Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Düşüncə xəritələrinin yaradılması



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix11.02.2020
ölçüsü1,65 Mb.
#30429
1   2   3   4   5   6   7   8
mag disser destinasiya


2.4.2 Düşüncə xəritələrinin yaradılması 

 

 

Düşüncə  xəritələrinin  təməlini  istehlakçıların  düşüncələrini  əks  etdirən 



məlumatların bir çox özəllik üçün bir yerə toplanaraq istifadə edilməsi formalaşdırır.  

 

Düşüncə  xəritələri  məhsul,  xidmət,  brend,  destinasiya  və  ya  müəssisə  kimi 



dəyişənlərin  bir-birləri  ilə  əlaqəli  mövqelərini,  bənzərlik  və  yaxınlıq  vəziyyətlərini 

koordinat  sistemində  göstərən  vasitələrdir  və  onlardan  dəyişənlərin  bir-birləri  ilə 

əlaqəli vizual əlaqə məlumatlarına ehtiyac olduqda istifadə edilir. Düşüncə xəritələri 

birdən çox faktor və birdən çox dəyişənin olduğu qarışıq məlumatların əyani şəkildə 

xəritələrdə,  yəni  koordinat  sistemində  təsvir  olunmasını  və  vizual  olaraq 

anlaşılmasını təmin edir [32, səh. 16]. 

 

 

  

 Y               

                                                                            G brendi                                                                                                                            

             E brendi                                                       ◊                                                                                                                             

             ◊                                                  ◊   H brendi                                                                                                                       

                   D brendi                                       F brendi                                                                                                                                                                                                                                                                                  

                ◊                                                            ◊                                                  

 

   



◊  B brendi                                                                    X                                                                              

                 A brendi     

                      ◊         

        ◊

 

           C brendi   

 

 



 

50 

Şəkil 2.1 Düşüncə xəritəsi nümunəsi [32, səh. 16] 



 

 

Dəyişənlər arasındakı əlaqəni göstərən bir konsept olduğundan eyni qrupda ola 



biləcək  bənzər  dəyişənlər  bir-birlərinə  yaxın  qeyd  edilir,  bir-birinə  bənzəməyən 

dəyişənlər  isə  fərqli  qruplarda  və  uzaq  yerləşdirilir.  Beləliklə  də  düşüncə  xəritələri 

müəssisələrin  rəqiblərinin  mövqelərinə  görə  öz  mövqelərini,  bazardakı  sıxlıq  və 

boşluqları  görməsini  təmin  edir.  Bu  xəritələrdə  iki  və  ya  daha  çox  məlumatla 

müqayisələr  aparıla  bilər  amma  rahat  anlaşılma  və  vizuallıq  baxımından  bu 

məlumatlar iki ölçüyə endirilir [32, səh. 17]. 

 

2.4.3  Düşüncə xəritələrinin yaradılmasında istifadə olunan metodlar 

 

 

Düşüncə xəritələrinin yaradılmasında müxtəlif metodlardan istifadə olunur [33, 

səh. 96]: 

  Qruplaşdırma analizi 

Çox  dəyişənli  statistik  metodlardan  biri  olan  qruplaşdırma  analizi  qrup  sayı 

bilinməyən  və  qruplaşdırılmamış  verilənlərin  bənzərliklərinə  görə  təsnifləndirilməsi 

məqsədi ilə istifadə edilir [17, səh. 78].  

  Uyğunluq analizi 

 

Uyğunluq  analizi  çarpaz  cədvəllərdə  göstərilmiş  kateqorik  verilənlərin  sıra  və 



sütunlarının  birgə  dəyişmələrini  daha  kiçik  ölçülü  miqyasda  qrafiki  şəkildə 

göstərməyi hədəfləyən çox dəyişənli analiz üsuludur [17, səh. 68]. 

  Faktor analizi 

 

Faktor  analizi  aralarında  əlaqə  olan  çox  saylı  dəyişənlərdən  ən  az  və  faydalı 



olanları seçmə prosesidir. Faktor analizi verilənlər arasındakı əlaqəyə əsaslanır və bu 

verilənlərdən daha mənalı qruplar yaratmağı hədəfləyir.  

  Diskriminant analizi 

 

Diskriminant analizi asılı dəyişən ilə müstəqil dəyişən arasındakı əlaqəni ayırd 



etməyə  imkan  verən  bir  analiz  üsuludur.  Məsələn,  turizm  sektorunda  fəaliyyət 

51 

göstərən bir müəssisə destinasiya  ərazisindəki bir məhsulun uğurlu şəkildə satışının 

necə həyata keçirilə biləcəyini və ona necə diqqət göstərildiyini, bundan əlavə başqa 

bir  məhsulun  da  satışının  niyə  həyata  keçirilə  bilmədiyini  araşdırmq  istəyir.  Bu 

zaman diskriminant analizindən istifadə edilir [33, səh. 96]. 

  Çox ölçülü miqyaslama analizi 

 

Çox ölçülü miqyaslama analizi n sayda n cisim və ya vahid arasındakı məsafə 



dəyərlərindən istifadə edərək bu cisimlərin çox ölçülü miqyasdakı mövqelərini, əlaqə 

strukturunu  vermək  və  təsvirini  göstərmək  məqsədilə  istifadə  edilən  bir  analiz 

üsuludur [17, səh. 84]. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



52 

III FƏSİL 

 

AZƏRBAYCANLI TURİSTLƏRİN DÜŞÜNCƏ XƏRİTƏLƏRİ İLƏ 

BAĞLI TƏDQİQAT 

 

3.1 Azərbaycanın turizm potensialının qiymətləndirilməsi 

 

 

Azərbaycanın  da  bənzərsiz  iqlimi,  flora  və  faunası, o  cümlədən  qədim  tarix  və 



memarlıq abidələri və dünya standarlarına cavab verən müasir tikililəri burada  daxili 

turizm potenisalının güclü olmasından xəbər verir. Son illər ölkədə turizmin daha da 

güclü  inkişaf  etməsi  üçün  görülən  tədbirlər,  xüsusilə  də  “2002-2005-ci  illərdə 

Azərbaycanda  turizmin  inkişafı  proqramı”,  2004-cü  il  “Azərbaycan  Respublikası 

regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi layihələrin qəbul edilməsi 

və 2011-ci ilin ölkədə Turizm ili elan olunması ölkədə turizmin inkişafına çox güclü 

təkan  verdi.  Turizm  infrastrukturu  gücləndirildi,  dünya  standartlarına  cavab  verən 

müasir  tipli  turizm  kompleksləri  və  o  cümlədən  “Four  seasons”,  “Fairmont”, 

“Hilton”,  “Sheraton”,  “Marriott”,  “Kempinski”,  “Jumeirah”,  “Hyatt” kimi  beş 

ulduzlu otellər istifadəyə verildi. Paytaxt Bakı ilə yanaşı regionlarda turizmin inkişafı 

üzrə  bir  sıra  əhəmiyyətli  tədbirlər  görüldü.  Rayonlarda  yeni  turist  yerləşdirmə 

obyektləri  istifadəyə  verildi  və  turist  marşrutları  üzrə  çox  güclü  şəbəkə  yaradıldı. 

2011-ci ildə BMT-nin İnkişaf Proqramı çərçivəsində turistlər arasında Azərbaycanda 

sırf  turizm  bölgəsi  kimi  tanınan  və  üstünlük  verilən  rayonlarla  bağlı  sorğu 

keçirilmişdir.  Həmin  araşdırmanın  nəticəsində  müəyyən  olunub  ki,  turistlər  ən  çox 

Quba,  Qəbələ,  İsmayıllı,  Şəki,  Naxçıvan,  Gəncə  və  Qusara  üstünlük  verirlər.  Onlar 

seçim  edərkən  rayonun  təbiətinin  gözəl,  iqliminin  saf  olmasına,  mineral  sularla 

zəngin olmasına, bölgənin yaxında yerləşməsinə üstünlük verirlər. 



 

      3.1.1 Şəki turistik destinasiya kimi 

 

53 

 

Şəki-Zaqatala  iqtisadi  rayonuna  daxil  olan  Şəki  şəhəri  Azərbaycanın  şimal-



qərbində,  Böyük  Qafqaz  dağlarının  cənub  yamacında  yerləşir.  Şəkinin  heyrətamiz 

təbiəti  bura  gələnləri  hər  zaman  məftun  edir.  Şəki  Xan  sarayı  və  Tarix–memarlıq 

Qoruğu dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxil 

edilmişdir. Şəki xanlığı dövründə qoruğun ərazisində tikilən beş karvansaradan ikisi 

indiyə  qədər  qorunub  saxlana  bilmişdir.  1789-1790-cı  illərdə  tikilən  və  əvəzsiz 

mədəniyyət  incisi  sayılan  Şəki  Xan  sarayının  fasadı  dünyada  bənzəri  olmayan  ən 

xırda  həndəsi  ornamentli  fiqurlara  bölünmüşdür.  Ən  maraqlısı  isə  budur  ki,  Xan 

sarayının  tikintisində  yapışqandan  və  ya  mismardan  istifadə  olunmamış,  xırda  ağac 

və  şüşə  hissəcikləri  şəbəkələr  şəklində  bir-birinə  geydirilmişdir.  Saray  binasının 

divarlarında  müxtəlif  kompozisiyalar,  o  cümlədən  döyüş  səhnələri  əks  olunmuşdur. 

Məhz  bu  səəbəbdəndir  ki,  məşhur  türk  şairi  Nazim  Hikmət  Xan  sarayı  haqqında 

yazmışdır: “Əgər Azərbaycanda başqa qədim tikililər olmasaydı belə dünyaya yalnız 

Şəki Xan sarayını göstərmək kifayət edərdi” [21]. 

 

Şəki  Azərbaycanın  qədim  mədəniyyət  məskəni  olmaqla  yanaşı  həm  də  ən 



əhəmiyyətli  və  məşhur  turizm  mərkəzlərindən  biridir.  Burada  Şəki  Xan  sararyı, 

qədim alban məbədi, karvansaralar, “Sənətkarlar evi” və s. kimi turistlərin marağına 

səbəb olan bir sıra məkanlar vardır. Şəkidə “Həm ziyarət, həm ticarət”, “Mahmud və 

Məryəm”, “Arşın mal alan”, “Papaq”, “Yenilməz batalyon” və s. kimi bir sıra məşhur 

filmlər  çəkildiyindən  turistlər  bura  həm  də  bu  məkanları  ziyarət  etmək  üçün  axın 

edirlər [22]. 

 

Bundan əlavə turistlərin Şəkiyə axın etməsinə digər bir səbəb burada beynəlxalq 



festivalların keçiriməsidir. Şəki “Böyük İpək Yolu” beynəlxalq musiqi festivalına ev 

sahibliyi edir. Həmçinin bura gələn turistlərin öz vaxtlarını səmərəli keçirmələri üçün 

burada  müxtəlif  folklor  kollektivləri  və  ansambllar  da  fəaliyyət  göstərir.  Şəhərdən 

iyirmi kilometr cənubda, Daşüz kəndində Atçılıq Turizm Mərkəzi yerləşir və burada 

turistlər xüsusi yetişdirilmiş cins atlara minmək, at sürməyi öyrənmək və eləcə də atla 

meşələrə getmək imkanı əldə edirlər. 



54 

 

Şəkidəki  turizm  obyektlərinə  misal  olaraq  Şəki  Olimpiya  İdman  Kompleksini, 



“Marxal”  istirahət  mərkəzini,  “Şəki-Saray”,  “Şəki”,  “Sahil”,  “Panorama”,  “Şəki-

Palace” otellərini, “Şəki-Karvansaray” mehmanxana kompleksini, “Məkan” motelini 

və  “Cənnət  bağı”,  “Gələsən-Görəsən”,  “Ümid”,  “Şam  bağı”  istirahət  mərkəzlərini 

göstərmək olar [21]. 

  

                                                                                                                        Cədvəl 3.1  



Şəkidə turizm 

 

 

2013 

2015 


2016 

Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 

16 


17 

16 


Nömrələrin sayı, vahid 

306 


320 

320 


Birdəfəlik tutum, yer 

760 


785 

808 


Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

9655 


12826 

9265 


Gecələmələrin sayı, adam-gecə 

11786 


15293 

10883 


 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 

müəllif tərəfindən hazırlanmışdır.

 

 



 

3.1.2 Qəbələ turistik destinasiya kimi 

 

 



Qəbələ  rayonu  da  Qafqaz  dağlarının  cənub  yamacında  yerləşən  Şəki-Zaqatala 

iqtisadi  rayonuna  daxildir.  Bənzərsiz  iqlimi,  səfalı  mineral  bulaqları,  rəngarəng 

landşaftı  olan  və  tarixi  İpək  yolunun  üzərində  yerləşən  Qəbələ  rayonu  turizmin 

inkişafı üçün əlverişli imkanlara malikdir. 

 

Tarixçilərin  verdiyi  məlumatlara  görə  Qəbələ  rayonu  qədim  Qafqaz 



Albaniyasının  paytaxtı  olmuşdur.  Bundan  əlavə  bu  rayon  Sovet  dövründə  də 

turistlərin  diqqətini  çəkmiş,  sıx  meşələr  və  bu  meşələrin  əhatə  etdiyi  gözoxşayan 

Nohurgöl turistlər tərəfindən bənzərsiz yerlər kimi dəyərləndirilmişdir [3, səh. 27]. 


55 

 

Burada  mövcud  olan  turizm  imkanlarının  düzgün  və  məqsədyönlü  şəkildə 



istifadə  edilməsi  rayondakı  turizm  komplekslərinin  sayının  gündən-günə  artmasına 

gətirib  çıxarmışdır.  Rayonda  turistlərin  yerləşdirilməsi  üçün  beynəlxalq  standartlara 

cavab  verən  çoxsaylı  turizm  obyektləri  mövcuddur.  Son  illər  rayonda  müasir  tipli 

turizm kompleksləri, ən yüksək dünya standartlarına cavab verən istirahət mərkəzləri 

tikilir. Bu isə həm xarici, həm də yerli turistləri əraziyə çəkir və dincəlmək üçün bura 

gələnlərin  sayı  ildən-ilə  daha  da  çox  artır.  Hər  il  minlərlə  turist  Qəbələnin 

məftunedici  təbiəti  ilə  təmasda  olmaq,  onun  zəngin  mətbəxinin  ləziz  təamlarını 

dadmaq,  müxtəlif  mədəniyyət  və  incəsənət  nümunələri  ilə  yaxından  tanış  olmaq 

məqsədilə bura səfər edir. 

 

Rayon  ərazisində  məşhur  Mucux,  Yeddi  gözəl  şəlalələri,  Türyançay, 



Dəmiraparançay, Tikanlıçay, Vəndam çay, o cümlədən e.ə. III – I minilliyə aid olan 

daş  kurqanlar,  Həzrə  kəndində  XIV-XV  əsrlərə  aid  olan  türbələr  kompleksi,  Nic 

qəsəbəsində  Nekropol,  Şəhidlərin  xatirə  muzeyi,  Heydər  Əliyev  muzeyi,  Tarix  – 

Diyarşünaslıq muzeyi, İsmayıl Bəy Qutqaşınlının xatirə ev muzeyi də vardır. Bundan 

əlavə  Qəbələdə  “Qafqaz  Riverside”,  “Qafqaz  Resort”,  “Qafqaz  Sport”,  “Qafqaz 

Karvansaray”  otelləri,  “Qəbələnd”  istirahət  və  əyləncə  mərkəzi,  “Sərin  meşə”, 

“Nohurgöl”,  “Duyma”,  “Yeddi  gözəl”,  “Sahil”,  “Karvan”,  “Ay  işığı”,  “Xanlar”, 

“Selbasar”,  “Gilan”,  “Yengicə”,  “Çənlibel”,  “Soyuq  bulaq”,  “Qəbələ”  otel  və 

istirahət  mərkəzləri  fəaliyyət  göstərir  və  onlar  nəinki  Azərbaycandan,  eləcə  də 

dünyanın  hər  yerindən  turistləri  özünə  cəlb  edir.  Qafqaz  brendi  olan  bu  beşulduzlu 

otellər  göstərdikləri  xidmətin  səviyyəsinə  görə  ölkənin  ən  qabaqcıl  otelləri 

sırasındadır [23]. 

 

Əsrarəngiz  dağ  şəlalələri,  toxunulmamış  təbiəti  və  əzəmətli  Qafqaz  dağları 



Qəbələni  yay  mövsümündə  istirahət  etmək  üçün  ideal  bir  məkana  çevirir.  Buraya 

səyahət  edən  turistlər  həm  tarixi,  həm  təbiət,  həm  də  mədəni  turizm  obyektlərində 

dincələ  bilirlər.  Həmçinin  yayda  burada  ekstrim  turizmi  sevənlər  ATV  maşınlar 

vasitəsilə  dağa  qalxa  və  raftinq  və  ekoturizm  kimi  bir  sıra  maraqlı  fəaliyyətlərlə 

məşğul ola bilərlər. Ailəvi istirahət etmək arzusunda olanlar üçün isə təbiət qoynunda 


56 

müxtəlif  turlar,  o  cümlədən,  kanatla  gəzinti,  əyləncə  və  istirahət  parklarına  səfərlər 

təşkil edilir. Həmçinin Qəbələyə gələn turistlər və yerli qonaqlar atçılıqla da məşğul 

olurlar.  Çətin  keçilən  dağ  yollarında  və  dağ  ətəklərində  yerli  sakinlər  turistlərə  at 

kirayəsi və at sürmə dərsləri təklif edir və bununla turistlər əvəzsiz bir təcrübə yaşayır 

[24].


 

 

Yüksək  keyfiyyətli  xidmətlərin  təklif  edildiyi  “Xanlar”  istirahət  mərkəzi 



dəfələrlə  Azərbaycanda  keçirilən  kulinariya  müsabiqələrinin  qalibi  olmuşdur.  O,  öz 

üslubu ilə digər istirahət mərkəzlərindən fərqlənir və Qəbələnin bütün gözəlliklərini 

özündə əks etdirir. Bu istirahət mərkəzinin filialları həmçinin Bakı, Nabran və Bakıda 

da  fəaliyyət  göstərir.  Turistlərə  kuzələrdə  Dovşan  dağından  gətirilən  bulaq  suyu, 

Həmzəlli kəndində hazırlanan qoz halvası və s. özəl təamlar təklif edilir [4, səh. 69]. 

Qış  turizmi  üçün  isə  Qəbələdə  şəhərin  4  kilometrliyində  “Tufandağ”  yay-qış 

turizm kompleksi fəaliyyət göstərir. Azərbaycanda ilk dağ xizəyi kurortu 2011-ci ilin 

fevralında Qusar rayonu ərazisində açılan “Şahdağ” kurortu olsa da, “Tufandağ” da 

məhşurluğuna  görə  ondan  geri  qalmır.  Buraya  gələn  turistlər  çoxpilləli  xizək 

traslarından,  istirahət  mərkəzlərindən  və  o  cümlədən  təlim  kurslarından  istifadə 

edirlər.  Turistlər  kanat  yolu  vasitəsilə  yalnız  qış  fəslində  deyil,  yay  fəslində  də 

yüksəklikdən Qəbələnin heyrətamiz gözəlliyini seyr edə bilirlər [25]. 

Bundan əlavə Qəbələdə  mədəni turizm də geniş inkişaf etmişdir və buna misal 

olaraq  Qəbələdə keçirilən  müxtəlif  musiqi  festivalları göstərilə bilər.  Heydər  Əliyev 

Fondu  tərəfindən  2009-cu  ildən  başlayaraq  hər  il  Qəbələ  şəhərində  Beynəlxalq 

musiqi  festivalı  keçirilir  və  bu  festivallar  zamanı  gənc  pianoçuların  beynəlxalq 

müsabiqəsi,  muğam,  caz,  klassik,  vokal  musiqisi  konsertləri  təşkil  olunur. 

Festivallarda dünya şöhrətli musiqiçilər, eləcə də filarmonik və simfonik orkestrlər öz 

çıxışlarını  nümayiş  etdirirlər.    Həmçinin  2017-ci  ilin  29  iyul  tarixindən  3  avqust 

tarixinədək  Heydər  Əliyev  Fondunun  təşkilatçılığı  və  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  və  “Gilan  Holdinq”-in  dəstəyi  ilə  IX  Qəbələ 

Beynəlxalq Musiqi Festivalı keçirilmişdir [26]. 

 


57 

                                                                                                                       Cədvəl 3.2  

Qəbələdə turizm 

 

 

2013 


2015 

2016 


Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 



12 



Nömrələrin sayı, vahid 

199 


196 

1502 


Birdəfəlik tutum, yer 

488 


503 

2319 


Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

5927 


5909 

165225 


Gecələmələrin sayı, adam-gecə 

17020 


7653 

300335 


 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 

müəllif tərəfindən hazırlanmışdır.

 

 



 

3.1.3 İsmayıllı turistik destinasiya kimi 

 

 

Böyük  Qafqaz  dağlarının  cənub  ətəklərində  yerləşən  İsmayıllı  rayonu  hər 



tərəfdən dağ meşələri ilə əhatə olunmuşdur. Bundan əlavə Girdimançay, Göyçay çay, 

Ağsuçay, Pirsaatçay  kimi çaylar rayonun təbiətini daha da gözəlləşdirir və havasını 

sərinləşdirir. İsmayıllı sözünün də məhz “su meyilli” mənasını verdiyi söylənir [27]. 

İsmayıllı  rayonu  turizmin  inkişaf  etdirilməsi  baxımından  da  çox  əlverişli  bir 

mövqeyə  sahibdir.    Basqal  və  Lahıc  ərazilərində  hələ  qədim  zamanlardan  xalq 

sənətkarlığı güclü inkişaf etmiş və özünəməxsus memarlıq ənənələri formalaşmışdır. 

Rayounun Turcan ərazisində Bədo adlanan yerdə çoxsaylı müalicə əhəmiyyətli səfalı 

sular vardır

İsmayıllının zəngin infrastrukturu burada balıqçılıq, ovçuluq, alpinizm və 



başqa  turizm  sahələrinin  inkişaf  etdirilməsinə,  yerli  və  xarici  turistlərin  rayona 

gəlişinin sürətlənməsinə şərait yaratmışdır. Son illərdə İsmayıllıda turizmin daha da 

geniş  inkişaf  etdirilməsi  üçün  bir  sıra  tədbirlər  həyata  keçirilir.  Rayonda  Mican, 

Qaraqaya,  Sumağallı  və  s.  kəndlərdə  bir  sıra  müasir  tipli  istirahət  mərkəzləri  və 

kompleksləri tikilmişdir [28]. 


58 

İsmayıllının    ən  çox  ziyarət  edilən  ərazilərindən  olan  Lahıcın  2000  ildən  artıq 

tarixi  və  gözəl  təbii  landşaftı  vardır.  Lahıcın  Qaban,  Quzudöşü,  Gümüşqala  və 

Ağbulaq  kimi  dağlarla  əhatə  olunmuşdur.  Lahıcı  adətən  açıq  səma  altında  muzey 

adlandırırlar,  çünki  Lahıc  buranın  memarlıq  abidələri  öz  unikallığını  daim  qoruyub 

saxlayır.    Azərbaycana  gələn  turistlərin  böyük  əksəriyyəti  mütləq  şəkildə  Lahıcı 

ziyarət  etməyə  çalışırlar.  Lahıc  rayonu  Böyük  İpək  Yolu  beynəlxalq  turizm 

marşrutuna  da  daxil  edilmişdir.  Qonaqların  istədikləri  kimi  istirahət  etmələri  üçün 

onlara burada yüksək xidmət göstərən qonaq evləri, mehmanxana və restoranlar təklif 

edilir [29].

  

 

 



İsmayıllıdakı turizm obyektlərinə “Bədo” müalicə-sanatoriya mərkəzi, “Şirvan” 

istirahət  mərkəzi,  “Qızıl  dərə”  istirahət  mərkəzi,  “Basqal”  istirahət  mərkəzi,  “Green 

House”  istirahət  mərkəzi,  “Asma  körpü”  istirahət  mərkəzi,  “Şahbulaq”  istirahət 

mərkəzi, “Evim otel” istirahət mərkəzi və s.-ni misal göstərmək olar [30]. 

 

      Cədvəl 3.3  

İsmayıllıda turizm 

 

 

2013 


2015 

2016 


Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 

20 

20 


20 

Nömrələrin sayı, vahid 

304 

325 


320 

Birdəfəlik tutum, yer 

702 

786 


766 

Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

4620 

7200 


5746 

Gecələmələrin sayı, adam-gecə 

5680 

8947 


7292 

 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 



müəllif tərəfindən hazırlanmışdır.

 

 



 

3.1.4  Quba turistik destinasiya kimi 

 


59 

 

Azərbaycanın turizm sahəsində artıq bir brendə çevrilən Quba rayonu Şahdağın 



şimal-şərq yamacında, Qudyalçayın sahilində yerləşir. Əlverişli yerləşmə mövqeyinə 

və  zəngin  infrastrukturuna  görə  Quba  rayonu  turistlərin  ən  sevimli  məkanlarından 

birinə  çevrilmişdir.  Turistlər  burada  kölgəli  meşədə,  əzəmətli  Vəlvələçayın  gur 

sularının  axdığı  dillər  əzbəri  olan  Afurca  şəlaləsinin  olduğu  Təngəaltı  dərəsində 

istirahət  edirlər. Rayonun  ərazisində  dəniz  səviyyəsindən  2500  metr  yüksəklikdə 

yerləşən və nağıllar aləmini xatırladan dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi 

özlərinə  məxsus  olan  və  yalnız  onların  istifadə  etdiyi  bir  dil  ilə  danışan  etnoqrafik 

qrupdan  ibarətdir.  Xınalığın  yaxınlığında  bənzəri  olmayan  daha  bir  dağ  kəndi  Qrız 

yerləşir [31]. 

 

Qubadakı saysız-hesabsız təbiət möcüzələrinə Balbulağı, Qızbənövşəni, Qəçrəşi, 



Pirbənövşə şəlaləsini də misal göstərmək olar. Rayon ərazisində 40-dan artıq otel və 

otel  tipli  istirahət  mərkəzləri  xidmət  göstərir  və  bunlardan  ən  ən  məşhur  olanları 

“Cənnət bağı”, “Terrace”, “Ahu”,  “Qəçrəş”, “Nazlı bulağı”, “Retro”, “Bərpa SPA”, 

“Aynur”,  “Səməd”  və.  s  müasir  tələblərə  cavab  verən  istirahət  mərkəzləridir.  

Qudyalçay  sahilində  inşa  olunan  müasir  beş  ulduzlu  Rixos  Quba  Azərbaycan  oteli 

yalnız  Quba  rayonu  üçün  deyil,  bölgə  üçün  də  əhəmiyyətli  turizm  obyektidir.  Bu 

kompleks  yeddimərtəbəli  binadan,  16  villadan,  qolf  sahəsindən,  əyləncə  parkından, 

üç  restoran  və  bir  gecə  klubundan  ibarətdir.  Oteldə  həmçinin  futbol,  voleybol  və 

basketbol meydançaları, tennis kortu, idman salonu, sauna, masaj otağı, ev kinoteatrı, 

terraslar  və  s.  də  vardır.

 

Əsrarəngiz  Quba  rayonu  “Cəfər  dərəsi”,  “Gülcahan  daşı”, 



“Gəlin  qayası”,  “Qızıl  qaya”,  “Daş  gəlinlər”,  “Nənə-huy”  dərəsi,  “Xatadərə”,  “Xan 

çinar”,  “Xaltan  suyu”,  “Xan  bulağı”,  “Atəşgah”,  “Ağacda  ev”,  “Pirit  çökəkliyi”, 

“Xaşi  isti  suyu”,  “Sona  bulağı”,  “Qırxbulaq”,  “Yol  gözətçisi”,  “Qızılağac  meşəsi”, 

“Palıd meşəsi” kimi 70-ə yaxın təbiət möcüzələri və Xınalıq kəndi, şəhərdə yerləşən 

Cümə, Hacı Cəfər, Səkinə xanım, Ərdəbil məscidləri, Baba Rüstəm, Ağbil türbələri, 

Söhüb qalası, Günbəzli hamam, Qaranlıq dərə və s. kimi tarixi abidələrlə zəngindir 

[32].  


60 

 

Qeyd etmək lazımdır ki, ölkə əhalisinin iqtisadi vəziyyəti yaxşılaşdıqca onların 



yay  mövsümündə Quba-Xaçmaz bölgəsində istirahət etmək maraqları daha da artır. 

Bunun  üçün  də  bu  bölgələrdə  turizm  obyektlərinin  sayı  artılır  və  ya  yerli  əhalinin 

imkanlarından  istifadə  olunur.  Bütün  bunlar  da  burada  turizmin  daha  geniş  inkişaf 

etməsinə və turist axınınn genişlənməsinə gətirib çıxarır [3, səh. 24]. 

 

Həmçinin  Quba  rayonuna  turistlər  qışda  da  müraciət  edirlər.  Belə  ki,  dağlar, 



zirvələr bəyaz qara bürünən zaman da gözəl vaxt keçirmək üçün bura gələnlərin ardı-

arası  kəsilmir.  Əcnəbi  turistlərdən  başqa,  Bakıdan  və  respublikamızın  digər 

ərazilərindən  gələn  minlərlə  sakin  də  burada  əzəmətli  dağların  və  meşələrdə 

dincəlirlər. Artıq məşhur bir turizm və istirahət mərkəzinə çevrilən Quba rayonunda 

hələ  də  turizm  potensialının  gücləndirilməsi  üçün  ciddi  tədbirlər  görür.  Quba 

Olimpiya  İdman  Kompleksinin  tikilməsi  Qubanın  turizm  infrastrukturunun  inkişaf 

etdirilməsi üçün atılan əhəmiyyətli addımlardandır. Qış aylarında əsasən həftə sonları 

Qubanın  məşhur  otellərində  turistlərin  gözəl  vaxt  keçirmələri  üçün  xüsusi  konsert 

proqramları  hazırlanır.  Əsrarəngiz  Heydər  Əliyev  və  Quba  seyrəngahları  isə  ilin 

bütün mövsümlərində qonaqlarla dolu olur [33]. 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin