Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə17/21
tarix07.04.2017
ölçüsü5,11 Kb.
#13621
1   ...   13   14   15   16   17   18   19   20   21

 
 
147 
A.V. Bruşlinskinin bu fikrinə əsaslanaraq deyə bilərik ki,  Ə.Ə. Əlizadənin 
peşə  fəaliyyəti  və  sosial  fəaliyyəti  ilə  təbii  imkanları  və  qabiliyyəti  üst-üstə  
düşdüyündən  böyük  uğurlara  imza  atmış,  tələbələrinin,  iş  yoldaşlarının,  həm-
karlarının hörmətini qazanmışdır. Ə.Ə. Əlizadənin bu xüsusiyyəti ailə üzvlərinə 
qarşı da dəyişməzdir: Hörmət, məhəbbət və səmimiyyət. Professorun oğlu  H.Ə. 
Əlizadə yazır: ―Atam bütün həyatını elmə həsr edib. Psixologiya onun üçün ən 
sevimli böyük dünyadır. Mən onu həmişə işləyən görmüşəm, heç vaxt boş oldu-
ğunun  şahidi  olmamışam.  Fəxr  edirəm  ki,  hamının  sevdiyi,  hamının  hörmət 
bəslədiyi, yüksək mənəvi keyfiyyətlərə malik bir insanın oğluyam. Bu hiss mə-
nə həyatda qazandığım müvəffəqiyyətlərdən ən qiymətlisidir‖ (2, s.107).   
Pedaqoji fəaliyyətlə məşğul olmasını, sevimli tələbələrinə psixologiya elmi-
nin sirlərini öyrətməsini Əbdül müəllim tale payı kimi dəyərləndirir. O, tələbə-
ləri  qeyri-adi  müəllim  fəhmi  ilə  sevir,  tələbə  sözünü  psixoloji  ölçülərlə  böyük 
hərflə  yazır,  təmənnasız  ziyalı  məhəbbətilə  tələbələrinin  də  ziyalı  kimi  forma-
laşmasında önəmli rol oynayır. Ə.Ə. Əlizadə şəxsiyyəti tələbələrin tərbiyəsində 
təsirli  örnəkdir. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, pro-
fessor Vilayət Əliyev Ə.Ə. Əlizadə şəxsiyyəti və pedaqoji fəaliyyətinin bir har-
moniya təşkil etdiyini, birinin digərini zənginləşdirdiyini qeyd edir. Göstərir ki, 
Ə.Ə.  Əlizadənin  elmi-pedaqoji  fəaliyyəti  çoxcəhətli  olsa  da,  o,  həmişə  özünü 
təvazökarlıqla  psixologiya  müəllimi  hesab  edir.  Onun  elmi  müəllimlik  fəaliy-
yəti  ilə  qırılmaz  tellərlə  bağlıdır.  Tələbələri  arasında  respublikanın  neçə-neçə 
alim-psixoloqu  və  pedaqoqu,  əməkdar  müəllimlər,  elmlər  doktorları  və  elmlər 
namizədləri var‖ (2, s. 10). 
Maraqlıdır ki, professor Ə.Ə. Əlizadə haqqında danışılanlarda, deyilənlərdə, 
yazılanlarda bir qayda olaraq onun təmяnnasız olaraq qayğı göstərdiyi, səmimi 
və  təvazökar  olduğu  xüsusi  vurğulanır.  Xüsusilə  göstərilir  ki,  ziyalı  mədəniy-
yəti onun insanlarla qarşılıqlı münasibətlərinin ana xəttini təşkil edir. 
 Müasir dövrdə təhsil sistemində, xüsusilə ali məktəblərdə müəllimlərin rolu 
və vəzifələri xeyli artmış, həm də mürəkkəbləşmişdir. İndi müəllim yalnız bilik-
lərin ötürücüsü, deyil, informasiya verən rolunu yerinə yetirmir. İndi  o,  peda-
qoji, psixoterapevtik biliklərə sahib olmalıdır. 
Müəllimin  pedaqoji  fəaliyyətinin  müvəffəqiyyəti,  müəllimlik  nüfuzu  məhz 
bunlardan  asılıdır.  Müəllim  nüfuzu  onun  şəxsi  keyfiyyətlərilə  bağlıdır.  Əgər 
əvvəllər müəllimin peşəkarlığı önə çəkilir, az qala fəaliyyət üçün  yeganə meyar 
hesab olunurdusa, indi müəllim şəxsiyyəti, fərdi xüsusiyyətləri önə çəkilir. Bü-
tün bu deyilən keyfiyyətlər professor Əbdül Əlizadədə cəmləşdiyindən o, gör-
kəmli  alim  və görkəmli müəllim adlarını şərəflə  daşıyır. Prof. M.C. Mərdanov 
Əbdül  müəllim  haqqında  yazır:  ―Son  dərəcə  səmimi,  geniş  ürəkli,  humanist 
insan kimi tanıdığım Əbdül müəllim istər elmdə, istərsə də həyatda çoxları üçün 
əlçatmaz zirvələri fəth etmiş xoşbəxt taleli həqiqi ziyalılarımızdandır. Lakin hər 
dəfə  psixologiya  elmləri  doktoru,  professor,  kafedra  müdiri,  çoxsaylı  mükafat, 
orden və medallar sahibi olan Əbdül Əlizadədən söz düşəndə, yadıma hər şey-
dən  qabaq,  müəllim  sözü  düşür.  Mənə  elə  gəlir  ki,  professor  Əbdül  Əlizadə 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
148 
üçün  ―Əbdül  müəllim‖  müraciəti  daha  ürəyəyatandır,  qəlboxşayandır‖  (2,  s. 
51). 
Misir  Mərdanov  Əbdül  Əlizadənin  xarakterik  xüsusiyyətləri,  şəxsi  keyfiy-
yətləri sırasına saflıq, təmizlik, sadəlik, ləyaqətlilik və sairəni  aid edir. Göstərir 
ki,  bu keyfiyyətlər Ə.Ə.  Əlizadəni  hamının  –  tələbələrinin,  həmkarlarının,  onu 
tanıyanların sevimlisi etmişdir. Prof. M.C. Mərdanova görə, Əbdül müəllimdə 
Azərbaycanın  köhnə  kişilərinə,  xüsusən  klassik  müəllimlərə,  pedaqoqlara  xas 
olan bir ürək genişliyi, mərdlik, qürur, ədəb-ərkan, yüksək davranış və ünsiyyət 
mədəniyyəti cəmləşib. 
Ə.Ə. Əlizadə hər bir insana həssas, mehriban, xeyirxah münasibət bəsləyir, 
istənilən hadisəyə milli mənafe baxımından yanaşır. Onun yaradıcı fəaliyyətin-
də Azərbaycan təhsilinin müasir problemlərinin həlli məsələləri geniş yer tutur. 
Burada Azərbaycan məktəbinin aktual problemləri, təhsil alanlarla təhsil verən-
lərin qarşılıqlı münasibətləri, yeni pedaqoji təfəkkürün mahiyyəti və s. Açıqla-
nır.   
Təhsil sisteminin psixolojiləşdirilməsi, psixoloji xidmətin təşəkkülü və inki-
şafında da Ə.Ə. Əlizadənin xidmətləri əvəzsizdir. O, ötən əsrin 80-cı illərində 
respublikanın ümumtəhsil məktəblərində psixoloji xidmət üzrə aparılan eksperi-
mentlərdə elmi məsləhətçi olmuşdur. Ə.Ə. Əlizadə Azərbaycan təhsil sisteminə 
―yeni  pedaqoji  təfəkkür‖  anlayışını  gətirənlərdən  olub.  Bu  gün  Azərbaycan 
məktəbində  yeni  pedaqoji  təfəkkürün  formalaşmasında,  təhsilin  humanist-
ləşdirilməsi sahəsində onun elmi-pedaqoji ideyalarından   bəhrələnirlər. 
Son illərdə professor Əbdül Əlizadənin nəşr etdirdiyi monoqrafiyalar  Azər-
baycan təhsilinə böyük elmi-metodik töhfədir. 
―Professor Əbdül Əlizadənin bir müəllim kimi, ADPU-nun professoru kimi 
də fəaliyyəti səmərəli olmuşdur. Onun  mühazirələri elmi-nəzəri  və metodik sə-
viyyəsi  ilə  seçilir.  Elmə,  müəllim  kadrları  hazırlığına  fədakarlıqla  xidmət  bu 
mühazirələrin  ana xəttini təşkil edir. Onun prof. Əkbər Bayramovla birgə yaz-
dığı ―Psixologiya‖, ―Sosial psixologiyanın aktual problemləri‖ və digər dərslik 
və dərs vəsaitləri tələbələrin yüksək ixtisaslı kadr kimi hazırlanmasında müstəs-
na  əhəmiyyətə malikdir‖ (4, s. 160). 
Prof.  Muxtar  Həmzəyev  Əbdül  Əlizadə  yaradıcılığını,  şəxsiyyətini  yüksək 
qiymətləndirirdi. Onu elmi psixologiyamızın dayaqlarından biri, öz istedadı ilə 
ürəkləri fəth edən alim, mehriban bir  insan kimi xarakterizə edirdi. 
Prof. Səməd Seyidov isə Ə.Ə.Əlizadəni  Azərbaycanda elmi  psixologiyanın 
parlaq  ulduzlarından  biri,  paklıq,  müqəddəslik  timsalı  hesab  edir,  onun  alim-
liyini və şəxsiyyətini bu yönümdə təhlil edir. S.İ. Seyidovun fikrincə, Ə.Ə. Əli-
zadənin  ailə  psixologiyası,  məktəbə  psixoloji  xidmət  sahəsində  apardığı  tədqi-
qatlar, çap etdirdiyi əsərlər Azərbaycan psixologiya elminə, Azərbaycan təhsili-
nə böyük töhfədir. 
Prof.  Əkbər  Bayramovun  da  Əbdül  müəllim  haqqında  qiymətli  fikirləri 
vardır. Diqqət  edək:  ―Respublikamızda və ondan kənarda keçirilmiş  konfrans, 
qurultay  və  simpoziumlarda  həmişə  Azərbaycan  psixologiya  elmini  ləyaqətlə 
təmsil  etmisiniz.  Təsadüfи  deyil  ki,  Sizin  çıxışlarınızı  dinləyən  hər  bir  adam 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
149 
mühakimənizə, geniş elmi erudisiyanıza heyranlığını gizlətmir‖ (3, s. 69). 
Prof.  Ə.S.  Bayramovu  uzun  illərdir  ki,  Ə.Ə.  Əlizadə  ilə  dostluq  və  yara-
dıcılıq  əlaqələri  bir-birlərinə  sıx  bağlamışdır.  Onların  xeyli  sayda  birgə  işlə-
dikləri kitablar mütəxəssislərin  rəğbətini qazanmışdır. ―Müdrik bir psixoloq ki-
mi  sizi  həmişə  bir  məsələ  düşündürür:  Psixologiyanın  müasir  problemlərini 
araşdırmaqla  yanaşı,  xalqımızın  psixoloji  irsini,  ümumən  xalq  ruhunu  gənc 
nəslə necə çatdırmaq?‖ (2, s.84). 
 AMEA-nın  müxbir  üzvü,  prof.  Bəxtiyar  Əliyev  Əbdül  Əlizadə  və  Əkbər 
Bayramovun dostluğunun yaradıcı fəaliyyətə, psixologiya elminin zənginləşmə-
sinə xidmət etdiyini göstərir. Qeyd edir ki, bu münasibətlərin nəticəsində yara-
nan  əsərlər,  xüsusilə  ―Psixologiya‖  və  ―Sosial  psixologiya‖  dərslikləri  uzun 
müddət  ərzində  tələbələrin,  aspirantların  və  sevimli  oxucuların  stolüstü  kitabı 
olmuşdur. 
Ramiz Əliyev və Lümunət Əmrahlı Ə.Ə. Əlizadənin şəxsiyyət tipini xarak-
terizə edərkən onun şəxsiyyətinin bünövrəsində, əsasında, kökündə mənəviyya-
tın dayandığını bildirirlər. Daha sonra onun şəxsiyyətinin nüvəsində dəyərlilik 
dayanır. ―Psixoloji nəzəriyyələrdə (Q. Olport, A. Maslou, A. Bandura) göstəril-
diyi kimi, dəyərlərə xüsusi əhəmiyyət verən insanlar hər şeydən əvvəl həqiqətin 
açılmasında maraqlıdırlar. Belə adamlar həyata rasional, tənqidi və empиrik ya-
naşırlar‖ (5, s. 35). 
Həmin  nəzəriyyələrə  istinad  edən  müəlliflər  Əbdül  Əlizadə  şəxsiyyətini 
―nəzəri tip‖ə aid edirlər. Belə insanlar yüksək səviyyədə intellektualdırlar. Öz-
lərinə daha çox fəlsəfəyə yaxın olan fundamental fəaliyyət seçirlər. 
 Əbdül  Əlizadə  insanlarla  münasibətlərində  xoşlamaq,  xoşagəlmək  prizma-
sından yox, olduğu kimi davranmaq prinsipindən çıxış edir. Prof. R.İ. Əliyev və 
dos. L.Ş. Əmrahlı Ə.Ə.Əlizadə fenomenindən bəhs edərkən, hər şeydən əvvəl, 
onun  şəxsiyyətinin  kamilliyi  və  hormoniyası,  daxili  bütövlüyü  üzərində  daya-
nırlar. Onun daxili dünyası ilə xarici dünyası arasında bir bağlılıq, tamlıq var, 
hansının daha öndə olduğunu müəyyənləşdirmək də çətindir. 
 Əbdül Əlizadə yaradıcılığı və şəxsiyyətinin öyrənilməsi, şəxsi keyfiyyətlə-
rinin təhlili, avtobioqrafiyası ilə tanışlıq göstərir ki, o, öz elmi ideyalarının real-
laşması, elmi axtarışları sahəsində dönməzlik nümunəsi olmuşdur. O, hər vaxt 
elmi fəaliyyəti məişət məsələlərindən üstün tutmuşdur. Bunun nəticəsində o, ət-
rafda  olan  insanların  rəğbət  və  hörmətini  qazanmış,  özündən  sonrakı  nəsillər 
üçün yaxşı örnək olmuşdur. 
Prof. Ramiz Əliyev Ə.Ə.Əlizadə şəxsiyyəti və yaradıcılığını Ziqmund Freyd 
şəxsiyyəti və yaradıcılığı ilə müqayisə edir, paralellər aparır, oxşarlıq tapmağa 
çalışır. ―Ziqmund Freyd 70 il eyni şəhərdə (Vyanada), 40 il eyni evdə yaşayıb. 
Xəstələri  həmişə  eyni  kabinetdə  qəbul  edib.  Həmişə  bir  kresloda  oturub.  Altı 
övlad atası olan Freyd heç bir  əyləncə ilə məşğul olmayıb, həmişə ciddi olub. 
Onu  aldatmaq  mümkün  deyildi,  sanki  rentgen  kimi  insan  qəlbini  görürdü. 
Şöhrət  çələngi  Freydi  çox  gec  –  80  yaşından  sonra  tapır.  1936-cı  ildə  o,  Kral 
Akademiyasına üzv seçilir. 
Əbdül Əlizadə də 40 ildir eyni evdə yaşayır. 50 ildən artıqdır ki, hər gün ey-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
150 
ni qaydada elmi fəaliyyətlə məşğul olur. O, da Freyd kimi əyləncələrdən qaçır, 
sevincini, xoşbəxtliyini ərsəyə gətirdiyi  əsərlərdə, auditoriyada tələbələrlə mü-
hazirədə  tapır‖ (5, s. 39). 
Ə.Ə.  Əlizadə  varlığı  nur,  enerji  mənbəyi  kimi  əhatəsində  olanlara  nüfuz 
edir. Bu işığı hiss etməyə bilmirsən. Onun daxili dünyası şərtilikdən, ənənəvi-
likdən  uzaqdır.  Başqalarına  təzyiq  göstərmək,  təəssüfləndirmək,  peşmançılıq 
hissi  yaratmaq,  zəifliyini  nəzərə  çatdırmaq  kimi  qeyri  –  humanist  münasibəti 
xoşlamaz. Lakin özünəməxsus təsir vasitələri var. Bunlardan ən başlıcası, özü-
nün  şəxsi  nümunəsidir. Sanki  insanlara  mənəviyyatlı,  əxlaqlı  olmağın  vacıbli-
yini təlqin etməyə çalışır. 
Bir  sözlə,  professor  Əbdül  Əlizadə  yaradıcılığı  və  şəxsiyyəti  harmonikdir, 
kamildir.  Onun  yaradıcılığı  və  şəxsiyyəti  kifayət  qədər  zəngindir.  Gənc  tədqi-
qatçılar yalnız Əbdül Əlizadə yaradıcılığını deyil, şəxsi keyfiyyətlərini, şəxsiy-
yətini də öyrənməli, ona bənzəməyə  çalışmalıdırlar.  
Мягалянин aktuallığı.
 
Professor
 
Əbdül Əlizadə yaradıcılığı ilə onun şəxsi 
keyfiyyətləri  arasındakı  vəhdət  və  bağlılığı  araşdırmaq,  onun  yaradıcılığının 
psixologiya elminin inkişafına  təsirini müəyyənləşdirmək. 
Мягалянин elmi yeniliyi. Görkəmli Azərbaycan psixoloqu Ə.Ə.Əlizadənin 
həyat və yaradıcılığı, şəxsiyyətinin xüsusiyyətləri ilə elmi fəaliyyətinin qarşılıq-
lı təsiri araşdırılır. 
 Мягалянин  praktik  əhəmiyyəti  вя  тятбиги.  Tədqiqat  materiallarından 
―Psixologiya tarixi‖nin tədrisində  istifadə oluna bilər. 
 
Ядябиййат 
  
1.  Брушлинский  А.В.  Проблема  субъекта  в  психологической  науке  // 
Психологический журнал, 1992, № 6.  
2. Əbdül Əlizadə-70. Pak insan-böyük alim. Bakı:  ADPU, 2002. 
3. Стоунс Э. Психопедагогика. / Пер. с. англ. Под ред. Н.Ф.Талызиной. 
М.: Педагогика, 1984. 
4. Rüstəmov F.A. Pedaqoji oçerklər: sələflərim və müasirlərim. Bakı: Elm 
və təhsil, 2010. 
 5. Əliyev R.İ., Əmrahlı L.Ş. Azərbaycan psixologiyasının korifeyi – Əbdül 
Əlizadə. Bakı: MBM, 2009. 
 
          Е. Аскерова 
 
Взаимное влиянпие деятельности и личности  
профессора Абдула Ализаде 
 
Резюме 
 
В  статье  рассказывается  о  взаимосвязях  профессиональной  деятель-
ности,  личных  качеств  и  личности  известного  азербайджанского  психо-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
151 
лога  А.А.Ализаде.  Подчеркивается,  что  зависимости  от  формы  деятель-
ности и ее потребности у человека формируется соответствующий харак-
тер и качества. Отмечается, что проф.А.А.Ализаде является ученым, кото-
рый в области психологии имеет выдающие заслуги, а также личность  с 
высоко  человеческой  моралью.  В  том  числе,  в  статье  отражено  взаимо-
связи научной и педагогической деятельности проф. А.А. Ализаде, и вли-
яние одного к другому.  
Также в статье дано высказывание известных ученых, деятелей образо-
вание о проф. А.А. Ализаде. 
                                                                               
 
  Y. Askerova 
 
Professor Abdul Alizade’s personality and action  
mutual impact 
 
Sуммарй 
 
In this article it spoken is about an outstanding Azerbaijani psychologist 
A.A. Alizade’s personality, personal features, and professional activity. It is 
showed that, in any person it is formed any action forms and features which is 
demanded from any branch. It reflects himself in action and mentality. It is 
commented that prof. A.A. Alizade not only an outstanding scientist but also he 
is a very good person.At the same time in this article is showed Alizade’s 
educational and pedagogical work and their impact each other.  
In this article it is also given place an outstanding scientist thoughts about 
prof. A.Alizade.  
 
Редаксийайа дахил олуб: 05.03.2014 
 
 
 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
152 
Aзярбайъанда эендер проблеминя йанашма 
 
                                                                                   Kəmalə Xancanova, 
                                                                                   ADPU-nun  magistrантı 
                                                             e-mail: kamala.khanjanova@mail.ru 
Rəyçilər: pсихол.ü.f.d. H.Əliyeva 
                психол.ü.f.d. Ü.Əfəndiyeva 
 
Açar sözlər: эender problemi, qadın-kişi bərabərliyi, sosial cəmiyyət 
 
Key words: тhe problem of gender, gender equality, social community 
 
Ключевые слова:  гендерная проблема,равенство между мужчиной и 
женщиной, социальной и сообщества 
 
Sosial  –  mədəni  həyatda  cinslərarası  bərabərsizlik  ayrı-ayrı  dövr  və  bölgə-
lərdə iqtisadi, siyasi, mədəni inkişaf və etnik mentalitetdən asılı olaraq müxtəlif 
formalarda  təzahür  edib  və  bu  bərabərsizliyə  qarşı  etirazlar  da  müxtəlif  şəkil-
lərdə, tarixi abidələrdə, xüsusilə, ədəbiyyatda öz əksini tapıb. 
Son əlli ildə qadın və kişilərin gender rolu haqda təsəvvür bir çox mədəniy-
yətlərdə, o cümlədən Azərbaycanda daha çevik olmuşdur. Ənənəvi olaraq kişi-
lik  qəddarlıqлa,  təcavüzlə  və  müstəqilliklə  əlaqələndirilirdi.  Kişinin  rolu  qərar 
qəbul etməkdən, ailənin  firavanlığını təmin etməkdən, pul qazanmaqdan ibarət 
idi. Qadınlardan isə dərdə qalmaq, anlaqlı olmaq, yumşaqlıq, itaət tələb olunur-
du; onun marağı tamamilə ailə və  ev işləri ilə  məhdudlaşmalı idi. Lakin cinsi 
rolların  dəyişməsinin  əsas  səbəblərindən  biri  də  işləyən  qadınların  sayının 
artması  oldu.  
Zaman keçdikcə, qadınların cəmiyyətin sosial – iqtisadi həyatında fəal quru-
cu  kimi  iştirakı  onların  etirazlarının  mütəşəkkil  və  mübariz  forma  alması  ilə 
tamamlandı.  Bu  isə  kapitalizmin  inkişaf  etdiyi  Avropa  ölkələrində    feminiзm 
hərəkatının və  konsepsiyasının yaranmasında özünü  göstərdi.  
Qadın və kişi bərabərsizliyi probleminin fərdi və sosial aspektləri mövcud-
dur. İctimai həyatda qadın və  kişilərin cinsi fərqləri sosial funksiyaların bölüş-
dürülməsində  əks  olunmuşdur  və  onların möhkəmləndirilməsində    mədəniyyət 
faktorunun  rolu  çox  böyükdür.  Ənənəvi  щал  кими  kişi  cinsinə  məxsus  olaraq, 
eyni  zamanda  sosial  strukturun  zirvəsində  olmaq  deməkdir.  Eyni  zamanda, 
sosial  baxımdan  qadın  davranışına  xeyli  məhdudiyyətlər  qoyulmuş  və  onlara 
ciddi riayət etmək tələbləri formalaşmışdır. Bütün bunlar cəmiyyətin hər bir üz-
vünün  əməllərində,  hərəkətlərində  təzahür  olunur  və  insan  davranışının  sosial 
normalarından  danışan  ―kişi‖  davranışı  nəzərdə  tutulur.  Məhz  bu  normalar  
əsasında siyasət aparılır və qərarlar qəbul edilir.  
Kişi  və  qadın  bərabərsizliyi  (de  –  fakto),  ilk  növbədə  (de  –  yuroе)  hüquqi 
bərabərlikdən başlanır və çox vaxt da elя söz olaraq qalır. Hüquq bərabərliyinin 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
153 
reallaşması böyük çətinliklərlə qarşılaşır. Bir çox ölkələrin, o cümlədən, inkişaf 
etmiş ölkələrin təcrübəsi buna sübut ola bilər.  
Gender bərabərliyi prinsipi, ilk növbədə, qadın və kişilər arasında olan fərq-
lərin və sosial həyatda müxtəlif rolların qiymətləndirilməsi üzərində  qurulur.  
Ümumiyyətlə,  bərabərlik  prinsipi  fərqlənmək  hüququnu  nəzərdə  tutur.  Bu 
isə öz növbəsində, hər bir subyektin, cəmiyyətin hər bir üzvünün öz fərqləndi-
rici  niyyətlərini  inkişaf  etdirmək  hüququ  deməkdir.  Digər  tərəfdən,  bərabərlik 
prinsipi  hər  bir  cinsin  üstün  keyfiyyətlərini  təşkil  edən  xüsusiyyətlərin  və  
meyarların tarazlaşdırılması, ahəngdarlaşdırılmışdır.  
XX əsrdə, xüsusilə, щямин  ясрин  II yarısında gender problematikasının qlo-
bal  sosial  problemlər  sırasına  daxil  olması  cəmiyyətdə  cinslərarası  münasibət-
lərdə  nisbi  də  olsa,  mütənasibliyə,  ziddiyйətdən  ahəngə  sövq  edən  bir  hadisə 
kimi qiymətləndirilməlidir. 
İdeoloji – siyasi həyatda fenimizm konsepsiyalarının ―gender‖ konsepsiyası  
ilə əvəz edilməsi demokratiya və humanism baxımından təbii, qanunauyğun  və 
müsbət hal kimi qiymətləndirilir.  
Qərb bölgəsində gender tədqiqatları müəyyən tarixə malikdirsə, postsosialist  
bölgədə son illərə qədər bu problem nə sosial, nə дя elmi aspektdə diqqət mər-
kəzində olmayıb. Həmin münasibətin özünəməxsus səbəbləri bu bölgələrdə so-
sial ziddiyyətlərin əsasən sinfi və dini aspektlərdə araşdırılması, cəmiyyət prob-
lemlərinin  ―kim  bizimlə  deyil,  əleyhdarlarımızdır‖  prinsipinə  görə  tədqiq  və 
―həll‖ edilməsi idi.  
Məhz buna görə də gender problematikasının tədqiqi postsosialist cəmiyyət-
də, o cümlədən Azərbaycanda ―keçid dövrü‖ndə başlandı. 
Qərbdən fərqli olaraq, bu sahədə tədqiqat ənənəsindən məhrum postsosialist  
məkanı, təbii olaraq Гərb tədqiqatlarına böyük diqqət və maraqla  yanaşır, bəzi  
hallarda  bu  tədqiqatları  örnək  kimi  qəbul  edir.  Lakin  bu  bölgələr  arasındakı  
fərq, onların model və təzadlarında olan mahiyyət müxtəliflikləri bu təzadların 
təsvir və həlli yollarını müxtəlifliyini diktə edir.  
Postsosialist məkanda gender münasibətlərinin özünəməxsusluğu burada qa-
dınların vəziyyəti ilə müəyyən edilir. Məlumdur ki, sosializm dövründə  qadın-
lar  qanun  əsasında  kişilərlə  bərabər  hüquqlara  malik  olmaqdan  əlavə,  həm  də 
xüsusi və mühüm imtiyazlara da malik idilər. Bu qanunların bir hissəsi fəal işlə-
yir, qadın hüquqları müxtəlif dövlət, partiya, ictimai qanunlar tərəfindən müda-
fiə edilirdi.  Bir sıra mühüm məsələlərdə qadınların kişilərdən daha  yüksək hü-
quq və imtiyazları var idi (xüsusilə, ailə dağıldıqda, uşaqlara münasibətdə, qa-
dın şəxsiyyəti alçaldıqda, əmək prosesində onun ləyaqət, şərəf və səhhətinin qo-
runmasında). Qadın hüquq və azadlığına zidd olan bütün feodal – patriarxal və 
dini mövqelərlə ciddi və hərtərəfli mübarizə aparılırdı.   
Müasir ―keçid dövrü‖ndə gender problematikasının postsosialist  cəmiyyət-
də  tədqiqi Гərbə  nisbətən daha vacibdir:  
1.
 
―Keçid  dövrü‖nün  müxtəlif  kəskin  ziddiyyətləri  bölgə  dövlətlərində  
gender  sahəsindəki  ziddiyyətlərində  kəskinliyini  kiçik  bir  zaman  ərzində  qat  – 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
154 
qat artırır, onları Гərbdən fərqli çalarlarla zənginləşdirir.  
2.
 
Əgər Гərb müəyyən baxımdan tədricən qadın hüquqlarını müdafiə yolu 
ilə social ahəngə doğru gedirsə, postsosialist bölgəsindəki qadınların qarşısında 
duran  problemlərdən  biri  də  müxtəlif  yollarla  keçmiş  hüquq  və  imtiyazlarını  
saxlamaq üçün imkan aramaqdır.  
Yeni  Azərbaycan  cəmiyyətinin  yeni  təzadları  gender  problematikasında  da  
öz  əksini  tapır.  Respublikada  həmin  ziddiyyətlərin  yumşalması  və  həlli  yolu  
zənnimcə, aşağıdakıları tələb edir:  
1.
 
Gender problematikasının Azərbaycanın tarixi və müasir reallıqlarından  
çıxış edərək elmi tədqiqini.  
2.
 
Elmi – nəzəri tədqiqinin mütləq konkret əməli təklif, plan və fəaliyyətlə  
tamamlanmasını. 
3.  Qadın  probleminin  gender  konteksтində,  gender  problemlərinin  isə                     
dövlət  inkişafы  konsepiyası  kontekstində  baxılmasını  və  həlli  yollarının  müəy-
yən edilməsini.  
4.  Gender  probleminin  həlli  yolunda  dövlət, qeyri-dövlət,  KİV  strukturları-
nın uzlaşdırılmış konsepsiya və planlar əsasında birgə fəaliyyətini. 
 
Müasir  qadın  kişi  iradəsinin  itaətkar  icraçısı  və  işdə  fəal  qadın  rolların 
(dəyişməsinə) birləşdirməyə çalışır. Tədqiqatlar göstərir ki, qızlar öz analarının  
cinsi-rol qadalarını mənimsəyir. İşlə daha çox məşğul olan qadınlar övladların-
da cinsi rola daha az ənənəvi, daha çox liberal münasibət tərbiyə edir. Cinsi rol 
qaydalarının  liberallaşması  kişi  və  qadının  tanışlıq  şəraitinə  xas  olan  çəkin-
gənliyi və pərtliyi aradan qaldırır, ünsiyyəti daha rahat edir. Buna  baxmayaraq, 
işləyən  ərli  qadınlarda  stressin  yaranması  üçün  əlavə  səbəblər  ortalığa  çıxır. 
Onlar  şəxsi  karyera  cəhdi  ilə  ev  işləri  və  uşaqlarla  bağlı  məsuliyyət  arasında 
―bölünməli‖ olurlar. Müasir psixologiyada bu növ stress ―işgüzar qadın‖ sind-
romu adlanır.  
 
NƏTİCƏ 
 
Həqiqətən  də  demək    olar    ki,  Azərbaycan    Respublikasında  bu  baxımdan  
mühüm  addımlar  atılmışdır.  BMT–nin  köməkliyi  ilə  1997-ci  ildən  etibarən  
ölkədə gender lahiyəsi fəaliyyət göstərir və tətbiq edilməsinə kömək edir. 
1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi  yaradılmış və ―Azər-
baycan  Respublikasında  гadınların  rolunun  artması  ilə  bağlı  tədbirlər  barədə‖ 
və  2000-ci  ilin  mart  ayında  ―Azərbaycan  Dövlət  Qadın  Siyasəti  haqqında‖ 
Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamları  dərc  olunmuşdur.  Azər-
baycan  Respublikası  Prezidentinin  6  mart  tarixli  Fərmanı  və  onun  əsasında 
Nazirlər Kabinetinin № 176 26. 09.20 əmri dərc olunmuşdur. 
Buna əsaslanaraq hazırda рespublikanın bütün dövlət təşkilatlarında Nazirlər 
Kabinetinin  qərarına  uyğun  эender  siyasəti  çərçivəsində  işləri  aparmaq  üçün 
mütəxəssislər təyin olunmaqdadır.  
Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin