Bazar haqqında qərar qəbul edilməsi prosesi.
ax
IV. Yeni əmtəələrin qavranması prosesinin mərhələləri.
Yeni əmtəə ola bilsin ki, artıq bir müddət bazardadır, lakin bizi istehlakçıların onun haqqında ilk dəfə necə xəbər tutması və onun qavrayıb-qavramamaq qərarına necə gəldikləri maraqlıdır.
“Qavramaq” dedikdə fərdin yenilik haqqında ilk dəfə eşitdiyi andan, onun qəti qəbul olunması anınadək keçdiyi əqli prosesi başa düşülür.
Qavrama prossesinin aşağıdakı mərhələləri məlumdur:
I mərhələ. Xəbərdar olma.
II mərhələ. Maraq.
III mərhələ. Qiymətləndirmə.
IV mərhələ. Sınaq.
V mərhələ. Qavrama.
Adamlar yeni əmtəələrin sınaqdan keçırməyə hazır olmasına görə bir-birindən fəqlənirlər. Yeniliyə qarşı həssaslıq dərəcəsinə görə insanları aşağıdakı kimi təsnifləşdirirlər:
Yenilikçilər – 2,5%
İlk ardıcıllar – 13,5%
ilkin çoxluq – 34,0%
Keçmiş çoxluq – 34,0%
Geridə qalanlar – 16,0%
Yeniliyin qavranması zamanı şəxsi nüfuz böyük rol oynayır.
Həmçinin yeniliyin xarakteri onun qavranılması templərində öz əksini tapır. Bəzi əmtəələr cəmi bi gün ərzində şöhrət qazanır, digərlərinə isə bunun üçün uzun müddət lazım olur. Qavranma tempinə 5 əlamət gücü təsir edir.
Nisbi üstünlük.
Uyğunlaşma.
Mürəkkəblik.
Prosesin bölünməsi.
Rabitənin əyaniliyi
Dostları ilə paylaş: |