Бакы Дювлят Университетинин


§ 2. Əməliyyat-axtarış hüququ hüququn yeni sahəsi kimi



Yüklə 401,63 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.05.2023
ölçüsü401,63 Kb.
#113261
1   2   3   4   5   6   7   8
Movzu 1

 
§ 2. Əməliyyat-axtarış hüququ hüququn yeni sahəsi kimi 
Dövlət və hüquq nəzəriyyəsində hüququn bu və ya digər sahəsinin meydana gəlməsi üçün 
əsasən iki faktın mövcud olması tələb olunur. Bunlardan biri ondan ibarətdir ki, müəyyən qrup 
ictimai münasibətlərin hüquqla tənzimlənməsinə obyektiv zərurət yaransın və həmin münasibətlər 
eynicinsli olsun, digər əlamət isə ondan ibarətdir ki, hüquq sahəsi özünəməxsus tənzimetmə 
metodlarına malik olsun. Əgər birinci faktor obektiv, maddi xarakter daşıyırsa, ikinci müəyyən 
mənada subyektiv xarakterlidir. Belə ki, ictimai münasibətlərin tənzimlənməsi üçün bu və ya 
digər metodun seçilməsi həm də qanunvericinin iradəsindən asılıdır. 
Təcrübə göstərir ki, ictimai inkişafın müəyyən mərhələsində bu və ya digər qrupdan olan 
ictimai münasibətlərin hüquqi tənzimlənməsinə obyektiv zərurətin yaranması heç də mexaniki 
olaraq hüququn uyğun sahəsinin tələb olunan anda meydana gəlməsi üçün kifayət etmir. Bunun 
üçün yaranmış və yaxud yaranmaqda, formalaşmaqda olan obyektiv zərurətin özünün vaxtında 
“aşkar” edilməsi və ona düzgün reaksiya verilməsi tələb olunur. Buradan belə bir qənaətə gəlmək 
olur ki, zərurətin özünün qiymətləndirilməsi, rəsmi səviyyədə tanınması subyektiv elementlərdən 



azad deyildir. Yəni bu zərurətin özünə şüurlu şəkildə “göz yumula”, yaxud da o, düzgün 
qiymətləndirilməyə bilər. Nəticədə isə obyektiv zərurət ya inkar edilir, ya da onun həlli üçün 
qeyri-hüquqi, qeyri-sivil üsul və vasitələr tətbiq edilir. 
Rəsmi sovet hüquq doktrinası sovet hüquq sisteminin təbiət və cəmiyyətin obyektiv inkişafı 
qanunlarına uyğun olaraq inkişaf etdirildiyini təsdiq etsə də, həqiqətdə bu inkişaf subyektiv 
müdaxilələrdən heç də azad olmamışdır. Bunun nəticəsidir ki, dövlətin lap qədim zamanlardan 
cinayətlərin qarşısının alınması cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi üçün konfidensial 
qeyri-leqal vasitələrdən istifadə etməsi ilə bağlı fəaliyyəti – əməliyyat-axtarış fəaliyyəti sovet 
höküməti dövründə qanundan kənarda, «kölgədə» qalmışdır. Əməliyyat-axtarış fəaliyyəti 
çoxşaxəli, çoxmərhələli, mürəkkəb bir fəaliyyət növü olduğundan müxtəlif dövlət orqanları 
tərəfindən həyata keçirildiyindən aydın məsələdir ki, onun vahid normativ aktla əhatə edilməsi 
təcrübi olaraq mümkün deyildir. Ona görə də, həmin fəaliyyət onu həyata keçirən dövlət 
orqanlarının qəbul etdiyi məxfi xarakterli idarədaxili normativ aktlar və əsasnamələr əsasında 
həyata keçirilmişdir. A.İ.Qurovun obrazlı ifadəsi ilə desək, sovet dövləti dövründə “kölgə 
iqtisadiyyatı” ilə yanaşı “kölgə hüquq” sahələri də mövcud olmuşdur və onlardan biri də 
əməliyyat-axtarış hüququdur
1
. mövcudluğu heç kimdə şübhə doğurmayan belə ciddi və ictimai 
əhəmiyyətli fəaliyyət növünün dərəcə məxfiləşdirilərək cəmiyyətdən gizlədilməsi nə ilə bağlı 
olmuşdur? Bu onunla əlaqəlidir ki, sovet cəmiyyətinin bütün sahələri kimi əməliyyat-axtarış 
fəaliyyəti ilə ideoloji ehkamlardan azad olmamışdır. Rəsmi sovet təbliğatı sovet cəmiyyətini 
insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunmuş cəmiyyət kimi təqdim edirdi. 
SSRİ Konstitusiyasına görə, vətəndaşların hüquq və azadlıqları yalnız məhkəmənin qərarı ilə və 
qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Qalan bütün digər hallar istisna edilirdi. 
Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi faktiki olaraq vətəndaşların hüquq və 
azadlıqlarını məhdudlaşdırdığından və bu, SSRİ Konstitusiyası ilə ziddiyyət təşkil etdiyindən, 
onu izah etmək mümkün olmadığından və aradan qaldırılması “məqsədəuyğun” hesab 
edilmədiyindən 
onun 
qanun 
səviyyəsində 
rəsmiləşdirilməsindən 
yan 
keçilərək 
məxfiləşdirilməsinə üstünlük verilmişdir. 
Təsadüfi deyildir ki, sovet dövlətinin onurğa sütununu təşkil edən “Dövlət Təhlükəsizlik 
Komitəsi haqqında” Qanun 1987-ci ildə qəbul edilmişdir. 
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, əməliyyat-axtarış 
fəaliyyətinin qismən leqallaşdırılması bu sahədə illər ərzində toplanmış təcrübi materialların 
nəzəri təhlilinə, mövcud nəzəri işlərin işıq üzü görməsinə, bir çox problem məsələlərin 
diskussiyaya çıxarılmasına və təbii ki, öz düzgün həllini tapmasına şərait yaradacaqdır. 
Hüquq nəzəriyyəsinə görə, hüquq ayrı-ayrı sahələrə, tənzimləmə predmetinə və metodlarına 
görə bölünür. Hüquqi tənzimləmə predmetinə aşağıdakı elementlər daxildir: ictimai 
münasibətlərin müəyyən qrupu, həmin münasibətlərin subyektləri, ictimai münasibətlər qrupunun 
meydana gəlməsini şərtləndirən sosial faktlar və insanların təcrübi fəaliyyəti. 
Hüquqi tənzimləmə metodu mürəkkəb bir element olub, tərkib hissələrinə malikdir. Hüquqi 
tənzimləmə metoduna daxildir: a) tənzimlənən münasibətlərin sərhədlərinin müəyyən edilməsi; b) 
uyğun normativ-hüquqi aktların qəbul edilməsi; c) ictimai münasibət iştirakçılarının hüquq və 
fəaliyyət qabiliyyətinə malik olması; ç) nəzərdə tutulmuş hüquq və vəzifələrin pozulmasına görə 
məsuliyyətin müəyyən edilməsi
1

Deyilənləri ardıcıl olaraq əməliyyat-axtarış hüququna tətbiq etsək görərik ki, o, bütün 
göstərilən ölçülərə cavab verir və artıq Azərbaycan hüquq sisteminin müstəqil bir sahəsi kimi 
mövcuddur. Əməliyyat-axtarış hüququnun predmeti digər kriminal istiqamətli hüquq 
elemenlərinin (məsələn, cinayət və cinayət prosessual hüququ) predmetləri ilə oxşarlıq təşkil etsə 
də, o, bir sıra spesifik xüsusiyyətlərə malikdir ki, həmin xüsusiyyətlər onun predmetinə daxil olan 
ictimai münasibətləri müstəqil bir qrup halında ayırmağa imkan verir. Həmin münasibətlərin 
mühüm bir xüsusiyyəti ondan ibarətdir ki, onlar əsasən əməliyyat-axtarış fəaliyyəti zamanı 
meydana gəlir, inkişaf edir və xitam olunur. Bu ictimai münasibətlərin digər mühüm bir 



xüsusiyyəti onların subyektin cinayət törədilən ana qədərki davranışını əhatə etməsidir (məsələn, 
şəxsin cinayətə hazırlıq görməsi ilə bağlı məlumatın daxil olması və bununla əlaqədar olaraq 
onun güdülməsi). Şübhəsiz ki, bu halda hazırlıq hərəkətlərində cinayət tərkibi olmamalıdır. Belə 
olan halda şəxsin davranışı həm də cinayət hüququnun predmetinə daxil olacaqdır. Bununla 
yanaşı, əməliyyat-axtarış hüququ həm də həmin fəaliyyət subyektlərinin prosessual fəaliyyətini 
(əməliyyat-xidmət fəaliyyəti) tənzimləyir. 
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 5-ci maddəsinin 1-ci hissəsi onu 
həyata keçirən subyektləri (bunlar təhqiqat orqanlarıdır), 8 –ci maddə isə həmin subyektlərin 
səlahiyyət hədlərini müəyyən edir. Qeyd olunan Qanunun 21-ci maddəsində əməliyyat-axtarış 
fəaliyyəti subyektlərinin qanunçuluğun pozulmasına görə məsuliyyətləri nəzərdə tutulur. 

Yüklə 401,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin