Xəbərsiz itkin düşmüş şəxslərin axtarışı vətəndaşların və ya hər hansı müəsisə, idarə
rəhbərliyinin ərizələri əsasında cinayət işi ilə əlaqəli olmadan və cinayət işi başlanmadan aparılır.
Xəbərsiz itkin düşmüş şəxsin axtarışı ilə bağlı aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində
əldə olunmuş məlumatlar məhkəmə orqanına təqdim olunur. Məhkəmə orqanı təqdim olunmuş
materiallar əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş iki qərardan
birini – xəbərsiz itkin düşmək və ya ölmüş elan etmək – çıxarır.
Xəbərsiz itkin düşmüş şəxsin axtarışını müvəffəqiyyətlə təşkil etmək üçün əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqan axtarışda maraqlı olan şəxsdən itkin düşmüş barədə mümkün
qədər çox məlumat almalıdır. Bu məlumatlar təkcə onun şəxsiyyətini deyil, həmçinin itkin
düşməsindən bilavasitə əvvəl və sonra mövcud olmuş halları əhatə etməlidir. İtkin düşmüş şəxslə
bağlı xəstəxanalara, meyitxanalara, müvəqqəti tutub saxlama yerlərinə və s. sorğular
göndərilməlidir.
Xəbərsiz itkin düşmüş şəxsin axtarışını həyata keçirərkən onun itkin düşməsinə səbəb ola
biləcək müxtəlif xarakterli hallar nəzərə alınmalıdır. Həmin hallar təbii, şəxsi xarakterli, onun
sağlamlığı ilə bağlı ola bilər. Məsələn, psixi xəstə olan şəxsin itkin düşməsi.
Belə halların nəzərə alınması uyğun əməliyyat-axtarış tədbirlərinin seçilməsini,
planlaşdırılmasını müəyyən etməyə kömək edir.
Əməliyyat-axtarış fəaliyyəti qarşısında qanunla müəyyən edilmiş digər vəzifə naməlum
meyitlərin şəxsiyətinin müəyyən edilməsidir.
Şəxsiyyəti məlum olmayan meyit aşkar etdikdə təcrübədə, bir qayda olaraq, cinayət işi
başlamadan dərhal hadisə yerinə baxış həyata keçirilir. Müayinənin nəticələri sonradan
zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsində istifadə edilir.
Dostları ilə paylaş: |