S
əki
yə
yax
ın hərəkət zolağı avtobus hərəkəti üçün xüsusiləşdirildikdə və dayanacaq
məntəqələri bir-birinə nəzərən sürüşdürüldükdə avtobus xəttinin buraxma
qabiliyyətinin qiymətləri 38.1
saylı cədvəldə verilmişdir.
Cədəvəl 38.1
H
ərək
ət intensivliyinin yüksək qiymətlərində marşrut nəqliyyatının sürətinin və
təhlükəsizliyinin yüksəldilməsi məsələsi aktual olduğu qədər də çətindir. Bu
məsələni həll etmək üçün marşrut nəqliyyatı vasitələrinə
müəyyən üstünlüklər
verilməlidir.
Bu üstünlüklər aşağıdakılarla təmin olunur:
-yol hərəkəti qaydaları DÜIST 10807-78 və 23457-79-la
müəyyən edilən
uyğun qaydalarla;
- yol ayrıclarının nizamlama tsiklində xüsusi fazanın nəzərdə tutulması ilə;
-ictimai nəqliyyat marşrutu trassasında digər NV üçün məhdudiyyətlər
qoyulmaqla;
- marşrut nəqliyyatı üçün hərəkət zolağını xüsusiləşdirməklə.
Yol hərəkəti qaydaları və standartları marşrut NV üçün aşağıdakı üstün-
lükləri nəzərdə tutur:
- 3.18; 3.19; 3.27 qadağanedici və 4.1 məcburi hərəkət istiqamətləri nişanları
aid edilmir;
- yol ayrıclarında
tramvaylara üstünlük verilir;
- bütün sürücülər dayanacaq məntəqəsindən (yaşayış məntəqələrində
yerləşən) çıxan avtobus və trolleybuslara maneçilik törətməməlidirlər;
- dayanacaq məntəqələrində bütün digər NV-nin dayanmasını qadağan edən
1.17 nişanlama xətti tətbiq edilir (hərəkət hissəsinin kənarında çəkilmiş ziq-zaq
şəkilli sarı bütöv xətt).
Marşrut NV-nin ləngimələrini azaltmaq və hərəkət təhlükəsizliyini
yüksəltmək üçün digər bütün nəqliyyat növlərinə aşağıdakı
müxtəlif
məhdudiyyətlər qoyulur:
Hərəkəti buraxma qabiliyyəti,
avt/saat
115 110 105 100 95
NV-nin uzunluğu,
m
7 10 15 20 30
Tutumu,
nəfər
30
−
35 60
−
70 100
−
110 120
−
140 200
−
220
Avtobusun uzun-
luğu,
m
Tutumu,
nəfər
Avtobus
xəttinin buraxma qabiliyyəti
,
avt/saat
с
к =2
с
к =3
7
10
15
20
30-35
60-70
100-110
200-220
185
175
170
145
240
200
220
190
-sağa dönmələr qarşısında dayanacaq məntəqəsi yerləşirsə, onların qadağan
edilməsi;
-intensiv ictimai nəqliyyata malik küçələrdə digər bütün NV-nin
dayanmasının və
gözləməsinin qadağan edilməsi;
-2.1 və 2.3, həmçinin xüsusi lövhəcikli (obyektə qədər olan məsafəni
göstərən) 2.1 nişanları ilə baş yolun qeyd olunması.
Xüsusi zolaq nəzərdə tutulduqda sürücülərə aydın məlumat verilməlidir.
Məsələn, yola çəkilmiş BUS (1.23) işarəsi və ya 5.9, 5.10.1; 5.10.2; 5.10.3 nişanları
vasitəsilə.
Xüsusi zolağın ayrılması dəqiq əsaslandırılmalıdır və müəyyən edilmişdir ki,
saatlıq hərəkət intensivliyi 40 böyük tutumlu avtobus olan nəqliyyat axını üçün
100
m
-dən çox məsafədə hərəkət zolağının xüsusiləşdirilməsi özünü doğruldur.
Kiçik intensivliklərdə sağ kənar zolaqda digər NV-nin dayanmasının qadağan
edilməsi kifayət edir.
Kəsişmələrdə marşrut nəqliyyatına hərəkət üstünlüyünün verilməsinin
əsaslandırılması üçün həmin NV-nin və onların sərnişinlərinin, həmçinin digər NV-
nin ləngimələri və onlardan dəyən zərər müqayisə edilməlidir.
Nizamlanan və nizamlanmayan yol ayrıclarındakı
ləngimələri azaltmaqla
çatdırma sürətini yüksəltmək olar. Buna aşağıdakı tədbirlər sayəsində nail olmaq
mümkündür:
- ictimai nəqliyyata üstünlüyün verilməsi;
- müxtəlif səviyyələrdə kəsişmələrin tətbiqi;
- yeraltı piyada
keçidlərinin tətbiqi;
- piyada çəpərləri tətbiq etməklə piyada hərəkətini sistemləşdirmək;
- kanallaşdırılmış hərəkətin tətbiqi;
- nizamlama tsikli və onun tərkib hissələrinin optimal qiymətlərinin təyini;
- koordinə edilmiş nizamlamanın tətbiqi;
- adaptiv nizamlamanın tətbiqi;
- sola dönmələrin qadağan edilməsi və s.
Bu tədbirləri həyata keçirdikdə YNH-nin sayı və ağırlıq dərəcəsi də azalır.
Təqribi hesabatlarda aşağıdakı göstəricilərdən istifadə etmək olar:
Δ
к
-%-lə YNH-nin sayının azalması;
- dayanacaq məntəqələrində “cib”lərin tikintisi
−
44
- piyada çəpərlərinin tətbiqi
−
75
- yeraltı
piyada keçidinin tətbiqi
−
73
- səkilərin tikilməsi
−
79
- “Dayanmadan keçmək qadağandır” nişanının
tətbiqi
−
59
- svetoforların tətbiqi
−
65
- birtərəfli hərəkətin tətbiqi
−
60
- hərəkət hissəsinin nişanlanması
−
47
- velosiped yollarının tətbiqi
−
93
Il ərzində YNH-nin sayının azaldılması aşağıdakı düsturla hesablanır: