yaranmış geosiyasi reallıqlardan irəli gəlirdi. 1914-cü ilin yayında başlayan Birinci
Dünya müharibəsində dövrün ən güclü 5 ölkəsi – Böyük Britaniya, Fransa, Almaniya,
ABŞ və Rusiya, habelə kifayət qədər güclü regional liderlər olan Avstriya–Macarıstan və
Yaponiya fəal iştirak edirdi. Bu müharibədə iştirak edən ölkələrin hamısının güddüyü
əsas geosiyasi məqsəd strateji cəhətdən mühüm ərazilərin ələ keçirilməsi və ilk növbədə
Müharibənin başlanğıcında döyüşən dövlətlərin qüvvələrinin yerləşməsi fərqli
olmaqla aşağıdakı kimi idi: bir tərəfdən Böyük Britaniya, Fransa, Rusiya, Serbistan və
Hər iki blok dövlətlərinin maddi və insan ehtiyatı eyni cür deyildi. Almaniyanın
çoxlu zabit kadrları sarıdan yaxşı təchiz edilmişdi. Bundan fərqli olaraq Antanta ölkələrinin
15
Müharibənin ilk günündən Almaniya və Avstriya–Macarıstan Antanta ölkələrini
dənizdən blokadaya aldılar. Almaniya bloku ölkələri işğal olunmuş Lüksemburq, Belçika və
Şimali Fransa departamentlərinin iqtisadi qüdrətini, 1915-ci ilin ikinci yarısından isə Polşa,
Litva, Kurlandiya və Serbistanın sənaye və kənd təsərrüfatını özlərinə cəlb etdilər.
Almaniya həmçinin bitərəf dövlətlər olan Rumıniya, Bolqarıstan və Osmanlı imperiyasının
imkanlarından istifadə edirdi.
Böyük Britaniya və Fransa isə öz müstəmləkə və dominionlarının xammal və ərzaq
sərvətlərindən istifadə edirdilər. Bundan başqa müharibə ehtiyaclarını ödəmək üçün
xammal, sənaye və kənd təsərrüfatı məhsulları ABŞ və Cənubi Amerikadan gətirilirdi.
Böyük Britaniya və Fransanın müttəfiqi olan Rusiya müharibənin ilk günlərindən ağır
vəziyyətə düşdü. Almaniya Baltik dənizini, Osmanlı imperiyası isə Qara dənizi Rusiya üçün
bağladı və Rusiya öz müttəfiqlərindən ayrı qaldı.
Almaniyanın müharibəyə dair hərbi - strateji planlarının əsasını Baş qərargah rəisi
general-feldmarşal qraf Şliffenin 15 il müddətində işləyib hazırladığı və 1905-ci ildə başa
çatdırdığı plan təşkil edirdi. Şliffen planının strateji ideyasına görə Almaniya müharibəni iki
cəbhədə aparmalı idi: alman ordularının əsas hissəsi Fransaya, kiçik bir hissəsi isə
Rusiyaya qarşı vuruşmalı idi. 1913-cü ildə vəfat edən Şliffenin yerini tutan Kiçik Moltke bu
planı qəbul etdi.
Müharibə başlanan kimi hər iki blok dövlətləri digər ölkələri öz tərəfindən
müharibəyə cəlb etmək uğrunda gərgin diplomatik-siyasi mü-barizəyə başladılar. Belə
mübarizənin getdiyi ölkələrdən biri Yaponiya idi. Müharibənin başlanğıcında Uzaq Şərqdə
Yaponiya üçün əlverişli beynəlxalq şərait yarandı. Çini işğal etməkdə Yaponiyanın rəqibləri
olan dövlətlər onun bu niyyətlərini həyata keçirməsinə mane ola bilmədilər.Yaranmış
əlverişli beynəlxalq vəziyyətdən ictifadə edən Yaponiya avqustun 15-də Almaniyaya
ultimatum verərək icarəyə götürdüyü Çinin Szyau-çjou ərazisini guya Çinə qaytarmaq adı
altında ona verilməsini tələb etdi. Lakin alman diplomatiyası bu tələbi yerinə yetirməkdən
imtina etdikdə avqustun 23-də Yaponiya Almaniyaya müharibə elan etdi.
Sentyabrın əvvəlində Yaponiya və Böyük Britaniyanın birlikdə mühasirəyə aldıqları
Sindau qalası noyabrın 7-də təslim oldu. Bundan əvvəl isə Yaponiya Okeaniyada
Almaniyanın müstəmləkələri olan Marşal, Karolin və Marian adalarını işğal etdi. Bununla
da Yaponiyanın birinci dünya müharibəsindəki hərbi əməliyyatlarda iştirakı başa çatdı.
Buna baxmayaraq Yaponiya Çinin zəngin Şandun vilayətini işğal etdi, Çin hökuməti
üzərində siyasi nəzarətini qurdu, Sakit okeanın qərb hissəsinin hökmranı oldu və Çinlə
rəqabətsiz ticarətdə müttəfiqlərinə silah sataraq xeyli dərəcədə varlandı.
Osmanlı imperiyasını müharibəyə qoşmaq uğrunda diplomatik-siyasi mübarizə
daha gərgin idi. 1914-cü il avqustun 2-də İstanbulda Almaniya ilə Osmanlı imperiyası
arasında müttəfiqlik haqqında gizli müqavilə bağlandı. Osmanlı imperiyası Üçlər ittifaqı
tərəfindən müharibədə iştirak etmək haqqında öhdəlik götürdü. Almaniya isə Güney və
Quzey Qafqazı, türklərin Balkanlarda və Egey dənizində itirdikləri torpaqları onlara geri
qaytarmağı və pul təzminatı verməyi vəd etdi. Türk diplomatiyası paralel olaraq
İstanbuldakı rus səfiri ilə danışıqlara başladı. Rusların türklərə təzyiq göstərmək cəhdləri
heç bir nəticə vermədi. Avqustun 10-da türk hökuməti Almaniyanın “Heben” və “Breslau”
hərb gəmilərini və onlara xidmət edən yardımçı gəmiləri Dardaneldən buraxdı. İngilis, rus
və fransız diplomatiyası alman gəmilərini və ekipajını tərksilah etməyi Osmanlı
imperiyasından tələb etdi. Lakin türk hökuməti həmin gəmilərin Osmanlı imperiyası
tərəfindən alındığını bildirdi. Almaniya türk ordusunun müharibəyə hazırlıq işini
16
gücləndirərək, onu hərbi sursatla təmin etdi, türk ordu və donanmasının komandanlığına
öz adamlarını yerləşdirdi və boğazların və limanların müdafiəsinə rəhbərlikdə mühüm rol
oynamağa başladı.
“Heben” və “Breslau” hərb gəmilərinin türk sularına gəlməsi Qara dənizdə qüvvələr
nisbətini Osmanlı imperiyasının xeyrinə dəyişdi. Bu, Almaniya hökuməti ilə Ənvər paşa
başda olmaqla türk hökuməti arasında əməkdaşlığı daha da gücləndirdi. Osmanlı
imperiyası ilə Antanta ölkələri arasında danışıqlar gedən vaxt alman generalı Liman fon
Sanders müharibənin türk planını işləyib başa çatdırdı. Bu plana görə türk ordusu Misiri və
Qafqazı tutmalı, rusları və ingilisləri İrandan qovmalı idi. Səfərbərliyi başa çatdıran türklər
hərbi əməliyyatlara başladılar. 1914-cü il oktyabrın 29-da “Heben” və “Breslau” Feodosiya
və Sevastopolu bombardman etdilər, Odessa, Novorossiysk və Kerçdə görünərək bir neçə
rus gəmisini batırdılar. Beləliklə, Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında
müharibə başlandı. Hərbi əməliyyatların gedişində yeni cəbhələr- Qafqaz, Mesopotamiya,
Fələstin-Suriya cəbhələri yaradıldı.
Müharibənin əvvəlindən Avropa dövlətləri bitərəf olan İtaliya, Rumıniya,
Bolqarıstan və Yunanıstanı öz tərəflərinə çəkmək uğrunda gərgin mübarizəyə başladılar.
Hər iki koalisiya üçün bu dörd dövlət böyük hərbi-strateji əhəmiyyət daşıyırdı.
Dostları ilə paylaş: