azərbaycan psixoloqu Ə.Ə.Əlizadənin
həyat və yaradıcılığı, şəxsiyyətinin xüsusiyyətləri ilə elmi fəaliyyətinin qarşılıq-
lı təsiri araşdırılır.
Мягалянин praktik əhəmiyyəti вя тятбиги. Tədqiqat materiallarından
―Psixologiya tarixi‖nin tədrisində istifadə oluna bilər.
Ядябиййат
1. Брушлинский А.В. Проблема субъекта в психологической науке //
Психологический журнал, 1992, № 6.
2. Əbdül Əlizadə-70. Pak insan-böyük alim. Bakı: ADPU, 2002.
3. Стоунс Э. Психопедагогика. / Пер. с. англ. Под ред. Н.Ф.Талызиной.
М.: Педагогика, 1984.
4. Rüstəmov F.A. Pedaqoji oçerklər: sələflərim və müasirlərim. Bakı: Elm
və təhsil, 2010.
5. Əliyev R.İ., Əmrahlı L.Ş. Azərbaycan psixologiyasının korifeyi – Əbdül
Əlizadə. Bakı: MBM, 2009.
Е. Аскерова
Взаимное влиянпие деятельности и личности
профессора Абдула Ализаде
Резюме
В статье рассказывается о взаимосвязях профессиональной деятель-
ности, личных качеств и личности известного азербайджанского психо-
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
151
лога А.А.Ализаде. Подчеркивается, что зависимости от формы деятель-
ности и ее потребности у человека формируется соответствующий харак-
тер и качества. Отмечается, что проф.А.А.Ализаде является ученым, кото-
рый в области психологии имеет выдающие заслуги, а также личность с
высоко человеческой моралью. В том числе, в статье отражено взаимо-
связи научной и педагогической деятельности проф. А.А. Ализаде, и вли-
яние одного к другому.
Также в статье дано высказывание известных ученых, деятелей образо-
вание о проф. А.А. Ализаде.
Y. Askerova
Professor Abdul Alizade’s personality and action
mutual impact
Sуммарй
In this article it spoken is about an outstanding Azerbaijani psychologist
A.A. Alizade’s personality, personal features, and professional activity. It is
showed that, in any person it is formed any action forms and features which is
demanded from any branch. It reflects himself in action and mentality. It is
commented that prof. A.A. Alizade not only an outstanding scientist but also he
is a very good person.At the same time in this article is showed Alizade’s
educational and pedagogical work and their impact each other.
In this article it is also given place an outstanding scientist thoughts about
prof. A.Alizade.
Редаксийайа дахил олуб: 05.03.2014
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
152
Aзярбайъанда эендер проблеминя йанашма
Kəmalə Xancanova,
ADPU-nun magistrантı
e-mail: kamala.khanjanova@mail.ru
Rəyçilər: pсихол.ü.f.d. H.Əliyeva
психол.ü.f.d. Ü.Əfəndiyeva
Açar sözlər: эender problemi, qadın-kişi bərabərliyi, sosial cəmiyyət
Key words: тhe problem of gender, gender equality, social community
Ключевые слова: гендерная проблема,равенство между мужчиной и
женщиной, социальной и сообщества
Sosial – mədəni həyatda cinslərarası bərabərsizlik ayrı-ayrı dövr və bölgə-
lərdə iqtisadi, siyasi, mədəni inkişaf və etnik mentalitetdən asılı olaraq müxtəlif
formalarda təzahür edib və bu bərabərsizliyə qarşı etirazlar da müxtəlif şəkil-
lərdə, tarixi abidələrdə, xüsusilə, ədəbiyyatda öz əksini tapıb.
Son əlli ildə qadın və kişilərin gender rolu haqda təsəvvür bir çox mədəniy-
yətlərdə, o cümlədən Azərbaycanda daha çevik olmuşdur. Ənənəvi olaraq kişi-
lik qəddarlıqлa, təcavüzlə və müstəqilliklə əlaqələndirilirdi. Kişinin rolu qərar
qəbul etməkdən, ailənin firavanlığını təmin etməkdən, pul qazanmaqdan ibarət
idi. Qadınlardan isə dərdə qalmaq, anlaqlı olmaq, yumşaqlıq, itaət tələb olunur-
du; onun marağı tamamilə ailə və ev işləri ilə məhdudlaşmalı idi. Lakin cinsi
rolların dəyişməsinin əsas səbəblərindən biri də işləyən qadınların sayının
artması oldu.
Zaman keçdikcə, qadınların cəmiyyətin sosial – iqtisadi həyatında fəal quru-
cu kimi iştirakı onların etirazlarının mütəşəkkil və mübariz forma alması ilə
tamamlandı. Bu isə kapitalizmin inkişaf etdiyi Avropa ölkələrində feminiзm
hərəkatının və konsepsiyasının yaranmasında özünü göstərdi.
Qadın və kişi bərabərsizliyi probleminin fərdi və sosial aspektləri mövcud-
dur. İctimai həyatda qadın və kişilərin cinsi fərqləri sosial funksiyaların bölüş-
dürülməsində əks olunmuşdur və onların möhkəmləndirilməsində mədəniyyət
faktorunun rolu çox böyükdür. Ənənəvi щал кими kişi cinsinə məxsus olaraq,
eyni zamanda sosial strukturun zirvəsində olmaq deməkdir. Eyni zamanda,
sosial baxımdan qadın davranışına xeyli məhdudiyyətlər qoyulmuş və onlara
ciddi riayət etmək tələbləri formalaşmışdır. Bütün bunlar cəmiyyətin hər bir üz-
vünün əməllərində, hərəkətlərində təzahür olunur və insan davranışının sosial
normalarından danışan ―kişi‖ davranışı nəzərdə tutulur. Məhz bu normalar
əsasında siyasət aparılır və qərarlar qəbul edilir.
Kişi və qadın bərabərsizliyi (de – fakto), ilk növbədə (de – yuroе) hüquqi
bərabərlikdən başlanır və çox vaxt da elя söz olaraq qalır. Hüquq bərabərliyinin
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
153
reallaşması böyük çətinliklərlə qarşılaşır. Bir çox ölkələrin, o cümlədən, inkişaf
etmiş ölkələrin təcrübəsi buna sübut ola bilər.
Gender bərabərliyi prinsipi, ilk növbədə, qadın və kişilər arasında olan fərq-
lərin və sosial həyatda müxtəlif rolların qiymətləndirilməsi üzərində qurulur.
Ümumiyyətlə, bərabərlik prinsipi fərqlənmək hüququnu nəzərdə tutur. Bu
isə öz növbəsində, hər bir subyektin, cəmiyyətin hər bir üzvünün öz fərqləndi-
rici niyyətlərini inkişaf etdirmək hüququ deməkdir. Digər tərəfdən, bərabərlik
prinsipi hər bir cinsin üstün keyfiyyətlərini təşkil edən xüsusiyyətlərin və
meyarların tarazlaşdırılması, ahəngdarlaşdırılmışdır.
XX əsrdə, xüsusilə, щямин ясрин II yarısında gender problematikasının qlo-
bal sosial problemlər sırasına daxil olması cəmiyyətdə cinslərarası münasibət-
lərdə nisbi də olsa, mütənasibliyə, ziddiyйətdən ahəngə sövq edən bir hadisə
kimi qiymətləndirilməlidir.
İdeoloji – siyasi həyatda fenimizm konsepsiyalarının ―gender‖ konsepsiyası
ilə əvəz edilməsi demokratiya və humanism baxımından təbii, qanunauyğun və
müsbət hal kimi qiymətləndirilir.
Qərb bölgəsində gender tədqiqatları müəyyən tarixə malikdirsə, postsosialist
bölgədə son illərə qədər bu problem nə sosial, nə дя elmi aspektdə diqqət mər-
kəzində olmayıb. Həmin münasibətin özünəməxsus səbəbləri bu bölgələrdə so-
sial ziddiyyətlərin əsasən sinfi və dini aspektlərdə araşdırılması, cəmiyyət prob-
lemlərinin ―kim bizimlə deyil, əleyhdarlarımızdır‖ prinsipinə görə tədqiq və
―həll‖ edilməsi idi.
Məhz buna görə də gender problematikasının tədqiqi postsosialist cəmiyyət-
də, o cümlədən Azərbaycanda ―keçid dövrü‖ndə başlandı.
Qərbdən fərqli olaraq, bu sahədə tədqiqat ənənəsindən məhrum postsosialist
məkanı, təbii olaraq Гərb tədqiqatlarına böyük diqqət və maraqla yanaşır, bəzi
hallarda bu tədqiqatları örnək kimi qəbul edir. Lakin bu bölgələr arasındakı
fərq, onların model və təzadlarında olan mahiyyət müxtəliflikləri bu təzadların
təsvir və həlli yollarını müxtəlifliyini diktə edir.
Postsosialist məkanda gender münasibətlərinin özünəməxsusluğu burada qa-
dınların vəziyyəti ilə müəyyən edilir. Məlumdur ki, sosializm dövründə qadın-
lar qanun əsasında kişilərlə bərabər hüquqlara malik olmaqdan əlavə, həm də
xüsusi və mühüm imtiyazlara da malik idilər. Bu qanunların bir hissəsi fəal işlə-
yir, qadın hüquqları müxtəlif dövlət, partiya, ictimai qanunlar tərəfindən müda-
fiə edilirdi. Bir sıra mühüm məsələlərdə qadınların kişilərdən daha yüksək hü-
quq və imtiyazları var idi (xüsusilə, ailə dağıldıqda, uşaqlara münasibətdə, qa-
dın şəxsiyyəti alçaldıqda, əmək prosesində onun ləyaqət, şərəf və səhhətinin qo-
runmasında). Qadın hüquq və azadlığına zidd olan bütün feodal – patriarxal və
dini mövqelərlə ciddi və hərtərəfli mübarizə aparılırdı.
Müasir ―keçid dövrü‖ndə gender problematikasının postsosialist cəmiyyət-
də tədqiqi Гərbə nisbətən daha vacibdir:
1.
―Keçid dövrü‖nün müxtəlif kəskin ziddiyyətləri bölgə dövlətlərində
gender sahəsindəki ziddiyyətlərində kəskinliyini kiçik bir zaman ərzində qat –
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
154
qat artırır, onları Гərbdən fərqli çalarlarla zənginləşdirir.
2.
Əgər Гərb müəyyən baxımdan tədricən qadın hüquqlarını müdafiə yolu
ilə social ahəngə doğru gedirsə, postsosialist bölgəsindəki qadınların qarşısında
duran problemlərdən biri də müxtəlif yollarla keçmiş hüquq və imtiyazlarını
saxlamaq üçün imkan aramaqdır.
Yeni Azərbaycan cəmiyyətinin yeni təzadları gender problematikasında da
öz əksini tapır. Respublikada həmin ziddiyyətlərin yumşalması və həlli yolu
zənnimcə, aşağıdakıları tələb edir:
1.
Gender problematikasının Azərbaycanın tarixi və müasir reallıqlarından
çıxış edərək elmi tədqiqini.
2.
Elmi – nəzəri tədqiqinin mütləq konkret əməli təklif, plan və fəaliyyətlə
tamamlanmasını.
3. Qadın probleminin gender konteksтində, gender problemlərinin isə
dövlət inkişafы konsepiyası kontekstində baxılmasını və həlli yollarının müəy-
yən edilməsini.
4. Gender probleminin həlli yolunda dövlət, qeyri-dövlət, KİV strukturları-
nın uzlaşdırılmış konsepsiya və planlar əsasında birgə fəaliyyətini.
Müasir qadın kişi iradəsinin itaətkar icraçısı və işdə fəal qadın rolların
(dəyişməsinə) birləşdirməyə çalışır. Tədqiqatlar göstərir ki, qızlar öz analarının
cinsi-rol qadalarını mənimsəyir. İşlə daha çox məşğul olan qadınlar övladların-
da cinsi rola daha az ənənəvi, daha çox liberal münasibət tərbiyə edir. Cinsi rol
qaydalarının liberallaşması kişi və qadının tanışlıq şəraitinə xas olan çəkin-
gənliyi və pərtliyi aradan qaldırır, ünsiyyəti daha rahat edir. Buna baxmayaraq,
işləyən ərli qadınlarda stressin yaranması üçün əlavə səbəblər ortalığa çıxır.
Onlar şəxsi karyera cəhdi ilə ev işləri və uşaqlarla bağlı məsuliyyət arasında
―bölünməli‖ olurlar. Müasir psixologiyada bu növ stress ―işgüzar qadın‖ sind-
romu adlanır.
NƏTİCƏ
Həqiqətən də demək olar ki, Azərbaycan Respublikasında bu baxımdan
mühüm addımlar atılmışdır. BMT–nin köməkliyi ilə 1997-ci ildən etibarən
ölkədə gender lahiyəsi fəaliyyət göstərir və tətbiq edilməsinə kömək edir.
1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış və ―Azər-
baycan Respublikasında гadınların rolunun artması ilə bağlı tədbirlər barədə‖
və 2000-ci ilin mart ayında ―Azərbaycan Dövlət Qadın Siyasəti haqqında‖
Azərbaycan Respublikası Prezidentinin sərəncamları dərc olunmuşdur. Azər-
baycan Respublikası Prezidentinin 6 mart tarixli Fərmanı və onun əsasında
Nazirlər Kabinetinin № 176 26. 09.20 əmri dərc olunmuşdur.
Buna əsaslanaraq hazırda рespublikanın bütün dövlət təşkilatlarında Nazirlər
Kabinetinin qərarına uyğun эender siyasəti çərçivəsində işləri aparmaq üçün
mütəxəssislər təyin olunmaqdadır.
Dostları ilə paylaş: |