siyasi mübarizəsində mühüm yer tuturdu. 1914-cü il oktyabrın 1-də Rumıniya və Rusiya
gizli saziş bağladılar. Sazişə görə Rusiya Rumıniyanın ərazi toxunulmazlığına təminat
verirdi və Avstriya–Macarıstanın rumınlar yaşayan ərazisini özünə birləşdirmək hüququnu
İngilis və fransız diplomatiyası Rumıniyanın müharibəyə cəlb edilməsini qətiyyətlə
Almaniya blokundan çıxmasına, Yunanıstanın Antanta tərəfinə keçməsinə, Osmanlı
imperiyasının öz müttəfiqlərindən uzaqlaşmasına və Balkan yarımadasının işğalına kömək
1916-cı il avqustun 17-də Rumıniya Antanta dövlətləri ilə müqavilə bağladı.
hüququ qəbul edildi. Nəticədə Rumıniya avqustun 27-də Avstriya–Macarıstana müharibə
ABŞ dünyanın onun iştirakı olmadan yenidən bölüşdürülməsinə razı deyildi. Lakin
dünyanın bölüşdürülməsində iştirak etməkdən ötrü mütləq müharibəyə qoşulmaq lazım
idi. ABŞ diplomatiyasının müharibəyə kim tərəfindən qoşulmasını obyektiv şərait özü
müəyyənləşdirdi. ABŞ və Böyük Britaniya kapitalının çoxdan qurulan iqtisadi, siyasi və
maliyyə əlaqələri bu seçimə təsir göstərdi. ABŞ bankirləri və inhisarları müharibənin
gedişində onlara borclu olan Antanta dövlətlərinin məğlub olmasını və müflisləşməsini
istəmirdilər. Müharibədə Almaniyanın qələbə çalması isə ABŞ-ın dünya planlarının
reallaşmasına mane ola bilərdi. ABŞ diplomatiyasının düşüncəsinə görə Almaniya qələbə-
dən sonra Avropanı, Kiçik Asiyanı və Afrikanı özünə tabe etdirib onu hətta Cənubi Ameri-
kadan sıxışdırıb çıxara bilərdi və Yaponiya ilə ittifaq bağlayıb Birləşmiş Ştatlar üçün təh-
18
lükə törədərdi. Antanta ölkələri məğlub olardısa, Yaponiya Uzaq Şərqdə hökmran dövlətə
çevrilə bilərdi.
ABŞ diplomatiyası 1916-cı ilin dekabrından 1917-ci ilin yanvarınadək hər iki blok
dövlətləri ilə danışıqlar apardı. Alman diplomatiyasının ABŞ prezidenti Vudro Vilsona
(1912-1920) göndərdiyi sülh təklifləri ABŞ-ın mənafelərinə cavab vermirdi. Alman
diplomatiyası Almaniyanın sülh təkliflərini Antantanın rədd etdiyinə görə bitərəf
dövlətlərin gəmilərinə qarşı fevralın 1-dən amansız müharibəyə başlayacağını bildirdi. ABŞ
Almaniya ilə diplomatik münasibətləri kəsmək üçün bəhanə tapdı. 1917-ci il fevralın 2-də
Almaniya ilə diplomatik münasibətləri kəsməsinə baxmayaraq ABŞ ona müharibə elan
etmədi. ABŞ -ın Almaniyaya müharibə elan etməsi üçün şərait aprel ayında yarandı.
Almaniya ABŞ -ın bir neçə gəmisini batırdı. ABŞ -ın müharibəyə qoşulması üçün bəhanə
eyni zamanda Almaniyanın dövlət katibi Simmermanın Meksikadakı alman səfirinə
göndərdiyi teleqram oldu. Teleqramda Meksikanın ABŞ-a qarşı müharibəyə başlaması
təklif edilirdi. Bu təklif yerinə yetirilərdisə XIX əsrdə ABŞ -ın Meksikadan aldığı sərhəd
ştatları ona qaytarılmalı idi. Simmermanın bu teleqramına cavab olaraq ABŞ hökuməti
1917-ci il aprelin 6-da Almaniyaya müharibə elan etdi.
Almaniyanın və onun müttəfiqlərinin birinci dünya müharibəsində məğlubiy-yətinin
əsas səbəbləri aşağıdakılardan ibarət idi:
Birincisi, Antanta tərəfindən müharibədə döyüşən dövlətlərin iqtisadi və insan
ehtiyatları Almaniya, Avstriya–Macarıstan, Osmanlı imperiyası və Bolqarıstandan üstün
idi. Bunu görə də üzücü müharibədə Almaniya blokunun tükənməsi tez baş verdi.
Dostları ilə paylaş: