Bakı Apellyasiya Məhkəməsinin


Müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxan Səbail Rayon Məhkəməsinin hakimi cənab Rauf Əhmədovun 4(



Yüklə 228,5 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü228,5 Kb.
#1866
1   2   3   4   5   6
25. Müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxan Səbail Rayon Məhkəməsinin hakimi cənab Rauf Əhmədovun 4(009)-611/2009 saylı iş üzrə 10 iyul 2009-cu il tarixli qanunsuz və əsassız qərarı ilə E.Abdullayevin və A.Hacızadənin barəsində həbs qətimkan tədbiri seçilib və həbsdə saxlama müddəti 2 ay müəyyən edilib.

B. Hüquq məsələləri
26. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6(1) maddəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Lakin istisnasız olaraq bütün prosessual mərhələlərdə Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiyanın 6(1) maddəsi əsasında malik olduğu ədalətli və qərəzsiz məhkəmə araşdırması hüququ kobud şəkildə pozulub.
27. Müdafiə milli qanunvericiliyin aşağıda sadalanan normalarının pozulmasını hər iki şəxsin 6(1) maddə əsasında malik olduğu hüquqa qəsd edilməsinin ayrı-ayrı elementləri kimi qiymətləndirir.

Mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması
28. Araşdırmanın ilk günündən başlayaraq birinci instansiya məhkəməsi cinayət təqibi orqanından asılılıq və onlara təəsübkeşlik nümayiş etdirərək qarşı tərəfə nisbətdə müdafiəni əlverişsiz vəziyyətə salıb. Məhkəmənin belə qərəzli və ədalətsiz yanaşması aşağıdakı hallarda əksini tapıb:

  • İttiham tərəfinin sübutlar siyahısı müzakirəsiz qəbul edildiyi halda, müdafiə tərəfinə belə səxavət göstərilməyib. Müdafiənin təqdim etdiyi sübutlar siyahısı məhkəmə tərəfindən qanunsuz olaraq müzakirəyə çıxarılıb və heç bir əsas olmadan rədd edilib. Məhkəmənin «Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında» 4 sentyabr 2009-cu il tarixli qərarına əsasən müdafiənin sübutlar siyahısı ittiham tərəfindən asılı vəziyyətə salınaraq təmin edilməyib və bir-iki cümlə ilə belə əsaslndırılıb:

«Müdafiə tərəfinin şahid qismində dindirmələri üçün təqdim etdikləri şəxslərin məhkəmə iclaslarına çağırılması barədə vəsatətləri təmin edilməsin. Belə ki, həmin şəxslərin dindirilməyə çağırılması üçün CPM-nin 323-cü maddəsinə əsasən təqdim olunan vəsatətləri həll etmədən həmin şəxslərin məhkəmə baxışında dindirilmələrini əsaslı hesab etmək olmaz… Vəsatətdə göstərilən müşaiyət kameralarındakı qeydiyyatların götürülməsi, zərərçəkmiş şəxsin barəsindəki tibbi sənədlərin, o cümlədən təqsirləndirilən şəxslərin istintaq təcridxanasına qəbul edilərkən şəxsi müayinə sənədlərinin götürülməsi barədə hissəsi də təmin edilməsin».

  • Məhkəmənin belə qərəzli yanaşması nəticəsində araşdırmanın ilkin mərhələsindən başlayaraq müdafiə işə qeyd-şərtsiz olaraq ittiham tərəfinin sübutları çərçivəsində hərəkət etməyə məcbur edilib;

  • Hər iki təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair müdafiənin vəsatəti tamamilə əsassız olaraq rədd edilib. Hakim həbsin davam etməsinə mütləq zərurətin olmadığını nəzərə almadan, Konvensiyanın normalarının və Avropa Məhkəməsinin presedent qərarları ilə müəyyən edilən testlərin ziddinə olaraq (vəsatətdə onlara istinad edilməklə sadalanan müvafiq risklər mövcud olmadığı halda) həbs qətimkan tədbirini dəyişdirməyib. Qeyd edilən qərarında bu məsələyə məhkəmənin münasibəti belə olub:

«Müdafiəçilərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 155-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cinayət prosesini həyata keçirən orqandan gizlənməsini, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olmalarını, digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmalarını, məhkəmə hökmünün cra edilməsinə maneə törətməsinin qarşısını almaq məqsədilə təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini, iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza edilə bilən cinayətin törədilməsində ittiham olunmalarını nəzərə alaraq barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlansın».

  • Əvvəla, iş materiallarında Emin Abdullayevin və Adnan Hacızadənin cinayət prosesini həyata keçirən orqandan gizlənməsini, proses iştirakçılarından hər hansı birinə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olacaqlarını təsdiq edən fakt və ya məlumat mövcud olmayıb. Digər tərəfdən, hakim tamamilə qanunsuz olaraq hər iki şəxsin barəsində ittiham hökmü çıxaracağına bəri-başdan mütləq inamını ifadə edib və həbs qətimkan tədbirinin dəyişdirilməməsini gələcək hökmün sərtliyi ilə əlaqələndirib. Bundan başqa, məhkəmə müdafiənin Konvensiyanın 5(1) maddəsinin «c» bəndinə və «Smirnova Rusiyaya qarşı» iş üzrə Avropa Məhkəməsinin qərarına istinad etməklə verdiyi vəsatətdə göstərilən halların hər hansı birinə münasibət bildirməyib.

  • Məhkəmə araşdırmasının sonrakı mərhələsində müdafiənin vəsatətini qismən təmin edərək hadisə günü hər iki təqsirləndirilən və eləcə də zərərçəkən kimi tanınan şəxslərin mobil telefonlarına daxil olan və çıxan zənglərə və sms-lərə dair «Azercell» MMC-dən izahlı faktura alan məhkəmə bu gərəkli sübutu müdafiə tərəfinə verməkdən imtina edib.

  • Məhkəmə səbəbini göstərmədən müdafiə tərəfinin şahidləri kimi təqdim edilən siyahı üzrə 11 nəfər şahiddən yalnız birinin ifadəsinin dinlənilməsini qərara alıb. Hakim bununla əlaqədar proses iştirakçılarına bildirib ki, «bu siyahıdan bir nəfərin dindirilməsi kifayətdir». Halbuki, həmin şahidlər məhkəmədə müxtəlif hallara aid faktları təsdiq etmək üçün dəvət edilirdi. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin şahidi qismində təqdim etdiyi xanım Pərvanə Persiyaninin notariat qaydada təsdiq olunan ərizəsini qəbul etsə də, ərizədə göstərilən faktların araşdırılması üçün heç bir tədbir görməyib.




Yüklə 228,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin