Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri



Yüklə 210,43 Kb.
səhifə5/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   2   3   4   5   6   7   8   9   ...   57
muhazre1

Donald B.Kizinq, sənaye ölkələri arasındakı xarici ticarətin əhəmiyyətli hissəsini təşkil edən sənaye malları üzrə ticarətin “İxtisaslı iş gücü nəzəriyyəsi" ilə açıqlana bilinəcəyini irəli sürmüşdür. Bu yanaşmaya görə, peşəkar və yüksək ixtisaslı iş gücüylə təchiz olunmuş ölkələr istehsalında onların iştirak etdiyi mallarda ixtisaslaşıb, bu malları ixrac etdiyi halda, ixtisassız işçi qüvvəsinin bol olduğu ölkələr isə müvafiq malların istehsalında ixtisaslaşacaq və haqqında söz açılan malları ixrac edəcəklər. Kizinq 1965, 1966 və 1968-ci illərdə istər analitik, istərsə də empirik araşdırmalarıyla bəşəri sərmayənin beynəlxalq ticarətə təsir etmə gücünü tapmağa çalışmışdır. Kizinqə görə, ixtisaslı iş gücünü ayrı bir istehsal faktoru olaraq ələ alınmasının iki səbəbi vardır. Birincisi, ixtisaslı iş gücünün ticarətə və sənayenin strukturuna təsir edə bilməsidir. İkinci səbəbi, iqtisadi artımın şərhində əhəmiyyətli rol oynamasıdır. Bu səbəbdən, iqtisadi artım ilə xarici ticarət əlaqəli olduqları üçün iqtisadi artıma təsir edən ixtisaslı əmək eyni zamanda ticarətə də təsir edə biləcəkdir. Kizinq, peşə xüsusiyyətlərin beynəlxalq ticarət üzərindəki təsirlərini araşdırmaq üçün hər bir sənaye sahələrindəkii işçi qüvvəsini səkkiz peşə qrupuna ayırmışdır.
Kizinqin araşdırmaları nəticəsində maraqlı xüsusiyyətləri ortaya çıxarmışdır. Birinci xüsusiyyət; ABŞ, Almaniya, İngiltərə, Yaponiya və Fransanı əhatə edən ilk beş sənaye ölkəsinin səkkiz peşə qrupunun hamısında dəqiq ixracatçı mövqeyində olmasıdır. Geriye qalan İtaliya, Belçika, İsveçrə, İsveç və Hollandiya kimi ölkələr isə bəzi peşə qrupları xaricində dəqiq ixracatçı vəziyyətindədir. İkinci xüsusiyyət ABŞ, Almaniya və İngiltərə kimi ilk üç ölkənin Kizinqin birinci peşə qrupu olaraq təyin etdiyi elm adamı və mühəndislərin məşğulluğunu tələb edən sənaye sahələrində həyata keçirilən ixracatın təxminən 95.4 % kimi əhəmiyyətli bir paya sahib olmasıdır. Eyni peşə qrupu üçün ABŞ-ın payı isə 48.5% olaraq hesablanmışdır. Bununla da, Kizinq araşdırmaları nəticəsində ixtisaslı iş gücünün beynəlxalq ticarəti şərh edən modellərə ayrı bir istehsal faktoru olaraq girməsinin lazım olduğunu ifadə etmişdir. Beləliklə, “İxtisaslı iş gücü nəzəriyyəsi” ilə Kizinq göstərdi ki, ölkələrdə işçi qüvvəsinin keyfiyyətinin artırılması, iş gücünün sərmayə ilə təchiz olunması, təhsil planlaması kimi faktorlar, ölkələrin ixtisaslı əmək cəhətdən zənginləşmələrinə gətirib çıxaracaqdır və bu üstün vəziyyət dolayısı ilə beynəlxalq ticarətə öz təsirini göstərmiş olacaq. Xarici ticarət nəzəriyyələri sonralar iqtisadçı alimlər tərəfindən daha da zənginləşdirilərək müasir dünyanın reallıqlarına uyğunlaşdırılmağa çalışılmışdır


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin