Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   ...   4   5   6   7   8   9   10   11   12

TÖRƏDİCİSİ.

 Miksozomoz xəstəliyini 

sporlular sinifinin dəstəsinə  mənsub olan 

Myxosoma Cerebrale ibtidaisi törədir. 

M.Cerebrale sporlarının diametri 6,6-8,0 

mkm. Qütb kapsulların uzunluğu 3,9-4,2 

mkm. Sporun yumruvari azacıq qıraqlardan 

sıxılı görünüşü var. Sporun daxilində 

amöbvari rüşeym və iki yumru qütb kapsula 

yerləşməsi aşagıdakı şəkildə göstərilmişdir. 

Şəkil. 1 

 

Parazit qızılbalıqların qığırdaq toxuma-



sında inkişaf edir. İlk mərhələdə parazit 

psevdopodilərin vasitəsilə qanla dövran 

edir. Balığın qulağının yarımdairəvi kanal-

larının qığırdağına, oradan baş beyin və 

onurğa beyni mühafizə edən qığırdaq 

toxumasına keçir. 

Parazitlər beyində, ciyərdə  və bağırsaq-

larda aşkar olunur. Buna əsaslanaraq məlum 

olunur ki,bu müddətdə sporlar diri balıqdan 

az miqdarda suya tökülürlər. Qığırdaqların 

bərkiməsi nəticəsində sporlar içərisində 

qapalı qalır və yalnız balığın ölümündən və 

gövdənin dağılmasından sonra suya tökü-

lürlər. Suda üzən sporlar bir müddət suda 

qaldıqdan sonra (3-4 ay müddətində) inva-

zion mərhələyə keçirlər. 

Sporlar  ətraf mühitin təsirinə-istiyə, 

quraqlığa və dondurulmaya çox davam-

lıdırlar. Qurudulmuş göllərin dibində 12-15 

ilə  qədər yaşaya bilirlər. Parazit sporların 

balığa keçməsi başqa miksosporidilərdə 

olduğu kimi mədə-bağırsaq sistemində başa 

çatır. Kapsulanın dağılması və amöbun çıx-

ması  mədənin turş mühitində deyil, bağır-

saqların qələvi mühitində baş verir. 

Parazit balığın qığırdaq toxumasında 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

70

 



yerləşir, böyüyüb inkişaf etdikdə sinir siste-

minin tamlığını pozur və balıq koordina-

siyasını itirir. 

YAYILMASI.

 Azərbaycanda bu xəstəlik 

Şəki, Çuxur Qəbələ, Zaqatala əlvan qızıl-

balıq artırma zavodlarda qeyd edilmişdir. Bu 

baxımdan balıqçılıq zavodların fəaliyyətini 

yaxşılaşdırmaq məqsədilə  xəstəlik haqqında 

məlumat verməyi vacib bilirik. Xəstəlik 

müxtəlif yaşlı balıqlar arasında və ilin bütün 

fəsillərində baş verir, lakin kütləvi təlafat 

halları ilin isti aylarında suyun hərarəti 15-

17

0

C qədər yüksəklikdə müşahidə edilir. 



Təbii göllərdə  xəstəliyin yayılmasına balıq-

lardan başqa, xəstəlik baş vermiş göllərin 

dezinfeksiya edilməməsi, göllərdə əmələ gə-

lən su axını, gölün dibinə çökmüş sporların 

ətrafa yayılması  səbəb olur. Təbii su 

hövzələrində parazitin epizootologiyasına az 

hallarda rast gəlinir, lakin süni yolla yetiş-

dirilən balıqçılıq zavodlarının su hövzə-

lərində  qızılbalıqlarının gicəllənmə  xəstəliyi 

geniş yayılaraq balıq körpələrini tələf edirlər. 

Xəstəlik  əsasən yazın son aylarında baş 

verir. Temperaturun artması  və yemlərin 

keyfiyyətsiz olduğu zaman xəstəliyin inki-

şafı sürətlənir. 



KLİNİKİ  ƏLAMƏTLƏRİ

.  Qeyd etmək 

lazımdır ki, miksozomoz əsasən körpə 

qızılbalıqların xəstəliyi olması  aşagıdakı 

şəkildə göstərilmişdir, yaşlı balıqlar isə 

parazit daşıyıcı olurlar. 

 

Şəkil 2 


 

Bu xəstəlik baş beyin və onurğa beyni 

mühafizə edən qığırdaq toxumasının tam-

lığını pozur, nəticədə balığın hərəkəti qeyri 

normal olur. Balıqlar gah sürətlə üzür, gah 

da dayanır, çox vaxt isə öz oxu ətrafında 

fırlanır. Buna görə də qızılbalıqların mikso-

zomozuna gicəllənmə  xəstəliyi də deyilir. 

Başın qığırdaq toxumasında yerləşir, ölmüş 

balığın sümük toxumasında 12 il ərzində 

diri qalmaq xüsusiyyətinə malikdir. Yolux-

ma dərəcəsindən asılı olaraq xəstəliyin əla-

mətləri müxtəlif olur. Belə ki, balıqların 

fəqərə sümüyünün əyilməsi, hərəkət koor-

dinasiyasının pozulması, bədənin quyruq 

hissəsinin  əyilməsi və qaralması, balığın 

yemdən imtina etməsi,180

0

 bucaq altında o 



tərəf bu tərəfə  fırlanması, bir neçə  dəfə 

fırlanıb suyun dibinə çökməsi. 

Xəstəliyin gedişatını 2 mərhələdə qeyd 

etmək olar. Birinci mərhələ - parazitlərin 

plazmodial dövürü keçən müddətdə  xəstə-

liyin kəskin surətdə  şiddətlənmə zamanı 

körpə balıqların ölümlə müşahidə olunması. 

Bu müddətdə  qığırdaq sümüyünün əsas 

maddəsi dağılır. Xəstəliyin kəskin gedişa-

tında balıq yerində  fırlanır, yem dənləmək 

qabiliyyətini itirir, arıqlayır və qüvvədən 

düşərək tələf olur. 

İkinci mərhələ-parazit sporlaşma döv-

rünə keçir,bu zaman xəstəliyin kəskin for-

ması azalır, quyruq hissəsinin qaralması, 

gövdənin zədələnməsi görünüşcə normal-

laşır. Bu müddətdə ölüm halları olmur, 

lakin sağalmış balıq təhlükəli olaraq para-

zitdaşıyıcı rol oynayır. 

MÜALİCƏ

.  Müalicə  məqsədilə “Osar-

sol” preparatı istifadə olunur. 

Müalicə xüsusi sxem üzrə aparılır. Bu-

nun üçün gündəlik müalicəvi məhlul 

hazırlanır 1 kq diri çəki olan balığa 1 ml su 

- 0,001 qr. “osarsol” və 0,04 qr soda əlavə 

olunub və bu dozada gündə bir dəfə  səhər 

yeminə qatılıb balıqlara verilir. 

Birinci üç günlük müalicə kursundan 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

71

 



sonra 7 gün fasilə verilir. Sonrakı 3 günlük 

müalicədə dozanı artırmaqla hər 1 kq diri 

çəkisi olan balığa “osarsol” preparatı 0,002 

qrama qədər artırılır. Xəstəliyin əlamətlərini 

aradan qaldırmaq məqsədilə müalicə kursu 

3-4 ay davam etdirilir. 

Balıqlarda xəstəlik baş verməməsi üçün 

gücləndirici yemlərdən, yerli imkanlardan 

(ət kombinatı, quşçuluq fabrikləri tullantıla-

rdan – dalaq, qan, eləcə  də balıq unu, ba-

rama qarışığından, təzə kilkə balığından) 

istifadə etmək lazımdır. Bu yetişdirilən əm-

təəlik qızılbalıqkimilərin maya dəyərinin 

xeyli aşağı olmasını təmin edir 

Parazit balıqların yumşaq qığırdaqların-

da daha çox inkişaf edir, qığırdaq sümük-

ləşdikdə amilin inkişafı zəifləyir. Ona görə 

də balığın daha da sağlam böyüməsinə  qı-

ğırdağın sümükləşməsini sürətləndirən yem 

qarışığından istifadə olunmalıdır. 1 yaşı 

tamam olan balıqlara gündə 3 dəfə hər 100 

kq yemə tərkibi:dalaq - 55,0 %, balıq unu – 

20,0 %, buğda unu – 10,0 %, ət sümük unu 

– 5,0 %, bitki yağı – 4,0 %, kilkə balığı  –

50, %, vitamin qarışığı 1,0 %, yağ şəklində 

vitamin A.D.E. yemə qatılıb istifadə olun-

ması təklif edilir. 

Təsərrüfatlarda yetişdirilən qızılbalıqların 

daha tez inkişaf edib böyüməsi üçün tər-

kibində balıqlar üçün tələb olunan bütün qida 

elementlərinin olduğu dənəvər yemlərdən 

istifadə etmək daha səmərəlidir. Bunlardan 

əlavə yetişdirilən balıqlarda baş verəcək xəs-

təliklərə qarşı müalicə  və profilaktika məq-

sədilə antibiotiklərdən (tetrasiklin, biomisin, 

levomisin) preparatları  həmin yemlərə 

qatılması, çimizdirmək məqsədi ilə balıqları 

3-5%-li duz vannaları, brilliant yaşılı 0,05-

0,1 q/m

3

, 1%-li metil abısı  məhlulu 10 litr 



suya istifadə olunması məsləhət edilir. 

Balıqlar üçün normal həyat fəaliyyətinin 

təmin etmək və onların xəstəliklərə qarşı 

rezistentliyini qaldırmaq məqsədilə su 

hövzələrində optimal şərait yaradılmalı, 

suyun fəal reaksiyası pH-8,0-9,0 ml/l, suda 

oksigenin miqdarı hər litrə 8-9 sm

3

, qaz və 



duz rejimi tələb olunan səviyyədə olmalıdır. 

Parazitar xəstəliklərin profilaktikasında 

vaxtaşırı baytar-sanitariya tədbirləri aparıl-

malı, qəbul olunmuş dezinfektantlardan 

istifadə olunmalıdır. Təklif olunan müalicə-

profilaktika tədbirləri kompleks tətbiq 

edilməlidir. 

MÜBARİZƏ  TƏDBİRLƏRİ.

  Qızılbalıq 

yetişdirmə  təsərrüfatlarına xəstəliyin keçmə-

məsi üçün xəstəlik baş vermiş qeyri-sağlam 

təsərrüfatlarda ciddi karantin qoyulmalıdır. 

Qeyri-sağlam təsərrüfatlarda yoluxmuş 

körpə  qızılbalıqları yuxarı yaş qrupu balıq-

lardan təcrid olunmalıdır. Göllərin suyu bu-

raxılmalı, sönməmiş  əhənglə dezinvaziya 

olunmalıdır. Bu məqsədlə göllərin hər hek-

tarına 20 sentner sönməmiş  əhəng səpmək 

lazımdır. 

Təsərrüfatda hovuzlar, qızılbalıq kanal-

ları, inqubator cihazları, su boruları, suyu 

tənzim edən ləvazimatlar və s. xlorlu və 

əhəngin təzə hazırlanmış 10% məhlulu ilə 

dezinfeksiya edilməlidir. Son zamanlar, 

qeyd olunmuşdur ki, sönməmiş  və xlorlu 

əhənglə dezinfeksiya işləri  M.Cerebrale 

sporlarına zəif təsir edir. Buna görə  də E. 

Task tərəfindən sporların məhv edilməsinə 

Sianlı kalsiy 1 kq/m

2

 nisbətində istifadə 



edilməsini təklif etmişdir.[1]. 

Preparat suyu boşaldılmış gölə səpilir və 

1 ay müddətində göl dincə qoyulur. Bu 

müddətdə preparat Sianomid kalsiya çev-

rilir və parazitin sporlarına mənfi təsir edir. 

Sianomid kalsiy zəhərli olduğuna görə onun 

istifadəsi zamanı mütləq təhlükəsizlik qay-

dalarına riayyət etmək lazımdır. Preparatı 

göllərə səpəliyən işçilər brezent geyimlər və 

rezin çəkmələrdən istifadə etməli, üzləri isə 

tənzif ilə örtülməlidir. [2,6]. 

Profilaktika məqsədilə hovuzları vaxta-

şırı olaraq bənövşəyi “K” məhlulu ilə 

yumaq məsləhət verilir. 



 

BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

72

 



РЕЗЮМЕ 

 

А.В. Сулейманова 



 

РАСПРОСТРАНЕНИЕ МИКСОЗОМОЗА ЛОСОСЕВЫХ В РЫБОВЫРАЩИВАЕМЫХ 

ЗАВОДАХ И МЕРЫ БОРЬБЫ С НИМИ

 

 



2009-2011  гг.  нами  были  проведены  исследования  в  Чайкендском,  Чухур-

Кабалинском и Закатальском рыбзаводах. 

Методом полного паразитологического вскрытия, были исследованы 1825 экз. фо-

релей различных возрастных груп. 

В зависимости от эпизоотологического и экологического состояния рыбзаводов в 

проведенных  нами  научно-исследовательских  работах,  были учитаны  развитие  био-

логии паразитов, возраст и пол рыб. 

Установлено  зараженность  паразитами  рыб  ихтиофтириозом 19,6 %, костиозом 

13,7 %, гиродактилезом 12 %, акантоцефалëзом 72,6 %.Среди выявленных болезней, 

было  определено  ситуация  распространения  паразитов.  Против  вертежа  лососевых, 

было применено препарат “Osarsol”, который прошел через испытание и был внедрен 

в хозяйстве. 



 

SUMMARY 

 

A.V.Suleymanova 



 

DISTRIBUTION AND CONTROL OF THE MYXOSOMOSIS IN THE SALMON 

HATCHERIES 

 

During the period from 2009 to 2011 about 1825 specimen of coast rainbow trout were 



analyzed in the Chaykend, Chukhur – Kabala and Zakatala hatcheries. 

Studies in hatcheries have been carried out taking into account the ecological condition 

in the hatchery, biology, age and sex of fish depending on epizootological state. As a result 

of analysis of fishes in the above mentioned hatcheries it was registered 19,6% of infection 

with ichthyophthiriasis, 13,7% of infection with costiosis, 12 % of infection with gyrodac-

tylus and 72,6% of infection with acanthocephalan parasites. The state of spread of infec-

tion among these diseases was clarified. “Osarsol” drug was tested and applied in the fish 

farms to control the widespread myxosomosis (whirling disease) of coast rainbow trout. 

According to obtained results the drug showed high efficiency. Scientific and theoretical 

basis for integrated control measures against fish diseases was worked out. In addition, 

some recommendations have been given for the development of fish farming. 

 

ƏDƏBİYYAT 

 

1.  Tack E. Bekampfung der Drehkrankheit mit kalkstickstoff / Der Fischwir, 1951, Bd. 

1, N

0

 5, s. 123-130. 



2.  Успенская  А.В.  Экология  и  распространение  возбудителя  вертежа  форели 

Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

73

 



Myxosoma cerebrale в  прудовых  хозяйствах  Советского  Союза // Известия  Гос.  НИ-

ОРХ-а, 1957, т. 42, с. 37-46. 



3.  Богданова  Е.А.  Современные  данные  по  распространению  и  биологии  Myxo-

soma cerebrale. В кн.: Болезни рыб и меры борьбы с ними. Алма-Ата, 1966, с.33-37. 

4. Быховская-Павловская  И.Е.  Паразитологическое  исследование  рыб. (Методы 

паразитологических исследований) Ленинград-1969. Изд. “Наука”. 



5. Hoffman G.L. The effects of certain parasites on North American freshwater fishes, 

Proc. İnternat. Congr. Limnol. Leningrad 1973, v. 18, p. 1622-1627. 



6.  Успенская  А.В.  Биологические  особенности  инвазионной  стадии  Myxosoma 

cerebrale (Myxosporidia, Myxosomatidae) // Паразитология, 1978, т. 12, вып. 1, с.15-20. 

7. Quliyev Z.M. Azərbaycanda əmtəə balıqçılığı. // Bakı – 2006. 

8.  Süleymanova A.V. Forel əmtəə  təsərrüfatlarında müasir epizootoloji durum, bəzi 

xəstəliklərə qarşı mübarizə tədbirləri // Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri. III cild, 

Bakı “Elm” 2011, səh. 286-290. 

___________________________ 

 

UOT 636.293.2:611.71:576.16 



 

YEMLƏNMƏ TİPİNİN CAMIŞLARIN KƏLLƏ SÜMÜKLƏRİNƏ  TƏSİRİ 

 

Pürhani T.A., biologiya elmləri üzrə fəlsəfə doktoru 



Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR SÖZLƏR:

 camış,damaq,yemlənmə,qaba yem,dişlər, kəllə sümüyü,çeynəmə əzələləri 

KEYWORDS: buffalo, palate, forage, coarse forage, teeth, skull, masticatory   muscles 

 

Camışların kobud-qaba yemlərdən uzun 



müddət istifadə etməsi kəllə sümüklərində 

adları aşağıda qeyd olunan uyğunlaşmaların 

əmələ gəlməsinə səbəb olmuşdur: 

1. Daimi azı dişlərin güclü inkişaf etmə-

si. Müayinələr nəticəsində məlum olmuşdur 

ki, camışlarda azı dişləri gövdəsinin böyük-

lüyü, köklərinin dərində yerləşməsi və 

ağırlığına görə inəklərdən yüksəkdə durur. 

Belə ki, yaşlı camışlarda daimi azı dişlər 

cərgəsinin uzunluğu 15 sm, hər bir azı diş 

alveolasının eni 2.5-3.0 sm, dərinliyi 4.5-

5.0 sm olduğu halda (şəkil 1), inəklərdə 

müvafiq olaraq 12.0-13.0 sm, 2.0-2.2 sm və 

3.0-3.5 sm təşkil edir. Bütün bunların hesa-

bına yalnız azı dişlərin tam çəkisi camış-

larda 570-750 qr. olmaqla inəklərdən iki 

dəfə çoxdur. Camışlar otyeyən və gövşəyən 

heyvanlar olduğu üçün onlarda dişlərin 

möhkəmliyi və böyüklüyünün yalnız uzun 

illər boyu kobud-qaba yemlərlə yemlənmə-

ləri nəticəsində baş verməsini sübut etməyə 

ehtiyac yoxdur. 

2. Sümük damağının möhkəmliyi. Ağız 

boşluğu damını əmələ gətirən sümük damaq 

inəklərə nisbətən daha möhkəmdir. Bu 

özünü aşağıdakı formada göstərir: 

a) sümük damağın boylama və köndələn 

tikişlərinin dişli olub tez sümükləşməsi; 

b) üstçənə  və  kəsici sümüklərin damaq 

çıxıntıları arasına xış sümüyü çıxıntısının 

daxil olması; 

c) damaq cibi daxilində sümük atmala-

rının nisbətən qalın olub, I və IV-V azı 

dişlər bərabərində  əlavə sümük sütunlarla 

möhkəmləndirilməsi 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

74

 



d) kəsici, üstçənə və burun sümüklərinin 

birləşmə səthlərinin uzun olması; 

e) köndələn damaq tikişinin yan tərəf-

lərdən qövsvari əyilməsi. 

Sümük damağın möhkəmliyini göstərən 

bu nişanələr camışların uzun müddət ko-

bud-qaba yemlərlə yemlənməsi nəticəsində 

sümük damaöın qaba yemlərin  əzilməsinə 

davam gətirməsi üçün formalaşıb. 

3. Dişsiz kənarın inəklərə nisbətən uzun 

olması. Qaba yemlərdən istifadə edən gövşə-

yənlərdə dişsiz kənarın uzun olmasını ilk 

dəfə S.K.Rudik müxtəlif gövşəyənlər üzə-

rində apardığı tədqiqatlarla sübuta yetirib. O, 

tədqiqatları ilə müəyyən etmişdir ki, kobud-

qaba yemlərdən çox istifadə edən heyvan-

larda dişsiz kənarlar uzun olur. Bu baxımdan 

da caməşlarda dişsiz kənar inəklərə nisbətən 

uzundur, bu da onların kobud-qaba yem-

lərdən istifadə etməsinin nəticəsidir. 

4. Çeynəmə  əzəllələrinin bağlandığı qa-

barların, daraqların və  çıxıntıların inəklərə 

nisbətən daha çox böyüməsi. Apardığımız 

müayinələr nəticəsində məlum oldu ki, çey-

nəmə  əzələlərinin bağlandığı gicgah darağı 

və onun kələkötürlüyü, almacıq qövsü və 

onun möhkəmliyi, üzqabarı, altçənənin tac 

və bucaq çıxıntıları, geri kənarındakı qaba-

rıqlığı, qanadabənzər və pazabənzər sümü-

yün qanadabənzər çıxıntısı inəklərə nisbə-

tən böyükdür. Bundan başqa, camışlarda 

qanadabənzər sümük və qanadabənzər çı-

xıntı  şaquli durur, çeynəmə  əzələ çuxuru 

çökük və qanadabənzər əzələ çuxuru qaba-

rıq olur, altçənə boynu aydın bilinir və s. 

Bütün bunlar camışlarda çeynəmə  əzələlə-

rinin güclü inkişaf etdiyini göstərir. 

Tamamilə  məntiqə uyğundur ki, yemin 

tam çeynənməsi çeynəmə əzələlərinin nisbi 

gücündən asılıdır. Odur ki, belə  nəticəyə 

gəlinir ki, camışların kəllə sümüklərində 

yuxarıda qeyd etdiyimiz uyğunlaşmaların 

meyydana çıxması onların uzun müddət 

kobud-qaba yemlərlə yemlənməsi sayəsində 

olmuşdur. Bunu bir sıra müəlliflər də öz 

tədqiqatları ilə sübut etmişlər. Müəlliflərə 

görə yemləmənin xarakterinin dəyişməsi, 

kəllənin öz sümüklərinin quruluşuna təsir 

göstərir. 

A.Əliyev və A.Məmmədov uzun müddət 

apardıqları elmi-tədqiqat işləri nəticəsində 

müəyyən etmişlər ki, kalsium və fosforun 

kobud qaba yem qarışığından mənimsə-

nilməsi camışlarda inəklərə nisbətən iki 

dəfə yüksəkdir. 

 

 



Şəkil 1. 10 yaşlı camışda kəllənin üz  

şöbəsinin ventral görünüşü: 

 

1-böyük damaq kanal dəlikləri 



2-azı diş alveolları 

3-üstçənənin damaq çıxıntısı 

4-xış sümüyünün damaq çıxıntıları arasına 

soxulmuş sümük çıxıntısı 

5-kəsici sümüyün damaq çıxıntısı 

6-damaq yarığı 

7-kəsici sümüyün cismi 

8-kəsici oyma 

9-gözyuvası dəlik 

10-köndələn damaq tikişi

 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

75

 



Yemlənmə tipinin camışların kəllə 

sümüklərinə təsiri 

 

Camışların kobud-qaba yemlərdən uzun 



müddət istifadə etməsi kəllə sümüklərində 

aşağıda göstərilən uyğunlaşmaların mey-

dana çıxmasına səbəb olmuşdur: 

1. Daimi azı dişlərin güclü inkişaf etməsi 

2.  Sümük damağının möhkəmliyi 

3.  Dişsiz kənarın inəklərə nisbətən uzun 

olması 

4. Çeynəmə  əzəllələrinin bağlandığı qa-



barların, daraqların və  çıxıntıların inəklərə 

nisbətən daha çox böyüməsi 

 

 

РЕЗЮМЕ 

 

Пурхани Т.А. 



 

ВЛИЯНИЕ ТИПА КОРМЛЕНИЯ НА ЧЕРЕПНЫЕ КОСТИ БУЙВОЛОВ. 

 

В  данной  статье  рассматривается  влияние  типа  кормления  на  черепные  кости  и 

мускулы  рта.  Одновременно  изучается  влияние  грубых  кормов  на  строение  зубов 

буйволов. 



 

SUMMARY 

 

Purhani T.A. 



 

THE İMPLİCATİON OF FEED TYPES  TO BUFFALO SKULL BONES 

 

In this article, implication of feed types to skull bones and mouth muscles is explored. 

Also, the effect of rough feed to buffalo teeth is investigated. 

 

ƏDƏBİYYAT 

 

1.  Рудик  С.К.  Возрастные  и  видовые  особенности  лицевого  отдела  черепа  у  до-

машнего быка: Автореферат канд. дис., Киев, 1970. 

2.  Миронцева  А.А.  Нервы  и  артерия  жевательных  мышц  некоторых  животных 

(грызуны, хищники и жвачные). Материалы научно-методической конференции АГЭ 

с/х вызов, вып. 1, М., 1978. 

3. Babayev A.N., Camışçılığın əhəmiyyəti, Bakı-1986 

4. Pürhani T.A., Babayev A.N., Camışlarda dişlərin  əmələ  gəlməsi və inkişafına dair, 

ADKTA-70, Gəncə-1999. 



5. Quliyev S.M., Həsənov R.Q., Məmmədov M.Ə., Müxtəlif təsərrüfat  şəraitində 

yetişdirilən camışlar üçün yem norması və yem payları, AMEA Gəncə, 2003. 



6.  Məmmədov M.Ə., Məmmədov R.S., Yemləndirmə - naxırın geniş təkrar istehsalında 

əsas amillərdən biridir. AKTA-nın elmi əsərlər toplusu, Gəncə-2004. 

______________________________ 

 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

76

 



UOT 619 616 576 895132 

 

AZƏRBAYCANIN MÜXTƏLİF COĞRAFİ ZONALARINDA İRİ VƏ XIRDA 

BUYNUZLU HEYVANLARDA  HELMINTOZLARIN EPİZOOTOLOGİYASININ 

BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ. 

 

Əzizova A.A., biologiya üzrə fəlsəfə doktoru 

Bayramov S.Y., baytarlıq üzrə fəlsəfə doktoru 

Əkbərova R.N., elmi işçi 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR SÖZLƏR: Helminto-koproloji müayinə, helmint, yumurta,ekstensivlik, intensivlik. 



KEY WORDS: helmint-coprologycal  investigation, helmint,  egg,  extensiveness,intense 

 

Respublikanın fərqli coğrafi ekoloji xü-



susiyyətlərə malik ayrı-ayrı rayonlarında 

yerləşən iri və xırda buynuzlu heyvandarlıq 

təsərrüfatlarında 2012-ci ilin yanvar ayın-

dan dekabr ayınadək helmintozların müasir 

epizootik vəziyyətinin öyrənilməsi məqsə-

dilə  tədqiqat işləri aparılmışdır. Helminto-

loji və koproloji materiallar Kürdəmir,  İs-

mayıllı,  Şamaxı, Göygöl, Tovuz, Balakən, 

Astara, Lənkəran rayonlarının heyvandarlıq 

təsərrüfatlarından götürülmişdir. Tədqiqat 

müddətində rayonlardakı iri və  xırda buy-

nuzlu heyvanlardan ibarət köçəri və oturaq 

həyat tərzi keçirən təsərrüfatlar, onlardakı 

heyvanların baş sayı, geniş yayılmış başlıca 

helmintozlar, invaziyaların bölgələr üzrə 

yayılması  və başqa epizootoloji məsələlər 

öyrənilmişdir. Helmintoloji tədqiqat işləri 

aparılan rayonların baytar həkimlərinin ver-

dikləri məlumatlara  əsasən təsərrüfatlarda 

dehelmintizasiya işləri hər fəsildə - yəni 3 

aydan bir aparılır. Bu məqsədilə fassilyoz 

xəstəliyinə qarşı: 10%-li Brantel, 10%-li 

Supersantel, 10%-li İnokontel, Polenol, ağ 

ciyər xəstəliyinə  və bağırsaq qurdlarına 

(moneziyoz, diktikaulyoz) qarşı: Asalben, 

10%-li Levemizol, Niklosamid preparat-

lardan istifadə edilir. Təsərrüfatlarda daha 

çox istifadə edilən preparat panakür ad-

landırılan 22,2%-li Fenbendazol olmuşdur. 

Helminto-koproloji müayinə üçün hey-

vanların kal kütləsi Fülleborn, Vişnyauskas, 

Berman üsulları, orqanlar Skryabinin na-

tamam yarma üsulu ilə işlənilmişdir [1,2,4]. 

Bu müayinələr  əsasında hər bir rayonda 

heyvanların trematod, sestod və nematod-

larla,  əsasən fassiola, monezia, dikroseli, 

strongilyatlarla yoluxma dərəcəsi öyrənil-

miş, yoluxmanın ekstensivliyi və inten-

sivliyi müəyyənləşdirilmişdir. Otlaqların 

müxtəlif sahələrindən (15x20x3sm) torpaq 

nümunələri götürülüb oribatid gənələrini 

müəyyənləşdirmək məqsədilə  tədqiq edil-

mişdir. Bu zaman torpağın strukturu, bitki 

örtüyü, relyef və s. nəzərə alınmışdır. Bu 

tədqiqatlar Vayda və Berman üsuları ilə 

aparılmişdır [5]. Otlaqların bir sıra sahə-

lərində torpağın üst qatlarının çox yüksək 

dərəcədə  mədə-bağırsaq helmintləri və 

ağciyər nematodları ilə intensiv yoluxması 

aşkar edilmişdir. Müayinələr zamanı  aşkar 

olunmuş trematod və sestodlar 70 %-li etil 

spirtində, nematodlar isə Barbaqallo məh-

lulunda fıksə edilmişdir. 

Qış fəslində Şirvan bölgəsini əhatə edən 

Kürdəmir,  Şamaxı,  İsmayıllı rayonlarının 

fermer təsərrüfatlarından ümumillikdə, 125 

baş iri buynuzlu heyvanlardan, 278 baş 

xırda buynuzlu heyvanlardan müayinə üçün 

kal numünələri götürülmüş, koproloji müa-

yinədən keçirilmişdir. Kürdəmir rayonunun 

Karrar kəndində yerləşən 1 fərdi təsərrüfat-


Elmi-praktik jurnal 

  


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin