B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə60/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   56   57   58   59   60   61   62   63   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

6. İstismar prosesinə nəzarət. Yataqdan maye hasil edilməsi onu statistik sistemdən dinamik sistemə çevirir. Bu sistemin inkişafının qənaətbəxş olması ona daimi nəzarət edilməsini tələb edir. Dəniz şəraitində istismar edilən yataqlarda tədqiqatlar kompleks şəkildə aparılmalı və nəticələri nəzarət prosesində istifadə edilməlidir. Belə ki, nəzarət sferası aşağıdakıları özündə əks etdirməlidir:
a) quyuların neft, su, qaz hasilatı;
b) lay təzyiqi və temperaturu;
c) layların işlənilməyə cəlb olunma zonaları;
d) layların suvurma ilə əhatə zonaları;
Nəzarətdən alınan məlumatlar işlənmə sistemlərinin operativ tənzimlənməsində istifadə edilə bilər.
Lakin dəniz yataqlarında məlum tənzimləmə üsulları ilə yanaşı bəzi spesifik qoyuluşlardan da istifadə edilməlidir ki, bu da işlənilmə prosesinin effektli aparılmasına imkan verir. Tənzimləmənin aşağıdakı formaları mövcuddur:
a) istismar quyuların hasilatının dəyişilməsi;
b) vurucu quyularla suvurmanın miqyasının və istiqamətinin dəyişdirilməsi;
c) perforasiya intervalının genişləndirilməsi;
d) iki və ya daha çox layın birgə istismarı;
e) quyu dibi zonaya təsir üsullarının tətbiqi;
f) quyularda su hasilatının tənzimlənməsi;
g) horizontal quyuların qazılması.
Dəniz yataqlarında bu tədbirlərin həyata keçirilməsi daha operativ olmalı və alınan nəticələr hərtərəfli araşdırılmalıdır.


III.11. Ehtiyatı çətinçixarılabilən neft yataqlarının işlənilmə problemləri
Dünyanın bir çox mədənlərində hətta uzunmüddətli işlənilmə prosesləri, onların ehtiyatlarının böyük hissəsinin realizəsinə imkan vermir. Belə yataqların neftvermə əmsalları bir qayda olaraq 0,25-0,30-dan yüksək olmur. Odur ki, belə obyektlər ehtiyatları çətinçıxarılabilən və ya passiv ehtiyatlı neft yataqları kimi təsnif edilir.
Respublikamızın quru ərazisində və dəniz akvatoriyasında yerləşən yataqlarda da bu tip işlənilmə obyektlərinə rast gəlinir: yüzlərlə belə obyektlərdə uzun müddətli intensiv işlənilmədən sonra ehtiyatların cəmi 20-30%, bəzən hətta 5-10% mənimsənilmə dərəcələri qeyd olunur. Cari dövrdə də onlarda böyük qalıq ehtiyatların olduğu şəraitdə işlənilmə templəri olduqca zəifdir.
Odur ki, belə yataqlara xas olan geoloji şərait ətraflı tədqiq olunmalıdır ki, bu da onların ehtiyatlarından səmərəli istifadə yollarının təyininə imkan verə bilər.
Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-qaz mədən geologiyası” kafedrasında aparılan kompleks tədqiqatlar nəticəsində yataqların işlənilməsində qarşıya çıxan bu problemin mahiyyəti aşkar edilmiş və bununla əlaqədar müvafiq tədbirlər proqramı əsaslandırılmışdır. Onlara qısa da olsa nəzər salaq.
Beləliklə, Cənubi Xəzər hövzəsi yataqlarına məxsus 500-dən artıq istismar obyektlərinin geoloji-mədən məlumatlarının ətraflı tədqiqi nəticəsində məlum olmuşdur ki, onların lay parametrləri müxtəlif dəyişmələrlə səciyyələnirlər. Müəyyən olunmuşdur ki, belə xaotik dəyişmələr fonunda, bir qayda olaraq, işlənilmə nəticələrinə iki parametr daha kəskin təsir göstərir. Bunlar süxurların keçiriciliyi və lay neftlərin özlülüyüdür. Müəyyən olunmuşdur ki, keçiricilik 0,1 mkm2-dan kiçik, neftin özlülüyü isə 10 mPa·s-dən böyük olan yataqlarda 50-100 il işlənilmə müddətində onların ehtiyatlarının ən çoxu 30% realizə olunmuşdur. Onu da qeyd etmək vacibdir ki, bu parametrlərdən hətta birinin də göstərilən böhran qiymətindən kənara çıxması ehtiyatların realizə dərəcəsinin artmasına imkan verməmişdir.
Dünya neftçıxarma təcrübəsində məhz belə yataqların ehtiyatları çətinçıxarılabilən adlanır və onların realizə dərəcələrini artırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir.
Respublikamızda da ehtiyatı çətinçıxarılabilən yataqların sayı çox olduğundan (200-dən artıq) bu yataqların birgə təhlilini aparmaq olduqca çətindir. Odur ki, onları müəyyən formada kiçik qruplarda cəmləşdirərək öyrənilməsi məqsədəuyğundur. Bu məqsədlə yuxarıda göstərilən parametrlərin (süxurların keçiriciliyi və lay neftlərinin özlülüyü) böhran qiymətləri əsasında yataqların aşağıdakı şəkildə quruplaşması aparılmışdır (B.Ə.Bağırov, M.Q.Həsənəliyev, 1997).
I qrup – kollektor süxurların keçiriciliyi 0,1 mkm2 - dan kiçik və neftin özlülüyü 10 mPa·s-dən böyük olan istismar obyektləri. Bu qrupa ölkəmizin quru mədənlərində 55, dənizdə isə 10 istismar obyekti daxildir.
II qrup – kollektor süxurların keçiriciliyi 0,1 mkm2 - dan böyük neftin özlülüyü isə 10 mPa·s - dən çox olan istismar obyektləri. Bu qrupa quruda – 58 və dənizdə 10 istismar obyekti daxildir.
III qrup – kollektor süxurların keçiriciliyi 0,1 mkm2 - dan kiçik və neftin özlülüyü 10 mPa·s - dən az olan istismar obyektləri. Bu qrupa quruda – 125 və dənizdə 14 istismar obyekti daxildir.
Yataqların bu formada aparılmış təsnifatı analoji şəraitlə xarakterizə olunan yataqlar üçün də istifadə edilə bilər.
Hesab olunur ki, alınmış nəticələr Cənubi Xəzər hövzəsinin yeni yataqlarının işlənilməsinin layihə sənədlərinin hazırlanması zamanı yararlı olacaqdır. Belə ki, əgər yataqda qazılmış ilk quyularda kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan kiçik və lay şəraitində neftlərin özlülüyü 10 mPa·s-dən böyük olduğu qeyd olunarsa, əvvəlcədən həmin obyektin ehtiyatının çətinçıxarılabilən (passiv) xarakterli olduğu müəyyən olunur.
Yataqların işlənilməsi zamanı layların neftverməsinə təsir edən parametrlərin müəyyən olmasının çox böyük elmi-təcrübi əhəmiyyəti vardır. Bu cür məsələlərin həlli ehtiyatı çətinçıxarılabilən neft yataqlarında müstəsna əhəmiyyət kəsb edir. Problemlə bağlı aparılan məqsədyönlü tədqiqatlar yataqların səmərəli istismarı üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin hazırlanmasına imkan verir. Belə ki, burada yataqlarda müşahidə olunan cari neftvermə göstəricilərinin formalaşma səbəblərini aydınlaşdırmaq mümkün olur.
Məlumdur ki, neftçıxarma prosesinə təsir edən geoloji-texnoloji parametrlər yataqların təbii şəraitlərini və onların işlənilməsinin xarakterini əks etdirir. Ona görə də ehtiyatı çətinçıxarılabilən yataqların işlənilmə effektivliyinin artırılmasında kompleks parametrlərin xüsusiyyətlərini müəyyən edən tədqiqatların aparılması zəruridir. Bu da öz növbəsində işlənilmə prosesini çətinləşdirən bəzi parametrlərin əks təsirini azaltmaqla yanaşı, digər parametrlərin müsbət təsirini artırmağa imkan verir. Bu məsələni həll etmək üçün çoxölçülü korrelyasiya-reqressiya analizi əsasında tərtib olunmuş modellərdən istifadə olunur. Bu modellərin alınmasında əsas prinsip ondan ibarətdir ki, analiz zamanı cəm korrelyasiya əmsalına əhəmiyyətli dərəcədə təsir etməyən amillər tədricən modeldən çıxarmaqla analiz üçün onların ən əhəmiyyətliləri saxlanılır.
Tədqiqatların aparılmasını respublikanın quru ərazisində passiv ehtiyatlarla xarakterizə olunan yataqların timsalında göstərsək burada bu tip yataqların sayı 238 təşkil edir.
Korrelyasıya–reqressiya analizində həmin yataqların (3 qrup üçün) aşağıdakı parametrlərindən istifadə olunmuşdur.
Effektiv qalınlıq (X1), m, məsaməlik (X2), %, kollektor süxurlarının keçiriciliyi (X3), mkm2, qumluluğu (X4), %, bölünmə əmsalı (X5), neftin özlülüyü (X6), mPa·s, neftin sıxlığı (X7), kq/m3, sulaşma (X8), %, quyu şəbəkəsinin sıxlığı (X9), m2/quyu və cari lay təzyiqi (X10), MPa.
Beləliklə, kompüterin köməkliyi ilə Azərbaycanın qurudakı mədənlərində ehtiyatı çətinçıxarılabilən neft yataqlarının yuxarıda qeyd olunan qruplar üzrə neftvermə modelləri tərtib olunmuşdur.
I qrup yataqları üçün
Y = 0,9332 – 0,00005(X1)2 – 157,4566(X3)-2 + 0,00004(X6)2 + 0,00008(X8)2

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin