Бакы Дювлят Университетинин



Yüklə 401,63 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.05.2023
ölçüsü401,63 Kb.
#113261
  1   2   3   4   5   6   7   8
Movzu 1




ƏMƏLİYYAT-AXTARIŞ HÜQUQUNUN TARIXI, ANLAYIŞI, 
PREDMETİ, METODLARI VƏ VƏZİFƏLƏRİ 
 
Əməliyyat-axtarış fəaliyyətinin qısa tarixi başlanğıcı, mahiyyəti, məzmunu 
 
1. 
Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin qısa tarixi 
başlangıcları 
Cəmiyyətdə antoqonist siniflərin meydana gəlməsi və əmlak bərabərsizliyinin yaranması 
nəticəsində klassik alimlərin dediyi kimi “zor aparatı” – dövlət meydana gəlmişdir. Dövlət 
meydana gəldiyi vaxtdan davranış qaydalarını (həm icazə verilən, həm də qadağan olunan) 
müəyyən etməyə başlamışdır. O, cəmiyyətdə insanları, onların mülkiyyətində olan əmlakları, 
eləcə də dövlətin özünü ictimai-təhlükəli qəsdlərdən müdafiyə etmək funksiyasını da üzərinə 
götürmüşdür. Dövlət mövcud olduğu vaxtdan müasir günümüzə qədər cinayətlərin baş 
verməməsində maraqlı tərəf kimi çıxış edir və təbii ki, bu cinayətlərin qarşısını almaq üçün 
müəyyən metodlardan istifadə etmək məcburiyyəti yaranmışdır. 
İnsan tarixi ilə bağlı bütün dövrlərdə müxtəlif dövlətlər öz aralarında hegemonluq üçün 
müxtəlif üsullarla mübarizə aparmışlar. Bu mübarizədə rəqibi barədə dəqiq və geniş məlumatlara 
malik olan dövlətlər qalib çıxırdı. Və bunun üçün sınaqdan çıxmış üsul – xəfiyyə,casusluq 
fəaliyyətindən istifadə olunurdu. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar. Belə ki, 
bizim eradan dörd əsr əvvəl Çinin hərbi traktatında qeyd olunurdu: “düşmənimiz olan dövlət 
haqqında, əsasən də onun hərbi qüdrəti barədə məlumatları nə Allahdan, nə “qara qüvvələrdən” 
(magiya), nə də uyğunluğa görə əqli nəticə yolu ilə əldə etmək qeyri mümkündür. Düşmənin 
hərbi vəziyyəti haqqında məlumatları yalnız müxtəlif insanlardan əldə etmək olar”.
Bizim eranın I-III əslərinin qədim Hind ədəbi yaddaşı olan “Artxaşasantra” da da qədim 
Hind cəmiyyətində fəaliyyət göstərmiş xüsusi xidmətlərin strukturu barədə məlumatlara rast 
gəlmək olar. Buradakı məlumatlara görə, qədim Hindistanda çarlar ücün müxtəlif əməkdaşlar pul 
və qiymətli hədiyyə əvəzində seçilirdi. Seçilmiş şəxslərə tapşırıldı ki , əgər dövlətə qarşı və çarın 
əleyhinə (çarın həyatına sui-qəsd edilməsi) aid məlumat eşitsən, o dəqiqə bu məlumatları dövlət 
rəhbərinin xüsusi təyin etdiyi şəxsə xəbər verməlisiniz. Burada həmçinin şübhəli şəxslərin 
üzərində nəzarət etmək üçün və hakimiyyətdə olan şəxslərin qeyri-qanuni gəlirlərinə seçilmiş 
şəxslər tərəfindən nəzarət edilməsi barədə məlumatlara da rast gəlinir. 
Müasir elmi təhqiqat materialları, tarixi arxivi sənədlərinə istinad edərək belə demək olar ki, 
qədim zamanlardan bəri əməliyyat-axtarış, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin əsasını agentur 
metodu təşkil edibdir. Bu məxfi əməkdaşların (agentlərin) və hüquq-mühafizə orqanlarının 
əməliyyat işçilərinin, əməliyyat əhəmiyyəti daşıyan məlumatların əldə edilməşi məqsədilə və 
hüquqazidd hərəkətlərin sənədləşdirilməsi ücün, həmin məlumatlara malik olan şəxslərlə etibarlı 
əlaqələrin, münasibətlərin qurulması, inkişaf etdirilməsi üzrə hüquq mühafizə və xüsusi xidmət 
orqanlarının uydurulmuş davranışının üsullarının məcmusudur. 
Suriya ərazisində tapılan və tarixi b.e.ə XIII əsrə təsadüf edən qədim lövhənin üzərindəki 
yazılardan məlum olur ki, agentlərdən (kəşfiyyatçılardan) dövlətlərarası münasibətlərdə girov 
şəxs kimi istifadə olunması halları o dövrdə də mövcud idi. Bu yazılardan məlum olur ki, bir 
dövlət başçısı o biri dövlətin başçısına şikayətində onun xəfiyyəsinin qaytardığını, əvəzində isə 
girov pulu almadığını söyləyir. 
Bizim eradan əvvəl VI əsrdə yaşamış Çin mütəfəkkiri Konfutsi (konfusiçilik: Çin 
mütəfəkkiri Konfusinin dini nəzəriyyəsinə əsaslanan əxlaqi-fəlsəfi baxışlar və ənənələr sistemi). 
ilə bir dövrdə yaşamış məhşur hərbi nəzəriyyəçi Sun-Tzı kəşfiyyat fəaliyyətinə böyük əhəmiyyət 
verərək qeyd edirdi ki, agentlərlə olan iş ciddi sirr kimi saxlanılmalı, onlardan bacarıqla istifadə 



edilməlidir. O, bəzi hərbi xidmət başçılarının agent metodundan istifadə etməmələrini 
bəyənmirdi. O, agentləri 5 növə bölürdü:
- yerli; 
- daxili (düşmən ölkədə həmin ölkə vətəndaşlarından olan agentlər);
- göndərilmiş (ikili və yaxud yenidən cəlb edilmiş agentlər);
- geri qayıtmayanlar (və ya diversantlar); 
- uyğunlaşmışlar (müəyyən bir yerdə təşkil edilmiş konspirativ sistemi təşkil edən, həmin 
yerdə uzun müddət yaşamış agentlər-kəşfiyyatçılar.) 
Agent metodunun təşəkkül tapmasına bizim eradan əvvəl I əsrdə yaşamış və özü də agent 
rolunda çıxış etmiş məşhur şah Mitridat VI Ponti böyük rol oynamışdır. Tarixi əlyazmalardan 
onun çıx şübhəli, qəddar bir insan olduğu məlum olur. Mitridatın agentləri Roma və Yunanıstan 
ərazilərində iş görmüşlər. 
Məşhur filosof Herodotun (b.e.ə. 480-cı il) işlərindən qədim yunanların İrandan olan 
agentlərdən istifadə etmələri məlum olur. 
Makedoniyalı İsgəndər və Karfagenli Hannibal da agentlərdən geniş iştifadə edirdilər. 
Məsələn, tarixdə belə bir hadisə baş vermişdir: Bizim eradan əvvəl III əsrdə II Punis müharibəsi 
zamanı Siciliya şəhərini almamışdan əvvəl Hannibal oraya öz agentlərini göndərməklə, ondan od 
və tüstü vasitəsi ilə işarələr qəbul etməklə, həmin şəhəri az itgi verərək almışdır. Antik 
tarixçilərin dediklərinə görə Hannibal özü dəfələrlə parik geyərək və yalançı saqqal bağlayaraq 
italyan düşərgələrinə gəlmiş və özü üçün son dərəcə vacib saydığı məlumatları əldə etmişdir. 
Çingiz xan da agentlərdən aktiv istifadə edirdi. O, əks-kəşfiyyat tədbirlərin çox təhlükəli 
olduğunu başa düşərək düşmən casusları ilə qəddar mübarizə aparırdı.
Bizim eranın VI əsrində Bizans imperiyasının Konstantinopoldakı kəşfiyyatı böyük 
əhəmiyyətə malik idi. Onlar agentləri ticarətçilər sifətində xarici ölkələrə göndərirdilər.
XVI əsrin II yarısında İngiltərədə kral hakimiyyəti uğrunda daxili müharibələr gedən zaman 
agent metodu geniş yayılmışdı. Şaxəli agent yaratmış VII Henrix Tyudorun məqsədi öz 
düşmənləri haqqında son dərəcədə dəqiq məlumatları almaq idi. VII Henrixə xidmət edən bu 
agentlər 4 qrupa bölünürdü;
I qrupa - rezident (ingilis diplomat və ya tacirləri) rolunda olan gizli casuslar;
II qrupa - konkret xüsusi məsələləri həll etməli olan cəmiyyətin aşağı təbəqələrindən seçilən 
«informatorlar»;
III qrupa - müəyyən insanlara daim nəzarət edən, onların əlaqələrini aşkara çıxaran, lazım 
olduqda onları oğurlayan professional kəşfiyyatçılar;
IV qrupa - hər hansı bir sosial rol (həkim, keşiş) oynayan professional kəşfiyyatçılar. 
XV əsrdə İtaliyanın xaricdə daimi səfirliklərinin yaradılması ilə əlaqədar xarici siyasi 
kəşfiyyat daha da aktivləşdi. Məlumatın toplanmasında Venesiyadan olan agentlər yüksək 
professionallıq göstərirdilər. Onlar daha dəqiq məruzələr etmək və orijinal nəticələr çıxarmaq 
qabiliyyətinə malik idilər. O vaxtlar diplomatiya ilə casusluq arasında fərq yox idi. İlk vaxtlar 
səfirlər ikitərəfli mövqe tuturdular: rəsmi olaraq onlar diplomatik, qeyri-rəsmi olaraq kəşfiyyatçı 
funksiyası daşıyırdılar. 
Orta əsarlərdə kilsənin də bütün Avropa ölkələrində agent şəbəkəsi var idi. Kənd əhalisinin 
əhval-ruhiyyəsini kilsədə daha yuxarı rütbə tutanlara xəbər verən kənd keşişlərindən tutmuş çarın 
gizli planları haqqında məlumatları əldə etməyi bacaran agentlər bu şəbəkəyə daxil idilər. 
Kilsə kəşfiyyatının inkişafında əsas rolu XVI əsrin I yarısında yaradılmış «İsus Cəmiyyəti» 
oynamışdır.
Alman tarixi salnaməsidə 1740-1786-cı illərdə hakimiyyətdə olmuş II Fridrixin Almaniya 
üçün böyük xidmətlər göstərdiyindən bəhs olunur. Avstriyaya qarşı müharibəyə başlayan zaman 
o, yaxşı təşkil edilmiş kəşfiyyata ehtiyyac duyaraq agentlik yaratmışdı. Onun agentləri düşmənin 
döyüş hazırlığı və s. barədə dəqiq məlumatları ona çatdırırdılar. O, öz agentlərini 4 kateqoriyaya 
bölürdü: 



I - Dövlət sirrinə müdaxilə edə bilən yüksək rütbəli şəxslərdən olan - mühüm agentlər; 
II - Əhalinin yoxsul təbəqəsindən olan adi agentlər, yəni az pula gizli tapşiriqları yerinə 
yetirən agentlər. 
III - Hakimiyyətin təsiri altında məcbur edilmiş agentlər; 
IV - Düşmən tərəfin ifşa edilmiş casuslarından ibarət agentlər, bunlara ikili agentlər deyilir. 
Tarixdə məşhur olan insanlardan: «Robinzon Kruzo» kitabının müəllifi Daniel Defo, Karon 
de Bomarşe xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən super-agentlər olmuşlar.
Fransa kriminal polisinin fəaliyyətində də XVIII əsrin əvvəlində polis kəşfiyyatı sahəsində 
kadrlı məxfi agentlərin və xəbər verənlərin optimal ahənginə (uyğunluğuna) təmayül yaranmağa 
başlandı. ƏAF konspirasiyasının bu aspektini fransız kriminal polisinin (Sürte) baniləri Anri və 
Vidok həyata keçiriblər. Cinayətkarlıqla mübarizə ücün yaradılmış Paris polis prefekturası 
bölməsinin rəhbəri olarkən Anri intuisiya ilə belə qənaətə gəldi ki, axtarış işinin adi xəbər əldə 
etməsi formasının istifadəsindən digərinə kecmək lazımdır, çünki köhnəsi artiq o vaxtlar Parisi 
caynağına çəkmiş cinayıtkarliqla mübarizədə cüzi nəticə gətirirdi. Tale Anrini Vidok familiyalı 
bir adamla görüşdürdü. Sonuncunun olduqca zəngin kriminal təcrübəsi var idi. Buna o Fransa, 
Belçika, Avstriyada sərsəri həyat kecirərək quldurluqla məşğul olmuş və nəticədə katorqa 
həbsxanalarına düşərək yiyələnmişdir. Burada Vidok həbsxana həyatının zəngin təcrubə və 
vərdişlərinə yiyələnmisdi, çünki illər ərzində təhlükəli cinayətkarlarla yan-yana yaşamışdır. 
Həbsxanalardan uğurlu qaçışlar edirdi. Sonuncu qaçış ona 10 il müddətinə azadlıq gətirdi, amma 
onu aşkar edən keçmiş dustaqlar ondan onları gizlətməyi tələb edildilər. Bu onunla izah edilirdi 
ki, Vidok qaçışdan sonra hörmətli burjua (sahibkar) kimi yaşayırdı. Satılmaq və ya polislə 
razılaşmaya gəlib sonradan həbs təhlükəsindən azad olmaq seçimlərinin arasında qalmışdır. 
Vidok ikincini secmiş və Anrinin yanina könüllü gəlib təslim olmuşdur. Bu kontraktın əsas 
nəticəsi o oldu ki, Anri Vidoka nəinki polislə əməkdaşlığa razı, hətta digər ədəbsiz xəbər 
verənlərdən fərqli keyfiyyətdə bu işi bacaran adamı görmüşdür. Bunun üçün onun dustaqxanadan 
qəsdən düzəldılmış qacışı təşkil olunmuşdur. Bundan sonra o qalmaq üçün etibarlı yerlə təmin 
edildi və Anridən xüsusi tapşiriqlar alırdı. Əlbəttə, burada həlledici o oldu ki, Anri Vidoka sərbəst 
hərəkət etməyə icazə verdi. Anrinin bu qərarına təkan verən hadisə uğurla gizlənən saxta pul 
kəsənin tutulması üçün Vidokun müvəffəqiyyətlə yerinə yetirdiyi tapşırığı olmuşdur. Vidokun 
hərəkətlərinə rəhbərlik edən Anri başa düşdü ki, onun cinayət aləmi ilə müfəssəl tanışlığı, 
dözümü və intuisiyası, dəyişilmə bacarığı, fenomenal görmə yaddaşı və s. ilə birlikdə axtarışın 
yeni bir formasını təcrübədən keçirməyə imkan verir. Yəni, cinayət aləminə yeridilmiş, polisə 
mənsubiyyətini gizlədən peşəkar xəfiyyə tərəfdən kriminal informasıyanın əldə edilməsi mümkün 
olmuşdur. Bundan başqa, Vidokun hərəkətlərini düzgün qiymətləndirərək Anri ona köməkçilər 
işə götürməyə imkan verdi və bu qrup “təhlükəsizlik briqadası” kimi qeyd edilmişdir. Paris 
polisində bu briqadanın varlığı nümayiş etdirilmirdi. 
Beləliklə, Vidokun və onun briqadasının fəaliyyətində əsas element əməliyyat-axtarış 
hərəkətlərinin kompleks tətbiqi ilə bərabər xəfiyyələrin maskalanması idi. Bu halda axtarışın bu 
forması belə şüarların düzlüyünü təsdiq edirdi ki, cinayətkara ancaq cinayətkar qalib gələ bilər. 
Bununla belə Vidokun briqadası islahata məruz qaldı, nəticədə isə onun tam ləğv edilməsinə 
gətirib çıxardı, çünki məhkumluğu olan şəxsləri xəfiyyə qismində kriminal polisə işə götürmək 
qadağan edildi. Bununla əlaqədar Sürtenin uğurları azalmağa başladı. Yaranmış vəziyyət 
Vidokun varislərini və təcrübəni yenidən dərk etməyə və axtarış sahəsindəki uğurlu tapıntıları 
yeni tələblərə uyğunlaşdırmağa vadar etdi. 
Müsəlman ölkələrinə gəldikdə onlar da gizli xidmət təşkilatları yaratmışlar. IX əsrdə hər bir 
xəlifənin öz gizli polis sistemi mövcud olmuşdur ki, buraya qadın - casuslar da daxil idilər.
Şirvanşahlar dövləti dövründə (İX-XV əsrlər) Azərbaycanda feodal şəhər inzibati idarəsinin 
mühüm simalarından biri – şəhərin bazarlarına, ticarət-sənətkarliq məhəllələrinə, məhsulların 
keyfiyyətinə, təmizliyə və qayda-qanuna, ölçü və çəki vasitələrindən düzgün istifadə olunmasına 
nəzarət edən möhtəsib idi. O, polis funksiyasını da yerinə yetirərək, şəhərdə ictimai asayişın 



qorunması, cinayət işlərinin və cinayətkarlığın tədqiqi, sərxoşların və iğtişaşçıların 
cəzaladırılmasını icra edirdi. 
Səfəvilər dövləti (XVI-XVII əsrlər); şərqin böyük dövlətlərindən biri olan Səfəvilər öz 
sələfləri Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yerində meydana gəlmişdir. Şəhərlərin ümumi 
idarəçiliyində, xüsusilə inzibati idarəçilikdə daruqələrin rolu böyük idi. Daruqə -vmonqol 
dilindən alınma söz olub, müasir anlamda, “polis rəisi” mənasını verir. Daruqə və ona tabe olan 
polis idarə orqanları öz quruluşuna görə divanbəyi institutunun tərkibinə daxil olmaqla
bilavasitə ona tabe idilər. Daruqələr şahın fərmanı ilə təyin olunur və işdən azad edilirdilər. 
Şəhərdə ictimai asayışın qorunması, insanların əmlakının və hüquqlarının təmin olunması, 
sabitliyin saxlanması ilə bağlı bütün məsələlər daruqələrin səlahiyyətinə daxil idi. Daruqələr 
təkcə şəhər, qəsəbə və şəhərətraflı mahallarda deyil, həm də kəndlərdə nizam –intizamı qoruyur, 
müqəssirləri cəzalandırır və cərimə edirdilər. Polis rəisi funksiyasını həyata keçirən daruqələr 
şübhəli şəxsləri, cinayətkarları, ictimai qaydaları pozanları tutub təhvil verməklə yanaşı, həm də 
xan məhkəməsi tərəfindən çıxarılmış hökmlərin icrasına nəzarət edərək, icra məmuru 
səlahiyyətlərini də həyata keçirirdilər. 
Daruqələr bir növ agetura işini də təşkil edir və həyata keçirirdilər. Onun bu işlə məşğul 
olan adamları var idi və onlar gündəlik olaraq gizli nəzarəti həyata keçirir, gün ərzində baş vermiş 
bütün hadisələr haqqında daruqələrə geniş məlimat verirdilər. Daruqələr adətən, öz inanılmış 
adamlarından məlumat almaq ücün şəhərin bir məhəlləsini seçir və həmin məhəllədə axşamdan 
üç saat keçmiş süvari halda gəzintiyə çıxaraq onların məlumatını dinləyirdilər. Alınmış 
məlumatlar yoxlanıldıqdan sonra tədbirlər görülürdü. Cinayət törədildikdə, ilkin mərhələdə əsas 
başçı daruqə (ehdas qazısı) iştirak edir və son mərhələ divanbəyi yaninda məhkəmə prosesi ilə 
başa çatırdı. 
Istər Şirvanşahlar, istərsə də Səfəvilər dövründə Azərbaycanda artıq məhkəmə sistemi 
təkamül tapsa da, xüsusi olaraq, ibtidai istintaq və təhqiqat orqanları olmamışdır. Düzdür, o 
dövrlərdə qazıların və məhkəmə (hakim) funksiyasını yerinə yetirən şəxslərin özlərinin 
köməkçiləri və məsləhətciləri olmuşdur. Bəzən də bu funksiyanı onların katibləri (mirzələri) 
yerinə yetirmişdir. Lakin ibtidai istintaq və təhqiqat ayrıca bir institut kimi yaradılmamışdır. 
Təqribən 1804-1826-cı illərdə Azərbaycan xanlıqları bir-birinin ardınca öz müstəqiliklərini 
itirdilər. Bu dövrdən Azərbaycanda vahid inzibati-polis sistemi olmamışdır. Yalnız 1828-cı ildə 
xanlıqlar öz sərbəstliklərini itirdikdən sonra Rusiyanın tərkibinə qatılmış Azərbaycan inzibati-
ərazi vahidləri üzrə quberniyalara və qəzalara bölünərək orada imperiya hərbi-inzibati rejimi – 
komendant müstəmləkəçiliyi, o cümlədən polis idarəçilik sistemi yaradılmışdır. 
Əməliyyat-axtarış fəaliyyətini tənzimləyən ilk huququ mənbələrdən Rusiyanın Vizantiya 
ilə 911, 945- ci illərdə bağladığı müqavilələr, həmcinin “Ruskaya Pravda” qeyd edilməlidir.
Rusiyada əməliyyat-axtarış fəaliyyətinin inkişafı bir sıra topluda öz əksini tapmışdır. Buna 
1497-ci il Məhkəmə Toplusu, 1550-ci il Məhkəmə Toplusu, 1649-ci il Boyar dumasının 
fərmanları göstərilməlidir. Rusiyada polis fəaliyyəti dövlətin siyasi və iqtisadi təhlükəsizliyinin 
təmin olunmasına yönədilmişdir. 1649-cı il toplusunda siyasi dövlət cinayətləri ayrılaraq onlara 
ölüm hökmü tətbiq edilməsi nəzərdə tutulmuşdur. Car hökümətinin və carın özünün mühafizəsini 
təmin edən hüququ baza yaradıldı. Əməliyyat-axtarış fəaliyyətində 1655-ci ildə yaradılmış 
“Prikaz Taynıx Del” böyük rol oynamışdır. Onun funksiyalarına Rusiyada mövcud quruluşa və 
cara qarşı yönəldilmiş fəaliyətin araşdırılması üzərində nəzarətin həyata kecirilməsi, aşkar sürətdə 
müxtəlif məlumatların əldə edilməsi, hesabat və karguzarlığın yoxlanması, qeyri aşkar gizli 
surətdə sərkərdələrin, vəzifəli şəxslərin, səfirlərin hərəkətlərinə nəzarət edilməsi daxil edilmişdir. 
Əməliyyat-axtarış fəaliyyətinin inkişafı I Pyotrun hökmranlığı dövrünə təsadüf edir. 1715-
ci ildə Peterburqda polis dəftərxanası adlanan idarə yaradılır. 1718-ci ildə siyasi polis orqanı olan 
“Gizli axtarış işlərinin dəftərxanası” təşkil edilir. I Pyotrun ölümünən sonra xalq kütlələrinin 
etirazına qarşı və eləcə də hakimiyyət uğrunda mübarizə aparan daxili saray qruplaşmalarına 
qarşı imperator hakimyyətini müdafiyə etmək ücün “Gizli axtarış işlərinin dəftərxanası”nın 



səlahiyətləri əhəmiyyətli dərəcədə genişləndirildi. Bütün mərkəzi və yerli idarə edici orqanlar 
“Gizli axtarış işlərinin dəftərxanası” nın göstərişlərini yerinə yetirməliydilər. 
Əməliyyat-axtarış fəaliyyətinin sonrakı inkişaf mərhələsi I Aleksandrın hakimyyəti dövrünə 
təsadüf edir. 1801-ci ildə imperator Gizli ekspedisiyasının və işgəncələrin ləğvi haqqında 
manivest imzalamışdır. Siyasi cinayətlərin istintaqı və ona baxılması Senata, həmcinin ümumi 
polisin cinayət ışləri üzrə məhkəməsinə həvalə edildi. Daxili işlər nazirliyi yaradıldı. 1811-1819-
ci ilə qədər həmin orqan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata kecirirdi.
XVII əsrdən başlayaraq bir çox ölkələrdə sonralar əks-kəşfiyyati xidmət adlandırılan 
müstəqil strukturlar yaradılmağa başlandı. 3 iyul 1826-cı ildə Rusiyada imperator ailəsinin 
təhlükəsizliyinin və çar rejiminin qorunması məqsədilə imperatorun şəxsi dəftərxanasının III 
bölməsi timsalında siyasi polis yaradıldı. Sonralar bu funksiyalar Daxili İşlər Nazirliyinin 
təhlükəsizlik sisteminə həvalə edildi. Polis mühafizəsi çar rejiminə qarşı çıxan şübhəli şəxslər 
barədə məlumatlar toplayırdılar. Mühacirlər, tələbələr və inqilabçılarla iş aparmaq üçün agentləri 
xaricə göndərirdilər. Göründüyü kimi, burada xüsusi xidmət və polisin işi 3 formada: kəşfiyyat, 
əkskəşfiyyat və polis axtarışı formalarında cəmlənmişdi.
1827-ci ildə Rusiyada xususi “Jandarmlar korpusu” təşkil edildi və bu korpus öz növbəsində 
3-cü bölmənin icracı orqanı kimi çıxış edirdi
Bu dövrdən başlayaraq XIX əsrin əvvəllərinədək Azərbaycanda inzibati-idarəçilik 
hakimiyyətinin əsasını Rusiya hərbi komendaturaları təşkil etmişdir. Bütün kəndlər və şəhərlər 
çar hərbi zabitləri, yəni komendantları tərəfindən idarə edilirdi. O dövrün ərazi-müstəmləkəçilik 
rejiminə xas olan qaydaya görə komendantlar xeyli məhkəmə-hakim hüquqlarına malik idilər, 
onların hətta ölüm hökmü çıxarmaq səlahiyyətləri var idi. Komendatlar həm də hərbi və polis 
səlahiyyətlərini də yerinə yetirirdilər. Onlar sərbəst olaraq yerli əhaliyə qarşı fiziki işgəncələr 
verir və hökmlər çıxarırdılar. Komendant həm də bütün çinovnikləri – şəhər qazılarını, naibləri, 
mahalları təyin edirdi ki, onlarda bütün polis funksiyalarını yerinə yetirirdilər. Məsələn, ıctimai 
qaydanın qorunması, hakimiyyətdən gizlənən şəxslərin axtarılıb tapılması və onlara işgəncə 
verilməsi, təhlükəli cinayətkarın türmələrdə saxlanması və ya sürgün edilməsi və s. 
1844-cü ildə Azərbaycanda canişinlik (sərdarlıq) institutu yaradıldı. Bununla yanaşı, 
Qafqazda inzibati - ərazi dəyişikliklərinə uyğun olaraq polis idarələri yaradıldı. 
“Zaqafqaziya diyarının idarə edilməsi üçün Təsisatlar” haqqında Qanuna əsasən əvvəlcə 
Yelizavetpol (Gəncə), Qarabağ (1846-cı ildən – Şuşa), Quba, Naxçıvan, Talış (1846-cı ildən 
Lənkəran) və Şirvan (1846-cı ildən Şamaxı) qəza polis idarələri təsis edildi. Sonra isə 1846 -cı 
ildə Nuxa qəza polis idarəsi yaradıldı. Bütün bu idarələr quberniya (vilayət) rəisinin bilavasitə 
tabeliyində olmaqla Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinə tabe idilər. 
Azərbaycan çar Rusiyasının müstəmləkəçiliyinə daxıl olduqdan sonra, 1860-cı ilədək 
cinayətlərin araşdırılması polisin vəzifələri dairəsinə daxil idi. Müstəndiq rolunda əsasən məhəllə 
nəzarətçiləri (nadziratellər) çıxiş edirdilər. Iri şəhərlərdə isə mülki və cinayət işləri üzrə xusüsi 
olaraq ayrılmış və qəza məhkəmə iclasçıları mövcud idi. Mühüm əhəmiyyətli hadisələr baş 
verdikdə isə istintaq qubernator tərəfindən xusüsi olaraq ayrılmış və hadisə yerlərinə ezam 
edilmiş çinovniklərə həvalə edilirdi. Çox zaman isə yerlərdə istintaqı polis məmurları aparırdılar.
1861-ci il tarixdə təhkimcilik hüququnun ləğvindən sonra cinayətkarlığın qarşısının 
alınması məqsədi ilə bir sıra tədbirlər həyata kecirilmişdir. 
1873-ci il Peterburqda, 1881-ci il tarixdə Moskvada polismeyster dəfdərxanasının nəzdində 
cinayət axtarışını həyata kecirən xususi orqanda, xəfiyyə bölməsi yaradılmışdır
20 noyabr 1894-cü (1864-ci il YOXLAMAQ) ildə qəbul edilmiş “Cinayət məhkəmə icraatı 
Nizamnaməsinə” görə dairə məhkəmələrinin səlahiyyətinə aid olan cinayətlərin və xətaların ilkin 
istintaqının məhkəmə müstəntiqləri tərəfindən polisin köməkliyi ilə aparılması göstərişi verildi. 
Məhkəmə müstəntiqi olmadıqda isə bu Nizamnamə sonradan toplanmış materialın məhkəmə 
müstəntiqinə verilməsi şərti ilə təhqiqatın aparılmasını polisə həvalə etdi. Maraqlıdır ki, bu 



prinsip Sovet hakimyyətin dövründə də əsas götürülməklə bizim qanunvercilikdə bu günədək 
saxlanılmışdır.
Nizamnamədə ilk dəfə əməliyyat-axtarış fəaliyyətinə hüquqi təmzimlənmənin obyekti kimi 
yer ayrılmışdır. Nizamnamənin 254-cü maddəsinə görə polis axtarışların keçirilməsini, gizli 
müşahidə və sorğular aparmaq ixtiyarına malik oldu. Bu tədbirlər vasitəsilə əldə olunan 
məlumatlardan istifadə edilməsi hec bir normativ aktda öz əksini tapmamışdır. Məlumatların 
qeydə alınması və istifadə olunmasına cinayət işi qaldırana qədər əhəmiyyət verilməyə başladı.
1906–cı ildə rayon mühafizə şöbələrinin təlimatlarında əldə olunan məlumatların, faktların 
qeyd edilməsi, nəzərə alınması gələcəkdə istintaqda sübut növü kimi istifadə edilməsi öz əksini 
tapmışdır.
1908-ci 6 iyul tarixdə Rusiyada “Xəfiyyə işinin təşkil olunması haqqında” qanun qəbul 
edilmişdir
1913-cü ildə İsveçrədə kecirilən Beynəlxalq Kriminalistlər qurultayında Moskva xəfiyyələri 
dünyada ən yaxşı xəfiyyə kimi qiymətləndirilmiş və tanınmışdır.
1914-cü ildə Əməliyyat-axtarış işlərinin nəzəri və təcrubi nöqteyi-nəzərdən polis 
departamenti “Jandarm və axtarış həyata kecirən müəssiələrdə daxili müşaidənin təşkili və 
aparılması qaydaları haqqında” təlimat qəbul etmişdir. 
Bakıda DİN-ə tabe olan polis təşkilat və strukturca Baki qubernator idarəsi, Bakı 
Qradonaçalnikliyi (qalabəyliyi), Bakı Polismeysterliyindən (10 sahə pristavlığından, liman və 
ehtiyat polisindən) ibarət idi. Bakı Polismeysterliyindən 14 nəfərdən ibarət Xəfiyyə (sisknoy) 
polis şöbəsi də var idi. Bakı ilə yanaşı qəzalarda da DİN-ə tabe olub, mərkəzləşdirilmiş qaydada 
xidmət üzrə vaxtaşırı hesabat verən polis idarələri mövcüd idi. Polis inspeksiyasının əsas vəzifəsi 
öz idarəsinin və bütün mülki inzibati hakimyyyətin hərəkətlərinin qanunliyinə nəzarətin həyata 
kecirilməsindən ibarət idi. Polis inspektoru birbaşa nazirin tabeliyində idi və öz fəaliyyətini 
təmzimləyən göstərişləri ondan alırdı. 
Azərbaycan İnqilab Komitəsinin gördüyü ilk tədbirlərdən biri də özünün 29 aprel 1920–ci il 
tarıxli Dekreti ilə Azərbaycan SSR fəhlə-kəndli milisinin yaradılması oldu. Həmin dekretdlə Xalq 
Daxili İşlər Komissarlığı (XDİK) yaninda Bakıda və respublikanın qəzalarında sovet milisinin 
təşkilinə bilavasitə rəhbərlik etmək üçün Baş Milis İdarəsi yaradılmışdı. 
1946–ci ildə əməliyyat-axtarış idarəsi, 1948-ci ildə istintaq şöbəsi yaradılmışdır. 1948-ci 
ildə milis Dövlət Təhlükəsizliyi Nazirliyinin tabeliyinə verilir. 1952-ci ildə milis orqanları 
nəzdində müəssisədənkənar mühafizə bölmələri təşkil olunur.
Elmi-texniki tərəqqinin inkişaf etdiyi XXI əsrdə belə agent metodu öz aktuallığını 
saxlamaqdadır. 

Yüklə 401,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin