Koşi kriterisi (sıraların müntəzəm yığılması haqqında).
Funksional (3.24) sırasının E çoxluğunda müntəzəm yığılan olması üçün aşağıdakı şərtin ödənilməsi zəruri və kafidir: istənilən ədədi üçün elə N=N var ki, n-in n bərabərsizliyini ödəyən ixtiyari natural qiymətlərində və istənilən natural p(p=1, 2,..) ədədi üçün
bərabərsizliyi x-in E çoxluğundakı bütün qiymətlərində ödənilir.
Tutaq ki, (3.24) sırasının hər bir həddi x-in E çoxluğundakı bütün qiymətlərində
bərabərsizliyini ödəyir. Onda müsbəthədli
sırasına (3.24) sırasının E çoxluğunda majorantı deyilir.
Aydındır ki, (3.24) sırasının E çoxluğunda yığılan majorantı varsa, onda həmin sıra E çoxluğunda mütləq yığılandır. Doğrudan da (3.28) münasibəti ödənilirsə və sırası yığılandırsa, onda müqayisə əlamətinə görə sırası yığılan olar. Bu isə (3.24) sırasının E çoxluğunda mütləq yığıldığını göstərir.
Dostları ilə paylaş: |