Müharibəyə dair Almaniya proqramı uzun illər boyu işlənilmiş və müxtəlif dəyişikliklərə
məruz qalmışdı. Almaniyanın müharibədəki məqsədləri Panalman ittifaqının 1914-cü il 28
12
Rusiyanın təbii ehtiyatlar cəhətdən zəngin torpaqlarını tutmaq və münbit torpaqlarda
alman yaşayış məntəqələri salmaq;
Fransanın Lonqvi və Brie dəmir filizi hövzələrini özünə birləşdirmək, Fransa ilə sərhədi
Belfor, Tuliya, Verdendən və Soma çayından qərbə keçirtmək və həmçinin fransız
müstəmləkələrinə sahib olmaq;
Böyük Britaniyanın dəniz hökmranlığına son qoymaq, dünya bazarlarında ingilis
rəqabətini zəiflətmək, dəniz dayaq məntəqələri əldə etmək və ingilis müstəmləkələrini
tutmaq;
məğlub ediləcək dövlətlərdən külli miqdarda pul təzminatı almaq;
gələcəkdə “Böyük Almaniyanın” inkişafı üçün heç bir təhlükənin olmamasından ötrü
bütün rəqiblərini tamamilə zəiflətmək.
Almaniyanın planına görə birinci Fransa ilə müharibə başlanmalı idi. Çünki Rus
qoşunlarının Avropaya gətirilməsi 40 gün vaxt tələb edirdi. Almaniyanın 40 gün vaxtı vardı
ki, Fransa ilə müharibəyə başlasın. Almaniyanın Rusiyaya müharibə elan etdiyi halda
qoşunu yığıb əks tərəfə Fransa üzərinə getməsi müharibənin digər təzadlı tərəflərindən
biridir. Fransa ilə müharibəyə başlamaq üçün bəhanə lazım idi. Bu zaman Fransa və Böyük
Britaniya müharibənin başlanmasını ləngitmək istəyirdilər. Buna görə də fransızlar öz
qoşunlarını 10 km içəriyə çəkdilər ki, Almaniya sərhədin pozulması məsələsindən bəhanə
kimi istifadə edə bilməsin. Belə olduqda Almaniya Fransaya bildirdi ki, guya fransız
təyyarələri Almaniya sərhədini pozub və hətta Nyünberq şəhərinə bomba da atıblar.
Beləliklə, 1914-cü il 2 avqustda Almaniya Fransaya müharibə elan etdi. Amma Fransaya
girmək üçün Lüksünburq və Belçikadan keçmək lazım idi. 1831-ci ildə Belçikanın, 1867-ci
ildə Lüksünburqun birtərəfliyi tanındığından onların sərhədlərini pozmaq olmazdı.
Almanlar Belçikaya bildirdi ki, fransızlar sizin ərazinizə soxulmaq fikrindədir və Alman
ordusu sizi müdafiə etmək üçün Belçikaya gələcək. Belçika hökuməti buna ehtiyac
olmadığını desə də. 1914-cü il 3 avqustda alman orduları Belçika ərazisinə dacil oldu və
həmin gün də Belçika işğal olundu. Ingiltərə Beliçikanın birtərəfliyinin pozulduğunu
bəhanə edərək Almaniyadan qoşunlarını Belçikadan çıxarmasını tələb etdi. Amma
Almaniya bu məsələdə Böyük Britaniyanın birtərəf qalmasını istədi. Böyük Britaniya bunu
qəbul etmədi və əvəzində Belçikanın birtərəfliyinin pozulmasını bəhanə edərək 4 avqustda
Almaniyaya müharibə elan etdi.
Dostları ilə paylaş: