B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə30/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   26   27   28   29   30   31   32   33   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Play=
Bu o deməkdir ki, normal yatma şəraitində dərinliyin hər 10 metr artması ilə təzyiq 0,1 MPa artır. Lakin, yataqəmələgəlmə prosesindən asılı olaraq lay təzyiqinin yuxarıda qeyd olunan dərinlik amili ilə uzlaşma halına az rast gəlinir: bəzi yataqlarda lay təzyiqi hidrostatik sütunun qiymətindən çox, digərlərində isə az ola bilər.
Birinci qrup yataqlara anomal yüksək lay təzyiqli, ikincisinə isə anomal aşağı lay təzyiqli yataqlar deyilir.
Lay təzyiqinin ölçü vahidi milli paskaldır (MPa) .
Lay təzyiqini ölçmək üçün dərinlik manometrlərindən istifadə edilir.
Neft və qaz yataqlarının işlənilməsində lay təzyiqinin iki göstəricisinin qiymətlərindən istifadə edilir: ilk (yataqdan mayenin hasil edilmə anına qədər) və cari (dinamik).
Lay təzyiqinin qiymətlərini almaq üçün təcrübədə aşağıdakı düsturdan istifadə edilir.
Play=
Burada h – maye sütunun hündürlüyü;
ρ – quyudakı mayenin sıxlığı;
S - əmsaldır (102-yə bərabərdir).
Yataqların işlənilmə proseslərinin müxtəlif dövrləri üçün lay təzyiqinin sahəvi dəyişməsini tədqiq etmək məqsədilə həmin dövrlər üçün müvafiq izobar xəritələri tərtib olunur.
Lay temperaturu
Yuxarıda qeyd edildiyi kimi, layda neft və qazın fiziki-kimyəvi xassələrinə temperatur müəyyən təsirini göstərir. Yer qabığında dərinliyin qiyməti artdıqca temperatur çoxalır. Dərinliyə görə temperaturun dəyişməsini xarakterizə edən iki anlayış mövcuddur:

  1. geotermik pillə,

  2. geotermik qradiyent.

Geotermik pillə yer səthindən dərinliyə getdikcə süxurlarda temperaturun 10C artmasına uyğun gələn dərinlik qiymətlərinə deyilir və yer qabığı üçün orta hesabla 33 m götürülür. Geotermik pilləni aşağıdakı düsturla hesablayırlar:

burada, G - geotermik pillə, m/0C; H – temperaturun ölçülmə dərinliyi, m; h – sabit temperatura uyğun gələn dərinlik, m; T – H dərinlikdəki temperatur, 0C; t – yer səthində havanın orta illik temperaturu, 0C.
Sabit temperaturlu lay səthinə izotermik səth deyilir. Bəzi hallarda dərinlik artdıqca temperaturun dəyişməsini xarakterizə etmək üçün geotermik qradiyentdən istifadə edilir. Geotermik qradiyent hər 100 m dərinlikdə temperaturun neçə dərəcə dəyişməsini göstərir.

burada, Q – geotermik qradiyent, 0C /100 m; H və h - ölçülən dərinlik intervalları; T və t - H və h dərinliklərdəki temperaturlar.
Qeyd etmək lazımdır ki, havanın temperaturu yer qabığının 20-30 m dərinliyinə qədər təsir edə bilər. Abşeron neftli-qazlı vilayətində bu rəqəm 10-11 m -dir. Yuxarıda qeyd edilən dərinliklərdə bütün il ərzində temperatur sabit qalır. Bizim regionumuzun ayrı-ayrı neft yataqlarında geotermik pillənin qiyməti 22-37 m arasında dəyişir (orta qiyməti isə 28-29 m -dir).
Geotermik pillənin qiyməti strukturun əlamətlərinə görə dəyişir. Bəzi tədqiqatçılara görə geotermik pillə antiklinalın tağında az, qanadlarında və sinklinallarda isə çox olur. Tələlərdə temperaturun paylanmasına suların hərəkəti də təsir edir. Odur ki, yataqda suyun hərəkət istiqamətini təyin edərkən geotermik məlumatlardan istifadə edilməlidir. Izoterm (bərabər temperaturlar) xəritəsinin tərtibində antiklinalın tağında minimum qiymətli xətlər qeyd edilir.
Tədqiqatlar əsasında müəyyən edilmişdir ki, ayrı-ayrı süxurlar müxtəlif istilikkeçirmə qabiliyyətinə malikdirlər. Məsələn, Azərbaycanın strukturlarında minimum qiymətli geotermik pillə gillərdə, maksimum qiymətli isə qum və karbonat süxurlarda qeydə alınır.
Yataqda temperaturun dəyişməsi neft və qaza əsaslı təsir göstərir. Temperaturun artması neft və suyun özlülüklərinin azalmasına, qazın isə özlülüyünün çoxalmasına səbəb olur.
Temperaturun artması qapalı tələlərdə təzyiqin yüksəlməsinə də təsir edir. Temperatur çox artdıqda karbohidrogenlərin daxili quruluşlarında da (molekullarda) dəyişiklik baş verir. Temperaturun dəyişməsi yatağın fazalarında: neft və suda qazın həllolma nisbətlərinin dəyişməsinə təsir göstərir. Temperatur yüksəldikcə suda duzların həll olması və bununla yanaşı onların minerallaşması artır. Minerallaşma artdıqca qazın suda həllolması azalır. Temperaturu ölçmək üçün xüsusi civəli və elektrotermometrlərdən istifadə edilir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin