Бакы Дювлят Университетинин


məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən



Yüklə 401,63 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.05.2023
ölçüsü401,63 Kb.
#113261
1   2   3   4   5   6   7   8
Movzu 1

məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən 
şəxslərin axtarılmasıdır. Belə axtarış haqqında təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 
prosessual qaydada qərar çıxarılmış, yuxad haqqında ittiham hökmü çıxarılmış şəxsə münasibətdə 
onun yerini müəyyən etmək üçün həyata keçirilir. 
Onu da qeyd etmək lazımdır ki, belə hallarda əməliyyat-axtarış tədbirləri cinayət prosesinin 
subyektləri olan şəxslərə münasibətdə həyata keçirilir. Ona görə də axtarış, təhqiqat, istintaq, 
məhkəmə və prokurorluq orqanları ilə qarşılıqlı şəkildə həyata keçirilir. 
Hüquq-mühafizə orqanlarından gizlənən təqsirləndirilən şəxsin axtarışı barədə əməliyyat-
axtarış orqanı qarşısında tapşırığı müstəntiq, yaxud tədqiqatı həyata keçirən şəxs qoyur. 
Təqsirləndirilən şəxsin axtarışı ibtidai araşdırma ilə paralel şəkildə və ya ibtidai araşdırmanın 
dayandırılması haqqında prosessual qaydada qərar çıxarılandan sonra həyata keçirilir. 
Şəxsin haqqında axtarış elan edilməzdən əvvəl müstəntiq və ya təhqiqat orqanı onun 
həqiqətən də gizlənməsinə əmin olmalıdır. Ola bilər ki, şəxs sağlamlığı ilə bağlı xəstəxanada 
yatsın, ezamiyyətdə olsun, yaxud başqa cinayət işi ilə əlaqədar olaraq həbs olunmuş olsun və s. 
Axtarışın uğurla nəticələnməsi, qısa müddətə həyata keçrilməsi üçün onun haqqında 
mümkün qədər ətraflı məlumatlar toplanmalıdır. Həmin məlumatlar axtarılan şəxsin haqqında 
tərtib olunmuş arayışda öz əksini tapmalıdır. Arayışda şəxsin adı, atasının adı, soyadı, doğulduğu 
yer və vaxt, mlliyyəti, ailə vəziyyəti, peşəsi, təhsili, axırıncı iş və yaşayış yeri, məhkumluğu, 
xüsusi nişanələri, xarakterik adət və xüsusiyyətləri, şəxsi əlaqələri və s. haqqında məlumatlar əks 
olunmalıdır. Arayışa şəxsin fotoşəkili əlavə edilir, əgər bu yoxdursa, onda onun zahiri əlamətləri 
ətraflı təsvir olunur. 
Təqsirləndirilən şəxsin axtarışı ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin 
hüquqi əsasını müstəntiqin axtarış elan edilməsi haqqında qərarı təşkil edir. Həmin qərarda 
cinayət işinin halları, axtarış elan edilməsinin əsasları, axtarılan şəxs haqqında seçilmiş qətimkan 
tədbirləri, axtarışın hansı orqana həvalə edilməsi, axtarılan şəxs tutulduqda onun hara 
göndərilməsi məsələsi və s. öz əksini tapır. 
Əgər şəxs məhkəmə baxışı zamanı gizlənmişdirsə, onda axtarış haqqında qərar məhkəmə 
tərəfindən çıxarılır. 
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 1-ci maddəsinin IV hissəsində cinayət işi 
ilə bağlı axtarılmalı olan obyektlərin siyahısı, fikrimizcə, tam verilməmişdir. Belə ki, hüquq-
mühafizə orqanlarından gizlənən, itkin düşən şəxslərlə yanaşı zərərçəkmiş şəxs, şahidlər, meyit, 
onun hissələri cinayətkar qəsdin obyekti olmuş digər predmetlər də axtarışın obyekti ola bilərlər. 
O cümlədən, cinayət alət və vasitələri də belə axtarışın obyektiv ola bilər. 
Məlumdur ki, axtarışın məqsədi artıq müəyyən edilmiş şəxslərin, predmetlərin 
tapılmasından ibarət olur
1
. Ona görə də axtarışın obyekti zərərçəkmiş şəxs, şahidlər olduqda 
onların hər biri barədə fərdi arayış olmalıdır ki, sonradan onları eyniləşdirmək mümkün olsun. 
Axtarışın maddi obyektlərini də analoji formada xarakterizə etmək lazımdır. Lakin canlı 
şəxslərdən fərqli olaraq maddi predmetlər yalnız qrup mənsubiyyətini göstərən əlamətlərlə 
xarakterizə oluna bilər. Eyni zamanda həmin obyektlərin mənsub olduğu qrupun dairəsi çox 
böyük ola bilər.


13 
Azərbaycan Respublikası CPM-nin 85.4.5 maddəsinə görə, müstəntiq istintaqı aparılan iş 
üzrə təhqiqat orqanların axtarış hərəkətlərinin həyata keçirilməsi ilə bağlı tapşırıq və sorğular 
verə bilər. Müstəntiqin vermiş olduğu tapşırıq və sorğular əməliyyat-axtarış tədbirlərinin həyata 
keçirilməsi üçün hüquqi əsas olur və onlar bir qayda olaraq zərərçəkmişlərin, şahidlərin, 
meyitlərin, onların hissələrinin, sübut ola biləcək maddi predmetlərin axtarılması ilə bağlı olur. 
Bu, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 11-ci maddəsi ilə uzlaşır. 
Həmin maddənin 7-ci bəndinə görə, cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan 
şəxslərin yazılı tapşırıqları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə səbəb ola bilər. 
Axtarış hərəkətlərinin aparılması barədə müstəntiqin tapşırığı təhqiqat orqanlarının rəisinə 
daxil olur və onun icrası məcburidir. Müstəntiq əməliyyat-axtarış orqanı əməkdaşına tapşırığı, 
məsələn, hər hansı istintaq hərəkətini (hadisə yerinə baxış, axtarış və s.) həyata keçrilməsi zamanı 
şifahi formada da verilə bilər. 
Cinayət cəzasını çəkməkdən boyun qaçıran şəxslər axtarılan şəxslərin xüsusi qrupunu təşkil 
edir. 
Cəzaçəkmə müəssisələrinin rəhbərliyi əməliyyat-axtarış orqanı qarşısında cəzaçəkmə 
yerindən qaçmış konkret şəxslərin axtarışı ilə bağlı tapşırıq verə bilər. Bu zaman axtarışın 
aparılması üçün zəruri olan sənədlər təqdim olunmalıdır
2


Yüklə 401,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin