Bakı Apellyasiya Məhkəməsinin



Yüklə 228,5 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü228,5 Kb.
#1866
1   2   3   4   5   6
Dərhal cinayət işi başlanması və ilkin dindirmələrə dair
14. Ziya Əliyev heç bir ilkin yoxlama aparmadan, hətta Emin Abdullayevi və Adnan Hacızadəni dinləmədən, onların hər ikisinin güya qərəzli xuliqanlıq hərəkəti törətməsinə dair Azərbaycan Respublikası CM-nin 221.2.1. maddəsilə dərhal cinayət işi başlayıb. Müstəntiq sifətindəki zədələr aşkar surətdə görünən Hacızadəyə və ayağı kəsilmiş vəziyyətdə olan Abdullayevə tibbi yardım göstərilməsi üçün heç bir tədbir görmədən onları əvvəlcə şahid, sonra isə cinayət törətməkdə şübhəli şəxs qismində dindirib.
15. Dindirmənin gedişində Babək və Vüsal Adnan və Eminə müraciət edərək barışmalarını təklif edib. Onlar Adnana deyiblər ki: «Həyatda hər şey olur, ərizəni götür, bu işi qurtaraq». Eminlə məsləhətləşən Adnan mobil telefonla Vüsal və Babəkin bu təklifini atası Hikmət Hacızadəyə çatdırıb. Hikmət Hacızadə ona barışmağı, ərizəsini götürməyi və polis idarəsini mümkün qədər tez tərk etməyi məsləhət görüb. Adnan Babək və Vüsala barışığa hazır olduqlarını bildirdikdən sonra bu barədə müstəntiq Ziya Əliyevi də məlumatlandırıblar. Lakin müstəntiq Z.Əliyev tərəflərin barışması qərarını qəti rədd edərək Adnan və Emini həbs edəcəyini bildirib. Bundan sonra A.Hacızadə mobil telefonla atasına və dostlarına zəng edərək vəkil İ.Aşurovu müdafiəçi qismində dəvət edib. Ancaq Ziya Əliyev vəkilin polis idarəsinin inzibati binasına daxil olmasını əngəlləyib.
16. Dərhal cinayət işi başlanması üçün ağlabatan fakta və məlumata malik olmayan müstəntiqin 8 iyul 2009-cu il tarixli qərarında göstərilirdi:

«Abdullayev Emin Paşa oğlu tanışı Hacızadə Adnan Hikmət oğlu və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birgə 8 iyul 2009-cu il tarixdə saat təxminən 18.00-19.00 radələrində Bakı şəhəri, Səbail rayonu H.Z.Tağıyev küçəsində yerləşən «Lebonese» restoranında ucadan söyüş söyüb nalayiq ifadələr işlətməsinə görə ona irad tutulduqda, o, özünü Məmmədov Vüsal Saleh oğlu və Hüseynov Babək İslam oğlu üzərində, habelə onların simasında digər cəmiyyət üzvlərinin qarşısında üstülnlüyünü nümayiş etdirərək (?) heç bir əsaslı səbəb olmadan orada ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qəsdən Məmmədov Vüsal Saleh oğlu və Hüseynov Babək İslam oğlunun bədəninin müxtəlif nahiyyələrinə zərbə endirməklə onlara fiziki zor tətbiq etmiş və bu cür fiziki zorakılığın tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərə (?) yol verməklə xuliqanlıq etmişdir».


17. Sonralar müstəntiq bu mətni olduğu kimi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarına və hər iki şəxs haqqında həbs qətimkan tədbiri tətbiq olunmasına dair prokurora ünvanladığı vəsatətə köçürmüşdür.
18. Z.Əliyev 9-cu Polis Bölməsindən götürdüyü Narkoloci Dispanserin rəylərində Adnan Hacızadənin bədənində xəsarətlər olduğunun, Babək Hüseynovda və Vüsal Məmmədovda isə heç bir xəsarət aşkar edilmədiyinin qeyd edildiyini bildiyi halda, heç bir faktiki və hüquqi əsasa malik olmadan V.Məmmədovu və B.Hüseynovu dərhal zərərçəkən kimi tanıyıb və onları bu qismdə dindirib.
19. Müstəntiq hətta onların şəxsiyyətini təsdiq edən sənədləri də tələb etməyib. Qeyd etmək vacibdir ki, ilkin istintaq hərəkətlərinə başlandığı andan ibtidai araşdırmanın sonunadək cinayət işinin materiallarında Vüsal Məmmədovun və Babək Hüseynovun şəxsiyyətini təsdiq edən hər hansı sənəd əks etdirilməyib.
20. Emin Abdullayevin və Adnan Hacızadənin haqqında müvafiq qərar olmadığı halda, onların tutulması haqqında protokol tərtib edən müstəntiq tutmanın əsası kimi Azərbaycan Respublikası CPM-nin 148-ci maddəsinə (müvafiq bəndləri göstərmədən) əsasən Hacızadənin və Abdullayevin istintaq və məhkəmədən (?) qaçıb gizlənə biləcəyinə və onların əvvəllər dəfələrlə məhkum olunmasına (!) istinad edib. Halbuki Emin Abdullayev və Adnan Hacızadə heç vaxt hər hansı hüquqazidd əmələ görə məhkum edilməmişdilər. Onlar cinayət təqibi orqanının çağırışlarından da heç vaxt yayınmamışdılar.
21. Emin Abdullayev və Adnan Hacızadə ifadələrində göstərdikləri dəlillərə heç bir məhəl qoyulmadığını, işin hallarının kobudcasına saxtalaşdırıldığını görüb buna etiraz etsələr də müstəntiq onların etirazlarını cavabsız qoyurdu. Müstəntiq onların istədikləri müdafiəçilərin polis idarəsinə dəvət edilməsindən imtina etdikdən dərhal sonra özünün münasib bildiyi vəkili dəvət edib və bu vəkili E.Abdullayevin və A.Hacızadənin iradəsi əleyhinə onlara müdafiəçi təyin edib. Emin Abdullayev və Adnan Hacızadə etiraz əlaməti olaraq bu barədə tərtib olunan protokolları imzalamaqdan imtina ediblər. Beləliklə, Adnan Hacızadənin və Emin Abdullayevin ilkin ifadələri və onların tutulması özlərinin dəvət etdiyi müdafiəçilərin iştirakı ilə deyil, faktiki olaraq müstəntiqin hikkələrini müdafiə edən vəkilin iştirakı ilə həyata keçirilib.
22. 09 iyul 2009-cu ildə gecə saat 01.30 radələrində A.Hacızadə və E.Abdullayev qolları bir-birinə qandallanmış vəziyyətdə Səbail Rayon Polis İdarəsindən çıxarılaraq müvəqqəti saxlama təcridxanasına apırılıblar. Həmin gün saat 12 radələrində yenə də A.Hacızadə və E.Abdullayev qolları bir-birinə qandallanmış vəziyyətdə Səbail Rayon Polis İdarəsinə qaytarılıblar. Orada onlara CM-nin 221.2.1. maddəsilə ittiham elan edilib.
23. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən E.Abdullayev və A.Hacızadə müstəntiqin ittihamını qəbul etməyərək işin hallarının saxtalaşdırıldığını bildirməklə hüquqlarının pozulmasını və təqibə məruz qalmalarını təsvir ediblər. Onların irəli sürdükləri dəlilləri yoxlamağa heç bir həvəs göstərməyən müstəntiq cinayət işi başlanmasına dair yuxarıda iqtibas gətirilən qərarı vəsatətə köçürərək Səbail rayon prokurorundan məhkəməyə hər iki şəxs barəsində həbs qətimkan tədbiri tətbiq olunmasına dair təqdimat verməsini xahiş edib. Səbail rayon prokuroru cənab Şirxan Adıgözəlov mətni müstəntiq tərəfindən əvvəlcədən hazırlanan və vəsatətin avtomatik köçürülməsindən ibarət olan təqdimatı imzalayaraq məhkəməyə göndərib.
24. Adnan Hacızadənin və Emin Abdullayevin Konstitusiya və beynəlxalq müqavilələr əsasında malik olduqları hüquqların pozulmasına dair həmin gün vəkillərin təqdim etdiyi şikayətə prokuror heç bir münasibət bildirməyib və hər iki şəxsi dinləməkdən imtina edib.

Yüklə 228,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin