Bakı Apellyasiya Məhkəməsinin



Yüklə 228,5 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü228,5 Kb.
#1866
1   2   3   4   5   6
Hüquq normalarının düzgün tətbiq edilməməsi
55. Birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq edib. Şikayətin əvvəlki bəndlərində göstərildiyi kimi, ibtidai araşdırma və məhkəmə baxışı vaxtı 8 iyul 2009-cu ildə axşam saat təxminən 19 radələrində «Lebonese» restoranında Adnan Hacızadə və Emin Abdullayev tərəfindən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasının mətnində göstərilən «ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər» törədilməsi halı baş verməyib və sübut edilməyib.
56. Cinayət məsuliyyətindən yayınmaq məqsədilə qərəzli ifadə verən və işin nəticəsi ilə maraqlı olan Vüsal Məmmədovdan və Babək Hüseynovdan başqa heç kəs restoranda söyüş söyülməsi və nalayiq ifadələr işlədilməsi halını təsdiq etməyib. Babək Hüseynovun ifadəsində göstərdiyi güya restoranda iki nəfər kənar qadının olması və onların narahatlıqla Vüsala və ona baxması halı digər şahid ifadələri, o cümlədən Vüsal Məmmədovun ifadəsi ilə ilə tamamilə təkzib edilib.
57. Vüsal Məmmədovun və Babək Hüseynovun hadisə vaxtı xəsarət alması təsdiq olunmur. O cümlədən, Adnan Hacızadə və Emin Abdullayev tərəfindən onlara nəinki xəsarət yetirmələri, heç müqavimət göstərmələri belə sübuta yetirilməyib.
58. Digər tərəfdən, Vüsal Məmmədovun hadisənin ertəsi günü «Baş beyin silkələnməsi» diaqnozu ilə xəstəxanaya müraciət etməsi sənədlərlə təsdiq olunsa da, bu xəsarətin harada və hansı şəraitdə aldığı da sübuta yetirilməyib. Eyni zamanda baş beyin silkələnməsi tamamilə yanlış olaraq səhhətə az ağır zərərvurma kimi qiymətləndirilib.
59. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tövsif məsələsində də səhvə yol verərək Adnan Hacızadənin və Emin Abdullayevin Azərbaycan Respublikası CM-nin 221.2.1. və 127.2.3. maddələrində nəzərdə tutulan cinayətləri törətməsinə dair yanlış nəticəyə gəlib. Beləliklə, məhkəmə Adnan Hacızadə və Emin Abdullayevin əməllərini qiymətləndirərkən işin hallarını nəzərə almayıb və tətbiq olunmalı olmayan maddi hüquq normalarını tətbiq edib.
60. Müdafiə tərəfi hesab edir ki, məhkəmə tətbiq olunmalı prosessual hüquq normasını tətbiq etməyib. Həm Adnan Hacızadə, həm də Emin Abdullayevə münasibətdə CPM-nin 42.1.2-ci maddəsi tətbiq olunmalı və onlra bəraət verilməli id.

Proosessual-hüquq normalarının digər pozuntuları
61. Bu iş üzrə hökmün tərtib edilməsində CPM-in normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuşdu. Ali Məhkəmənin həmin qərarında deyilir:

«Hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən, edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə müttəhim barəsində və ya müttəhimin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən , məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir ittiham üzrə və hər bir müttəhimin barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bu sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır».


62. Birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxslərin lehinə verilən ifadələri əsassız olaraq rədd edib, məhkəmədə tədqiq olunan sübutları məcmu şəklində təhlil etmədən və onlara obyektiv qiymət vermədən, çıxardığı hökmü Vüsal Məmmədovun və Babək Hüseynovun işin faktiki hallarına uyğun olmayan qərəzli və ziddiyyətli ifadələri, habelə ekspert Məcid Məmmədovun qanunların tələbinə zidd qaydada verdiyi rəyi ilə əsaslandırıb.

Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiya əsasında malik olduqları

hüquqların pozulması
63. İbtidai araşdırma gedişində Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiyanın 5(1) maddəsinin «c» altbəndi, həmin maddənin 3 və 4-cü bəndləri, 6(2) maddəsi, 6(3) maddəsinin «b» və «c» altbəndləri, habelə 3-cü maddə əsasında malik olduqları hüquqların pozulması ilə əlaqədar təqdim edilən şikayətlər səmərəsiz olub və onlara uğur gətirməyib. Milli məhkəmələr həmin hüquqların pozulmasını tanımaqdan imtina edib və qeyd edilən maddələr üzrə ölkədaxili müdafiə vasitələri tükənib.
64. Bununla belə müdafiə tərəfi həmin pozuntuları işi tam həcmdə araşdıran birinci instansiya məhkəməsinin də nəzərinə çatdırıb və güman edib ki, məhkəmə ittihamlarla yanaşı Adnan Hacızadəyə və Emin Abdullayevə münasibətdə Konqvensiya hüquqlarının pozuntusu faktlarını da araşdırmağa səy göstərəcək. Lakin məhkəmə bu pozuntularla əlaqədar arqumentlərin tədqiqindən imtina edib. Əvəzində məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə yeni pozuntulara yol verib.
65. Konvensiyanın 6(3) maddəsinin «d» altbəndinə əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırılması və dindirilməsi hüququna malik olmalıdır». Avropa Məhkəməsinin qərarlarına əsasən 6(3) maddənin «d» altbəndinin tələbləri təkcə şahidlərlə məhdudlaşmır, o, həm də sənədlərə şamil edilir.
66. Şikayətin əvvəlki əndlərində göstərildiyi kimi, birinci instansiya məhkəməsi:

  • Müdafiənin şahidləri qismində təqdim edilən 11 nəfər şəxsdən öz seçiminə əsasən yalnız birinin dindirilməsi ilə kifayətlənib, belə qərarın dəlilləri barədə müdafiə tərəfinə ağlabatan izah verməyib, digər 10 nəfərin dindirilməsindən nəyə görə imtina etməsinin səbəblərini açıqlamayaıb;

  • «Azercell» MMC-dən alınan mobil telefon danışıqlarının izahlı fakturasının surətini müdafiə tərəfinə verməkdən imtina edib və həmin fakturada qeyd edilən çoxsaylı telefon zənglərinin təqsirləndirilən şəxslərlə birgə təhlil olunmasına şərait yaratmayıb və vaxt vermədən məhkəmə iclası gedişində bu məsələyə münasibət bildirməyi tələb edib;

  • Araşdırmanın ilkin mərhələsindən başlayaraq Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiya və milli qanunvericilik əsasında malik olduğu hüquqları pozan və işin faktiki hallarını təhrif edən müstəntiq Ziya Əliyevi dindirməkdən imtina edib.


67. Qeyd edilən hər üç halda hakimin mövqeyi ədalət mühakiməsinin maraqlarına uyğun gəlmir və onlara xidmət etmirdi. İttiham tərəfinin təqdim etdiyi siyahı üzrə bütün şahidləri dindirən məhkəmə 6(3) maddənin «d» altbəndinin mətnində göstərilən «eyni olan şərtlər» prinsipini pozaraq tərəflərə bərabər münasibət göstərməyib. Belə yanaşma hər iki şəxsin Konvensiyanın 6(3) maddəsinin «d» bəndi əsasında malik olduqları hüququ pozurdu.
68. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz vəzifəsini heç də ittihamları obyektiv, tam və hərtərəfli araşdırmaqda, tərəflərin dəlillərini tədqiq etməkdə deyil, ittiham tərəfinin gəldiyi nəticələri nəyin bahasına olursa-olsun təsdiq etməkdə və təqsirləndirilən şəxsləri cəzalandırmaqda görüb.
69. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsasları müəyyənləşdirən 3-cü maddəsinə əsasən «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyəti yaradır». Həmin Məcəllənin 7.1. maddəsinə əsasən «yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər».
70. Nəhayət, məhkəmə ölkədəki məhkəmə təcrübəsinə zidd olaraq cəza siyasətinin ümumi müddəalarına riayət etmədən, cinayət qanununun humanizm prinsipinin əleyhinə gedərək, zərər çəkən Babək Hüseynovun şikayətinin olmadığını və hadisənin faktiki nəticələrini nəzərə almadan təqsirləndirilən şəxslərə sərt cəzalar tətbiq edib.
71. Azərbaycan Respublikası CPM-nin 39.1.2. maddəsi əməldə cinayət tərkibi olmadıqda, cinayət təqibini istisna edir. Həmin Məcəllənin 42.1.2. maddəsinə əsasən «əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində bəraət hökmü çıxarılır». İşin faktiki hallarına və göstərilən normaların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq Emin Abdullayev və Adnan Hacızadə haqqında ittiham hökmü çıxarıb.
72. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.9.17 və 381.1.1-ci maddəsinə əsaslanaraq, həmin Məcəllənin 385 və 387-ci maddələrinin müəyyən etdiyi qaydada,
xahiş edirik:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.4-cü maddələrinə uyğun olaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən ittiham hökmünü ləğv etməklə:

  • əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Emin Paşa oğlu Abdullayev və Adnan Hikmət oğlu Hacızadə barəsində bəraət hökmü çıxarasınız;

  • onların Konvensiyanın 6(1) maddəsi və həmin maddənin 3-cü bəndinin «d» altbəndi əsasında malik olduqları hüquqların pozulmasını təsdiq edəsiniz.

Elton Quliyev İsaxan Aşurov

Əlavə: apellyasiya şikayətinin 5 sayda nüsxəsi.






Yüklə 228,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin