Мягалянин aktuallığı. Reallıqdır ki, kişi və qadının həyatı, fəaliyyət dairəsi
həm ailə münasibətlərində, həm də ailədən xaric cəmiyyəтdə formalaşır. Ətraf
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
155
mühit, ictimai-psixoloji təsir, siyasi proseslər, sosial hadisələr, mənəviyyat və
mədəniyyətdəki köhnəliklə yeniliyin qarşıdurması kimi təzahürlər insanın həyat
şəraitinə, yaşayış tərzinə təsir edən amillərdir. Bu amillər isə keçid dövründə
də müəyyən ziddiyətlər yaradır, bəzi böhranlı hallar törədir. Bu baxımdan da
keçid dövrünü yaşayan ölkələr üçün gender problemi daha qabarıq tərzdə nəzə-
rə çarpır.
Мягалянин elmi yeniliyi. Ondan ibarətdir ki, gender probleminə, yəni qa-
dınların da kişilərlə sosial bərabərliyə malik ola bilmələrinə müxtəlif dövrlərlə
müxtəlif сür yanaşmışlar.
Мягалянин praktik əhəmiyyəti вя тятбиги. Tədqiqatın nəticələrindən psi-
xoloji xidmət sahəsində istifadə oluna bilər. Eyni zamanda, tədqiqatda verilən
anlayışlar psixologiyanın tədrisi zamanı aktual ola bilər.
Ədəbiyyat
1.
«Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçiril-
məsi haqqında». Azərbaycan Respublikasının Prezidenti H.Ə. Əliyevin Fərma-
nı, 2000, 6 mart.
2.
Gender probleminin pedaqoji aspektləri. Bakı, 2003.
3.
«Azərbayсan qadını», 1998, № 1-12; 199. № 1-4.
4.
Abbasov Ə., Mirzadə R. Genderə giriş. Bakı, 2004.
К.Ханджанова
Подход к проблеме гендера в Азербайджане
Pезюме
Гендерная проблема, как проблема одной личности не прошла мимо в
развивающимся как в экономическом так же и социальном плане Азер-
байджане. Изучение этой проблемы началось с "переходного периода"
страны. В результате, за короткое время были сделаны большие шаги для
решения этой задачи, которые вовсе не отставали от запада.
К.Кщанжанова
Аппроъщинэ то тще эендер проблем ин Азербаижан
Summary
The issue of gender as an identity problem did not pass such developing
country as Azerbaijan also. The investigation of this problem started from
"transition period". As a result, there was done actions which equally with
western countries to solve this issue.
Редаксийайа дахил олуб: 16.02.2014
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
156
Psixologiyada addiktiv davranış problemi
Yeganə Mikayılova,
BQU-nun müəllimi
е-маил:
Yegane.mek@gmail.com
Rəyçilər: психол.ц.е.д., prof.İ.М.Novruzlu,
психол.ц.ф.д., dos.C.Г.Alıyev
Açar sözlər: asılı davranış, addiksiya, fiziki asılılıq, psixi asılılıq, addiktiv
davranış formaları.
Ключевые слова: зависимость, аддиксия, физическая зависимость,
психологическая зависимость, просматривая аддиктивного поведения.
Key words: дepending on the behavior, addiction, physical dependence,
psychological dependence, looking through addictive behavior.
Müasir şəraitdə asılılıq problemi bir çox tədqiqatçıların diqqət mərkəzində
olan problemlərdən biridir. Asılı davranış problemi insanlarda iş qabiliyyətinin
itirilməsi, ətrafdakı insanlarla ünsiyyətin pozulması, bir sıra cinayət hadisələri-
nin törədilməsi kimi neqativ hallara yol açdığı üçün cəmiyyətin çox mühüm so-
sial problemi olaraq qeydə alınmışdır .
Hazırda elmi ədəbiyyatlarda psixoloji asılılığın dəqiqləşdirilmiş bir adı yox-
dur. Asılılıq və addiktologiya elmdə yeni termin olub, rus elmi ədəbiyyatında
bir neçə il bundan öncə A. E. Liçkov və N. Y. İvanov tərəfindən tərtib olunmuş
―Müasir Amerikan psixiatrik terminologiyası― adlı lüğətində işlənilmişdir. Belə
ki, bəzi müəlliflər addiksiyanı xəstəlik kimi, asılılığı isə davranışın bir forması
kimi izah edirlər, bir qrup müəllif isə bu anlayışları bir-birindən ayırmırlar.
Asılılıq – bu, insanın özünü xoşagəlməz reallıqdan uzaqlaşdırması üçün et-
diyi hər bir şeydir. Asılı və ya addiktiv davranış həmişə müdafiəedici xarakter
daşıyır, azadlıqdan məhrum olma şəraitində və ya məhdud azadlıqda özünü
göstərir.
Addiktiv davranışı fərqləndirmək üçün hər şeydən əvvəl, davranışın norma
və pаtologiyası anlayışlarını, eyni zamanda deviant davranış anlayışını araşdır-
maq lazımdır.
Patoloji davranış (P.B.Qannuşkinə görə) insanda dezadaptasiyaya meyl, to-
tallıq, stabillik və s. kimi halların özünü göstərməsidir. Dezadaptasiyaya meyl
dedikdə, insanın cəmiyyətə, ətraf mühitə tam uyğunlaşa bilməməsi, reallığa qar-
şı çıxma, qəbuletməzlik, sosial-psixoloji təcrid başa düşülür. Totallıq (ümumi-
lik) onu ifadə edir ki, sosial dezadaptasiyanın təzahürləri insanın bütün davra-
nışında, stabillik isə dezadaptiv təzahürlərin uzunmüddətli olmasında özünü
göstərir.
Patoloji davranış forması psixopotoloji faktorlarla və eləcə də xarakterin
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
157
pаtologiyası ilə də şərtlənə bilər.
Deviant davranış forması isə insanın cəmiyyətdə mövcud olan norma və qa-
nunlara riayət etməməsi, kənaraçıxan davranışlar nümayiş etdirməsi və özünü-
aktuallaşdırma prosesinin pozulması ilə özünü göstərir.
Psixoloji ədəbiyyatda güclü asılılıq və bağlılıq, nəyinsə dərk edilmədən
istənməsi nəyəsə qarşı meyllilik kimi qəbul olunur. Bu söz addiksiya sözünə
sinonim kimi qəbul olunur.
Addictus (addiktus) – tabe olan, məhkum edilmiş insan barəsində istifadə
olunan hüquqi termindir: ―addicere liberum corpus in servitutem‖ – ―azad şəxsi
borc səbəbindən köləliyə məhkum etmək‖; ―addiktus‖ – borclarla bağlı şəxs,
başqa sözlə, hansısa qarşısı alınmaz qüvvədən dərin köləlik asılılılığında olan
şəxs deməkdir. Beləliklə, müəyyən qüvvədən, adətən narkotiklər, seksual
partnyor, qida, pul, hakimiyyət, qumar oyunları kimi xaricdən gələn güc kimi
qəbul edilən və yaşanan, yəni insandan total itaət tələb edən və onu alan sistem
və ya obyekt, dəf edilməyən məcburedici gücdən asılılıq metaforik addiktiv
davranış adlandırılır. Bu cür davranış könüllü itaət kimi müşahidə olunur.
Addiksiyanı asılılığın sinonimi, addiktiv davranışı isə asılı davranışın sino-
nimi hesab edən Avropa tədqiqatçılarından fərqli olaraq, rus psixoloji ədəbiy-
yatında addiktiv davranış adətən fiziki və fərdi psixoloji asılılıq olmadıqda
davranışın pozulması kimi izah olunur.
Bəzən addiktiv davranış daha geniş mənada qəbul edilir. Addiktiv davranış
bəzi maddələrin qəbulu vasitəsilə psixi vəziyyətin süni dəyişdirilməsi, bu za-
man reallıqdan uzaqlaşmaq səйлərinin yaranması, intensiv emosiyaların inkişaf
etdirilməsi və ya saxlanması məqsədi ilə müəyyən fəaliyyət növlərində diqqətin
daimi fiksasiyası ilə müşayiət olunan deviant davranış növlərindən biri kimi
izah olunur.
Addiktiv davranışın müəyyən edilməsi çoxsaylı formalara malikdir. Psixi
vəziyyətin dəyişməsi yolu ilə reallıqdan uzaqlaşma müxtəlif vasitələrdən istifa-
də etməklə baş verə bilər. Hər bir insanın həyatında onu hazırda qane etməyən,
psixi vəziyyətinin dəyişdirilməsinə ehtiyacı olması ilə bağlı anlar olur. Bu məq-
sədin reallaşdırılması üçün insan vərdişə, stereotipə çevrilən fərdi yanaşmaları
―işləyir‖. Addiksiya problemi
psixi vəziyyətin dəyişdirilməsi ilə bağlı reallıq-
dan qaçmaq səyləri, reallıqdan ayrılmağa gətirdikdə, mərkəzi ideyaya çevrilərək
şüurda üstünlük təşkil etməyə başladıqda yaranır, insanın yalnız özü üçün vacib
olan problemləri həll etmədiyi və mənəvi inkişafı dayandığı zaman baş verir.
Psixoloji ədəbiyyatda verilən tərifə görə, asılılıq ―təbii və ya sintetik maddə-
nin təkrar qəbulunun səbəb olduğu dövri və ya xroniki intoksikasiya vəziyyə-
tidir‖. Asılılıq psixi və fiziki asılılığa bölünür.
Psixi asılılıq psixoaktiv mаddəni qəbul etmək üçün insanı ələ alan hiss və ya
qarşısıalınmaz meyilliliklə, istənilən effektə nail olmaq üçün bu cür maddənin
dozasını artırmaq meyli, onu qəbul etmək intizarında olduqda əhval-ruhiyyənin
yüksəlməsi ilə xarakterizə edilir, maddəni qəbul etməmə psixi diskomforta, ruh
düşkünlüyünə və həyəcana səbəb olur. Psixi meyl insanın sosial oriyentasiya-
sını dəyişir və şəxsiyyətlərarası münasibətləri yenidən təşkil edir.
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
158
Fiziki asılılıq – qəbul edilən maddə orqanizmin normal işini təmin etmək
üçün daima tələb olunduqda və həyat təminatı sxeminə daxil edildikdə mövcud
olan haldır. Bu maddədən məhrum etmə özünü somatik, nevroloji və psixi
pozuntularla göstərən məhrum edilmə sindromunu (abstinent sindrom) yaradır.
Həqiqətdən uzaqlaşma mexanizmi aşağıdakı qaydada təzahür edir: insanın
seçdiyi vasitə təsir edib xoş gəlir və şüurda psixoloji komfort vəziyyəti təmin
edir, tapılmış təsirli vasitə kimi saxlanır. Sonralar qərarın qəbul edilməsini tələb
edən çətinliklərlə qarşılaşma avtomatik olaraq problemdən xoş uzaqlaşma, onun
həllinin ―sonraya‖ saxlanılması ilə əvəz olunur. Addiktiv realizasiyalar daha az
müqavimət taktikasını seçməyə gətirməklə iradi funksiyaları zəiflətdiyinə görə
tədricən iradi səylər azalır. Çətinliklərə davam gətirməyin azalması, onların öh-
dəsindən gəlməkdən uzaqlaşmaq həll edilməmiş problemlərin yığılmasına gəti-
rib çıxarır.
Yuxarıda deyilənləri yekunlaşdıraraq demək olar ki, addiktiv, asılı davranışı
öz psixi vəziyyətinin xüsusilə dəyişdirilməsi vasitəsilə reallıqdan uzaqlaşmağa
səy kimi ifadə olunan destruktiv, deviant davranışın bir forması kimi tərif etmək
olar. Addiktiv davranış anlayışı davranışın müxtəlif tiplərini əhatə edir: buraya
narkotik asılılıq və alkoqolizm, siqaret çəkmə, qumar və kompйуter oyunlarına,
çox yeməyə və s. həvəs daxildir.
Мягалянин aktuallığı. Müasir şəraitdə asılılıq problemi bir çox tədqiqatçı-
ların diqqət mərkəzində olan problemlərdən biridir. Asılı davranış problemi in-
sanlarda iş qabiliyyətinin itirilməsi, ətrafdakı insanlarla ünsiyyətin pozulması,
bir sıra cinayət hadisələrinin törədilməsi kimi neqativ hallara yol açdığı üçün
cəmiyyətin çox mühüm sosial problemi olaraq qeydə alınmışdır .
Мягалянин elmi yeniliyi. Məqalədə addiktiv davranışın müəyyən edilməsi-
nin çoxsaylı formaları şərh olunur.
Мягалянин praktik əhəmiyyəti вя тятбиги. Tədqiqatın nəticələri addiktiv
davranışın psixokorreksiyası zamanı faydalı ola bilər.
Ədəbiyyat
1.
Берн Э. Введение в психиатрию и психоанализ для непосвященных.
СПб.; Питер, 1992.
2.Блейхер В.М., Крук И.В. Толковый словарь психиатрических тер-
минов / Под общ. ред. к.м.н. С.Н.Бокова. В 2-х томах. Ростов-на-Дону:
Феникс, 1996.
3. Буторина
Н.Е., Дедков Е.Д. Особенности девиантного поведе-
ния как клинического проявления пубертатного криза // Саморазруша-
ющее поведение у подростков. Л.: Изд-во Ленинградского психонев-
рологического института, 1991.
4. Войскунский А.Е. Актуальные проблемы зависимости от интернета
// Психологический журнал, 2004., № 1.
5. Гоголева
А.В. Аддиктивное поведение и его профилактика. М.:
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
159
Изд-во Моск.псих.-соц. ин-та, Воронеж: Изд-во НПО МОДЭК, 2002.
6. Егоров А.Ю. Нехимические (поведенческие) аддикции (обзор) //
Аддиктология, 2005, № 1.
Е.Микаилова
Просматривая привыкание проблемы в психологии
Резюме
Сущетвует достаточно большое количество исследовательских работ
по проблеме различных зависимостей, как химических: наркомании, алко-
голизма, так и нехимических, например, интернет-зависимости. Задачи ис-
следования проанализировать проблему аддиктивного поведения в под-
ростково-юношеском возрасте, а также изучить исследования, посвящен-
ные значению социально-психологических факторов в развитии аддиктив-
ного поведения и личностных особенностей и самосознания зависимой
личности.
Й.Микщаилова
Лоокинэ тщроуэщ аддиъитиве бещавиор проблем ин псйъщолоэй
Summary
Dependance is the everything that a person does to divert himself from an
unpleasant reality. Dependent or additive behaviour is characteristic of
supportive manner showing itself in the deprivative condition or limited
freedom.
Редаксийайа дахил олуб: 15.03.2014
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
160
Kiçik məktəb yaşlı uşaqlarda davranış pozuntularının
eksperimental tədqiqi
Günel Əhmədova,
ADPU-nun magistrантı
е-маил:
gunelka.ahmadova@gmail.com
Rəyçilər: псих.ц.ф.д., dos.U.M.Qəzvini,
псих.ц.ф.д., dos.C.Q.Alıyev
Açar sözlər: deviant davranış, kiçik məktəbli, psixoterapiya, şüuraltı, NLP.
Ключевые слова: девиантное поведение, младшие школьники, психоте-
рапия, подсознание, НЛП
Key words: deviant behavior, junior, psychotherapy, subconscious, NLP
Kiçik yaşlı məktəblilərin davranış pozuntularının eksperimental tədqiqi bir
neçə seriyanı əhatə edir.
Tədqiqat zamanı 10 kiçik məktəblidən ibarət qrup yaradılmışdır. Onla-
rın fobiyaları analiz edilmişdir.
I situasiya. Kiçik məktəbli Arif (10 yaş).
Ariflə 10 həftə ərzində 20 seans keçirilmişdir. Seans 1,5–2 saat ərzində
pasient özünü rahat hiss edənə qədər davam etmişdir.
Arifin malik olduğu qorxuları korreksiya etmək, onları aradan qaldır-
maq üçün davranış psixoterapiyasının metodlarından istifadə edilmişdir.
Bu metod 1967-ci ildə Ştampfl tərəfindən təklif olunan imploziya-təxəy-
yüldə daşqın metodikasıdır. Ariflə söhbət zamanı məlum oldu ki, o, ən çox
siçovullardan qorxur. Ariflə seans zamanı psixoloq-eksperimentator bu
sözlərdən istifadə edir: “Təsəvvür edin ki, siz laboratoriyada siçovula toxu-
nursunuz... O mırıldanır və sizin barmağınızı dişləyir... Sonra isə siz onu öz
bədəninizdə hiss edirsiniz... O sizin boynunuza dırmaşaraq sizi dişləйir…
Siz onun quyruğunu üzünüzdə hiss edirsiniz... Artıq o sizin saçlarınızda gə-
zir... Siz onu qanlı əllərinizlə tutmağa çalışırsınız, ancaq o sizə müqavimət
göstərir... Qəflətən sürüşüb sizin üzünüzə düşür və s.”
II situasiya. Kiçik məktəbli Bahar (9 yaş).
Bahar ən çox qapalı məkanlardan qorxur. Baharın qorxuları korreksiya
olunsun deyə “Daşqın” metodikası keçirildi. “Daşqın” qorxular zamanı
əsas korreksiya metodlarındandır.
Baharla birgə eksperimentator dəfələrlə qapalı məkanda oldu. Məsələn,
qapalı məkandan qorxan Bahar metroda gedərkən nəsə yaxşı bir şey haq-
qında və ya gələcəkdə görməli olduğu vacib işlər haqqında fikirləşməyə ça-
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
161
lışır. Bütün bu hallarda Bahar real situasiyadan uzaqlaşır və bu zaman öz
həyəcanlılıq səviyyəsini aşağı salır. Bahara başa salınır ki, gizli şəkildə möv-
cud olan “Qaçma” – subyektiv qorxu səviyyəsinin enməsinə səbəb olur.
Qorxuya səbəb olan situasiyada qalma (bu misal metroda) müдdətli olma-
lıdır (45 dəqiqədən az olmamaq şərti ilə). Baharla eyni situasiya liftdə də
aparıldı.
III situasiya. Orxanın (kiçik məktəbli,8 yaş) qorxuları ən çox düşüncə ilə
bağlıdır. Onunla keçirilən terapiya obsessiv-fobiyalı vəziyyətlər zamanı qa-
baqcadan hiss edilən reaksiyaların nəzarəti üçündür.
IV situasiya. Ulduz (kiçik məktəbli, 9 yaş) qaranlıq vanna otağına gir-
məkdən qorxur. Qaranlıq vanna otağına girmək onun üçün dəhşət idi. O,
dərk edirdi ki, orada heç nə yoxdur və onu heç bir təhlükə gözləmir. Lakin
o, qorxudan qaranlıq vanna otağına baxmağa belə cəsarət edə bilmirdi.
Ora girmək üçün o, mütləq işığı yandırmalı idi.
NLP-nin I seansında bu qorxunun nə vaxt yarandığını aşkara çıxart-
maq üçün “Şəxsi tarixçənin dəyişdirilməsi” metodu tətbiq olundu. Meto-
dika Şerbatıxa mənsubdur. Seans nəticəsində müəyyənləşdirilдi ki, Ulduz 6
yaşında nənəsinin yanında dincələrkən qəflətən qaranlıqdan qorxmuş, 8 ya-
şında isə onu vanna otağında törədilmiş cinayət haqqında olan film qorxut-
muşdur. Göründüyü kimi, hal-hazırda mövcud olan qaranlıq qorxusu uşaq-
lıqdan gəlir. Buna görə də 6 yaşında olan epizoddan başlаyaraq “Şəxsi ta-
rixçənin dəyişdirilməsi” metodu tətbiq olundu. Bu texnika psixi travmaya
səbəb olan hadisənin çox dəqiq xatırlanmasını tələb edir. Belə ki, filmlə
bağlı epizodların korreksiyasına istiqamətlənmiş “Fobiyanın dərhal müali-
cəsi” metodu tətbiq olundu. Bu zaman filmlə bağlı kadr arxası səhnələr əldə
olunur. Texnikanın tətbiqi zamanı Ulduz bu hadisə haqqında filmi görməli
və keçmişdə onu zədələyən situasiyaya kənardan – kinomexanika otağında
baxmalıdır. Qıza onu qorxudan filmin çəkilişlərinin necə getməsini, filmin
necə meydana çıxmasını təsəvvür etmək təklif olunur. Söhbət zamanı məhz
qızı nəyin belə qorxutması aşkar olundu. Filmin gedişi zamanı əsas qəh-
rяman vanna otağının qapısını açır və orada kişi meyidi görür. Bu an
kamera yaxınlaşır və ekranda iri planda meyidin üzündəki donub qalmış
ölümqabağı əziyyət göstərilir. Məhz dəhşətlə dolu donub qalmış üz qızı qor-
xudur və onun beynində uzun illər ilişib qalır. İndi onun keçmişinə daxil ol-
maq və bu filmə münasibəti dəyişmək lazımdır.
Şerbatıx öz texnikasında faciənin yumorla əvəzlənməsini təklif edir.
Qıza filmin kino çəkilişlərinə baxmaq təklif olunur. Bu situasiyada Ulduz
meyit rolunu oynayan aktyorun vannaya necə girməsi, rejissorun necə
çəkiliş əmrini verməsini görməli idi.
V situasiya. Güllü (9 yaş) I sinifdə oxuyarkən çox ünsiyyətcil idi və parta
yoldaşı ilə çox danışırdı. Buna görə də müəllimə onu sinifdən çıxarır. O,
bütün dərs müddəti qapı arxasında gözləməli olur. Dərsdən sonra müəllimə
qızı tibb bacısının yanına aparır və soruşur: “Biz çox danışan qızlarla
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
162
neyləyirik?” Tibb bacısı sakitcə cavab verir: “Onların dillərini kəsirik”. Bu
hadisədən sonra Güllü bir daha dərsdə söhbət etmir. Lakin bundan başqa
o, диэяр insanlarla da söhbət qabiliyyətindən məhrum olur. Daha çox za-
manlarda susur və qulaq asır. Bir müddətdən sonra onun dərslərə cavab
verməsində də çətinliklər yaranır. Eyni zamanda ailədə də öz hisslərini
bölüşə bilmir.
Korreksiya məqsədi ilə Linde tərəfindən işlənmiş emosional obrazlı te-
rapiya tətbiq olunur. Psixoloq-eksperimentator Güllüdən soruşur: “Sən hə-
min müəllimə və tibb bacısına nə eləyərdin?” O, deyir: “Onların dillərini çı-
xarıb bir-birinə bağlаyardım, sonra isə tavandan asardım”. Psixoloq deyir:
“Bunu elə indi et”. Güllü tavana baxaraq bu səhnəni təxəyyülündə canlan-
dırdı, təsirlənib ağladı, daha sonra isə güldü. Bir neçə seаnsdan sonra Güllü
vəziyyətdən razı qaldığını və onları azad edə bildiyini söylədi. Bu terapiya-
dan sonra Güllünün kommunikativ qabiliyyətləri bərpa olundu.
Мягалянин aktuallığı. Kiçik məktəblilərdə davranış pozuntusu kimi mey-
dana çıxan fobiyalar və onların tədqiqi elmi-nəzəri əhəmiyyətinə görə son dərə-
cə aktualdır. Fobiyalar, onların diaqnostikası, korreksiya və terapiyası praktik
psixologiyada öyrənilməyə ehtiyac duyulan, fundamental tədqiqatlar tələb edən
anlayışlardır.
Мягалянин elmi yeniliyi. Tədqiqatda davranış pozuntularının diaqnostika,
korreksiya və terapiya üsulları şərh olunur.
Мягалянин praktik əhəmiyyəti. Tədqiqatda əldə olunan nəticələr məktəbə
psixoloji xidmət işi sahəsində tətbiq oluna bilər.
Яdяbiyyat
1.
Изард К. Психология чувств. М.,1986.
2.
Вадим Дружинин Психология эмоций, чувств, воли. М., 2003.
3. Рибо Т.А. Психология чувств. СПб: Типография А.А. Порохов-
щикова, 1898.
4. www.kayzen.az
Г.Ахмедова
Экспериментальная изучения поведения детей у
младщих щкольников
Резюме
В последние годы исследователями отмечено большая классифика-
ция детского испуга. По нашему мнению более глубокое изучение
этого феномена должно привести к правильному пониманию этого
вопроса. Испуг ребенка в детском возрасте нельзя оставлять без
Bakı Qızlar Universiteti
№1 Elmi əsərlər 2014
Dostları ilə paylaş: |