Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix26.02.2017
ölçüsü5,11 Kb.
#9787
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 
 
81 
təhlillər və müvafiq ümumiləşdirmələr aparması ona təlim strategiyasını düzgün 
müəyyən  etməyə  və  nəticələri  daha  da  yaxşılaşdırmaq  üçün  qarşılıqlı 
münasibətlərdə və dərs (təlim) prosesində düzəlişlər aparmağa kюmək edir. 
Mini-test – şagirdlərin reallaşdırılan məzmun standartına uyğun məzmunun 
müəyyən hissəsinə aid bilik, bacarıq və səriştələrinin faktik səviyyəsini müəy-
yən  etmək  – qiymətləndirmək üçün istifadə  olunur  [5, s.  49].  Belə  (açıq  və  ya 
qapalı tipli) test tapşırıqlarının yerinə yetirilməsinə dərsin 5 dəqiqəyə yaxın his-
səsi  (vaxt) ayrılır və  ən  çoxu 5 tapşırıqdan istifadə  edilir. Şagirdlər tapşırıqları 
dəftərlərində yerinə yetirir və aldıqları müvafiq cavabları müəllimin onlara ver-
diyi cavab vərəqlərində qeyd edirlər. Müəllim 3-5 dəqiqədən sonra onların ca-
vab  vərəqlərini  toplayır,  cavabları  nəzərdən  keçirir,  bu  zaman  az  sayda  şagird 
tərəfindən düzgün cavablandırılan (həll edilən) sual və ya tapşırığı onlarla mü-
zakirə edir, həllin tam anlaşılmasına nail olur. 
Aşağıda məzmun standartına uyğun təlim məqsədi əsasında mini-testin ha-
zırlanması üçün nümunə təklif edilir: 
 
Məzmun 
standartı:  
1.3.2  –  şagird  100  dairəsində  ədədləri  yazılı  toplayır  və 
çıxır. [1, s. 73] 
Təlim məqsədi: 
1.3.2.TM.1 –  şagird 100 dairəsində  ədədləri  yazılı topla-
mağı bacarır. 
Qiymətləndirmə sxemləri (səviyyələri): 
 
Qiymətləndirmə tapşırıqları: 
1.3.2.QS.1  –  mərtəbə  toplananlarının 
cəmi  10-dan  kiçik  olan  halda  ikirəqəmli 
ədədləri yazılı toplayır. 
14 

 22 

 *həlli verilir: 
*(10 

 4 

 20 

 2 

 (10 

 20) 

 (4 

 2) 

 30 

 6 

 36) 
1.3.2.QS.2  –  mərtəbə  toplananlarının 
cəmi  10  olan  halda  ikirəqəmli  ədədləri 
yazılı toplayır. 
14 

 16 

  
*(10 

 4 

 10 

 6 

 (10 

 10) 

 (4 

 6) =  
= 20 

 10 

 30) 
1.3.2.QS.3  –  mərtəbə  toplananlarının 
cəmi 10-dan bюyük olan halda ikirəqəmli 
ədədləri yazılı toplayır. 
22 

 29 

  
*(20 

 2 

 20 

 9 

 (20 

 20) 

 (2 

 9) 

 

 40 

 10 

 1  

 50 

 1 

 51) 
1.3.2.QS.4  –  mərtəbə toplananlarının cə-
mindən  asılı  olmayaraq  ikirəqəmli  ədəd-
ləri yazılı toplayır və izah edir. 
54 

 59 

  
*(50 

 4 

 50 

 9 

 (50 

 50) 

 (4 

 9) 

  

 100 

 10 

 3 

 110 

 3 

 113) 
 
Gюründüyü  kimi,  müəllim  məzmun  standartının  bir  hissəsinin  mənimsənil-
mə,  biliyin  bacarığa  çevrilmə,  istifadəetmə  səviyyəsini  yoxlamaq  üçün  şagird-
lərə  tapşırıqlar  təklif  edir.  Müəllim  şagirdlərin  1.3.2  məzmun  standartının 
1.3.2.TM.2 ―– şagird 100 dairəsində ədədləri yazılı çıxmağı bacarır‖ təlim məq-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
82 
sədi  üzrə  bacarıq  səviyyəsini  müəyyən  etmək  üçün  analoji  mini-testlər  hazır-
layıb onlardan istifadə edə bilər. 
Formativ  test  –  dərsin  gedişində  təhsilalanların  bacarıq səviyyəsinin müəy-
yən edilməsi üçün istifadə edilir [5, s. 50]. Müəllim formativ test aparmaq üçün 
sinif şagirdlərini 4-5 nəfərlik kiçik qruplara ayırır. Hər bir qrup üzvünə (1) tap-
şırıqlar  yazılmış  vərəq  və  (2)  cavabları  qeydetmə  vərəqi  verilir.  Şagirdlər  əv-
vəlcə test tapşırıqlarını daxil olduqları qruplarda müzakirə edir, sonra isə onları 
юz vərəqlərində yerinə yetirir və cavablar vərəqində müvafiq qeydlər edirlər. Bu 
zaman onlara qrup üzvlərinin cavabı ilə razılaşmadığı hallarda doğru hesab et-
diyi  cavabı  юzünün  cavab  vərəqində  qeyd  etmək  hüququnun  olduğu  bildirilir. 
Müəllim tapşırıqları yazılı şəkildə, sюzlə qiymətləndirir və hər bir şagirdin ba-
carıq  səviyyəsini  müəyyən  edir  (test  tapşırıqlarının  qiymətləndirilməsi  hər  bir 
şagird (юzünüqiymətləndirmə), qrupun müəllim tərəfindən seçilmiş məsləhətçisi 
tərəfindən və ya şagirdlərin vərəqlərinin yoldaşları ilə dəyişdirilməsi və (yoldaşı 
tərəfindən, qarşılıqlı) qiymətləndirilməsi şəklində də həyata keçirilə bilər). Hər 
hansı tapşırıqla bağlı cavabın müzakirəsi zamanı qrup üzvlərindən cavablarının 
eyni olması tələb edilmir. Bu zaman tapşırığın müxtəlif cavablarının qiymətlən-
dirməsindən daha çox onun həlli proseduruna diqqət yetirilməsi və nəticələrinin 
müzakirə olunması zəruri hesab edilir. 
Aşağıda təhsilalanın məzmun standartına uyğun təlim məqsədi üzrə bacarıq 
səviyyəsinin müəyyən edilməsi üçün formativ-test nümunəsi verilir: 
 
Məzmun standartı:   1.3.1  –  şagird  çoxrəqəmli  ədədlər  üzərində  şifahi  və 
yazılı  hesablamalar  aparır  və  nəticəni  qiymətləndirir. 
[1, s. 80] 
Təlim məqsədi: 
1.3.2.TM.1  –  şagird  çoxrəqəmli  ədədlər  üzərində 
yazılı toplamağı bacarır. 
Qiymətləndirmə sxemləri (səviyyələri): 
Qiymətləndirmə 
tapşırıqları: 
1.3.2.QS.1 – mərtəbə toplananlarının cəmi 
10-dan  kiçik  olan  halda  çoxrəqəmli 
ədədləri yazılı toplayır. 
I qrup 
13 

 54 

 
361 

 528 

 
1403 

 2206 

 
1.3.2.QS.2 – mərtəbə toplananlarının cəmi 
10-a bərabər olan halda  çoxrəqəmli ədəd-
ləri yazılı toplayır. 
II qrup 
47 

 23 

 
572 

 238 

 
1986 

 9114 

 
1.3.2.QS.3 – mərtəbə toplananlarının cəmi 
10-dan  bюyük  olan  halda  çoxrəqəmli 
ədədləri yazılı toplayır. 
III qrup 
64 

 78 

 
854 

 369 

 
1919 

 2929 

 
1.3.2.QS.4  –  mərtəbə  toplananlarının 
cəmindən  asılı  olmayaraq  çoxrəqəmli 
ədədləri yazılı toplayır və izah edir. 
IV qrup 
56 

 79 

 
753 

 247 

 
9867 

 2153 

 
 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
83 
Qruplara  təklif  olunan  testlərdən  (qrup  tapşırıqlarından)  gюrünür  ki,  onlar 
təhsilalanın məzmun standartı üzrə əldə etməli olduğu bilik, bacarıq və səriştə-
lərin  səviyyəsini  qiymətləndirməyə  imkan  verir.  Test  tapşırıqlarının  müvafiq 
bacarığı  юlçməsinin  nəzərə  alınmaqla  (tələblər  gюzlənilməklə)  hazırlanması 
müəllimin əsas vəzifələrindən hesab edilir.  
Müəllim  tapşırıqların  yoxlanması  prosesində  bir  neçə  üsuldan  istifadə  edə 
bilər.  Məsələn,  müəllim:  (1)  cavabları  ekranda  gюstərir,  şagirdlər  nəticələrini 
müqayisə edir və müəllim müvafiq şərh verir, (2) tapşırıqların klaster üsulu ilə 
yoxlanmasını təşkil edir və nəticələrin dinlənilməsini həyata keçirir, nəticələrlə 
bağlı yekun izah verir, (3) əsasən diqqəti səhv cavablara uyğun işlərin nəzərdən 
keçirilməsinə  yюnəldir,  şagirdlərin  çatışmazlıqlarının  aradan  qaldırılması  ilə 
əlaqədar onların müəyyən fəaliyyətlərini təşkil edir. Bu həyata keçirilənlər isə 
şagirdlərin  daha  yüksək  nəticələrə  nailolma  imkanlarının  gerçəkləşdirilməsini 
təmin edir.  
Yuxarıda məzmun standartının qiymətləndirilməsi üçün təklif olunan mini-
test  və  formativ-test  nümunələri  müəllimə  onların  fərqini  və  oxşar  tərəflərini 
anlamağa imkan verir.  
Юzünü  (yoldaşını)  qiymətləndirmə    təhsilalanda  qiymətləndirmə  baca-
rığının formalaşdırılması, məsuliyyət hissinin yüksəldilməsi üçün tətbiq olunur. 
Bu qiymətləndirmələrin həyata keçirilməsi  zamanı şagird:  (1)  юzünüqiymətlən-
dirmə  prosesində  yalnız  юzünün  icra  etdiyi  tapşırığı  qiymətləndirmir,  o,  müs-
təqil “qiymətləndirmə  eksperti” olaraq problemi  və  onun həlli  yollarını  müəy-
yən edir, “kənar gюz” kimi юzünün üstün və zəif tərəfləri, imkan və bacarıqları 
barədə informasiya əldə edir. Bu isə ona юzünə kənardan baxmağa, nəticələrini 
yaxşılaşdırmaq üçün nələri юyrənməli olduğunu düzgün təyin etməyə kюməklik 
gюstərir.  
(2) yoldaşını (qarşılıqlı) qiymətləndirmə prosesində sinif yoldaşının icra et-
diyi tapşırığı bюyük məsyliyyət hiss edərək yoxlayır, onun rastlaşdığı problemi 
dəfələrlə  düşünərək  müəyyənləşdirir,  məsələnin  həllinə  yanaşmalarını  müsbət 
və mənfi tərəflərini qeyd edir, zəruri hallarda müvafiq təkliflər verir.  
Müəllim şagirdin юzünü və yoldaşını qiymətləndirməsinin nəticələrini təhlil 
edərkən  əsas  diqqəti  onun  юzünü,  həmçinin  yoldaş(lar)ını  qiymətləndirməsinin 
qiymətləndirilməsinə  –  dəyərləndirilməsinə  yюnəldir.  Təhsilalanda  юzünü  (yol-
daşını) qiymətləndirmə bacarıqlarının formalaşmasına nail olmaq üçün müəllim 
ona  ilkin  mərhələdə  kюmək  məqsədi  ilə  müvafiq  qiymətləndirmə  dərəcələri 
təklif  edə  bilər  ki,  bu  da  ona  qiymətləndirməni  daha  obyektiv  aparmasına  kю-
mək  edər.  Bu  qiymətləndirmələrin  aparılması  şagirddə  obyektivlik,  юzünə  və 
yoldaşına qarşı tələbkarlıq və tapşırılan işə məsuliyyətlə, yaradıcı yanaşmaq və 
s. kimi münasibətlərin – keyfiyyətlərin formalaşmasını təmin edir. Юzünü qiy-
mətləndirməni həyata keçirmək üçün юzünüqiymətləndirmə vərəqindən istifadə 
olunur. 
Aşağıda təhsilalanın юzünü qiymətləndirməni həyata keçirməsi üçün юzünü-
qiymətləndirmə vərəqinin nümunəsi verilir: 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
84 
 
Юzünüqiymətləndirmə vərəqi  
 
Yoxlanılan bacarıq: 
10-luq  say  sistemində  verilmiş  ədədi  2-lik  say 
sistemində təsvir etmək 
Bacarığın  юlçülməsi  üçün 
tapşırıq: 
10 ədədini 2-lik say sistemində yazın. 
Tapşırığı  necə  yerinə  ye-
tirmişdim? 
10 

 2 

 5 

 0 (qalıq 0) 


 2 

 2 

 1 (qalıq 1) 


 2 

 1 

 0 (qalıq 0) 


 2 

 0 

 1 (qalıq 1) 
Nəticəni  (cavabı)  necə  yaz-
mışdım: 
Alınan qalıqlar ardıcıllığı:  0, 1, 0, 1 
Aldığım (yazdığım) cavab: 0101 
Tapşırığı necə yerinə yetir-
məli idim? 
Nəticəni  sonuncu  qalıqdan  birinci  qalığa  başla-
yaraq yazmalı idim: 1010.  
Almalı (yazmalı) olduğum cavab: 1010 
Səhvimin səbəbi nə idi? 
Ədədin 2-lik say sistemində təsviri zamanı qay-
danın  sonuncu bəndindən düzgün istifadə etmə-
məyim. 
Müəllimin təklifləri: 
Ədədin 2-lik say sistemində yazılışı alqoritminin 
hər  bir  bəndinə  əməl  etməklə,  13  ədədini  2-lik 
say sistemində yaz. 
 
Bu юzünüqiymətləndirmə vərəqini nəzərdən keçirdikdə gюrünür ki, şagirdin 
юzünüqiymətləndirməni  həyata  keçirməsi  prosesində  onda  şəxsiyyəti  səciyyə-
ləndirən bir sıra şəxsi keyfiyyətlər – qarşıya çıxan problemləri müəyyən etmək 
və  onları  həll  etmək  (biliyin  alınmasını  planlaşdırmaq,  onu  müstəqil  tətbiq  et-
mək, юz nailiyyətlərini  və  çatışmazlıqlarını təhlil etmək, səhvlərini  aradan qal-
dırmaq) bacarıqları və юzünütəhlil, юzünənəzarət, юzünükorreksiya və юzünə kə-
nardanbaxma vərdişləri formalaşır və inkişaf edir. Müəllimin bu prosesdə əsas 
vəzifəsi ona  bələdçilik etməkdən, düzgün və səmərəli yol gюstərməkdən ibarət 
olur.  
Şagirdin юzünü qiymətləndirməsi ilə yanaşı yoldaşını (və ya qarşılıqlı) qiy-
mətləndirmədən də istifadə oluna bilər. Biz şagirdin юz sinif yoldaşının yerinə 
yetirdiyi  tapşırığı  qiymətləndirməsinə  aid  bir  nümunə  verir  və  şagirdin  yolda-
şını  (qarşılıqlı)  qiymətləndirmə  vərəqini  aşağıdakı  şəkildə  tərtib  etməyi  təklif 
edirik: 
 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
85 
Yoldaşını (qarşılıqlı) qiymətləndirmə vərəqi 
  
Yoxlanılan bacarıq: 
8-lik say  sistemində  verilmiş  ədədi  2-lik  say 
sistemində yazmaq 
Bacarığın  юlçülməsi  üçün 
tapşırıq: 
8-lik say sistemində verilmiş 14 ədədini 2-lik 
say say sistemində yazın. 
Tapşırığı yerinə yetirib: 
14
8
 

 12
10
 

 1010
2
 
Nə alıb (aldığı cavab)? 
Aldığı cavab: 1010 
Necə yerinə yetirməli idi? 
hesablamanı belə et:  
14
8
 

  10
8
  +  4
8
 

  8
10
 

  4
10 

  1000


  100


 
1100
2
 
Cavab: 1100
2
 
Nə almalı idi? 
Almalı olduğu cavab: 1100 
Şagirdin qiymətləndirməsi: 
Bu  tip  tapşırığı  yerinə  yetirmək  üçün  qaydanı 
təkrarlamalı  və  ona  ardıcıl  əməl  etməklə  he-
sablamanı təkrar aparmalı. 
Müəllimin dəyərləndirməsi:  Yoldaşının təklifini nəzərə al. 
 
Şagird yoldaşını (qarşılıqlı) qiymətləndirmə (sinif yoldaşının yoxlanılan işi-
nin zəif və üstün tərəflərini müəyyən etməsi) zamanı юyrənilən məzmunu daha 
dərindən mənimsəyir, bu qiymətləndirmə onda obyektivlik, işə  yaradıcı yanaş-
ma  və  məsuliyyət,  həmçinin  insani  münasibətlərin  formalaşdırılmasını  təmin 
edir. Bununla belə, qarşılıqlı qiymətləndirmə zamanı yoldaşını qiymətləndirmə-
yə üstünlük verilməsini, qarşılıqlı qiymətləndirmə həyata keçirilən zaman müəl-
limin bir çox cəhətdən ehtiyatlı  və tədbirli  olmasını,  şagirdlərin  fərdi-psixoloji 
xüsusiyyətlərini nəzərə almasını və onlara fərdi yanaşmasını məqsədəuyğun he-
sab edirik.  
Beləliklə, dərsin gedişində müasir qiymətləndirmə vasitələrindən istifadə et-
məklə şagirdin fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi prosesində onun 
nəyi hansı səviyyədə bildiyi, istifadəetmə bacarığı, biliyinin bacarığa çevrilməsi 
səviyyəsi müəyyən olunur və  rastlaşdıqları  çətinliklərin aradan qaldırılması  ilə 
bağlı  onlara  lazımi  kюməklik  gюstərilir,  nəticə  etibarı  ilə  onlar  təlim  nəticələri 
baxımından  tədris  vahidləri  və  ya  yarımillər  üzrə  nailiyyət  qiymətləndirilmə-
lərinə - kiçik və ya bюyük summativ qiymətləndirmələrə hazırlanırlar.  
 
Məqalənin aktuallığı. Yeni təhsil proqramları (kurikulumları) tətbiq olunan 
siniflərdə təhsilalanın məzmun standartı üzrə bacarıq səviyyəsinin qiymətləndi-
rilməsi üçün müasir qiymətləndirmə vasitələrinin təsvirinə həsr olunmuşdur. 
Məqalənin elmi yeniliyi. Təhsilalanın təlim nəticələri üzrə bacarıq səviyyə-
sinin  müəyyən  edilməsi  ilə  onun  nailiyyət  qiymətləndirilməsinə  hazırlanması 
təklif edilir. 
Məqalənin  praktik  əhəmiyyəti.  Təhsilalanın nailiyyət qiymətləndirilməsi-
nə hazırlanmasında onun fəaliyyətinin müasir qiymətləndirmə vasitələri ilə qiy-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
86 
mətləndirilməsinin əhəmiyyəti açıqlanır.   
 
Ədəbiyyat 
 
1.
 
Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, 
2008. 
2.
 
Azərbaycan  Respublikasının  ümumtəhsil  sistemində  qiymətləndirmə 
konsepsiyası. Bakı, 2009. 
3.
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması-
na dair müvəqqəti тəlimat. ―Azərbaycan müəllimi‖ гяз., 2013, № 34. 
4.
 
Azərbayan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dюvlət  Strategiyası. 
Bakı: 2013.  
5.
 
Формативное  оценивание  в  начальной  школе.  Бишкек:  Билим, 
2012. 
6.
 
Mahmudov N.M. İbtidai təhsil səviyyəsində riyaziyyatdan qiymətləndir-
mə  tapşırıqlarının  qiymətləndirilməsinə  yeni  yanaşma.  Bakı:  Bakı  Qızlar 
Universitetinin elmi əsərləri, 2013, № 2 
 
Н.Махмудов 
 
О подготовки учащихся для оценивания достижений 
 
Резюме 
  
В  этой  статье  приведены  примеров  из  современных  методов  оценки 
подготовки  учащихся  для  оценивания  достижений.  Оценка  успеваемости 
учащихся сделал в подготовке их роли. 
 
N.Mahmudov 
 
Preparing pupil for the evaluation of achievements 
 
Summary  
 
In  the  article  are  given  examples  about  pursue  on  the  basis  of  methods  of 
modern valuing of the  pupil.  Their role is  explained in  preparing  achievement 
to valuing of the pupil. 
 
 
Redaksiyaya daxil olub: 28.04.2014 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
87 
Məktəb riyaziyyat təliminin  
inkişaf tarixi haqqında 
 
                                 Nazim  Abbasov, 
pedaqogika üzrə fəlsəfə doktoru, 
ADPU 
e-mail: nazim_abbasov@mail.ru 
Rəyçilər: p.ü.e.d., prof. A.S. Adıgözəlov, 
                f.-r.ü.e.d., prof.  H.İ. Aslanov 
 
Açar  sözlər:  inkişaf  tarixi,  məktəb  riyaziyyat  təlimi,  təlimin  məzmunu, 
islahat,  kurikulum 
 
Ключевые  слова:  история  развития,  обучение  школьного  курса 
математики,  содержание обучения, реформа, куррикулум  
 
Key  words:  history  of  development,  the  learning  of  mathematics,  learning 
content, reform, сurriculum  
 
Azərbaycan cəmiyyətinin müasir inkişafı məktəb qarşısında müstəqil və tən-
qidi düşünən faktları qarşı-qarşıya qoymaqla təhlil etmək, müstəqil həll variant-
larını tapmaq və onların ən yaxşısını seçmək bacarığına malik şəxsiyyətin yetiş-
dirilməsi  vəzifəsini  qoyur.  Məhz  buna  görə  də  müasir  mərhələdə  ümumtəhsil 
məktəblərinin modernləşdirilməsi şagirdlərin nəinki müəyyən biliklər toplusunu 
mənimsəməyə, həm də onun şəxsiyyətinin inkişafına istiqamətlənməlidir, idraki 
və yaradıcı imkanlarını inkişaf etdirməlidir. Bu məqsədlə dünyada geniş yayıl-
mış  ən  müasir  təhsil  yanaşmalarından  istifadə  edilir.  Yeni  yanaşmalara  görə,  
şagirdin  bir  şəxsiyyət  kimi  formalaşması  və  inkişaf  etməsi  üçün  təhsil  huma-
nistləşdirilməli, demokratikləşdirilməli, humanitarlaşdırılmalı, təlim inkişafetdi-
rici və tərbiyəedici xarakter daşımalı, fərdiləşdirilməli və diferensiallaşdırılma-
lıdır.  
Azərbaycanın təhsil sisteminin qarşısına qoyulan vəzifələr dünya təhsil sis-
temində  baş  verən  yeniliklərin  nəzərə  alınmasını,  onun  dünya  təhsil  sisteminə 
inreqrasiyasını tələb edir. Bununla əlaqədar respublikamızda  təhsil quruculuğu 
sahəsində  ardıcıl  və  davamlı  siyasət  həyata  keçirilir,  cəmiyyətin  tələb  və  ehti-
yaclarına uyğun nəticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradıl-
ması üçün davamlı addımlar atılır. Belə addımlardan biri təhsilin mühüm kom-
ponentlərindən olan  məzmun islahatlarıdır ki, artıq bu istiqamətdə mühüm işlər 
görülmüş, təhsilin nəticəyönümlü kurikulum əsasında qurulmasına keçilmişdir. 
Aparılan  kurikulum  islahatında  təlim  nəticələrindən  ibarət  yeni  məzmunlu 
yeni təlim strategiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminə 
əsaslanmış  ―Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli 
Kurikulumu)‖ çərçivə sənədi [1], I–IV sinifləri üçün fənn kurikulumları hazır-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
88 
lanmış [2] və 2008/2009-cu tədris ilindən fənn kurikulumlarının tətbiqinə baş-
lanmışdır.  
Müasir  şəraitdə  məktəb  təliminin,  o  cümlədən  riyaziyyat  təliminin  bu  ba-
xımdan yenilənməsi mühüm məsələlərdən biri kimi qarşıda durur. Başqa sözlə, 
təhsil  sistemində  fənlərin,  o  cümlədən  riyaziyyat  fənninin  məzmunu,  onların 
tədrisi  metodları  və  vasitələrinin  müasir  tələblər  əsasında  yenidən  qurulması 
dövrün tələbidir. Bu baxımdan riyazi təfəkkürün inkişaf etdirilməsi və riyazi bi-
liklərin mənimsəmə problemlərinin  imkanlarını araşdırmaq müasir psixologiya 
və pedaqogikanın tədqiqat obyektinə çevrilmişdir.  
Riyaziyyat  təliminin  gələcək  inkişaf  istiqamətlərinin  müəyyənləşdirilməsi 
ilk növbədə riyaziyyat təliminin məzmunu ilə əlaqədar bu dövrə qədər aparılmış 
islahatların nəzərdən keçirilməsini tələb edir. Azərbaycan uzun müddət keçmiş 
SSRİ-nin tərkibində olduğundan məktəb riyaziyyat kursunun inkişaf tarixini bu 
konteksdən araşdırmaq zəruridir. 
Aparılan  araşdırmalar  göstərir  ki,  XX  əsrdə  məktəb  riyaziyyat  təliminin 
məzmununda aparılan islahatlar əsasən üç istiqamətdə olmuşdur: 
a) riyazi təhsilin ümumtəhsil xarakterliyi; 
b) riyazi təhsilin politexnik, tətbiqi xarakter daşıması; 
v) riyazi təhsilin məzmununun ali məktəblərdə təhsilə yönəlməsi. 
Göstərilən istiqamətlərdən hər biri müəyyən mənada digər ikisini inkar edir. 
Aydındır ki, bu isə orta məktəb riyaziyyat proqramlarının səmərəli qurulmasını 
çox  çətinləşdirir.  Nəticədə,  müxtəlif  ölkələrdə  məktəb  riyaziyyat  təhsilinin 
ümumiləşdirici ideyalar əsasında qurulması çox az hallarda müvəffəqiyyətlə nə-
ticələnib. Bu deyilənlər həm məktəb riyaziyyat proqramı üçün yeni materialla-
rın seçilməsində, həm də ―müasir‖ mövzuların ―klassik‖ nüvəyə əlavə olunma-
sında özünü göstərmişdir. Əksər hallarda daxil edilən yeni riyazi anlayışlar əv-
vəlki məzmunla üzvü əlaqədə olmur və obrazlı desək köhnələrin yanında durur-
du. Məsələ burasındadır ki, orta məktəb riyaziyyat kursunun ənənəvi məzmunu-
nun nüvəsindən çox az hissələri çıxartmaq mümkündür və deməli, müasir riya-
ziyyatın çox az bir hissəsini də oraya əlavə etmək olar. Vəziyyətdən çıxış yolu 
elementar  riyaziyyatın  ənənəvi  materiallarının  müasir  riyaziyyatın  metod  və 
ideyaları  əsasında  qurulmasında  tapıldı.  Beləliklə,  söhbət  müasir  riyaziyyatın 
tədrisindən yox, riyaziyyatın müasir tədrisindən gedirdi. Başqa sözlə, riyazi təh-
silin  məzmununun  islahatı  onun  təlim  metodlarının  islahatı  ilə  müşahidə  olu-
nurdu. Bu zaman məlum oldu ki, yeni üsulların öyrənilməsi və tətbiqi öz növbə-
sində məzmunun özündə də müəyyən dəyişikliklər tələb edir. 1965-ci ildə ölkə-
mizdə  islahat  məhz  bu  əsasda  aparılmışdır.  Həmin  ildə  keçmiş  SSRİ  EA-nın 
vitse  prezidenti  A.İ.Markuşeviç  və  XX  əsrin  ən  böyük  alimlərindən  biri 
A.N.Kolmoqorovun rəhbərliyi altında orta məktəb riyaziyyat kursunun məzmu-
nunun işlə¬məsi üçün xüsusi komissiya yaradıldı. Həmin komissiya orta mək-
təb  riyaziyyat  kursunun  proqramını  yenidən  işləmişdir.  Bu  proqramın  xarakte-
rik xüsusiyyətlərini qeyd edək: 
1.  İbtidai  məktəbdə  riyaziyyatın  öyrənilməsinin  müddətinin  və  məzmunun 
dəyişdirilməsi.  Belə  ki,  ibtidai  təhsil  müddətinin  4  ildən  3  ilə  endirilməsi  və 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin