Avstriya-Macarıstanın bu proqramı həyata keçirtməsində Almaniya da maraqlı idi.
Proqramın yerinə yetirilməsi alman kapitalının Avstriya kapitalı ilə birlikdə Balkanlara,
Egey dənizi rayonununa və Osmanlı dövlətinə ixracına şərait yaradardı, Üçlər ittifaqı
dövlətlərini İran körfəzi ilə ərazi cəhətdən birbaşa birləşdirərdi. Bunun da mühüm hərbi-
Rusiyada fevral inqilabı baş verdikdən sonra Almaniya və Avstriya–Macarıstan
hökumətləri Kurlandiya, Litva və Polşanın Almaniyaya, Rumıniyanın xeyli hissəsinin,
Serbistan, Qaradağ və Albaniyanın isə Avstriya–Macarıstana birləşdirilməsi barədə razılığa
gəldilər. 1917-ci ilin noyabrında Almaniyanın Avstriya–Macarıstanla bağladığı məxfi sazişə
görə Polşa çarlığı iki hissəyə bölünürdü. Onun böyük bir hissəsi sərhədləri düzəltmək adı
13
altında Almaniyaya, digər hissəsi isə Avstriya–Macarıstana keçməli idi. Litvada böyük
knyazlıq, Kurlandiyada böyük hersoqluq yaradılmalı idi. Nəhayət, 1917-ci il dekabrın 18-də
Almaniyanın imperiya şurası əraziləri daha da genişləndirmək barədə qərar qəbul etdi.
Rusiyanın işğalçılıq planlarına
Almaniyanın qüdrətini məhv etmək,
Qalisiyanı, Neman çayının aşağı axarını özünə birləşdirmək,
İstanbulu işğal etmək, boğazlara sahib olmaq,
Avropada imperialist niyyətlərini həyata keçirtmək və b. daxil idi.
Dostları ilə paylaş: