Бакы Дювлят Университетинин


§ 4. Əməliyyat-axtarış hüququnun vəzifələri



Yüklə 401,63 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.05.2023
ölçüsü401,63 Kb.
#113261
1   2   3   4   5   6   7   8
Movzu 1

§ 4. Əməliyyat-axtarış hüququnun vəzifələri 
Formalaşmaqda olan əməliyyat-axtarış hüququnun yuxarıda təhlil etdiyimiz nəzəri-problem 
məsələləri ilə yanaşı elə məsələlər də vardır ki, onlar yalnız qanun çərçivəsində həll olunur. Belə 
məsələlərdən biri də əməliyyat-axtarış hüququ qarşısında duran vəzifələrdir. Həmin vəzifələr 
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən edilir. Qanunun 1-ci maddəsinin III 
hissəsinə görə, əməliyyat-axtarış fəaliyyətinin qarşısında duran vəzifələr aşağıdakılardır: 
1. Hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 
2. Törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 
3. Cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi
4. Məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və 
ya itkin düşmüş şəxslərin axtarılması; 
5. Naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi. 
Sadaladığımız vəzifələrdən hər biri konkret məzmun və mahiyyətə malikdir. Bu, 
cinayətlərin aşkar edilib açılmasından, onları hazırlayan, törədən, törətmiş şəxslərin müəyyən 
edilməsindən, cinayətlərin qarşısının alınmasından, təhqiqat, istintaq və məhkəmə orqanlarından 
gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin axtarılmasından, naməlum meyitlərin 
şəxsiyyətinin müəyyən edilməsindən ibarətdir. 
Bu vəzifələr bir-birilə əlaqəli və yaxud müstəqil şəkildə həyata keçirilə bilər. Onların hər 
birinin mahiyyəti uyğun əməliyyat-axtarış tədbirlərinin seçilməsini və həyata keçirilməsinin 
spesifikliyini müəyyən edir. 
Əməliyyat-axtarış fəaliyyəti qarşısında dayanan vəzifələrdən danışarkən qeyd etmək 
lazımdır ki, onlar ümumi xarakter daşıyır və konkret cinayət hadisəsi ilə bağlı həyata keçirilən 
əməliyyat-axtarış fəaliyyəti qarşısında konkret spesifik xüsusiyyətlərə malik vəzifələr meydana 
gəlir. 
Əməliyyat-axtarış fəaliyyəti qarşısındakı ümumi vəzifələrin əsas hissəsi cinayətlərin aşkar 
edilib açılmasından, onları hazırlayan, törədən və törətmiş şəxsləri müəyyən etməkdən ibarətdir. 
Qeyd etmək lazımdır ki, Qanunun 1-ci maddəsinin III hissəsinin ikinci bəndində istifadə edilmiş 
«aşkar edilməsi» və «açılması» anlayışları heç də eyni məzmun tutumuna malik deyildir. 
Belə ki, həmin anlayışlar əməliyyat-axtarış fəaliyyəti qarşısında duran konkret vəzifənin 
mahiyyətini daha dəqiq müəyyən etməyə imkan verir. Həmin vəzifə təkcə cinayət əlamətlərinə 
malik olan hadisənin aşkar edilməsi, onu törətmiş, hazırlayan şəxslərin müəyyən edilməsi ilə başa 
çatmış olmur. O, həm də cinayətin görünməyən tərəflərini, bütün hallarını açmağı nəzərdə tutur. 
Məhz belə olan halda əməliyyat-axtarış fəaliyyəti öz funksiyasını tam yerinə yetirmiş olur. 

Yüklə 401,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin