Baki döVLƏt universiteti



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#38263
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 13.Birinci Dünya Müharibəsi

Fransanın məqsədi  

 



əsas rəqibi olan Almaniyanın hərbi, iqtisadi və siyasi qüdrətini darmadağın etmək,  

 



1871-ci ildə Fransadan alınan Elzas və Lotaringiyanı geri qaytarmaq,  

 



Reyn çayının sol sahilindəki torpaqları almaq, 

 



Saar  vilayətini  özünə  birləşdirmək,  Suriyanı,  Fələstini,  digər  ərəb  ərazilərini  və  alman 

müstəmləkələrini işğal etmək idi. 

Avropanın  böyük  dövlətlərinin  Uzaq  Şərqdən  müvəqqəti  çıxdığını  görən  Yaponiya 

Çində  və  Sakit  okean  hövzəsində  öz  hökmranlığını  qurmaq  üçün  istifadə  etdi. 

Müharibənin əvvəlindən  Yaponiya  Çinin  Şandun əyalətini və Okeaniyadakı adaları  tutub 

planlarını reallaşdırmağa başladı. 1915-ci il yanvarın 18-də Yaponiya Çinə 21 maddədən 

ibarət ultimatum verdi. Bu tələblərin yerinə yetirilməsi Çini Yaponiyanın müstəmləkəsinə 

çevirirdi.  Yapon  diplomatiyası  Çindən  Şandun  əyaləti  üzərində,  Cənubi  Mancuriyada  və 

Monqolustanda Yaponiyanın iqtisadi və siyasi hökmranlığını qəbul etməyi, bu ərazilərdə 

yaponların  yerləşdirilməsini  və  onların  mülklər  almaq  hüququnu  tanımağı  tələb  etdi. 

Tələblərin içərisində Yaponiyanın siyasi və maliyyə müşavirlərinin qəbul edilməsi, Çinin 

mühüm  mərkəzlərində  yapon-çin  polisinin  yaradılması,  Çinin  yalnız  Yaponiyadan  silah 

alması və s. məsələlər var idi. Yaponiyanın tələblərinə tab gətirmək iqtidarında olmayan 

Çin Yaponiyanın rəqibləri olan Rusiya, Böyük Britaniya, Fransa və ABŞ-dan istifadə etmək 

istədi.  Lakin  bu  Avropa  dövlətlərinin  Yaponiyanın  planlarının  həyata  keçirməsinə  mane 

olmaq üçün gücləri yox idi. ABŞ-ın mənəvi-siyasi köməyi də kifayət etmirdi. Çin hökuməti 

Yaponiyanın  tələblərinin  əksəriyyətini  qəbul  etdi.  Siyasi  tələblərdən  isə  Yaponiya  özü 

imtina  etdi.  Yaponiyanın  Şandun  vilayətini  işğal  etməsi  Çinin  digər  yerlərində  Almani-

yanın  iqtisadi  mövqelərini  tam  məhv  edə  bilmədi.  Çin  ticarətinin  xeyli  hissəsi  alman 

təbəələrinin  əlində  idi.  Alman  bankları  və  ticarət  şirkətləri  səmərəli  fəaliyyət  göstərir-

dilər.  



 

 

14 



Osmanlı imperiyasının Mərkəz dövlətləri  tərəfindən müharibəyə qoşulması Antanta 

dövlətlərinin  diplomatiyası  qarşısında  bir  sıra  kəskin  məsələlər  qoydu.  1914-cü  ilin 

noyabrında  Qafqaz  və  Mesopotamiya,  sonra  isə  Fələstin  və  Dardanel  cəbhələri  yaradıldı. 

Qafqaz cəbhəsi daha çox əhəmiyyət kəsb etdiyindən Osmanlı imperiyası buraya xeyli qüvvə 

göndərdi.  Osmanlı  imperiyası  müharibəyə  qoşulduqdan  sonra  ingilis  diplomatiyası 

noyabrın  14-də  “Rusiyanın  razılığı  ilə  boğazlar  və  İstanbul  haqqında  məsələni”  və 

bütövlükdə türk məsələsini  tamamilə həll etməyi vəd etdi. 1915-ci il martın  12-də  Böyük 

Britaniya  Rusiyanın  İstanbula  olan  iddialarını  müharibə  uğurla  başa  çatdırılarsa,  Böyük 

Britaniya və Fransanın istəkləri Osmanlı imperiyasında və digər yerlərdə yerinə yetirilərsə 

qəbul edəcəyini bildirdi.  

1915-ci  il  aprelin  10-da  Fransa  da  İstanbulun  və  boğazların  Rusiyaya  keçməsinə 

eyni şərtlərlə razı olduğunu bildirdi.  

 

1916-cı  ilin  aprel-mayında  ingilis  və  fransız  diplomatları  olan  Sayks  və  Pikonun 



layihəsi  əsasında  Böyük Britaniya, Fransa və Rusiya arasında  Asiya Türkiyəsini bölüşdür-

mək haqqında ümumi saziş bağlandı. Bu sazişə görə Rusiya “Böyük Ermənistan” adlandırı-

lan ərazini- Ərzurum, Van, Bitlis, Trabzon (Trapezund) və Trabzonun qərbində Qara dəniz 

sahillərinin xeyli hissəsini almalı idi.  

 

Sazişə  görə  Fransa  Suriya  və  Kilikiyanı,  Rusiyaya  keçən  vilayətlərin  qərbindəki 



əraziləri,  İsgəndərun  limanı  ilə  birlikdə  İsgəndəriyyə  körfəzini  almalı  idi.  Fələstində 

beynəlxalq nəzarət altında muxtar vilayət yaradılmalı,  Fələstinin iki limanı- Akra və Xayfa 

Böyük Britaniyaya keçməli idi.  

Ərəb  dövlətləri  federasiyasını  təşkil  edən  Ərəbistan  yarımadasını    və  ona  bitişik 

şimal  əraziləri  ingilis  və  fransızlar  iki  zonaya  bölmüşdülər:  fransız  zonasına-  gələcəkdə 

Fransa  mülkləri  kimi  nəzərdə  tutulan  Suriya  və  Kilikiya,  Mosul  vilayəti  ilə  birlikdə  Şimali 

Mesopotamiya;  ingilis  zonasına  isə  fransız  zonasından  cənuba  İran  körfəzinə  qədər  olan 

ərazi  daxil  idi.  Beləliklə,  gələcək  ərəb  dövlətləri  Böyük  Britaniya  və  Fransanın  siyasi, 

iqtisadi və hərbi asılılığına düşürdülər. 

1917-ci il aprelin 19-da Böyük Britaniya və Fransa İtaliyanın Kiçik Asiyanın Aralıq 

dənizi  sahillərindəki  fransız  mülklərindən  şərqə  doğru  İzmirə  qədərki  əraziləri  tutmaq 

“hüququnu”  tanıdılar.  Kiçik  Asiya  yarımadasının  şimal  hissəsi  isə  gələcəkdə  yaradılacaq 

müstəqil Türkiyə dövləti üçün nəzərdə tutulmuşdu.  

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin